Adətən xanımlarımız ailə quran zaman öz ata soyadlarının saxlanılmasını, əgər soyadın dəyişdirilməsi ilə gələcəkdə sənədlərdə hansısa problemlərlə qarşılaşacağını düşünürlər. Lakin bu hecdə bele deyil!
Məhz ona görədə bu dəfə Ər-Arvadın vəzifələri və hüquqları haqqında Sizə məlumat vermek istərdim.
ƏR-ARVADIN ŞƏXSİ HÜQUQ VƏ VƏZİFƏLƏRİ
Maddə 29. Ər və arvadın ailə munasibətlərində hüquq bərabərliyi
29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin huquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə munasibətlərində bərabər şəxsi və əmlak huquqlarına malikdirlər.
29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın huquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.
29.3. Ər (arvad) ozunə məşğuliyyət, sənət və yaşayış yeri secməkdə azaddır.
29.4. Ər-arvad ailədə oz munasibətlərini qarşılıqlı yardım və hormət hissi əsasında qurmalı, ailənin mohkəmləndirilməsi və rifahı ucun birgə fəaliyyət gostərməli, ovladlarının inkişafı ucun əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.
Maddə 30. Ər-arvadın soyad secmək hüququ
30.1. Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya oz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər.
30.2. Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir.
30.3. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişdirməsinə səbəb olmur.
30.4. Nikah pozulduqda ər (arvad) umumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək huququna malikdir.
ƏR-ARVADIN ƏMLAKININ QANUNİ REJİMİ
Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı
31.1. Ər-arvadın birgə mulkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
31.2. Nikah muqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət gostərir.
31.3. Ailə kəndli təsərrufatı uzvlərinin birgə mulkiyyəti uzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları Azərbaycan Respublikasının mulki qanunvericiliyinə uyğun olaraq muəyyən olunur.
Maddə 32. Ər-arvadın birgə mulkiyyəti
32.1. Nikah muddətində ər-arvadın əldə etdikləri əmlak onların umumi birgə mulkiyyəti sayılır.
32.2. Ər-arvadın umumi birgə mulkiyyətinə:
32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və muavinətlər, eləcə də xususi təyinatı olmayan digər pul odəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə gorə odənilən məbləğ, maddi yardımın məbləği və s.);
32.2.2. ər-arvadın umumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dovrundə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
32.3. Nikah dovrundə ev təsərufatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər uzurlu səbəblərə gorə mustəqil qazancı olmayan ər (arvad) da umumi əmlak uzərində huquqa malikdir.
Maddə 33. Ər-arvadın ümumi əmlakı uzərində sahiblik, istifadə və sərəncam hüququ
33.1. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan umumi daşınar əmlakı uzərində sahiblik, istifadə və sərəncam huququ onların qarşılıqlı razılığı əsasında həyata kecirilir.
33.2. Ər-arvadın umumi əmlakı uzərində sərəncam əqdini onlardan biri həyata kecirirsə, bu halda guman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.
33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların umumi əmlakı uzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakcısı olan digər tərəf bu cur razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfındən mubahisələndirilə bilər.
33.4. Ər-arvaddan birinin daşınmaz əmlak uzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması ucun digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mulki Məcəlləsi ilə muəyyən olunmuş muddətdə mubahisələndirilə bilər.
Maddə 34. Ər-arvadın hər birinin mulkiyyəti
34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dovrundə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər uzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mulkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın umumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Maddə 35. Ər-arvadın hər birinin əmlakının onların birgə mulkiyyəti sayılması
Nikahda olduqları dovrdə ər-arvadın umumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ərarvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) muəyyən edilərsə, həmin əmlak onların birgə mulkiyyəti sayıla bilər.
Maddə 36. Ər-arvadın ümumi əmlakının bolunməsi
36.1. Ər-arvadın umumi əmlakının bolunməsi nikah dovrundə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor odəməni ər-arvadın umumi əmlakında olan onlardan birinin payına yonəltmək ucun umumi əmlakın bolunməsi tələbi barədə ərizə verdikdə həyata kecirilir.
36.2. Ər-arvadın umumi əmlakı onların sazişi əsasında bolunə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.
36.3. Mubahisə olduqda, ər-arvadın umumi əmlakının bolunməsi, eləcə də bu əmlakda ərarvadın paylarının muəyyən olunması məhkəmə qaydasında həyata kecirilir.
36.4. Məhkəmə ər-arvadın umumi əmlakını bolərkən onların tələbi ilə hər birinə catacaq əmlakı muəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona catası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə muvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
36.5. Məhkəmə, ər-arvadın ailə munasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dovrdə hər birinin qazandığı əmlakı onların hər birinin mulkiyyəti hesab edə bilər.
36.6. Yetkinlik yaşına catmayan uşaqların tələbatını odəmək ucun əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bolunmur və əvəzi odənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.
