Xoş gəldin, Ramazan. Xoş gəldin 11 ayın sultanı, müqəddəs bərəkətli ay. Bu ayın Allah yanında məqamı çox böyükdür. Bu ayda Cənnət qapıları açılar. Şeytanlar zəncirlərə bağlanar. Cəhənnəm qapıları bağlanar. Bu ayda edilən dualar qılınan namazlar inşəAllah, tez qəbul olunar. Bu ayda fürsət olaraq çoxlu dualar etmək, Allahdan bağışlanma diləmək lazımdır. Hədislərdə də var ki, Allah bu ayı oruc tutmağı özü bizdən istəyir. Namaz qılmayanın da oruc tutması və haramlardan qaçınması lazımdır. Gözümüz, qulağımızda və bütün ruhumuz oruc olmalıdır.Mümkün qədər xoş olmayan, günaha aparan işlərdən uzaq olmaq lazımdır.
Ramazan ayında oruc tutmaq haqqındakı hədisi şəriflərdə buyurulur ki: "Bu ayda oruc tutub, gecələrini də ibadətlə keçirənin günahları bağışlanar. Ramazan orucunu tutub ölən mömin Cənnətə girər. Ramazan bərəkət ayıdır. Allah bu ayda günahları bağışlayar, duaları qəbul edər. Bu ayın haqqını güdün! Ancaq Cəhənnəmə gedəcək olan bu ayda rəhmətdən məhrum qalar. Ramazan ayında ailənizin sədəqəsini geniş tutun! Bu ayda edilən xərcləmə, Allah yolunda edilən xərcləmə kimi savabdır. Oruclunun susması təsbeh, yuxusu ibadət, duası məqbul, əməli də çox savabdır. Oruclu ikən çirkin danışmayın! Biri sizə sataşsa, "Mən orucluyam" deyin!
Ramazanda oruc tutmaq çox savabdır. Üzrsüz oruc tutmamaq böyük günahdır. Hədisi-şərifdə "Üzrsüz Ramazanda bir gün oruc tutmayan bunun yerinə bütün il boyu oruc tutsa, Ramazandakı o bir günkü savaba qovuşa bilməz" buyuruldu.
Ramazan ayının fəziləti
Səhərlər mütləq imsaka durmaq lazımdır. Bəziləri düşünür ki, imsak etmədən orucun savabı daha çoxdur. Əsla belə deyil. İslami qaynaqlara əsaslanaraq demək olar ki, obaşdanlıq yemək dinimizdə olduqca bəyənilən əməldir və insanın Ramazan ayında bəhrə götürəcəyi fürsətlərdən biridir. Rəvayət olunmuşdur ki, Allah-təala və mələklər səhər vaxtı istiğfar edib, obaşdan yeyənlərə salavat göndərirlər. Başqa bir İslami mənbədə Hz. Peyğəmbərimizə (s) istinadən verilən hədisdə deyilir: “Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır”.
Mütəxəssislər də bu fikirdədir ki, obaşdanlıq yemək vacibdir. Onlar xüsusən qeyd edirlər ki, mədənin boşalma müddətini bir müddət təxirə salan qidaların qəbul edilməsi zəruridir. Bunların sırasında yumurta, süd, pendir, noxud, mərcimək və s bu kimi qidaların qəbulu məqsədəuyğundur. Səhərləri süd yumurta yemək cox faydalıdır. Demək olar ki, gün ərzində toxluq yarada bilir. Şirniyyat yemək düzgün deyil. Həmçinin bolluca qarpız yemək də cox yaxşıdır. Susuzluğu aradan qaldırır. İftar vaxtı çox və ağır yeməklər düzgün deyil. Hər bir saatda 2, 3 stəkan su içmək mədsədəuyğundur.
Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz.
Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz.
Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur.
Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz.
Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin.
Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz.
Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır.
Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz.
