Fatimə ibtidai sinfi bitirib kursa gəlmişdi. Ailəsinin dediyinə görə, qız öz istəyi ilə bu yolu seçmişdi. Qeydiyyat otağında adını soruşanda Fatimə deyərək, heç çəkinmədən böyüklərə xas bir tərzdə.
-Əgər məni hafiz etməyəcəksinizsə, qeydiyyatdan keçmək istəmirəm, -deyə cavab əlavə etdi.
Qeydiyyat aparan müəllimə isə sadəcə gülümsəyərək dedi:
Qorxmayın kiçik xanım siz istəyin, hafizdə edərik müəllimdə...
O kiçik gözlərinin içi işıqlandı birdən.
Bu vaxt söhbətə anası qarışdı.
-Müəllimə bağışlayın, qızım hökmən hafiz olacağam deyir. Bizim kəndin müəllimlərindən birindən eşidib ki, Peyğəmbərimiz s.a.s. hafiz olanlara Cənnətdə tac geydiriləcəyni buyurub. Həm də Aişə ( r ) anamızdan nəql edilən bir hədisdə Quranı əzbərləyərək oxuyan hafizlərlə bağlı tərifəlayiq sözlər öyrənib. Bizdə uşağın xətrinə dəymədik sizin yanınıza gətirdik.
Kaş ki, hər kəs sizin kimi eşitdiklərnizdən yararlana bilsəydi... Siz heç narahat olmayın, qızınız əvvəl Allaha, sonra bizə əmanətdir.
Bundan sonra qadın müəllimin əlin öpmək istəyərkən, müəllimə onun əlini öpdü. Qadının gözləri yaşardı.
Müəllimə, bu əllər, gözlər həmişə günahkardır. Sizin əllər öpülməyə daha layiqdir.
Əstəğfürullah, xala. O, axirətdə müəyyən olar.
Müəllimə öz-özünə fikirləşdi: " Kiçik qız görəsən buralarda necə qalacaq?" Və zaman keçdikcə Fatimənin ədəbli rəftarları müəllimələri daha da çox təsirləndirməyə başladı.
Fatimə tez-tez müəlliməsinin yanına gələrək, ona müxtəlif suallar verirdi. Bir gün yenə müəlliməsindən soruşdu:
Müəllimə hafiz olmaq üçün Quranı bitirmək lazımdır?
-Əlbəttə. Quranın hamsını əzbərləməlisən ki, hafiz adını alasan.
Müəllimənin bu cavabından Fatimə sanki kədərlənibmiş kimi göründü. Elə bil nəsə demək istəyirdi, amma sadəcə, təşəkkür edərək getdi.
Müəllimə dərslərinin arasında uşaqlara davamlı Quran əzbərləmələri ilə yanaşı, Rəbbimizin qanunlarına əməl etmələrinin vacibliyini xatırlatdı.
Fatimə ara-sıra rahatsızlanır və tibb məntəqəsinə aparılırdı. Zaman keçdikcə onun əhvalı və sağlamlığı daha da pozulurdu. Bir gün dərsindən 2 aldığını görən müəllimə ondan soruşdu.
-Nə oldu yoxsa anandan ötrü darıxmısan?
-Xeyir.
-Bəs niyə kefin yoxdur?
-İnanın ki, buranı çox sevirəm. Allahımı daha da çox sevirəm. Bunları tərk etsəm, məndən hesabı soruşulmazmı?!
Müəllimə bir şey demədi. Hətta özünü günahkar bildi. O kiçik ürəkdə bu nə imandı, Ya Rəbbi! Müəllimə Fatiməni heyranlıqla izləyirdi. Bir gün onun səhhəti yenə pisləşdi və onu həkimə apardılar. Müəllimənin həkim olan həyat yoldaşı Fatimənin ailəsinin yanına göndərilməsini məsləhət bildi.
Niyə?
-Bəlkə kədərlənəcək, hətta inanmayacaqsan, amma bu tələbə xərçəngdir.
Bu cavabdan el bil müəllimənin başına qaynar su tökdülər xəstəxanadan çıxarkən, müəllimə Fatiməyə bir şey demədi. Amma Fatimə elə bil nəsə anlamışdı. Birdən müəlliməyə sarı çevrilərək,
-Müəllimə, ölüm mələyi (ə) insanların canını alarkən necə olur? -deyə soruşdu.
Özünü ağlamaqdan güclə saxlayan müəllimə:
-Mömin bəndələrə gözəl surətdə - dedi.
Fatimə sevindi, sanki zümzümə etdi.
-Bəlkə hafiz ola bilməyəcəm, amma əlhəmdulillah müsəlmanam.
Müəllimə Fatimənin "Hafiz olmaq üçün Quranı bilmək lazımdır" sualını xatırladı. Demək xəstəliyini bilirmiş.
...Bir neçə gündən sonra Fatimənin əşyalarını toplamağa başladılar. Çünki dözülməz ağrılar içində olduğunu hamı görürdü. Onun evinə dönməsi lazım idi.
Ailəsi gəldi. Fatimə müəllimənin yanına gedərək:
-Mənə qəzəblənmədiz hə, müəllimə? Əgər söyləsəydim, bəlkə də kursa almazdınız -dedi.
-Gözəl bala, necə əsəbləşə bilərəm sənə? Sən bura hafiz olmaq niyyətilə gəldin, inşAllah, hafizlər zümrəsinə yazılarsan.
Fatimə müəllimənin boynuna sarılıb, sevinclə dedi:
- Mən indi hafiz sayılıram, anacan, sən də eşit.
Getdiyi 1-2 həftə olardı, bu müddətdə müəlliməyə iki dəfə məktub yazmışdı. Hafizlik tacını maraq etdiyini, yuxularına belə girdiyini yazırdı.
Bir gün sübh namazından sonra müəlliməyə zəng gəldi. Fatimənin anası idi zəng edən.
- Müəllimə Fatiməni yola saldım.
Bu xəbərə dözə bilməyən müəllimə də ağlamağa başladı. Və beləcə onlar bir-birinə təsəlli verdilər. Ana Fatimənin son sözlərini müəlliməyə çatdırdı:
-Fatoş ölmədən əvvəl sizə, bunu deməyimi istəmişdi - Anacan, müəlliməmə söylə, ölüm mələyi söylədiyindən də gözəlmiş...
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir
- ŞƏRHLƏR