36.7. Ər-arvadın umumi əmlakı hesabına yetkinlik yaşına catmayan umumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və umumi əmlakın bolunməsi zamanı nəzərə alınmır.
36.8. Ər-arvadın umumi əmlakı bolundukdə, nikah dovrundə həmin əmlakın bolunməmiş hissəsi, eləcə də nikah dovrundə sonradan qazanılmış əmlak onların birgə mulkiyyətini təşkil edir.
36.9. Nikah pozulduqda ər-arvadın umumi əmlakının bolunməsi haqqında onların tələbinə 3 illik iddia muddəti tətbiq olunur.
Maddə 37. Ər-arvadın ümumi əmlakının bölunməsi zamanı payların muəyyən edilməsi
37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların umumi əmlakının bolunməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına catmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bolunməsi zamanı payları bərabər bolməyə bilər.
37.3. Ümumi əmlak bolunərkən ər-arvadın umumi borcları onun payına uyğun olaraq muəyyən edilir.
Əziz Qadın.net istifadəçiləri! Bütün bunlar ər-avradın şəxsi hüquq və vəzifələrinin qanuni tərəfidir.
Bəs Siz ümumiyyətlə ər-arvadın ümumi əmlakı, onların şəxsi hüquq və vəzifələri dedikdə nə düşünürsünüz?
Zəhmət olmasa, fikirlərinizi bölüşdürün.
P.S. Maddə 30. Ər-arvadın soyad secmək hüququ-Xüsusi olaraq Narmişam üçün hazırlamışamki, heç nədən narahat olmasın.
Sonda hər birimizə sağlam həyat və sağlam həyatıımızın qayda-qanunları ilə daim irəli ugur arzu edirəm.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycan hələ belə festival görməyib
Putin ikinci dalğanın gələcəyi TARİXİ AÇIQLADI
Pensiyaçıların NƏZƏRİNƏ!
Ardanın "Çelsi"yə vurduğu qol infarkta səbəb oldu (FOTO).
Dişi anakonda erkək olmadan balaladı
Qaz və su sayğaclarını yükləmək üçün kart-riderlər satışa çıxarıldı
Səhvən hesabına daxil olan 120 min dolları xərclədi - Məhkəmə
Sildiyimizi düşündüyümüz mesajlar əslində...
Manatı unudun, daha "qlobal" dərdimiz var
Allah qatında din İslamdır
Nazirlikdən əlil uşaqlara xidmət
Vətən Müharibəsində yaralanmış əsgərimiz müalicədən sonra evinə gətirildi - VİDEO
Arda Turan ata oldu – FOTO
Yaya Ture Afrikanın ən yaxşı futbolçusu seçildi
İrina Şeykdən gözlənilməz FOTO
Cessika Simpson paylaşdığı FOTO ilə sevənlərini qorxutdu
Qazaxda qeyri-adi badımcan "trend"i - FOTO
Sinoptiklərdən bayramla bağlı əhaliyə bəd xəbər
İqtisadiyyat Nazirliyindən bəzi dərmanların qiymətinin artmasına - Münasibət
Mehriban Əliyeva Türkiyəyə təşəkkür etdi - FOTO
Pakistan Azərbaycanla hərbi əməkdaşlıq edəcək
Tailandda masaj rekordu
Siz də xərçəng daşıyıcısı ola bilərsiniz
Maykl Ceksonun qızı diqqət mərkəzində-FOTO
Kişilərin geyimlərində yol verdiyi səhvlər
Bu il "qovrulacağıq"
Ramazan ayının 24-cü gününün duası
XII Nar festivalından MARAQLI FOTOLAR
Sofi Loreni görənlər TANIMADI-FOTO
Millət vəkillərimizin Yeni il planları
Pəhrizi pozan bəhanələr
Körpələr niyə asqırır?
Monika gözəlliyi ilə diqqət çəkdi-FOTO
İsti Azərbaycana 5000 manat ziyan vurdu
Övladlarının cinsiyyəti bəlli oldu
Cüyent Arkın Cağatayın serialına çəkiləcəkmi?
Əliyevlə Putinin birgə planı
Bakı susuz qalacaq
Ronaldunun 4 -cü uşağı doğuldu - FOTO
Hər zövqə uyğun ayaqqabılar
Pasport və şəxsiyyət vəsiqələri üçün YENİ RÜSUMLAR
Sobada soman balığı (foto resept)
Bakı qışa hazır deyil!
İstilik mövsümünün vaxtı uzadıldı - RƏSMİ AÇIQLAMA
Günün ulduz falı - 09.12.2013
Girovlarımızla yeni görüş
Con Travoltanın xanımı vəfat etdi-FOTO
Neymar Messi və Ronaldunu geridə qoydu
Buz göl
Qonaq otağı dizaynları















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]