Səni gördüyüm ilk anda könlüm sevdi: "Tam mənə görədir, çox mükəmməldir; mənim hər şeyim ola bilər" - dedim.
Sən xəbərsiz idin, daha səninlə danışmadan xəyalınla danışdım ilk... Könlümlə danışdım... Sən heç birini eşitmədin… "Xəyalımdakı sən"in mənə verdiyi bütün cavablar könlümə görə idi. "Xəyalımdakı sən" lap mənim istədiyim kimi gülürdü. "Xəyalımdakı sən" istədiyim kimi idi.
Xatırlayırsanmı, bütün cəsarətimi yığıb sənə salam verdiyim günü? Salamımı necə gözəl almışdın. "Yaxşı…" - dedim. "Gözəldir, mənim kimi könüldən sevir".
Arabir salamlaşdıq. Səni hər gördüyüm zaman əlim ayağıma dolaşırdı. Doğrusu, ürəyim yaxşı dözürdü. Halımı, əhvalımı soruşduğun gün məst oldum, o gecə heç yatmadım…
Zamanla birgə addımlamağa başladıq. Bir az yavaş idin… Amma olsun; mən səni sevmişdim, sənə görə yavaşlayardım. Yavaşladım…
Birlikdə ilk dəfə bir ağacın altına oturduq. Sən narahat oldun, paltarın ağ idi, çirklənməsindən qorxdun. Lütf edib, yanıma oturdun deyə çox şükür etdim. Bir az danışdıq:
"Nələri sevirsən?" "Mən nələri sevirəm?" Ortaq sevdiklərimizi yığmaq istədim. Ortaq sevdiklərimiz nə qədər çox olsa, o qədər çox şeyi paylaşardıq. Sevdamız o qədər böyük olardı. Sənin sevdiklərin mənim sevdiklərim deyildi. Əslində çox şeyimiz ortaq deyildi. "-Olsun!" - dedim. "Bir-birimizə öyrədərik; zamanla mən onun sevdiklərini, o da mənim sevdiklərimi sevər, dəyişərik".
Çox böyük danışmışam, kimsə kimsəni dəyişdirə bilməzmiş! Adam özü istəmədikcə…
Kinoya gedəcəyimiz o günü xatırla; nə məkan mövzusunda razılaşdıq, nə də seyr edəcəyimiz film mövzusunda… Mən sənin istədiyin filmi istədiyin salonda seyr etməyə razı oldum. Qəbul etdim. Xoşbəxt oldun. O filmi heç sevmədim, sən sevdiyin üçün sevməsəm də izlədim. Gediləcək yerlərdə, ediləcək işlərdə yanlışlıqlar çıxırdı. Mən də nə istəsən onu etməyə, hara getmək istəsən oraya getməyə, özümü yox qəbul etməyə qərar verdim. Qərarımda dayandım. İstədiklərini yerinə yetirib səni xoşbəxt edəcəkdim. "Mən yoxam, sən varsan" deyəcəkdim. Dedim də…
Lakin mənə nəsə olmağa başladı; "gerçək sən" ilə "xəyalımdakı sən" başqalaşdınız. Çox başqa… "Xəyalımdakı sən"i itirməmək üçün "gerçək sən"in hər dediyini etdim. Sən bir şey söyləyirdin, xəyalımdaki sən "əslində" deyirdi. Əslində…
Çox zaman keçdi, mən səni tanıdım. Ya da elə sandım. Əvvəl dəli kimi sevir, sonra tanımağa başlayırdı insan, bunu anladım.
"Eşq" adlanan şey bir-birimizi tanıyarkən xərcləyəcəyimiz sərmayəmiz imiş - onu da anladım. İstədim ki, bir az da sən məni tanıyasan. Quşçu Rəcəb ilə danışmağını, Yetim Həsəni görməyini, sevdiyim viranələri mənimlə gəzməyini istədim. Gəldin, amma dostlarım səninlə danışarkən sən yanımızda deyil, çox uzaqlarda idin.
Sənin "Kinoya gedək" dediyin gün bizim komandamızın futbol oyunu vardı. Mən futbola getməyi seçdim, həmişə sənin istədiyinin olması məni incitməyə başlamışdı. Yavaş-yavaş mənliyimin tükəndiyinin fərqinə vardım. Əgər mən mən deyildiysəm, bəs sənin yanında gəzən kim idi?
O oyundan dönərkən üzünü turşutmuşdun. Sənə laqeyd yanaşdığımı söyləyib bir həftə küsülü qaldın. Mən bu küsülülüyü heç anlamadım. Baxdım belə olmayacaq, çox sevdiyin bir hədiyyəni aldım, məni bağışladın. Artıq hər hirsləndiyin zaman sənə hədiyyə aldım, sən də məni bağışlayırdın. Sən hirslənirdin, mən üzr istəyirdim. Artıq tək sevgilim xəyalımdakı sən idin; onunla hələ yaxşı yola gedirdim.
Nə oldusa, o yeməkdə oldu. Sən bir şey söylədin, mən sərt cavab verdim. Üzüyola olan mən necə də dəyişmişdim. Özümə məəttəl qaldım. Bir yandan da xoşbəxt də oldum, ayların ürəyimə vurduğu ağrını o gün çıxardım. Dözmək, danışmadan hər şeyi qəbul etmək insanı bu hala gətirirmiş demək…
Mənə dönüb: "-Ruhlarımız uyğunlaşmır, bir daha görüşməyək!.." - dedin.
Heyran oldum, necə də gözəl son verdin; mən niyə eyni şeyi edə bilməmişdim? Mənliyimi o zamana qədər harada buraxmışdım?! Olsun, kec də olsa buraxdığım yerdən geri aldım.
O gecə "xəyalımdakı sən"lə baş-başa qaldım. "Gerçək səni" də qarşıma aldım. İkinizə birdən yaxşıca baxdım: "Xəyalımdakı sən" başqa idi, "gerçək sən" tam fərqli…
Mən "xəyalımdakı sən"ə aşiqdim; o, sanki eyni mən idi. O, könlümcə idi. O, mənə dəyər verirdi, kədərləndiyim zaman könlümü alırdı. Mənim kimi gülürdü. Mənim ağladıqlarıma ağlayırdı. "Gerçək sən"in məndən uzaq olduğu qədər "xəyalımdakı sən" mənə o qədər yaxın idi…
Bu ikilikdən bezdim, sıxıldım, "xəyalımdakı sən"in "gerçək sən"i öldürməsinə icazə verdim. Öldürdün, çox şükür, rahatlandım…
İnsan əvvəl sevər, sonra tanıyarmış; gec öyrəndim. Gerçək sevilənlər tanışlıqdan sonra müəyyən olanlarmış. İnsan əvvəlcə xəyalındakı adama aşiq olarmış; tanış olunca gerçək sevgi ortaya çıxar, xəyal itərmiş.
Sonra bunu anladım: İlk gördüyüm zaman gözüm və könlüm ünsiyyət qurur, aşiq olur. Amma yanımda qalan həmişə ruhuma yaxın olan olur.
Ruhuma yaxın olan…
"Bir adamı tanımaq üçün üstündən gərək yeddi bayram keçə!.." deyərdi nənəm… "Tələsmə, gözlə, məsafə saxla; tanı, gör nə çıxacaq…"
Lakin könül dinləmir, nədənsə hər dəfə bizi uçuruma aparır…
"Tanımaq çox çətindir!.." deyərdi babam. Tanımaq üçün əvvəl yemək ye, alver elə, səfərə çıx, o zaman anlayarsan!.. Sevmək gözəldir, ta ki, sevda sənin şəxsiyyətini yox etməyə başlayana kimi; o zaman de görüm, sevdan indi hardadır?! Qalıbmı? Səni tərk edib gedibmi? Bir xəyalamı aşiqsən? Yoxsa gerçəyəmi? İnsandan aşiq olmaz, övlad!.. İnsan nöqsanlıdır…"
"Yaxşı!.." dedim. "Məcnuna, Fərhada nə deyirsən?"
"Övlad, onlar qovuşdularmı?" - dedi babam.
