Adətən “aliment” anlayışı dedikdə bir fikir formalaşır; atanın övladına aliment verməsi.
Buna görə də bu dəfə biz ümumiyyətlə ailəyə daxil olan üzvlərin digər üzvlərə ödəməli olduqları aliment öhdəliklərində danışacağıq.
AİLƏNİN BAŞQA ÜZVLƏRİNİN ALİMENT ÖHDƏLİKLƏRİ
Maddə 88. Qardaş və bacıların yetkinlik yaşına зatmayan və ya əmək qabiliyyəti olmayanqardaş və bacılarını saxlamaq vəzifəsi
Yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə onlara da eyni hüquq verilir.
Maddə 89. Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi
Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.
Maddə 90. Nəvələrin baba və nənəni saxlamaq vəzifəsi
Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq ucun yetkinlik yaşına çatan ovladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.
Maddə 91. Yetirmələrin öz faktik tərbiyəcilərini saxlamaq vəzifəsi
91.1. Yetkinlik yaşına çatmayan uşaqları faktik tərbiyə etmiş və saxlamış əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan şəxslər, öz yetkinlik yaşına çatmış övladlarından və ya ərlərindən (arvadlarından) təminat ala bilmədikdə, yetkinlik yaşına çatmış öz əmək qabiliyyətli yetirmələrindən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.
91.2. Faktik tərbiyəcilər öz yetirmələrini 5 ildən az müddətdə tərbiyə etdiyi və saxladığı, yaxud lazımınca tərbiyə etmədiyi və ya saxlamadığı hallarda, məhkəmə onları saxlamaq vəzifəsindən yetirmələri azad edə bilər.
91.3. Bu Məcəllənin 91.1-ci maddəsində nəzərdə tutulan vəzifələr qəyyumluğa (himayəyə) verilmiş və ya tərbiyə olunmaq üçün himayədar ailəyə verilmiş şəxslərə həvalə olunmur.
Maddə 92. Ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi
92.1. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana oğul və qızlarını tərbiyə etmişlərsə və ya saxlamışlarsa və özlərinin yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilmirlərsə, əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış ögey oğul və qızlarından məhkəmə qaydasında saxlanmaq ucun təminat verilməsini tələb edə bilərlər.
92.2. Ögey ata və ana ögey oğul və qızları 5 ildən az tərbiyə etmiş və ya saxlamışlarsa, habelə ögey oğul və qızların tərbiyəsi uzrə öz vəzifələrini lazımınca yerinə yetirməmişlərsə, məhkəmə ögey oğul və qızları ögey ata və ananı saxlamaq vəzifəsindən azad edə bilər.
Maddə 93. Ailənin başqa uzvlərini saxlamaq üçün məhkəmə qaydasında tutulanalimentin miqdarı
93.1. Bu Məcəllənin 88—92-ci maddələrində göstərilmiş şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər.
93.2. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir.
93.3. Aliment tələb edən ailə üzvünü eyni zamanda bir neçə şəxs saxlamağa borclu olduqda, məhkəmə onların maddi və ailə vəziyyətindən asılı olaraq aliment vəzifəsinin yerinə yetirilməsində onlardan hər birinin iştirakının miqdarını muəyyən edir, həm də məhkəmə butun bu şəxslərə və ya onlardan yalnız birinə, yaxud da bir neçəsinə iddia verildiyindən asılı olmayaraq aliment verməyə borclu olan butun şəxsləri nəzərə alır.
ALİMENTİN ÖDƏNİLMƏSİ BARƏDƏ SAZİŞ
Maddə 94. Alimentin ödənilməsi barədə sazişin bağlanması və onun forması
94.1. Aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni numayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar.
94.2. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment odənilməsi barədə sazişin qanunla muəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
94.3. Aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə, icra vərəqəsi qüvvəsinə malik olur.
Maddə 95. Aliment odənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi,pozulması və etibarsız sayılması qaydası
95.1. Aliment ödənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquqi əqdlərin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması barədə normaları tətbiq olunur.
95.2. Aliment ödənilməsi barədə saziş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt dəyişdirilə və pozula bilər. Bu halda sazişin dəyişdirilməsi və pozulması bu Məcəllənin 94.2-ci (94.2. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment odənilməsi barədə sazişin qanunla muəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.) maddəsində nəzərdə tutulan eyni formada həyata kecirilir.
95.3. Aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir.
95.4. Tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması ucun razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir.
