Hörmətli sayt istifadəçiləri!
Bu gün sizlərə "Qadın haqları" bölməmizdə bizləri xoşbəxt edə biləcək Dövlət-insan münasibətləri haqqında məlumat vermək istəyirəm.Unutmayaq ki,dünya mütəxəssislərinin əksətiyyətinin gəldikləri umumi rəyə görə insanları xoşbəxt edən 7 faktordan 2-cisi məhz yaşadıqları dövlətin insanlarına münasibəti ilə bağlıdır.
İnsan hüquqları müasir dünyanın ən aktual problemlərindən biridir.
Müasir dövrümüzdə insan hüquqlarının təminatı səviyyəsi ölkələrdəki siyasi rejimlərin xarakterini müəyyən edən başlıca amillərdən biri kimi qəbul olunmuşdur.Hələ XIX əsrdə Kant deyirdi ki,insan müəyyən məqsədlərin əldə edilməsi üçün vasitə olmalı deyildir.Onun fikrincə, cəmiyyətdə baş verən bütün dəyişikliklərin və islahatların məqsədi insan olmalıdır.Yəni insan hüquqlarının təmin olunması və insanların xöşbəxtliyi dövlətin və cəmiyyətin məqsədi olmalıdır.Məhz elə bu ideya BMT-nin Nizamnaməsində öz əksini tapmışdır.Orada göstərilir ki, insan hüquqlarının təmin olunması BMT-nin əsas vəzifəsidir.Bu fikir 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında da təsbit olunmuşdur və konstitusiyanın 12-ci maddəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir.
İnsan hüquqları dedikdə, elə hüquqlar başa düşülür ki, bu hüquqlar dövlətlə qarşılıqlı münasibətdə hər bir insanın fərdi azadlığa nail olmaqdan, cəmiyyətin təşkil olunmasında iştirak etməkdən ibarət olan əxlaqi və hüquqi aktlardır.İnsan hüquqlarından danışarkən, qeyd etmək lazımdır ki, insan hüquqları, əsasən dövlət hakimiyyətinin məhdudlaşdırılması hesabına təmin olunur.Lakin dövlətlər heç də öz hakimiyyətlərini fərdin hüquqlarının xeyrinə məhdudlaşdırmaq istəmir.
İnsan hüquqlarının təbiəti haqqında danışarkən, ilk növbədə, bəzi xarakterik xüsusiyyətləri qetd etmək lazımdır.Bu xüsusiyyətlər, əsasən aşağıdakılardan ibarətdir.
1. İnsan hüquqları universal normalardır.Yəni insan hüquqları irqindən, cinsindən, sosial və əmlak vəziyyətindən, əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsə aiddir.Bu müddəa Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2-ci maddəsində öz əksini tapmışdır.Bundan başqa, orada göstərilir ki, insanın mənsub olduğu ölkənin və ya ərazinin siyasi, hüquqi və beynəlxalq statusuna bu ərazinin müstəqil və ya asılı, özünü idarə etməyən və ya suverenliyi hər hansı digər şəkildə məhdudlaşdırılan ərazi olub-olmamasından asılı olmayaraq, heç bir fərq qoyulmamalıdır.Hər bir kəs anadan olduğu gündən bu hüquqlara malikdir və bu hüquqlar özgəninkiləşdirilə bilməz.Yəni heç kəs bu hüquqlardan məhrum edilə bilməz.
2. İnsan hüquqları yalnız dövlətlə insanlar arasında olan münasibətlərə aid məsələdir.Yəni insan hüquqlarına dair normalar yalnız dövlət və insan arasında yaranan münasibətləri nizama salır ki, bu da onu digər hüquq sahələrinin normalarından fərqləndirir.Əgər hər hansı bir insan öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər insanın hüquqlarını pozursa, artıq bu insan hüquqları dövlətlə fərd arasında olan məsələ olduğuna görə burada dövlət fərdin hüquqları naminə öz hakimiyyətini məhdudlaşdırmalıdır.Bu ideya hələ 1789-cu ildə Fransada qəbul olunmuş İnsan və vətəndaşların hüquqları haqqında bəyannamənin 5-ci maddəsində öz əksini tapmışdır.Burada göstərilir ki, qanunla qadağan olunmayan hər şeyə icazə verilir və qanunla nəzərdə tutulmayanları etməyə heç kəsi məcbur etmək olmaz.
3.İnsan hüquqlarının 3-cü xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlar kollektiv deyil, fərdi xarakter daşıyır.Yəni insan hüquqları dedikdə,hər hansı bir sosial qrupun deyil,həmin qrupa daxil olan konkret fərdin hüquqları başa düşülür.Məhz insan hüquqlarının bu xarakterik xüsusiyyəti çoxluğun hakimiyyəti olan demokratiyanı məhdudlaşdırır.Belə ki, müasir dövrdə hər hansı bir dövlətin bütün əhalisi belə, hansısa bir şəxsi hüquqlarından məhrum edə bilməz.Məhz elə bu xüsusiyyət müasir demokratiyanı qədim demokratiyadan fərqləndirir.
İnsan hüquq və azadlıqlarının təsbiti, təmini və müdafiəsi konstitusiyaçılığın əsasıdır.Təsadüfi deyildir ki, konstitusiya kimi mühüm siyasi-hüquqi sənədin hazırlanmasında başlıca məqsəd insanın hüquq və azadlıqlarının bütün özbaşınalıqlarından və qəsdlərdən müdafiəsini təmin etmək olmuşdur.Yalnız sərbəst və azad insan cəmiyyəti üçün zəruri olan maddi və mənəvi nemətlərin yaradıcısı kimi çıxış edə bilər.
Ardı var...
Məlumdur ki,dövlət-insan münasibətlərinə görə ən yüksək səviyyə göstəricisi ölkələr sırasina İsveç,Norveç,Danimarka kimi dövlətlər daxildir.Hətta ABŞ kimi güclü bir dövlət bu münasibətlərin inkişafına görə 27-ci yerdə durur.Sizcə,bizim yaşadığımız dövlətin insanlarına münasibəti necədir və bu münasibətlə razılaşırsınızmı?Əgər razılaşmırsınızsa,əslində doğru münasibət kimi nəyi hesab edirsiniz və necə arzulayırsınız?
Xəbərdə həm də,Məmmədli Mehdinin materialından istifadə edilmişdir.
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR