Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da qeysəriyyə əməliyyatının aparılması dəb halını alıb. Bunun iki əsas səbəbi var. Birinci növbədə klinikaların daha çox pul qazanma həvəsi, digər tərəfdən isə qadınların ağrısız doğuş həyata keçirmək istəyidir. APA TV-nin məlumatına görə, bununla bağlı Milli Məclis tərəfindən əhalinin sağlamlığının qorunması qanununa əlavə dəyişikliklər olunub və qüvvəyə minib. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirdi ki, sərəncama görə əsaslandırılmamış hallarda qeysəriyyə əməliyyatının aparılmasına görə cərimələr tətbiq olunacaq: "Bütövlükdə doğuşların 20 faizinə qədəri qeysəriyyə əməliyyatına icazə verilən bir normadır. Bu sərəncama görə, əsaslandırılmamış hallarda qeysəriyyə əməliyyatının aparılmasına görə, vəzifəli şəxslərə 5000 min manatdan 7000 min manata qədər, hüquqi şəxslərə isə 10 min manatdan 15 min manata qədər cərimə tətbiq olunacaq". Bundan başqa Musa Quliyev qeyd etdi ki, müvafiq icra hakimiyyəti orqanları və Səhiyyə Nazirliyi qeysəriyyə əməliyyatlarının göstərişlərinin siyahısını hazırlamalı və protokollar şəklində klinikalara təqdim etməlidirlər: "Klinikalar həmin protokollara uyğun olaraq bilsinlər ki, hansı hallarda qeysəriyyə əməliyyatı aparmaq olar, hansı hallarda isə olmaz. Bu protokollardan kənara çıxmaq halları olanda isə şübhəsiz ki, İnzibati Xətalar Məcəlləsinə görə, cərimə sanksiyaları tətbiq olunacaq". Onun sözlərinə görə, qanunun qüvvəyə minməsi qadınların, anaların eləcə də dünyaya gələn körpələrin həyat və sağlamlığının qorunmasına çox ciddi təsir göstərəcək. Musa Quliyev onu da bildirdi ki, bu ilin axırına kimi protokollar hazırlanıb klinikalara təqdim olunacaq.
Mənbə: Lent.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Əfqanıstanda güclü zəlzələ
Londonda Ermənistan səfirliyi qarşısında piket
Azərbaycanda məktəblərdə dərslər dayandırılacaq?
Bürclərin qorxuları
12 ölkə Çinə qarşı birləşdi
Məşhur aktrisa qorxunc qəza keçirdi-FOTO
24 mindən çox sorğu blankı elektronlaşdırılıb
Qəfəs saç hörüyü necə hörülür?
Nişastalı paxlava (foto resept)
Silahlı Qüvvələrə yardım etmək istəyənlərin nəzərinə!
Axşam Bakıda işıqlar söndürüləcək-SƏBƏB
Ərdoğan Ermənistanın Azərbaycana hücumunu qınadı - VİDEO
“Ağıllı” küçə fənərləri təqdim edildi
Burada dovşanlar insan kimi yaşayır
Yaşıl çay-gözəlliyinizin keşiyində
Sarkisyanla bağlı şok etiraf
Aldadıldım! Nə edəcəm indi?!
Rəngarəng şərflər
Əkizlər üçün otaq dekorasiyası
Yaz yağışı
Bir-birindən fərqli kəmərlər
Dəri problemləri üçün kartof suyu
Uşaq və kosmetika
Qara nöqtələr üçün təbii maskalar
"Hercai"dən yeni Rekord
İş axtaranların nəzərinə!
Merkel və Sarkisyan görüşdü
Cənub Dəhlizindən hansı ölkələr və necə faydalanacaq
Ən qəribə adətlər
Valideyn olmaq şəkillərlə
2014-cü ilin yeni il makiyajı
ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"
Məşhur ulduzlar dünən və bu gün
İlham Əliyev Varşavada Əfqanıstan prezidenti ilə görüşüb - YENİLƏNİB
Teymur Məmmədov Azərbaycan çempionu oldu
Uçuqdan necə xilas ola bilərik
Hamilə qadın müayinə zamanı bətnində qəribə varlıq gördü - FOTO
Ronaldunun nişanlısını tənqid atəşinə tutdular
Toxunma telefon qabı
Olimpiya çempionu Bakıya gələcək
HAVA necə olacaq?-26 dekabr
Pendirli kəsmikli piroq (foto resept)
İŞİD 16 kəndi ələ keçirdi
"Hansısa münaqişə həll olunmadıqda başqa münaqişə doğurur"
Coronavirusa qarşı dərman tapıldı, AMMA....
Hamilə xanımlara geyim nümunələri
Günün ulduz falı
Badımcan bükməsi (foto resept)
Telekanal qazisini böyük coşqu ilə qarşıladı - VİDEO
Apple yenidən lider oldu















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]