Maddə 96. Aliment alanın maraqları pozulduqda aliment ödənilməsi barədə sazişinetibarsız sayılması
96.1. Alimentin odənilməsi barədə sazişdə nəzərdə tutulan təminatın verilməsi şərtləri azyaşlı uşağın, yaxud yetkinlik yaşına çatan, lakin əmək qabiliyyəti olmayan ailə üzvünün maraqlarını pozursa, o cümlədən bu Məcəllənin 97.2-ci (97.2. Aliment odənilməsi barədə saziş uzrə yetkinlik yaşına catmayanlar ucun odənilən alimentin miqdarı məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin miqdarından az olmamalıdır.) maddəsinin tələblərinə əməl edilmədikdə həmin saziş məhkəmə qaydasında etibarsız hesab oluna bilər.
96.2. Bu saziş azyaşlı uşağın və ya yetkinlik yaşına catan, lakin əmək qabiliyyəti olmayan ailə üzvünün qanuni nümayəndəsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfındən mübahisələndirilə bilər.
Maddə 97. Aliment ödənilməsi barədə saziş uzrə ödənilən alimentin miqdarı vəindeksasiyası
97.1. Aliment ödənilməsi barədə saziş uzrə ödənilən alimentin miqdarı bu sazişin tərəflərinin razılığı ilə müəyyən olunur.
97.2. Aliment ödənilməsi barədə saziş üzrə yetkinlik yaşına catmayanlar üçün ödənilən alimentin miqdarı məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin miqdarından az olmamalıdır.
97.3. Aliment ödənilməsi barədə saziş üzrə alimentin miqdarının indeksasiyası həmin sazişə uyğun aparılır. Sazişdə alimentin miqdarının indeksasiyası qaydası nəzərdə tutulmayıbsa, indeksasiya (müəyyən edilmiş indeksin dəyişdirilməsindən asılı olaraq əmək haqqının səviyyəsinin avtomatik surətdə artırılıb-əskildilməsi) bu Məcəllənin 110-cu maddəsinə əsasən aparılır (Maddə 110. Alimentin indeksasiyası).
Maddə 98. Aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları
98.1. Aliment üdənilməsi barədə saziş uzrə alimentin ödənilməsi qaydası və üsulları həmin sazişdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur.
98.2. Alimentlər aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə; sabit pul məbləğində müntəzəm ödəməklə; sabit pul məbləğində birdəfəlik ödəməklə; əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər.
98.3. Aliment ödənilməsi barədə sazişdə aliment ödənilməsinin müxtəlif usulları nəzərdə tutula bilər.
ALİMENTİN ÖDƏNİLMƏSİ VƏ TUTULMASI QAYDASI
Maddə 99. Məhkəmənin qərarı ilə alimentin tutulması
Ailə uzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13—16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə muraciət edə bilərlər.
Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri
100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.
100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
100.3. Məhkəmə iddiacının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qacırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
Maddə 101. Mübahisənin məhkəmədə həllinə qədər alimentin tutulması
101.1. Məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar ucun aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi cıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər.
101.2. Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini
nəzərə almalıdır. Yetkinlik yaşına catmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı
maddəsinə uyğun müəyyən edilir.
Maddə 102. Təşkilatın müdiriyyətinin aliment tutmaq vəzifəsi
Şəxsin işlədiyi təşkilatın müdiriyyəti notariat qaydasında təsdiq edilən aliment ödənilməsi barədə saziş əsasında və ya icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və (və ya) başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində və ya sazişdə göstərilmiş şəxsə əmək haqqı və (və ya) başqa gəlirlər verilən gündən sonra ən geci 3 gün müddətində verməyə və ya aliment tutulan şəxsin vəsaiti hesabına göndərməyə borcludur.
Maddə 103. Aliment ödənilməsi barədə saziş əsasında aliment tutulması
Aliment ödənilməsi barədə saziş və (və ya) icra vərəqəsi əsasında tutulan ümumi məbləğ aliment ödəməyə borclu olan şəxsin əmək haqqının və (və ya) başqa gəlirlərinin 50 faizindən çox olduqda da aliment notariat qaydasında təsdiq olunmuş saziş əsasında tutulur.