"Yox" - dedim. "Qovuşa bilmədilər".
"Bəs onda?.." - dedi.
"Qovuşsaydılar, tanısaydılar bir-birini, o zaman görərdik sevdalarını!.."
"Bəs Şəmslə Mövlanaya nə deyirsən?" - dedim.
"Onların könül aynaları tərtəmiz idi; bir-birlərini seyr etdilər, öz könüllərində… O ayna isə yalnız Haqqı göstərirdi. Tanış olduqdan sonra gördülər ki, Şəms Mövlana idi, Mövlana da Şəms… Bir də bunu unutma!.." - dedi babam. "Gerçək eşq, yalnız Haqqdır; adam, beynindəki mükəmməl varlığa aşiqdir; o da uca Allahdır!.."
XƏBƏR LENTİ
Qulaq ağrısı necə keçər?
Tənbəl uşaqları işlətmək üçün maraqlı məsləhət - Wi-Fi ilə...
Hamiləliyi mənəvi olaraq yaxşı keçirmək üçün...
Murad Yıldırım bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Şimali Koreyanın keçirdiyi ballistik raket sınağı uğursuz olub
"İdeya" tortu(foto-resept)
Çörək bahalaşa bilər
Dünyanın ən nüfuzlu pasportlarının SON REYTİNQİ – Azərbaycan neçəncidir?
İntiharların 15 ümumi səbəbi (1)
Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTO
Azərbaycanda ölüm hökmü bərpa oluna bilər?
Ekrandakı obyektlər hiss ediləcək
Hadise Murat Bozla Avropaya gedir-SƏBƏB
Zəfər paradına Şuşaya sancılan bayrağı Pənahəli xanın nəslindən olan general-mayor gətirəcək
Ermənilər kömək istədi
Onun xoşuna gəlmək üçün...
Fərqlilik sevənlər üçün gəlinliklər
Pazllar ("Mənim anam dinozavrdır")
100 min insan küçələrə çıxdı
Məşhur professor koronavirusdan qorunmağın ƏN ETİBARLI SİRRİNİ açdı
Sürücülər bu xəbəri mütləq izləsin - Belə avtomobilləri idarə etməyin!
Şəkər xəstələri üçün pəhriz siyahısı
Nazirlik şəhid ailələri və müharibə iştirakçılarına dəstək üçün yeni elektron bölmə yaratdi
Azərbaycanda cütlük SMS-lə icazə alıb evləndi -VİDEO
Adın, ata adının və soyadın verilməsi qaydaları dəyişdi
Əsaslandırılmamış qeysəriyyə əməliyyatına görə cərimələr tətbiq olunur
Baharın makiyaj trendi
2020 gəlinlik trendləri
Günəş sistemində yeni planet kəşf olundu
Bergüzar Koreldən 1 milyon sevinci-FOTO
Həkimlər xəbərdarlıq edir
"Canın yansın, az, nə bomba şeysən..."
Qadın ana olandan sonra niyə aqressivləşir?
Narşərabın faydaları
İngilis dili-Ww
Avtomobilin təkərindən sıçrayan su paltarımıza düşsə...
Zəvvarlarımızdan xəbər var
Sonuncu dəfə nə vaxt yaşlı insanın, xəstənin ziyarətinə getmisiniz?
Avtobusla bölgələrə gedib-gələnlərə şad xəbər
Roma mədəniyyəti - 2
İvana Sert 40 yaşını belə qeyd etdi-FOTO
Bəxtəvərlikləri boylarından artıq oldu
Ruslar Şvartseneggerin paylaşımına reaksiya verdi - FOTO
Milli Qəhrəman orden aldı
Bonibonlu peçenye (foto resept)
10 yaşında ərə verilən Azərbaycanlı Məşhur-FOTO
10 minlərlə insan prezidentin istefasını tələb etdi
Şahzadənin nişanlısı dəb reytinqində eltisini KÖLGƏDƏ QOYDU - FOTO
Məşhur aktyor vəfat etdi-FOTO















- ŞƏRHLƏR