Peyğəmbərimiz Muhəmmədin (s.a.s) xüsusiyyətləri
Əzəmətli və Uca Allah Peyğəmbərimiz Muhəmmədə (s.a.s) bir sıra fəzilət və xüsusiyyətlər əta etməklə, onu digər peyğəmbərlərdən və insanlardan üstün etmişdir. Bu xüsusiyyətlərdən bəziləri aşağıdakılardır:
1. Onun şəriəti bütün insanlar və cinlər üçündür və hamı onun risaləsinə tabe olaraq ona riayət etməlidir. Uca Allah buyurur: “Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik. Lakin insanların çoxu bunu bilmir” (Səba, 28). Həmçinin buyurur: “Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı nazil edən Allah necə də xeyirxahdır!” (əl-Furqan, 1). İbn Abbas demişdir: “Burada aləmlər deyildikdə insanlar və cinlər nəzərdə tutulur.” Əbu Hureyra Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Mən altı xüsusiyyətlə digər peyğəmbərlərdən üstünəm: mənə hikmət- li ifadələr verilib, (düşmənin qəlbinə) qorxu salmaqla mənə qələbə verilib, qənimətlər mənə halal olunub, bütün yer üzəri mənə pak səcdəgah buyurulub, mən bütün məxluqata göndərilmişəm və mənimlə peyğəmbərliyə möhür vurulub” ("Səhih Muslim", 523).
İmam Muslim "Səhih" əsərində Əbu Hureyradan Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Muhəmmədin canı Əlində olan Allaha and olsun ki, bu ümmətdən hər hansı bir yəhudi və ya xristian mənim barəmdə eşidib sonra da mənimlə göndərilənə iman gətirmədiyi halda ölərsə, mütləq Cəhənnəm əhlindən olar” ("Səhih Muslim", 153).
2. Ayə və hədislərdə göstərildiyi kimi, o, peyğəmbərlərin və elçilərin sonuncusudur. Uca Allah buyurur: “Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir” (əl-Əhzab, 40). Buxari və Muslim, Əbu Hureyradan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişlər: “Mənim və əvvəlki peyğəmbərlərin məsəli, gözəl və heyrətamiz bir ev tikmiş, lakin kərpicinin birini qoymamış bir kimsənin məsəlinə bənzəyir. Camaat bu evin yan-yörəsindən keçir, ona təəccüb edir və deyirlər: “Nə üçün bura bir kərpic qoyulmayıb?” (Sonra) Peyğəmbər (s.a.s) davam edib dedi: “O kərpic mənəm və mən peyğəmbərlərin sonuncusuyam” ("Səhih əl-Buxari", 3535; "Səhih Muslim", 2286).
Bütün bu sadalanan dəlillərə əsaslanaraq sələflər və onlardan sonra gələnlər də bu mövqedə olmuş və ondan sonra peyğəmbərlik iddia edən hər kəsin kafir olduğunu, habelə bunda israrlı olarsa öldürülməli olduğunu bildirmişlər. Əl-Əlusi demiş- dir: “Muhəmmədin (s.a.s) peyğəmbərlərin sonuncusu olması Quranda xəbər verilmiş, Sünnə ilə təsdiqlənmiş, ümmət tərəfindən yekdilliklə qəbul olunmuşdur. Odur ki, bunun əksini iddia edən hər kəs təkfir olunmalı, bunda israrlı olanlar isə qətlə yetirilməlidir”.
3. Uca Allah Peyğəmbərə (s.a.s) möcüzələrin ən əzəmətlisi olan, bütün təhriflərdən qorunan və Allah diləyənədək insanların arasında qalacaq Qurani Kərimi bəxş etmişdir. Uca Allah buyurur: “De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb, bir-birinə kömək etsələr belə ona bənzərini gətirə bilməzlər” (əl-İsra, 88). Həmçinin buyurur: “Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adamlar üçün mərhəmət və ibrət vardır” (əl-Ənkəbut, 51). Buxari və Muslimin "Səhih" əsərlərində Əbu Hureyradan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunur: “Peyğəmbərlərin hər birinə insanı imana gətirəcək möcüzə göstərmək qüdrəti verilmişdir. Mənə isə Allahın nazil etdiyi vəhy bəxş edilmişdir. Ümid edirəm ki, Qiyamət günü mənim ardıcıllarım onların hamısından çox olacaq” ("Səhih əl-Buxari", 4981; "Səhih Muslim", 152).
4. Peyğəmbərimizin (s.a.s) ümməti ən xeyirli ümmət və Cənnət əhli- nin əksəriyyətini təşkil edirlər. Uca Allah buyurur: “Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz” (Ali İmran, 110). Müaviyə ibn Heydə əl-Quşeyri Peyğəmbərin (s.a.s) yuxarıdakı: “Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz” ayəsi barədə belə buyurduğunu eşitmişdir: “Siz yetmiş ümmətin sonuncusu olmanıza rəğmən Allah yanında onların ən xeyirlisi və ən şərəflisisiniz”. Buxari və Muslimin "Səhih" əsərlərində Abdullah ibn Məsudun belə dediyi rəvayət olunur: “Bir dəfə biz peyğəmbərlə birlikdə bir qübbədə idik. O r dedi: “Cənnət əhlinin dörddə biri olmanıza razısınızmı?” Biz: “Bəli”–deyə cavab verdik. Sonra o dedi: “Cənnət əhlinin üçdə biri olmanıza razı olarsınızmı?” Biz: “Bəli”–deyə cavab verdik. O yenə dedi: “Cənnət əhlinin yarısı olmanıza razı olarsınızmı?” Biz yenə: “Bəli”–deyə cavab verdik. O dedi: “Muhəmmədin canı Əlində olan Allaha and olsun ki, mən sizin Cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm. Belə ki, Cənnətə yalnız müsəlman olanlar daxil olacaqlar. Sizinlə şirk əhlinin misalı qara öküzün tükləri arasındakı bir ağ tük kimi və ya ağ öküzün tükləri arasındakı qara tük kimidir” ("Səhih əl-Buxari", 6528; "Səhih Muslim", 221).