Maddə 104. Aliment verən şəxsin iş və ya yaşayış yerinin dəyişdirilməsi haqqında məlumat vermək vəzifəsi
104.1. Aliment tutulması haqqında məhkəmənin qətnaməsinə və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş sazişə əsasən aliment tutan muəssisənin müdiriyyəti qətnamənin icra olunduğu yerdə məhkəmə icracısına və aliment alan şəxsə aliment verən şəxs işdən cıxdıqda onun işdən cıxması haqqında, habelə məlum olduqda onun yeni iş və yaşayış yeri haqqında 3 gün müddətində məlumat verməyə borcludur.
104.2. Aliment verməyə borclu olan şəxs iş və ya yaşayış yerinin dəyişməsi haqqında, aliment yetkinlik yaşına çatmayan uşağa görə tutulduqda, həm də əlavə qazancı (əvəzciliklə işinə gorə və s.) haqqında həmin müddətdə məhkəmə icracısına məlumat verməlidir.
104.3. Bu Məcəllənin 104.1—104.2-ci maddələrində gostərilmiş məlumatlar uzursuz səbəbə görə xəbər verilmədikdə, bunda təqsirli olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 105. Tələbin aliment ödəməli olan şəxslərin əmlakına yönəldilməsi
Aliment ödənilməsi barədə saziş və ya məhkəmənin qətnaməsi əsasında müəyyən olunmuş miqdarda aliment, habelə aliment uzrə borclar aliment odəməli olan şəxsin qazancından və (və ya) digər gəlirlərindən tutulur. Qazanc və (və ya) digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və s. kredit idarələrindəki hesabında olan pul vəsaitindən, eləcə də mülkiyyət hüququnun başqasına verilməsinə səbəb olan müqavilələr istisna olmaqla, müqavilə əsasında kommersiya və qeyri-kommersiya təşkilatlarına verilən pul vəsaitindən mulki prosessual qanunvericilikdə müəyyən olunmuş qaydada tutulur. Bu vəsaitlər catışmadıqda tələb aliment ödəməli olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər.
Maddə 106. Aliment üzrə borcların müəyyən edilməsi
106.1. İcra vərəqəsi və ya aliment odənilməsi barədə notariat qaydasında təsdiq olunmuş saziş əsasında onların təqdim edilməsindən əvvəlki dovrə gorə aliment 3 illik muddət həddində tutula bilər.
106.2. Aliment onu icra vərəqəsi və ya aliment odənilməsi barədə saziş əsasında odəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cu maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər.
106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq məhkəmə icracısı tərəfindən müəyyən edilir.
106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına catmayanlara ödənilən aliment uzrə borcların miqdarı aliment odəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə gorə müəyyən edilir. Həmin şəxs gostərilən dovrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment uzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası uzrə orta əmək haqqına gorə muəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər.
106.5. Məhkəmə icracısı tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.
Maddə 107. Aliment uzrə borcları ödəməkdən azad edilmə
107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment uzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata kecirilə bilər.
107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası uzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
Maddə 108. Alimenti vaxtında ödəməməyə görə məsuliyyət
108.1. Aliment ödənilməsi barədə saziş uzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment uzrə borclar yarandıqda təqsirkar şəxs həmin sazişlə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
108.2. Məhkəmə qətnaməsi uzrə aliment odəməli olan şəxsin təqsiri uzundən aliment uzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana odənilməmiş alimentin məbləğinin faizi miqdarında oturulmuş hər gün üçün dəbbə pulu ödəyir.
108.3. Aliment alan, həmcinin aliment öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində yaranmış itkilərin dəbbə pulu ilə ödənilməmiş hissəsinin ödənilməsini də tələb edə bilər.
Maddə 109. Alimentin geri qaytarılmasının yolverilməzliyi
109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz.
109.2. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz:
109.2.1. aliment odənilməsi barədə saziş aliment odəyən tərəfi aldatma, ona hədə-qorxu
gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə;
109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin
saxtalaşdırılması faktı məhkəmə hökmu ilə təsdiq olunduqda;
109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim
edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda.
109.3. Bu Məcəllənin 109.2.1—109.2.3-cu maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına catan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur.
Maddə 110. Alimentin indeksasiyası
110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən muəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.
110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
Maddə 111. Aliment ödəməli olan şəxs xarici ölkəyə daimi yaşamaq üçün getdikdə aliment tutulması
111.1 Xarici ölkəyə daimi yaşamaq üçün gedən şəxs bu Məcəllənin 94, 97 və 98-ci maddələrinə uyğun olaraq qanunla saxlamağa borclu olduğu ailə üzvləri ilə aliment ödənilməsi barədə saziş bağlaya bilər.
