Sadə olan əbədi olanın və böyük olanın sirrini daşıyır. İnsanda bu birdən birə ortaya çıxar, amma uzun bir genişləməyə ehtiyac duyar. Hər zaman eyni olanın bərəkəti görünməzliyindədir.
Həyatı
Martin Heideqqer (1889-1976) Messkirşdə, Almaniyanın cənub-qərbindəki Badendə balaca şəhərdə doğulmuşdur. Onun atası yerli Katolik Kilsəsində xadim idi və oğlan dini təhsil almışdı. Yerli orta məktəbi bitirdikdən sonra o, Yezuit monastırına daxil olmuş və sonra Frayburq Universitetində ilahiyyatı öyrənmişdir. Orta əsrlərin ilahiyyatın fəlsəfi istiqaməti bu elmdə Heideqqeri maraqlandırmış və o, mövzu üzrə formalaşmanı bitirmişdir. 1914-cü ildə o, "Fizioloqizmdə mühakimə Nəzəriyyəsi" adı altında doktorluq işini təqdim etmişdir ki, bu, Edmund Hasellin işlərinin mühüm təsirini görmək mümkün idi. Bir ildən sonra o, orta əsrlər məntiqi üzrə işi müdafiə etdikdən sonra mühazirəçi qismində Frayburq Universitetinə gəlir.
Yavaş-yavaş başlamaqda olan karyerası 1915-ci ildə hərbi xidmət səbəbi ilə qısa bir fasiləyə uğradı. Cəbhəyə uyğun olmayan bu gənc alimi poçt xidmətləri və metereoloji müşahidə işlərinə verdilər. Əsgərliyə çağrıldığı ilk ildə Heideqqer irəlidə evlənəcəyi Elfreide Petri ilə tanış oldu. Elfreide Frayburq Universitetinin Milli İstisdiyyat fakültəsində oxuyurdu. Müstəqilliyini sevən bir qadın idi. 1917-ci ildə evləndilər və iki il sonra oğulları Jörq dünyaya gəldi. İkinci Dünya Müharibəsində həyatını itiricək. İkinci oğulları Herman 1920-ci ildə dünyaya gəldi. Heideqqer sağkən bu uşağın özündən olmadığını öyrənə bilmədi. Həyat burada filosofa pis bir oyun oynamışdı.
Heideqqer 1918-ci ildə alimlik karyerasına davam etdi. Sonradan yaxın və güvənc dolu bir münasibət quracağı Edmund Husserlin köməkçisi oldu. 1923-cü ildə Husslerin tövsiyəsi ilə Marburq Universitetinin fəlsəfə bölməsinə müəllim olaraq qəbul edildi. Arvadı Elfreide 1928-ci ildə Şvarzvald yaxınlığındakı Todnauberqdə bir ərazi satın aldı və orada planladığı kiçik bir ev inşa etdirdi. Həmin kiçik ev Heideqqerin irəlidə böyük əsərlərini yazmaq üçün sıx-sıx qapanacağı yer olacaqdır. Marburqdakı professorluğunu müəyyən edəcək iki mühüm hadisə oldu. Birincisi, orda gənc fəlsəfə tələbəsi Hannah Arendt ilə tanış oldu. Hannah yəhudi idi. Aralarında böyük səylə gizlədikləri bir sevgi münasibəti başladı; ancaq bu münasibət 1925-ci ildə Heideqqer tərəfindən bitirildi. Evliliyini daha artıq təhlükəyə soxmaq istəmirdi. Ancaq aralarındakı sevgi həyatları boyunca sönmədi, bəzən araya uzun, səssiz illər girsə də heç bir zaman bir-birilərindən qopmadılar. İkinci hadisə isə sadəcə Heideqqerə görə deyil, bütün fəlsəfə tarixi baxımından da əhəmiyyətli idi. Bu da ən böyük əsəri "Varlıq və zaman"ın 1927-ci ildə nəşr olmasıydı. Heideqqer bəlkə də XX əsrin ən böyük fəlsəfə kitabını yazmışdı; hətta bu kitab fəlsəfə tarixinin ən əhəmiyyətli əsərlərindən biri sayılır. Tələbələri tərəfindən böyük bir heyranlıqla izlənməkdə olan Heideqqer bir anda fəlsəfənin meqastarı oldu. Bunun nəticəsində 1928-ci ildə Frayburq Universiteti tərəfindən kürsüyə dəvət edildi.
1933-cü ildə universitetin rektorluğuna seçildi və Hitlerin partiyası NSDAP-ya yazıldı. Heideqqerin ən az altı ay boyunca Universitetdəki danışıqlarında və yazılı mətnlərində Hitleri tərifləyən sözləri olan sənədlər vardır. Ancaq bu mətnlərdə irqçi və antisemit bir görüş sərgiləməyib. Universitetin rektoru olaraq universitetdə yəhudi tələbələrin boykot edilməsinə qarşı çıxdı. 1934-cü ildə milli sosializmə müxalif olan iki dekanı universitetdın xaric etməsi ilə gələn təzyiqlər qarşısında rektorluqdan istefa etdi.
Heidegger "Həyat və Zaman" əsərində həyatın mənası sualı ilə maraqlanır. Daha sonra "Metafizikaya giriş"-də (1935) o, Leibnitsin formulasını qəbul edəcək. Lakin həyat sualı Heideqqer üçün mövcudluğun mahiyyəti deyildir, o, sadəcə deyir ki, insan üçün bu xasdır ki, suala belə diqqəti verilir. Bu kitabı yazdıqdan sonra, Martin dedi ki, ikinci hissəni yazacaq, ancaq bu nəşr edilməmişdir.
1945-ci ildə köhnə dostu Karl Jaspers (həyat yoldaşı yəhudi olduğu üçün İsveçrəyə qaçmağa məcbur olmuşdu), Heideqqerin faşist keçmişinə dair fikri soruşulduğunda universitetdə müəllimlik etməsini (müddətli) qadağan edilməsi lazım olduğunu söylədi. Heideqqerin lisenziyası əlindən alındı. Universitetdə müəllimlik etmək icazəsini geri almasə tam altı il sürdü. İcazəni geri alar almaz dərslərə başladı və bu vəziyyət cəmiyyətdə böyük bir səs-küy yaratdı. 1959 ilə 1969-cu illər arasında Heideqqer Medard Bossun təlim təşkilatında məşhur "Zollikon seminarları"nı verdi. Heideqqer bu seminarlar boyunca İsveçrədəki psixiatrın anlayışına olduqca təsir etdi və onu öz varlıq təhlillərinin içinə çəkdi.
Heideqqer həyatının sonlarını Todtnauberqdəki kiçik evində keçirdi; 26 may, 1976-cı ildə Frayburqda həyata vida etdi.
Müəllif: Andreas Mussenbrock
Tərcümə: Ceylan Mumoğlu
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)
- ŞƏRHLƏR