Əziz Qadın.net istifadəçiləri, sizinlə çox aktual bir problem olan məşiət zorakılığı və gender bərabərsizliyi haqqında danışmaq istərdim.Bildiyimiz kimi,qadın cəmiyyətin ən əsas qüvvələrindən biridir.Cəmiyyətin əsas qurucu qüvvəsi elə məhz biz qadınlarıq.Lakin çox təəssüf ki,cəmiyyətdə bir çox insanlar demək olar ki,əksərriyət qadınların bu gücünü heçə sayaraq onlara qarşı müxtəlif zərərlər törədirlər.Çox acınacaqlıbir haldır ki,belə zorakılıqların sayı getdikcə artmaqdadır.Qadınların hüquqlarının tapdalanması,onların şəxsiyyətinin alçaldılması,cəmiyyətdə hökm sürən avamlıq,insanlara laqeyd yanaşma pis nəticələrə gətirib çıxarır.Bunlardan biri də elə gender bərabərsizliyidir ki,bunun da mənası qadın və kişi hüquqlarının bərabərsizliyidir.Artıq cəmiyyətdə tez-tez rast gəldiyimiz bu problemləri həll etmək üçün müxtəlif təşkilatlar,qadın birlikləri fəaliyyətdədir.Lakin,buna baxmayaraq yenə də qadın zorakılığının sayı artmaqdadır.Belə hallara ən çox müxtəlif rayonlarda rast gəlinir ki,bu da qadınların bu haqda məlumatsızlığından irəli gəlir.
Əziz xanımlar, bəs, zorakılıq nədir?
Zorakılıq insana psixoloji,sosial,iqtisadi təzyiqin tətbiq olunması və ya fikizi zərbənin vurulmasından ibarət olan nəzarət və əziyyət vasitəsidir.
Artıq çox acınacaqlı bir haldır ki,zorakılığın müxtəlif növləri də meydana gəlmişdir.Onlar aşağıdakılardır:
1.Fiziki zorakılıq.
2.Mənəvi zorakılıq.
3.Psixoloji zorakılıq.
4.İqtisadi zorakılıq.
5.Seksual zorakılıq.
Fiziki zorakılıq qarşı tərəfə fiziki cəhətdən zərərin toxunması deməkdir.Bura əsasən vurma,döymə,şillələmə,təpikləmə aiddirki,bu da bədəndə müxtəlif xəsarətlərə yol aça bilər.
Mənəvi zorakılığa qarşı tərəfin daxili dünyasının dağılması,mənən zərər çəkməsi aiddir.
Psixoloji zorakılıq insan psixikasının pozulmasına, hətta ölümə belə səbəb ola bilər.
İqtisadi zorakılıq onun iqtisadi və maddi imkanlarına zərər vurulması nəzərdə tutulur.
Seksual zorakılıq qarşı tərəfin razılığı olmadan onu cinsi əlaqəyə təhrik etməkdir.
Bu zorakılıqların baş verməsinin əsas səbəbi,insanın cəmiyyətdə hüquqlarını bilməməsi və laqeyd yanaşılmadır.Zorakılığa qarşı,qadın hüquqlarının tapdalanmasına qarşı bir çox qanunlarda mövcuddur.1979-cu ildə BMT qadınlara qarşı zorakılığın aradan qaldırılması,hər cür ayrı seçkiliyin aradan qaldırılmasına aid konvensiya qebul etmişdir.1981-ci ildə bu konvensiyaya 21 ölkə qoşulmuşdur.Bu günə kimi isə 181 ölkə bu konvensiyaya daxil olmuşdur.1995 -ci ildə isə Azərbaycan bu konvensiyaya ratifikasiya olunmuşdur.Bu konvensiya 30 maddədən ibarətdir ki,bununda 10 maddəsi qadın hüquqlarına aiddir.
Daha sonra Ailə qadın və uşaq problemləri üzrə dövlət komitəsi 1998-ci ildə yaradılmışdır.Lap sonda isə 1999-cu il 17 dekabr BMT-nin baş assambleyası tərəfindən qadınlara qarşı zorakılığın ləğvi üzrə 25 noyabr beynalxalq gün kimi qeyd olunur.
Qanun qarşısında bu zorakılıqların əlbəttə ki,cəzası var.Lakin mənim şəxsi fikrimcə, bu cəza heç nədir. Belə ki;
İqtisadi zorakılığa-300-500 man cərimə
Fiziki zorakılığa-300-500 man cərimə
Psixi zorakılıq-300-500 man cərimə
Seksual zorakılıq-7-8 il.