111.2. Aliment ödənilməsi barədə saziş olmadıqda maraqlı şəxslər məhkəməyə müraciət edərək aliment miqdarını sabit pul məbləğində müəyyən etməklə, onun birdəfəlik üsül ilə ödənilməsini və ya alimentin əvəzinə müəyyən əmlak verilməsini, yaxud alimentin sair usulla ödənilməsini tələb edə bilərlər.
Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment odəməkdən azadetmə
112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət torətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.
Maddə 113. Aliment öhdəliklərinə xitam verilməsi
113.1. Aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir.
113.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:
113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;
113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə;
113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;
113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;
113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.
Sonda isə qeyd etmək istərdim ki, gələn dəfəki müzakirəmiz VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN UŞAQLARIN TƏRBİYƏ FORMALARİ haqqında olacaq.
Sizə həmişə yaxşı insanlarla yoldaşlıq, saglam həyat tərzi arzusuyla....
XƏBƏR LENTİ
Gül kələmi salatı (foto-resept)
Yuxudan doymamağın SƏBƏBİ NƏDİR? - ALİM RƏYİ
Yoxmuş kimi görünən makiyaj
HİCABLI XANIMLAR ÜÇÜN
Bakıda yeni piyada keçidi istifadəyə verilir
“Survivor 2020”nin iştirakçısı Selena Qomezin rekordunu qırdı - FOTO
Belə bir ənənə var ki, yeni doğulan uşağın...
İngiltərədə plastik çubuqlar qadağan edildi
Siqaret zərərlidir, bəs qutusu?
HAVA necə olacaq? 8 İyul
PDF yeniləndi
Atanızla yaşadığınız ən xoş və kədərli anınız (3-cü hissə)
Faydalı məsləhətlər
Yatdığı yerdə sərvət qazanan bloger-FOTO
Azərbaycanda bütün terminoloji lüğətlər Terminologiya Komissiyasının xətti ilə çap edilə bilər
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
WhatsApp "sındırıldı"
Rusiyanın ABŞ-ı qorxuya salan silahı
Dünyanın ən uzun tuneli bugün açılacaq
Prezident İlham Əliyevin faktları qarşısında “BBC News” aciz qaldı - VİDEO
Məktəblərdə vəziyyət acınacaqlıdır, oktyabrdan... - Həyəcan təbili
Rəngarəng rulet (foto resept)
Türkiyənin borcu tarixi rekord həddə çatdı
Azərbaycan incəsənətinin "qayınanası"nın doğum günüdür
Qorxulu makiyaj nümunələri
VW Scirocco təzələndi
Hava haqqında
Qeysəriyyə əməliyyatı haqda nə bilirik?
Dostunuz sizə öz zəif əsərini veribsə nə etməli? - ZƏMANƏTLİ RESEPTLƏR
İnsan zəkası nələrə qadirmiş...
Partiya sədri: "Rüstəm İbrahimbəyovun istefası gözlənilən idi"
4 yaşından rəsm çəkmək
Qadın.Netlə birlikdə hamiləlik (32-ci həftə)
İranda Heydər Əliyevin ruhuna ehsan verildi
ABŞ-ın xüsusi xidmət orqanları “uçan adam”ı axtarır
"Ən yaxşı nəşriyyat"ın adı açıqlandı
Təbiətdən sevgini əks etdirən kadrlar
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi - RƏSMİ
Şəhid bacısı: “Dedi ki, gəl, səni bir də öpüm, birdən şəhid olaram” - VİDEOREPORTAJ
Qan iltihablanması və müalicəsi
Yeni il süfrəsi üçün dekorasiya fikirləri
Kendal gündəlik gəlirini AÇIQLADI
Bakıda karantin qaydalarını pozan yüzlərlə şəxs cəzalandırıldı
“Vosmoy bazarı” bağlanır - ÖZƏL/FOTO
Saytların 45 faizində Facebook...
Solarium haqqında bilmədiyimiz həqiqətlər
Sirr saxlamaq fiziki baxımdan çətindir
Zəncəfil koronavirusun müalicəsində effektivdirmi?
Nokia brendi yox olur
"WhatsApp"da yenilik - İşimiz bir az da asanlaşdı - FOTO
- ŞƏRHLƏR