Klemense Royer ən çox Darvinin "Növlərin mənşəyi" kitabını 1862-ci ildə fransız dilinə tərcüməsi ilə tanınmışdı.
Klemense Royer 1830-cu ildə Fransanın Nantes şəhərində anadan olub. Babası 1832-ci ildə Krala qarşı üsyana qatıldığı üçün ailə İsveçrəyə sürgünə göndərildi. Royer 10 yaşına çatanda bir monastır məktəbinə göndərilmişdi. Lakin bu məktəbdə şiddətli psixoloji gərginliklər yaşayaraq oranı tərk etmək məcburiyyətində qalmışdı. Məktəbdən çıxdıqdan sonra atasının köməyi ilə riyaziyyatı öyrənməyə başladı.
1849-cu ildə atasının vəfatından sonra müəllimlik etmək üçün iş axtarmağa başladı. O, fransız dili, riyaziyyat və musiqi dərsi verə biləcəyini düşünürdü. Xüsusi ev dərsləri verdikdən sonra 1853-cü ildə bir qız məktəbində müəllim işləmək üçün Valesə (Cənub-Şərqi İngiltərə) getdi. Orada ingilis dilini də öyrəndi və protestantlığa yaxınlıq hiss etdi. Sonrakı il Fransaya geri qayıtdıqda Volter, Russo, Diderot kimi maarifçilik filosoflarının əsərlərini incələdi və dini düşüncələrdən uzaqlaşdı. 1856-cı ildə ailəsi ilə münasibətlərini kəsdi və İsveçrəyə getdi. Orada Lozan yaxınlarındakı Paz-Perezdə öz evində qaldı. Burada iki il nisbətən təcrid edilmiş kimi həyat yaşayan Klemense Royer xalq kitabxanalarında işlədi və öz çalışmalarını satmaqla keçindi.
Paz-Perezdə yaşadığı günlərdə Klemense biliksizliyinin fərqinə vardı və demək olar ki, hər mövzuda mətnləri sanki udaraq oxumağa başladı. Fəlsəfə, fizika, antropologiya, iqtisadiyyat, riyaziyyat, geologiya, hüquq və təbiət tarixi daha çox maraqlandığı mövzular sırasında idi.
1858-ci ildə bir iqtisadi qəzet üçün yazı yazdığı zamanlarda qəzetin redaktoru Paskal Duprata aşiq oldu və 1885-ci ildə sevgilisi ölənə qədər 27 il müddətində onunla birlikdə yaşadı. Ancaq Duprat evli idi, bir övladı vardı və yoldaşından boşana bilməmişdi. Duprat iki evə birdən lazımi qədər dəstək ola bilmədi və ailəsi maddi baxımdan böyük çətinliklər yaşadı.
1865-ci ildə Royer və Duprat açıq şəkildə birlikdə yaşamaq üçün İtaliyaya getdilər. Orada Klemensenin Rene adlı oğlu dünyaya gəldi. Klemense oxumaqla yanaşı nəşrlərini də İtaliyada davam etdirdi. Ailə 1870-ci ildə Parisə qayıtdı.
Duprat öldüyü zaman Royer çox kiçik bir gəlirlə yaşamağa məcbur oldu. Dostlarının köməyi ilə Parisdə şəhər mərkəzindəki baxım evinə yerləşdi. Çalışmalarına orada da davam etdi və 1902-ci ildə Neuillysur-Seində vəfat etdi.
Klemense Royer yazıçı və müəllimlik karyerasına 1857-ci ildə Lozanda başlamışdı. İki il sonra qadınlar üçün "40 hissədə təbiət fəlsəfəsi və tarix üzrə dərslər" başlıqlı çox populyar olan bir qrup dərsləri seriyası təqdim etdi. Dərslərini İsveçrə və İtaliya şəhərlərində davam etdirdi.
Royer Lamarkın əsərləri ilə də maraqlanmağa başlamış, lakin onun bütün düçüncələrini mənimsəyə bilməmişdi. Darvinin əsərini kəşf etdikdən sonra onun kitabını fransız dilinə tərcümə etmək arzusuna qapıldı. Darvinin "Növlərin mənşəyi" əsərini tərcümə edib yayımladığı 1862-ci ildə eyni zamanda iqtisadiyyatla bağlı iki cildlik əsər də nəşr etdirir. Bu əsər ictimai bərabərsizliklər və vergilər üzərində edilmiş bir təcrübədən ibarət idi. Darvinin "Növlərin mənşəyi" əsərinə Royer həm də öz şəxsi təhlili ilə ön söz də əlavə edir.
