Peyğəmbər (s.ə.s) buyurur: «Ey Allah bəndələri! Bir-birinizə arxa çevirməyin, bir-birinizdən qırılmayın, bir-birinizlə qardaş olun. İki möminin bir-birindən küsməsi üç gündür. Əgər (üç gündən sonra) danışmasalar, bir-biriləri ilə kəlmə kəsməyənə qədər Allah onlardan üz çevirər».
* * *
İmam Əli (ə) buyurur: «Kin bəsləmək eyiblərin ən pisidir».
* * *
Peyğəmbər (s.ə.s) buyurur: «Din qardaşı ilə üç gündən artıq küsülü olmaq dlğru deyil. Üç gündən sonra onunla qarşılaşarsa, salam verib halını soruşmalıdır. O biri də salamı alarsa, birlikdə savaba çatarlar. Əgər salamı almazsa, günaha girər. Salam verən də küsülü durmağın məsuliyyətindən qurtulmuş olar».
* * *
Peyğəmbər (s.ə.s) buyurur: «Bir-birindən küsülü olan iki adamdan kim əvvəlcə salam verərsə, günahları bağışlanar. Salam verdiyi halda, qarşıdakı salamını almazsa, bu şəxsin salamını mələklər alar».
* * *
Peyğəmbər (s.ə.s) buyurur: «Qeybət etməkdən çəkinin. O zinadan da pisdir. Çünki, zina edən tövbə etdikdə Allah onu qəbul edər, lakin qeybət edənin günahı qeybət olunan onu bağışlamadıqca bağışlanmaz».
* * *
Peyğəmbər (s.ə.s) buyurur: «Meracda olduğumda bir qrup insana rast gəldim. Onlar dırnaqları ilə üzlərini və sinələrini cırırdılar. Cəbraildən onların kim olduğunu soruşdum. O, «onlar insanların ətlərini yeyən (yəni qeybət edən) və onların eyiblərini danışanlardır» - deyə cavab verdi».
* * *
Allahın Rəsulu (s.ə.s) buyurur: «Qeybət nədir, bilirsiniz?». Səhabələr cavab verir: «Ən yaxşısını Allah və Rəsulu (s.ə.s) bilər». Peyğəmbər (s.ə.s) deyir: «Qardaşınızın xoşuna gəlmədiyini onun haqqında söyləməkdir». Səhabələrdən biri sual verir: «Əgər söylədiyim xüsusiyyətlər onda varsa, onda necə?». Allahın Rəsulu (s.ə.s) buyurur:«Əgər söylədiklərin varsa, qeybət etmiş olarsan, əgər yoxdursa, onda ona böhtan atmış olarsan».
Peyğəmbər (s.ə.s) buyurur: «Dedi-qodu ilə məşğul olan Cənnətə daxil olmayacaq».
* * *
İslam Peyğəmbəri (s.ə.s) buyurur: «Qəzəb imanı sirkə balı xarab etdiyi kimi xarab edər».
* * *
İmam Sadiq (ə) buyurur: «Hər kim qəzəbini cilovlaya bilməsə, ağlına da sahib ola bilməz».
* * *
Həzrət Əli (ə) buyurur: «Qəzəbdən çəkinin. Onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır».
* * *
Həzrət Məhəmməd (s.ə.s) buyurur: «Mömini şad edən məni şad etmiş, məni şad edən isə Allahı şad etmişdir».
* * *
Həzrət Əli (ə) buyurur: «Tövbə etmək qəlbləri paklayır, günahları yuyur».
* * *
Peyğəmbər (s.ə.s) buyurur: «Müsəlmana hiylə quran bizdən deyildir».
* * *
Həzrət Əli (ə) buyurur: «Məsləhət edən şəxs xətadan amanda qalar».
XƏBƏR LENTİ
Azərbaycan Kuboku: 1/8 final oyunları
Xəstəliklərə qarşı möcüzəvi ərzaqlar
Şakira və CeyLodan möhtəşəm şou - FOTO+ VİDEO
Kişilərə faydalı məsləhətlər
Uşağınızın dahiliyini göstərən 7 cəhət (II hissə)
Orta məktəblərdə bu şagirdlərə pul mükafatı veriləcək
Azərbaycanlılarla əcnəbilər arasında nikah: vəziyyət nə yerdədir?
Şirniyyat aksesuarlar
Evdə işləri asanlaşdıran dizaynlar
“Azərbaycanda erməni kəşfiyyat şəbəkəsi aşkarlanıb”
Bu gündən karantin rejimi sərtləşdirilir
HAVA necə olacaq? -27 Mart
Sandra Ballokdan ŞOK ETİRAF
İlin ilk Günəş tutulmasının vaxtı açıqlandı
Məşhur aktyor "Barselona"nı ələ saldı
Xərçəng riskini artıran amillər
Məşhur futbolçu 5 milyona torpaq aldı-FOTO
Azərbaycan və Türkiyənin birinci xanımlarının görüşü olub
Kənd toyuğu bahalaşdı
Kosmosda qəbristanlıq tapıldı
Avro dəyərdən düşür
Ebola virusu qarşıdurma yaratdı
Qol vuran qazanır!
Ermənistanda güclü zəlzələ oldu
Balıq piroqu (foto resept)
İlham Əliyev: “Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı”
Çiyələkli parfe (foto resept)
Yeri təhlükə gözləyir-Foto
İdeal bədənin 7 sirri
Yalan danışan uşağa necə davranmalı?
Boyun qırışlarını necə azaltmalı?
Dünya mədəniyyətinin ilkləri
Müdafiə Nazirliyindən müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə MÜRACİƏT
Bakıda siqaret qadağasına əməl olunurmu?
İspan dili 11-ci dərs
Təhsili olmayan dahilər
Miqrenə qarşı yeni dərman
Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi
Uşağınız sol əlini işlədirsə diqqət!
Kreativ kitab rəfləri
Əgər prezident olsaydım...
Günün ulduz falı
Divardan asılmış restoran
Diş ağrısını azaldan 3 təsirli üsul
Milanda gəzməli yerlər
Nəcməddin Sadıqov işdən çıxarıldı?- Rəsmi açıqlama
Özcan Dəniz qalmaqallı FOTO haqqında danışdı
Ürəyimiz yananda çay?
Ayaqqabı və çantalar
Bir damın altında
- ŞƏRHLƏR