Keçən mövzuda qeyd etdiyim kimi bu dəfə Sizləri ər-arvadın əmlakının qanuni rejimi haqqında məlumatlandirmaq istərdim. Hal-hazirda bu qanun Avropada, Rusiyyada daha üstünlük təşkil edir.
Ailə quran zaman təbii ki, hər iki şəxs arasında bir-birlərinə güvənc olmalıdır. Amma gəlin “kiçik bir detalı” diqqətinizə çatdırım. Mən şəxsən şahid olmuşam belə bir hadisəyə:
-16 il birlikdə çox mehriban, səmimi, ən əsası qanuni olaraq ər-arvad tanıyırdım. 3 il əvvəl xanımın həyat yoldaşı vəfat etdi. Deyərdim ki, maddi cəhətdəndə vəziyyətləri çox yaxşı idi. Lakin ailə başçısı dünyasını dəyışərkən demək olarki bütün olanlarını (qeyd edimki, xanımın ilk, onun həyat yoldaşının isə ikinci evliliyi idi. Onun ilk ailəsindən iki övladı olub. Amma onlar Azərbaycanda yaşamırlar.) ilk evliliyindən olan uşaqlarına vəsiyyət etdi. Nəticədə xanım ata evinə qayıtmalı oldu.
Çox təəssüf bu kimi hallarla qarşılaşırıq.
ƏR-ARVADIN ƏMLAKININ QANUNİ REJİMİ
Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı
31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət gostərir.
31.3. Ailə kəndli təsərrufatı uzvlərinin birgə mulkiyyəti uzərində ər-arvadın istifadə, sahiblik və sərəncam huquqları Azərbaycan Respublikasının mulki qanunvericiliyinə uyğun olaraq muəyyən olunur.
Maddə 32. Ər-arvadın birgə mülkiyyəti
32.1. Nikah muddətində ər-arvadın əldə etdikləri əmlak onların umumi birgə mulkiyyəti sayılır.
32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:
32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və muavinətlər, eləcə də xususi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə gorə odənilən məbləğ, maddi yardımın məbləği və s.);
32.2.2. ər-arvadın umumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövrundə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
32.3. Nikah dovrundə ev təsərufatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər uzurlu səbəblərə gorə mustəqil qazancı olmayan ər (arvad) da umumi əmlak uzərində hüquqa malikdir.
Maddə 33. Ər-arvadın ьmumi əmlakı uzərində sahiblik, istifadə və sərəncam hьququ
33.1. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı uzərində sahiblik, istifadə və sərəncam huququ onların qarşılıqlı razılığı əsasında həyata kecirilir.
33.2. Ər-arvadın umumi əmlakı uzərində sərəncam əqdini onlardan biri həyata kecirirsə, bu halda guman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.
33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların umumi əmlakı uzərində sərəncam
əqdi bağlamışsa və əqdin iştirakcısı olan digər tərəf bu cur razılığın olmadığını bilirdisə və ya
bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfındən mübahisələndirilə bilər.
33.4. Ər-arvaddan birinin daşınmaz əmlak uzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması ucun digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mulki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti
34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dovrundə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər uzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın umumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Maddə 35. Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması
Nikahda olduqları dovrdə ər-arvadın umumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ərarvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) muəyyən edilərsə, həmin əmlak onların birgə mulkiyyəti sayıla bilər.
Maddə 36. Ər-arvadın ümumi əmlakının bolunməsi
36.1. Ər-arvadın ümumi əmlakının bölunməsi nikah dövrundə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yonəltmək ucun ümumi əmlakın bölunməsi tələbi barədə ərizə verdikdə həyata kecirilir.
36.2. Ər-arvadın umumi əmlakı onların sazişi əsasında bolunə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.
36.3. Mubahisə olduqda, ər-arvadın umumi əmlakının bolunməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata kecirilir.
36.4. Məhkəmə ər-arvadın umumi əmlakını bolərkən onların tələbi ilə hər birinə catacaq əmlakı muəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona catası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
36.5. Məhkəmə, ər-arvadın ailə munasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dovrdə hər birinin qazandığı əmlakı onların hər birinin mulkiyyəti hesab edə bilər.
36.6. Yetkinlik yaşına catmayan uşaqların tələbatını odəmək ucun əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bolunmur və əvəzi odənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.
