Qadin.NET / Bu həyatda öz yerimi necə tutum? (11)

Bu həyatda öz yerimi necə tutum? (11)

 

Bu həyatda öz yerimi necə tutum? (11)

 

18 - Uğura doğru irəliləmək üçün vasitələrdən biri özünə mürəbbi yəni tərbiyəçi seçməkdir. Elə yollar vardır ki, oranı müəllimsiz keçmək mümkün deyildir. Biz hökmən özümüzə müəllmi seçməliyik. Kimi seçməliyik?

Azərbaycanda uğur tapmağımız üçün elə burada uğur qazanmış insanları tapmalıyıq. Elə adamları tapmamalıyıq ki, pul-para, hörmət, tapşırıq və s. cəhətlər sayəsində özlərinə yer ediblər. Çünki biri bizə desə ki, uğur qazanmağın üçün adamın, pulun və s. olmalıdır. Bu bizi ümidsiz edəcəkdir. Bizə belə müəllim lazım deyil. Bizə o müəllim lazımdır ki, bizi kiminsə adamı olacaq səviyyəyə çatdırsın. Belə adam varmı?

İlk baxışdan görə bilmərik. Hər kəs öz iddiasına görə adam seçə bilər. Əgər bir insan görüb düşünürsünüz ki, bu özü bir yerə çatmayıb, məni hara çatdıracaqdır - o zaman heç olmasa ondan məsləhət almağa çalışın. Ya da deyin yol göstərsin.İndi feyzbukda bu şərait vardır. Hətta utancaq adam belə yol axtarmaq üçün etimad etdiyi birindən yol soruşa bilər. Sadəcə mürəbbidən faydalanmaq üçün səmimi olmaq da lazımdır. Əgər siz bu yolda doğru danışmasanız, obyektiv olmasanız, yolunuzu səhv tutacaqsınız.19. İstəyimizə çatmaq üçün plan tərtib etməyimiz lazımdır. Əgər biz istəyimizi vizuallaşdıra bilmişiksə, ona tərəf gedilən yollar aydınlaşacaqdır. Biz hələ nə istədiyimizi bilmirik, başqalarının istəklərinə baxıb, bizdə də olmasını istəyirik. Məsələn, mənim maşın sürməkdən xoşum gəlmir. Heç vaxt buna marağım olmayıbdır. Amma dostumun maşını vardır. Onun buna marağı var, həyatını buna sərf edir. Maşından da yararlanır. Mən indi dostumun maşını var deyə, bu sevdaya düşsəm, səmimi olmayacağam və hədəfə də çatmayacağam. Heç vaxt.

 

 

Çünki istəyimdə səmimi deyiləm.Bəzi insanlar vardır ki, onlar öz istəklərinə o qədər aludə olurlar ki, hətta bu hədəfə çatmaqdan ötrü bədənlərini də satırlar, namuslarını da tapdalayırlar, xainlik də edirlər. Onlar öz istəklərində səmimidirlər, lakin yolu səhv salıblar. Çünki istək vasitələrlə mütənasib olmalıdır. İnsanın yolu çirkindirsə, hədəfi də çirklənir.Biz istəyimizə baxarkən mənfi arqumentləri seçirik. Deyirik ki, "Buna tərəf bir yolum yoxdur. Əlimdən heç nə gəlmir". Burada işimizə fatihə oxuyuruq. Bəs əlindən nə gəlir? - sualını özümüzə versək, daha çox nəaliyyət əldə edərik.Bir oğlan vardı, atasını erkən itirmişdi. Onu bir müəllim yanına qoyurlar. Çünki kiminsə velisopedini oğurlamışdı. Tərbiyəçi ona dərs keçir. Sonra oğlanı dükana gətirir və ona deyir ki, bu velisopedlərdən hansı birini istəyirsən seç Oğlan çaşır və deyir ki, mən? Axı mənim pulum yoxdur. Müəllim deyir ki, seç. O da seçir. Müəllim deyir ki, indi nə etmək lazımdır?

 

Bu həyatda öz yerimi necə tutum? (11)

 

Bunu əldə etmək. Bunu əldə etmək üçün vasitələr tapmaq lazımdır.Oğlana deyir ki, nə bacarırsan? Oğlan deyir ki, pəncərə silə bilirəm, ot biçə bilirəm, it gəzdirə bilirəm. Hədəfi təyin etdikdən sonra oğlan bu haqda elan vurur küçələrə. Yəni bacardığı işləri. Zənglər başlayır. Bir ot biçimi üçün 10 dollar pul alır. Görür ki, dostları həsrətlə ona baxırlar. Həmin oğlanları təyin edir və onlara 5 dollar verir. İşi vüsət tapır. Zəng və sifarişlər çoxlalır. Oğlan velisopedi də alır, sair işlər də görür. Amma dostları onun əlinin altında çalışırlar. Bu oğlan o qədər uğurlu olur ki, artıq mediayada sirayət edir.Bu da sadə bir misal. Bu oğlan kiminsə tapşırığı əsasında iş görmədi. Rüşvət vermədi. Ancaq istəyinə nail oldu.

12 may 2016
GO BACK