Fransız antropoloq Çarlz Letornau Royerin tərcüməsinə yüksək qiymət vermişdi. Royer Darvinin qadınları kişilərə görə daha aşağı varlıq olması fikrini xüsusi qeyd edərək aşağıdakı şərhi yazmışdır: "Qadın kişilərin bütün canlılar içində haqqında ən az şey bildikləri bir heyvandır".
Darvin Royerin bu cəsarəti qarşısında şok keçirsə də, onun haqqında fikri də müsbət idi: "O, Fransada ən təəccübləndirici və zəki qadındır".
Bununla yanaşı, "Növlərin mənşəyi"nin üçüncü nəşrində Darvin Royerin tərcüməsindən məmnun qalmamışdı. Darvin başqa bir tərcüməçi ilə anlaşsa da, 1882-ci ildə əsərin populyar tərcüməsini etdirmək üçün yenidən Royerə müraciət etdi.
Royer 1870-ci ildə Paris Antropologiya Dərnəyinə üzv olması üçün dəvət edilən ilk qadın oldu. Dərnəyə üzv olaraq seçilməsi bəzi müzakirələrə yol açdı, ancaq illər boyu Royer məqalələri ilə dərnəyin çalışmalarında iştirak etdi.
1880-1890-cı illərdə iqtisadi qəzetlərə, antropologiya jurnallarına, ensiklopediyalara yardım etdiyi "La Fronte" adlı feminist qəzetə yazılarını təqdim etdi. 1897-ci ildə feminist hərəkatının ən qabaqcıl siması oldu və 1900-cü ildə "Legion d'Honneur" nişanı ilə mükafatlandırıldı.
XƏBƏR LENTİ
Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edildi - VİDEO
Serenay və Cem Yılmaz karantin vaxtı görüntüləndi
Göz rənginə görə makiyaj
Su israfının qarşısını necə alaq?
Hərəkət edən rəsmlər
Sılanın məhkəmə tarixi məlum oldu-FOTO
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Tom and Jerry
2014-cü ilin ziyafət geyimləri
Ermənilərin Gürcüstanda fırıldağı: ikinci Qarabağ?
Ağıllı qızlar niyə tənhadırlar?
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO
Polşa höküməti istefa verdi
Azərbaycanda seysmik təhlükə: AMEA iş başında
Ramazanın 27-ci gününün duası
İlham Əliyev xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib
Bakıdakı bərbad küçə ilə bağlı gülməli təklif
Ermənilər küçələrə çıxdı
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (3-cü hissə)
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Bitki yağları haqqında
Gonbullar əlil hüququ aldılar
Düşmən Ağdam kəndini atəşə tutdu
Onlar bir zamanlar sinələrdə parlardı...
Körpələrin zehnini inkişaf etdirən faktorlar
Məktəbli formaları indi neçəyədir?
Bazar gününü gözəl keçirmək üçün tövsiyələr
Norveç kralı karantinə yerləşdirilib
Azərbaycanda idman federasiyası dağılır?
Hökumətdən manat həmləsi
Qarabağsayağı göyərti kətəsi (foto resept)
Bu kənddə yerin altında namaz qılırlar
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
Burcu Güneşin TOYU olacaq-FOTO
Qida formasında bijuteriyalar
Arıqlamaq üçün məşhur sirri
Gəlinlik ayaqabısının seçimi
Yoldaşının telefonuna baxan qadına CƏZA
Dəqiqlik üçün darçın, stress üçün qoz
Günün qoroskopu: bulanıq suda balıq tutmaq olar
"QazEL"lər xəttdən çıxarılır
Onu görən gözlərinə inana bilmir-FOTO
Azərbaycanı, hər birimizi böyük təhlükə gözləyir
Yolumuz Şuşayadır - VİDEO
O, yeni fenomendir
Maraqlı dəstlər
Naxçıvan dolması (foto resept)
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
- ŞƏRHLƏR