36.7. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına catmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və umumi əmlakın bölunməsi zamanı nəzərə alınmır.
36.8. Ər-arvadın ümumi əmlakı bolundukdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dovrundə sonradan qazanılmış əmlak onların birgə mulkiyyətini təşkil edir.
36.9. Nikah pozulduqda ər-arvadın umumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia muddəti tətbiq olunur.
Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların muəyyən edilməsi
37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına catmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cumlədən ər-arvaddan biri uzursuz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mulkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
ƏR-ARVADIN MÜLKİYYƏTİNİN MÜQAVİLƏ REJİMİ
Maddə 38. Nikah müqaviləsi və onun məzmunu
38.1. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak huüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.
38.2. Nikah müqaviləsi ilə ər-arvad birgə mulkiyyətin qanunla muəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı novlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.
38.3. Nikah müqaviləsi ər-arvadın movcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.
38.4. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə duşəcək əmlakı və ər-arvadın əmlak munasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər.
38.5. Nikah müqaviləsində nəzərdə tutulmuş huquq və vəzifələr muəyyən muddətlərlə məhdudlaşa bilər, muxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər.
38.6. Nikah müqaviləsində ər-arvadın huquq və fəaliyyət qabiliyyətini, oz huquqlarının müdafiəsi ücün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara munasibətdə huquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak munasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin(arvadın) saxlanılması ucun vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini cox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan muddəalar nəzərdə tutula bilməz.
Maddə 39. Nikah müqaviləsinin bağlanma qaydası
39.1. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər.
39.2. Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.
39.3. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.
Maddə 40. Nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi
40.1. Nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt bu Məcəllənin 39.3-cu maddəsində gostərilən qaydada dəyişdirilə və ya pozula bilər.
40.2. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir.
40.3. Ərin (arvadın) tələbinə əsasən məhkəmənin qətnaməsi ilə nikah muqaviləsi
Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müqavilələrin dəyişdirilməsi və pozulması ücün nəzərdə tutulmuş əsaslarla və qaydada dəyişdirilə və ya pozula bilər.
40.4. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr ücün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah muqaviləsinə də xitam verilir.
40.5. Nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə əqdlərin etibarsız hesab edilməsi ucun nəzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız hesab edilə bilər.
40.6. Müqavilənin şərtləri əri (arvadı) cox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən mubahisələndirilə bilər. Nikah müqaviləsinin bu Məcəllənin 38.6-cı maddəsinin digər tələblərini pozan şərtləri əhəmiyyətsizdir və müqavilənin bağlandığı andan
etibarsız hesab edilir.
Təbii ki, ailəyə inanmaq vacibdir, amma özümüz də bu halların olmaması üçün bir az fikirləşməliyik..
Belə..Sonda Sizə hər zaman sevib-sevilməyi, hər zaman çevrənizdəki insaların Sizə qarşı hər zaman diqqətli olmasını arzu edirəm.
XƏBƏR LENTİ
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakı-Qazax qatarı ləğv edilir
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Əvvəlki illərin məzunları üçün imtahandır
Sabahın HAVAsı
Gənc qızların yataq otaqları
Prezident iki icra başçısını işdən çıxardı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
“Taxt oyunları”nın 11 həftəyə çəkilən səhnəsi
Xiyarın faydalarını bilirsinizmi?
QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!
Katya Lel ölən sevgilisindən üzr istədi
Ebru Polat ərə gedir
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
İstirahət gününün hava proqnozu
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Kişi gözünə sürmə çəkə bilərmi?
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Rəngarəng düyülü zapekanka (foto resept)
Saçlarını günlərlə yumur - FOTO
Dəbli ofis mebelləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Adriana Limadan ismarıc-FOTO
Bakının mərkəzində "ayı" peyda oldu
Qış makiyajında trend rənglər
"Sara" tortu (foto-resept)
Baharla, günəşlə doğulmaq...
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Ağrı hissi
Dünyanın ilk smart eynəyi satılır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Dolu bədənli xanımlar üçün
Türkiyədə partlayış baş verib
Əlillərə iş verməyənlər cəzalanacaq
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Rusiyada "Donuz qripi" tüğyan edir
Demet Şener sabah ərə gedir-FOTO
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Fəsil yorğunluğu pəhrizi
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Baharın gəlişi şəkillərdə
Dodaq boyasını canlı saxlamaq sirləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
- ŞƏRHLƏR