18 - Uğura doğru irəliləmək üçün vasitələrdən biri özünə mürəbbi yəni tərbiyəçi seçməkdir. Elə yollar vardır ki, oranı müəllimsiz keçmək mümkün deyildir. Biz hökmən özümüzə müəllmi seçməliyik. Kimi seçməliyik?
Azərbaycanda uğur tapmağımız üçün elə burada uğur qazanmış insanları tapmalıyıq. Elə adamları tapmamalıyıq ki, pul-para, hörmət, tapşırıq və s. cəhətlər sayəsində özlərinə yer ediblər. Çünki biri bizə desə ki, uğur qazanmağın üçün adamın, pulun və s. olmalıdır. Bu bizi ümidsiz edəcəkdir. Bizə belə müəllim lazım deyil. Bizə o müəllim lazımdır ki, bizi kiminsə adamı olacaq səviyyəyə çatdırsın. Belə adam varmı?
İlk baxışdan görə bilmərik. Hər kəs öz iddiasına görə adam seçə bilər. Əgər bir insan görüb düşünürsünüz ki, bu özü bir yerə çatmayıb, məni hara çatdıracaqdır - o zaman heç olmasa ondan məsləhət almağa çalışın. Ya da deyin yol göstərsin.İndi feyzbukda bu şərait vardır. Hətta utancaq adam belə yol axtarmaq üçün etimad etdiyi birindən yol soruşa bilər. Sadəcə mürəbbidən faydalanmaq üçün səmimi olmaq da lazımdır. Əgər siz bu yolda doğru danışmasanız, obyektiv olmasanız, yolunuzu səhv tutacaqsınız.19. İstəyimizə çatmaq üçün plan tərtib etməyimiz lazımdır. Əgər biz istəyimizi vizuallaşdıra bilmişiksə, ona tərəf gedilən yollar aydınlaşacaqdır. Biz hələ nə istədiyimizi bilmirik, başqalarının istəklərinə baxıb, bizdə də olmasını istəyirik. Məsələn, mənim maşın sürməkdən xoşum gəlmir. Heç vaxt buna marağım olmayıbdır. Amma dostumun maşını vardır. Onun buna marağı var, həyatını buna sərf edir. Maşından da yararlanır. Mən indi dostumun maşını var deyə, bu sevdaya düşsəm, səmimi olmayacağam və hədəfə də çatmayacağam. Heç vaxt.

Çünki istəyimdə səmimi deyiləm.Bəzi insanlar vardır ki, onlar öz istəklərinə o qədər aludə olurlar ki, hətta bu hədəfə çatmaqdan ötrü bədənlərini də satırlar, namuslarını da tapdalayırlar, xainlik də edirlər. Onlar öz istəklərində səmimidirlər, lakin yolu səhv salıblar. Çünki istək vasitələrlə mütənasib olmalıdır. İnsanın yolu çirkindirsə, hədəfi də çirklənir.Biz istəyimizə baxarkən mənfi arqumentləri seçirik. Deyirik ki, "Buna tərəf bir yolum yoxdur. Əlimdən heç nə gəlmir". Burada işimizə fatihə oxuyuruq. Bəs əlindən nə gəlir? - sualını özümüzə versək, daha çox nəaliyyət əldə edərik.Bir oğlan vardı, atasını erkən itirmişdi. Onu bir müəllim yanına qoyurlar. Çünki kiminsə velisopedini oğurlamışdı. Tərbiyəçi ona dərs keçir. Sonra oğlanı dükana gətirir və ona deyir ki, bu velisopedlərdən hansı birini istəyirsən seç Oğlan çaşır və deyir ki, mən? Axı mənim pulum yoxdur. Müəllim deyir ki, seç. O da seçir. Müəllim deyir ki, indi nə etmək lazımdır?