Həqiqət: Bunlar – 2 müxtəlif vacib əməllərdir. Lakin onlardan birinin yerinə yetirilməsi digərinin yerinə yetirilməsindən asılı deyil və bununla şərtlənmir.
Yanlışlıq: Səhvən nəsə yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil.
Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma, oruc tutduğunuzu xatırladığınız anda dərhal qida və maye qəbulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək gərəkdir.
Yanlışlıq: Oruc tutan iynə və peyvənd vurdura bilməz.
Həqiqət: Bilər. Məhdudiyyət yalnız qidanı əvəz edən iynələrə, məsələn, qlükozaya aiddir.
Oruc tutmayanın 7 bəhanəsi
Cavab: Mübarək dinimiz də qəlbin təmizliyini əsas amillərdən sayır. Amma məhz elə oruc həmin bu qəlb təmizliyinə nail olmağın zəruri elementlərindəndir.
Bəhanə: Mən Allaha inanıram və məncə, bu kifayətdir. Oruc tutmağa isə ehtiyac görmürəm.
Cavab: Çox gözəl. Amma iş burasındadır ki, sənin inandığın o Uca Allah oruc tutmağı sənə vacib bilir. “Ey, iman gətirənlər! Sizdən əvvəlkilərə yazıldığı kimi, sizə oruc yazıldı və qərara alındı ki, bəlkə təqvalı olasınız” (Qurani-Kərim, 2:183-184).
Bəhanə: Yayda oruc tutmaq mümkün deyil.
Cavab: Bəs onda orucluğun yay aylarına təsadüf etdiyi saysız-hesabsız hallar necə olsun? Bəs isti iqlimi olan ölkələrdə oruc tutanlar necə? Sözsüz ki, milyardlarla oruc tutan insanın nümunəsi dediyinizin əksini sübut edir.
Bəhanə: Mən qorxuram ki, zəifləyərəm, dözə bilmərəm. Mənim üçün çətin olar.
Cavab: Qətiyyən qorxmayın! Sizdən qat-qat zəif olan insanlar da oruc tutur və bundan yalnız fayda aparır. Yeri gəlmişkən, əgər Siz xəstəsinizsə və oruc tutmağın Sizə ziyanlığı barədə əsaslı həkim rəyi varsa, bu halda Siz oruc tutmamalısınız.
Bəhanə: O qədər namaz qılıb, oruc tutan tanıyıram ki, özlərini layiqli aparmırlar.
Cavab: Belə isə, Siz o kəslərdən olun ki, namaz qılıb, oruc tutur və öz ləyaqətlərini qoruyurlar.
Bəhanə: Mən niyyət etdim ki, filan arzum yerinə yetsin, amma…
Cavab: Biz öz Yaradanımıza şərtmi qoyuruq? Özü də ki, biz haradan bilə bilərik ki, xeyrimiz haradadır, ziyanımız harada… Məsələn, ola bilər ki, avtomobil barədə olan yerinə yetməmiş arzumuz bizi ağır bir qəzaya gətirəcəkdi…
Bəhanə: Ramazan ayının bir və ya üç günü oruc tutmaq yetər…
Cavab: Təbii, üç gün də, lap elə bir gün də oruc tutmaq olardı. Amma iş burasındadır ki, Allahımız bizə bir ay boyunca oruc tutmağı buyurub. Onun bizim xeyir və ziyanlarımızı hər kəsdən yaxşı bildiyi halda, Onun buyuruqlarına dəqiq əməl etməmək hansı məntiqə sığardı?!
Mən nə üçün oruc tutmalıyam?
7 səbəb
2 - Çünki bu, məni daha sağlam edir. Oruc mənim orqanizmimin yenilənməsinə səbəb olur və həyat resurslarını səfərbər edir.
3 - Çünki, oruc mənim orqanizmimi təravətləndirir. Gün ərzində bədəninim həzm prosesindən tam dincəlməsi orqanizmin fizioloji matrisasının tam bərpasına xidmət edir.
