Biz qadınlar qəlbimizin dərinliyində nə qədər güclü olduğumuzu gözəl bilirik. Qalır bircə özümüzdə həmin gücü toplayıb, düzgün istiqamətə yönəltmək...
Hamıdan seçiləcək qədər cəsarətli ol
Ta bələkdən bizə aşılamağa çalışırlar ki, hamıdan seçilmək və fərqli olmaq yaxşı bir şey deyil. Bunları ağlından çıxar və cəsarətini topla. Hər zaman arzuladığın və düzgün hesab etdiyin ideyanın ardınca getməkdən çəkinmə. Bu vaxta qədər heç kimin etmədiyi bir işi reallaşdırmaqla gələcəkdə çox böyük uğura imza ata bilərsən. Qadınlar çox yaradıcı təxəyyülə malikdir, üstəlik, həyata fərqli baxışın olması insanı irəliləməyə sürükləyir.
Fürsəti göydə qamarla
Müşahidəçi olmağı bacarmaq lazımdır. Yeni bir iş quran zaman maliyyə dəstəyi və cəsarətin olması da uğura aparan yoldur. Sadəcə olaraq kiçik sahibkarlar üçün kredit verən banklar, sponsorların ola bilmə ehtimalını, hətta borc almağı belə göz önünə almaq və bu barədə yaxşı düşünmək lazımdır. Əmin ola bilərsən ki, bu, ayaqqabı seçməkdən daha az vaxt alacaq.
Detalları dəqiqləşdir
İşə necə başlayacağını, kiminlə danışacağını, tədarüklər, müsbət və mənfi nəticələr barədə düşün və qəti qərar ver. Qarşına konkret məqsəd qoyub, ona gedən yolu ağlında dəqiqləşdirməsən, sonda hər şeyi yarıda buraxmalı olarsan. Edəcəyin işi ilk növbədə təsəvvüründə canlandırmaq və özünə yaraşdırmaqla işin yarısını görmüş olursan. Biz qadınlar həyat boyu dediyimiz hər kəlmənin baha başa gələcəyindən ehtiyatlanaraq işimizi qurmağı bacarırıq. İşdə də bu bacarıqlar xüsusi köməyimizə gəlir.
Vaxt itirmə
Lazım olanda (məsələn, çoxdan bəri gözlədiyiniz endirim başlayıbsa) tez-bazar yığışıb evdən çıxa bilirik. İş həyatında da bu bacarıqlardan istifadə etmək lazım gələcək. Zaman çox bahalıdır, onu əldən vermək olmaz. Bir şeyi də unutmayın ki, qıraq-bucaqda sizin düşündüyünüzü eynilə planlaşdıran və yerinə yetirməyə hazırlaşan milyonlıarla insan var. Sürətlə hərəkət etmək və bir işi daha tez görə bilmək sizi xeyli qabağa sala bilər.
Kişi kimi davranmağa ehtiyac yoxdur
Gecə-gündüz yorulmadan çalışır, bununla bərabər, kişi yoldaşının daha böyük uğura imza atdığının şahidi olursunuz? Dərhal özünüzü bu bəd fikirlərdəm uzaqlaşdırırsınız. Qadınlar intuisiyasına inanaraq daha yaxşı biznes əlaqələr qurur və gələcəyi daha öncədən görə bilirlər. Ehtiyacında olduğumuz güc bizdə onsuz da var. Biz şablonlar üzərində yerimirik, öz yolumuzu müəyyənləşdiririk.
Hədəflərini müəyyənləşdir
Qadınlar bir şeyə can atan zaman əziyyət çəkməyi və onun üzərində baş sındırmağı yaxşı bacarır. İnanmırsınız? Universitet vaxtı imtahanlara hazırlaşmaq sürətinizi yadınıza salın. Təsəvvür edin ki, indi də həyatınızın ən vacib imtahanına hazırlaşmalısınız. Həftəlik, aylıq, illik planınızı hazırlayın. Məqsədinizə aparan yolda eniş-yoxuşları da yaxşı düşünün ki, sonra xəyallarınız puç olmasın.
Fikirlərə qulaq as
Fikirlərimizə təsir edən amillər müxtəlif ola bilər: vərdişlər, ətraf-mühit, keçmişdən nəticə çıxarıb yeni işlər görmək istəyi, çərçivələri aşmaq arzusu və s. Fikrimizi cəmləmək və hadisəyə fərqli tərəfdən baxmaq üçün qıraqdan hasnı münasibətin göstəriləcəyini anlamağa ehtiyacımız var. İşə başlamazdan öncə dostlarınızı bir araya yığın və məsələni onlarla müzakirə edin. Bundan əlavə, qurmaq istədiyimiz biznesdə alıcı ola biləcək insanların fikrini də bilmək maraqlı olardı. Qadınlar müxtəlif sahələrdə çatışmazlığı daha tez görür və əksər hallarda da ondan əziyyət çəkirlər. Əgər bazarda dünyaca məşhur markanın mallarına rast gəlmirsinizsə, hirslənmək əvəzinə, maliyyə yatırıb, açmanız daha düzgün olmazdımı? Odur ki, cəsarətinizi toplayın və iş başına keçin.