Bunu əldə etmək. Bunu əldə etmək üçün vasitələr tapmaq lazımdır.Oğlana deyir ki, nə bacarırsan? Oğlan deyir ki, pəncərə silə bilirəm, ot biçə bilirəm, it gəzdirə bilirəm. Hədəfi təyin etdikdən sonra oğlan bu haqda elan vurur küçələrə. Yəni bacardığı işləri. Zənglər başlayır. Bir ot biçimi üçün 10 dollar pul alır. Görür ki, dostları həsrətlə ona baxırlar. Həmin oğlanları təyin edir və onlara 5 dollar verir. İşi vüsət tapır. Zəng və sifarişlər çoxlalır. Oğlan velisopedi də alır, sair işlər də görür. Amma dostları onun əlinin altında çalışırlar. Bu oğlan o qədər uğurlu olur ki, artıq mediayada sirayət edir.Bu da sadə bir misal. Bu oğlan kiminsə tapşırığı əsasında iş görmədi. Rüşvət vermədi. Ancaq istəyinə nail oldu.
XƏBƏR LENTİ
Cildinizi qocalmadan qoruyun.
Güllü-naxışlı geyim və aksessuarlar
Hamburger (foto resept)
Anasının FOTOsunu paylaşdı, hər kəs HEYRƏTLƏNDİ
Tatlısəsin anası öldü-FOTO
Meyvə şirələrinin faydası
Onlar arıqlamaq istəmirlər
İstilər qayıdır
Azərbaycana sürücüsüz avtobuslar gətiriləcək
Dəbli köynək modelləri
Ən qəribə rekordlar
KİV: Tramp beş gün əvvəl İrana zərbə endirməyi planlaşdırıbmış
Hakerlər Ukraynanın hökümət saytlarını dağıtdılar
Şokoladlı fransız ruleti (foto resept)
Zabit Səmədov zəncini döydü, 1 milyon uddu
Yol Polisindən bu sürücülərə sərt XƏBƏRDARLIQ
Hicablı xanımlara ziyafət don modelləri
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Xocavəndin işğalı - 22 il
Nazirlər Kabineti distant təhsillə bağlı qərar qəbul etdi - RƏSMİ
Ermənistanda hakimiyyət zorakılıqları genişlənir
Başqa musiqilər...
İlham Əliyev hərbi əməliyyatların bəzi təfərrüatını açıqladı
Günün ulduz falı
Ağ Evin saytında erməni təcavüzünə qarşı petisiya
Yaqut Qarayeva: “Qaydalara riayət edilməsə, qapanmadan istənilən nəticəni əldə etmək mümkün olmayacaq”
HAVA necə olacaq?- 5 MART
Koronavirus əlamətlərini hiss edirsizsə, BUNLARI EDİN
Dreykin 663 minlik döşəyi diqqət çəkdi
Bakıya 151 avtobus gətiriləcək
Quranı cırıb "konfetti" düzəldən qadın cəzalandırıldı
Prezident İlham Əliyev sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı fərman imzaladı
Sabahın HAVAsı
Narkoz ölüm dadırmı?
Meyvələr və ət niyə dadlıdır?
Dua Lipanın mahnısı Aleyna Tilkinin mahnısına bənzədildi-VİDEO
Münasibətlərə zərər verən vərdişlər
Qışa hazırıqmı? - Rəsmi AÇIQLAMA
Səhra əqrəbi
Bir həftəlik sevinc
Qadın və beyin
Sağlam olmaq üçün sadə üsullar
Azərbaycanda bir ilk! Valideynlər, qaçırmayın!
Eser Yenenlerin xanımı doğumdan 15 gün SONRA-FOTO
Rabitə Nazirliyi mobil operatorlara qarşı məcburi tədbirlər görəcək
Toy tortları (3)
Unlu kətə ( foto resept)
Dəbli və gözəl görünmək üçün stil dərsləri
Məşhur müğənniyə hücum etdilər-FOTO
İsveç şahzadəsi xəstəxanada işə başladı-FOTO















- ŞƏRHLƏR