Lakin bu cərimə və cəzalar törədilən zorakılığın fəsadlarının ağırlığından asılıdır.Zorakılıq Azərbaycanda olduğu kimi digər xarici ölkələrdə də çoxluq təşkil edir.Aparılan bir çox araşdırmalar nəticəsində məlum olmuşdur ki,hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalmışdır,hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülür.Dünyada hər 5 qadından 1 ömrü boyu seksual zorakılığın və ona cəhdin qurbanı olur.Hər il dünyada 3-4 milyon qadın öz həyat yoldaşları tərəfindən döyülür.Ailə zorakılığının 95% qurbanı qadınlar olur.Hadisələrin 80% kişilər tərəfindən törədilir.Qazaxıstanda hər 3 qadından biri zorakılığa məruz qalır.ABŞ da hər gün 11 qadın ailə zorakılığı nəticəsində ölür.Ən çox zorakılıq halları baş verən ölkə ABŞ,Kanada,İsrail,Avstraliya,Cənubi Afrikadır.Bu ölkələrdə qadınların 40-70 % öz partnyorları tərəfindən öldürülür.
Bu ilin son statistikasına görə qadın zorakılığı keçən ilə nisbətən daha da artmışdır.Bu ilin 11 ayı ərzində zorakılığa məruz qalan 30 qadın qətlə yetirilib,17 qadın isə müxtəlif xəsarətlər alıb.Qadınları qətlə yetirənlər əsasən onların həyat yodaşları olub.Bundan başqa bildirilib ki,bu ilin 6 ayı ərzində məişət zorakılığı ilə bağlı qeydə alınan 773 cinayət hadisəsi zamanı 790 qadın zərər çəkib və onların 3-ü 18 yaşadək qızlar,4-ü isə hamilə qadınlar olmuşdur.
2010-cu ildə ailə daxili zorakılıq zəminində 109 nəfər,2011-ci ildə isə 135 qadın qətlə yetirilib.
Əziz istifadəçilər, əlimdən gəldiyi qədər sizlərə bu aktual problem haqqında məlumat verdim. Çox təəssüf ki,zorakılıq halları xüsusilə qadınlara qarşı get-gedə daha da artır və artmaqdadır.Bunun ən baçlıca səbəblərindən biri insanın ətrafa və baş verən zorakılığa laqeyd qalmasıdır.
Əziz istifadəçilər, düzdür, ailə məsələlərinə qarışmaq düzgün hal deyil amma, hansısa bir insan zorakılığın baş verdiyinin şahidi olub və ona müdaxilə edərək yardım etmisinizmi?
XƏBƏR LENTİ
"Instagram"da 3 yeni funksiya
Kişilər üçün üz maskaları
Toyuq ətli salat (foto resept)
Avtomobil idxalı azalıb
"DUMANLI GÖZLƏR" MAKİYAJININ FOTODƏRSİ(2)
Qeyri-adi əşyalar
Bu müalicə beyni dağıdır
NASA tarixin ən nadir FOTOsunu yaydı
Google robot şirkəti aldı
Bakıda çoxdan gözlənilən yenilik
İyirmi yaşlı qadın altı körpəni dünyaya gətirdi
Cüdoçularımız "Qran-Pri"nin ilk günü iki medal qazanıb
Aleyna Tilki dondurma reklamında
Putin Qarabağı bizə qaytarır
Robot kreslo növbəyə nəzarət edəcək
Kıvanç və Beren eyni serialda - FOTO
Münasibətə ziyan vuran vərdişlər
Məşhur aktyorun beşinci övladı öldü- FOTO
Kök və kök şirəsinin 10 faydası
Narahatlıq yaradan əşyalar
Günün qoroskopu: rasionunuzda ciddi dəyişikliklər etməyin
Azərbaycanda qəbir qadağası
Fahriyedən Buraka 16 minlik hədiyyə
Qışda yeyilməsi lazım olan ərzaqlar
Məsud Bərzanidən Türkiyə etirafı
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
2020-ci ildə Yer kürəsində..
Qadın olduğuna inanırsınızmı?
Soyaya tələbat niyə artır?
Koronavirus şahzadə Harri ilə Meqan Marklı ayrılıq təhlükəsi ilə üzləşdirdi
Şəhid atasından qürurverici sözlər - VİDEO
Karamelli tart (foto resept)
Bu gün nə bişirim?
Hardasan ay Cəbiş müəllim?!
Azərbaycanın bir gündə 8 medal qazandığı yarış
Prezident ailəsində xoş gün
Dünyanın ən çoС… qazanan klubları
Göz allergiyası və səbəbləri
Ziyafət geyimləri-1
Mən şəkil çəkirəm (dərs 8)
Unutqanlığın səbəbləri
Məşhur rəsmlər haqqında bilinməyən faktlar
Televiziyalara bu reklamlarla bağlı xəbərdarlıq edildi
Almanlar ispanları darmadağın etdi, yığmamız xorvatlara uduzdu
İtalyan üsulu makaron (foto resept)
Həcci dərk edən və etməyənlərə
Goranboyda qədim dövrə aid əşyalar tapıldı
Viktor Hüqonun yeni əsəri tapıldı
Əsgərimiz şəhid oldu, 3 düşmən məhv edildi
Tailand kralı Azərbaycan prezidentini təbrik edib
- ŞƏRHLƏR