4 - Çünki, oruc mənim iradəmi möhkəmləndirir. Mən heç kəsin görmədiyi və bilmədiyi bir şəraitdə belə digər vaxtlarda mənə halal olan nemətlərdən könüllü və şüurlu olaraq imtina edirəm.
5 - Çünki, oruc məni daha mərhəmətli olmağa sövq edir. Mən imkansızların halını duymağa başlayıram – o kəslərin ki, yemək istəyirlər, amma yeməyə imkanları yoxdur.
6 - Çünki, oruc mənim psixoloji yenilənməyimə xidmət edir. Mənim dayanmağa, düşünməyə, ötüb keçmişləri və gələcəyi yenidən dəyərləndirməyə imkanım olur.
7 - Çünki, oruc məni başlıca məramıma – kamil insan olmaq məqamına yaxınlaşdırır. Zira, oruc – vücudi intibahın ən mühüm elementlərindəndir.
Aşağıdakı şəkildə Ramazan ayının təqvimi təqdim olunur:
XƏBƏR LENTİ
Bu sual "Kim milyoner olmak ister"ə damğa vurdu
Obama Avropanı xəbərdar etdi
Beren Saatın tərəf müqavili o olacaq_FOTO
Azərbaycanda yumurta niyə bahalaşır?
Mükəmməl saçlarla oyanmağın sirləri
Şeyma Acunun kanalında çalışacaq
Braziliya prezidentindən qəribə addım - VİDEO
Üzüm yarpağı çayının faydaları
2018-ci ilin saç düzümləri (FOTO)
Xoşbəxtlik yaradan qidalar
Dəbli çəkmələr
Günün ulduz falı
2018-2019 Qış şalvar trendləri
Azərbaycan qırqovul əti ixrac edə bilər
Uşaq pulu bərpa oluna bilər - AÇIQLAMA
Orhan Gencebayın vəziyyəti ağırlaşdı
Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yanğınlar törədiblər
Süni mayalanmadan öncə diaqnoz
Günün qoroskopu: ciddi sarsıntı gözlənilmir
Qripdən qorunmaq üçün menyu
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər
Hadise AÇIQLAMA verdi-FOTO
Azərbaycanda neçə qadın sürücü var?
Şəfalı otlar
Dünyanın ən bahalı evləri
Azərbaycana güclü qar yağıb
Bədənə qulluq və vannalar
Məktəb bufetlərində bu ərzaqların satışı qadağan olundu - SİYAHI
Bakı yol polisindən xəbərdarlıq
Qonşular narazı, o isə dünya rekordu vurur
Bekhemlərin evinə oğru girdi
Ermənilər sülhməramlıların onları Xudavəngə buraxmamasına görə hakimiyyəti ittiham etdilər - VİDEO
Asan peçenye (foto resept)
160 il yaşayan xalqın pəhrizi üzə çıxdı
Bakı-2015-də bu idmançılarla yarışacağıq
Mehmet Ali Erbil nə vaxt evə buraxılacaq?
"Pensiyalar vətəndaşların yaşına uyğun olaraq artırılmaldır"
Türkiyə mətbəxindən "badamlı keşkül" (foto-resept)
Şakiranın səsi batdı, konsertləri ləğv edildi
2020-ci ildə Dubayda Gələcəyin Muzeyi açılacaq
Evinizdə olan bu 8 əşyanı atın
Vaxtında çəkilmiş şəkillər
Moskvalı miqrantın çəkmələrini sildi - Video
Məşhur model xeyriyyə tədbirinə qatıldı - FOTO
Yapon əzgilinin faydaları
Cüneyt Arkından SON XƏBƏR
Holland pendirli tərəvəzli kotlet (foto resept)
Bilirsinizmi?
Çinin TV-xəbərlərini robotlar aparacaq
Kremli şabalıd şorbası (foto-resept)
- ŞƏRHLƏR