Geyin-keçim
Özünü doğru ifadə edə bilmək üçün geyimin də səninlə bir bütünlük təşkil etməlidir. Düzgün geyim seçimi böyük yardımçınız ola bilər. Söhbət vacib iş görüşməsindən gedirsə, klassik tərz hər zaman arzu olunandır. Məsələn, ağ rəng qarşınızdakı insana güvən hissi verir. Uzun qollu, belə oturan köynək geyinməklə müsbət təəssürat yaratmış olacaqsınız. Tünd rəngli pencək-şalvar və ya pencək-ətək kimi dəstlər heç vaxt dəbdən düşmüş sayılmır. Tünd qəhvəyi, göy, boz rəngli dəstlər geyinə bilərsiniz. Ayaqqabı da geyimə uyğun və qapalı olmalıdır. Bər-bəzəkli baletlər, çox hündürdaban ayaqqabılar və barmaqarası sandallardan uzaq dursanız yaxşıdır. Aksessuar seçimində sadəlikdən yana olmaq lazımdır.
Həyatımız, gələcəyimiz və karyeramız üçün bir çox planlar qururuq. Bu planları reallaşdırmaq üçün özümüzü zamanın axınına buraxmamalıyıq. Əslində enerjimizdən kifayət qədər istifadə etmək daha ağıllı seçim olar.
XƏBƏR LENTİ
Üç ekranlı smartfon hazırlandı
Məşhur aktyor səfir oldu
COVID-19-a yoluxanların sayı artdı
Qadağan olunmuş şəhər
Kəsmikli, xurmalı toplar (foto resept)
Mehriban Əliyeva yemək bişirdi - FOTO
Millimiz bu ölkələrlə qarşılaşacaq
Günəş tutulması başladı
Aktrisa ailə qurdu: "Vallah, ərə getdim" - FOTO
Ana südü və körpə
"Şirin" üzüklər
İlham Əliyev yaralı əsgərlərlə görüşdü
IX və XI sinif şagirdləri buraxılış imtahanı verirlər
Məşhur futbolçu Demeti rahat buraxmır - İşə Can da qarışıb
İlham Əliyev və xanımı media kəndində
Koronavirusa yoluxanların əksəriyyətində immunitet yarandığı təsdiqləndi
Gümrüdə erməniləri belə susdururlar
Azərbaycan Ordusunun Xankəndidə doğum evini atəşə tutması yalandır - RƏSMİ
Davamlı aclıq hiss etməyin 3 səbəbi
Bu gün metro işçiləri günüdür
Qadın boksçumuz beynəlxalq turnirdə 1-ci oldu
Hava haqqında - 25.02.2014
Növbəti üç gün üçün MANATIN MƏZƏNNƏSİ
Qırmızı meyvəli keks (foto-resept)
Hadisənin libası qiyməti ilə diqqət çəkdi- FOTO
Xərçəngə meydan oxuyan pilot xanım sirləri açıqladı
Oğlan üçün bezlər sonsuzluq yaradır?
Sakinlərin Şuşaya köçürüləcəyi tarix açıqlandı
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq
Smartfonların çəkisi artır
Leyla Şıxlinskaya Klinikası ilə bağlı qərar verildi
İsveçdə ilk müsəlman nazir
Paşinyan məsuliyyətdən qaçır: “Ordunun perspektivli cavabı yoxdur”
NASA-dan XƏBƏRDARLIQ ETDİ
Bu ölkədə internet 2 il pulsuz olacaq
Yaponiyada quş qripi aşkar edilən bölgələrin sayı artdı
Dişləri təbii yollarla necə ağartmalı?
Bitkilər və təbabət (10)
Hamiləliyin əlamətləri nələrdir?
Azərbaycanda çəkilən siqaretin sayı açıqlandı
Yay geyim nümunələri-2016
Ən baha şəhər
Bu obyektlər yaxın günlərdə açıla bilər - Nazir açıqladı
Ermənistanın “Vətən” muzdlu dəstəsi darmadağın edildi
Geyinmək istəməyəcəyiniz dəb
Gözəl manikürlər
Tez qırılan saçlar üçün 3 maska
Daha iki ölkə ilə viza rejimi sadələşəcək
Güclü insanların 8 xüsusiyyəti
"Qarabağ" ilin klubu seçildi
- ŞƏRHLƏR