5. Peyğəmbərimiz (s.a.s) Qiyamət günü Adəm övladının ən hörmətlisi olacaqdır. Əbu Hureyra (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Mən Qiyamət günü Adəm övladlarının ən hörmətlisi, qəbri hamınınkından qabaq açılan, ən birinci şəfaət diləyən və şəfaətçilik edənəm” ("Səhih Muslim", 2278).
6. Peyğəmbərimiz (s.a.s) əzəmətli şəfaət sahibi olacaqdır. Bu o vaxt baş verəcək ki, insanlar peyğəmbərlərə bir-bir müraciət edəcək və onlardan şəfaət diləyəcəklər. Onların hamısı isə bundan boyun qaçıracaqdır. Tərifəlayiq məqam da məhz budur. Uca Allah buyurur: “Ola bilsin ki, buna görə Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin” (əl-İsra, 79). Bir çox səhabə və tabiinlər, o cümlədən Hüzeyfə, Salman, Ənəs, Əbu Hureyra, İbn Məsud, Cabir ibn Abdullah, İbn Abbas, Mücahid, Qətadə və başqaları buradakı tərifəlayiq məqamın şəfaət olduğunu bildirmişlər. Qatədə demişdir: “Elm əhli tərifəlayiq məqamın onun şəfaətçi olması qənaətində olmuşlar. Sünnədə Peyğəmbərin (s.a.s) şəfaətçi olması barədə bir çox dəlillər vardır. Onlardan biri də şəfaətçilik barədə rəvayət olunmuş uzun hədisidir. Buxari və Muslimin "Səhih" əsərlərində Əbu Hureyradan (r.a) rəvayət olunan həmin hədisdə Peyğəmbər (s.a.s) Adəmin, sonra Nuhun, sonra İbrahimin, sonra Musanın, sonra da İsanın şəfaətdən üzrxahlıq edəcəklərini və: “mən buna layiq deyiləm”–deyəcəklərini bildirmiş və demişdir: “Sonra onlar mənim yanıma gələcəklər, mən Rəbbimdən izn istəyəcəyəm və mənə izn veriləcəkdir. Mən Rəbbimi gördükdə Ona səcdə edəcəyəm, O da məni bir müddət beləcə tərk etdikdən sonra buyuracaq: “Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyin veriləcək, havadarlıq et, havadarlığın qəbul olunacaq. Sonra Allah mənə indi bilmədiyim həmd-sənaları təlqin edəcək və mən o həmd-sənalarla Ona təriflər deyəcəyəm və bundan sonra şəfaətçilik edəcəyəm...” ("Səhih əl-Buxari", 3340; "Səhih Muslim", 193).
7. Peyğəmbərimiz (s.a.s) həmd bayrağını daşıyacaq. Bu, həqiqi bayraqdır ki, Qiyamət günü onu ancaq Peyğəmbərimiz (s.a.s) daşıyacaqdır, insanlar da onun arxasınca gedəcək və o bayrağın altında olacaqlar. Allah bu xüsusiyyəti ona yalnız ona görə nəsib etmişdir ki, o, Allahı heç kimin tərif etmədiyi şəkildə həmd-səna ilə tərif etmişdir. Bunu bəzi elm əhli də bildirmişdir. Sünnədə də bu əzəmətli xüsusiyyətə dair dəlillər vardır. Əbu Səid əl-Xudri (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Qiyamət günü mən Adəm övladlarının seyyidi olacağam və əlimdə həmd bayrağı olacaqdır, lakin mən bununla lovğalıq etmirəm. Həmin gün Adəmdən bəri bütün peyğəmbərlər mənim bayrağımın altında duracaqlar və Qiyamət günü yer ən birinci mənim üçün yarılacaqdır. Lakin mən bununla lovğalıq etmirəm” ("Sünən ət-Tirmizi", 3615; "Müsnəd Əhməd", 3/2. ət-Tirmizi bu hədisə
yaxşı və səhih demişdir).
8. Peyğəmbər (s.a.s) Cənnətdə uca bir dərəcə olan və yalnız bir nəfərə verilən vəsilənin sahibidir. Qeyd edək ki, vəsilə Cənnətin ən uca yeridir. Abdullah ibn Amr ibn Asdan Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunur: “Müəzzinin azan verdiyini eşitdiyiniz zaman siz də onun dediklərini təkrar edin. Sonra mənə salavat oxuyun. Hər kim mənə bir salavat oxuyarsa, Allah ona bunun sayəsində onunu yetirər. Sonra Allahdan mənim üçün vasitəçilik haqqı diləyin. Çünki, vasitəçilik Cənnətdə Allahın qullarından yalnız birinə məxsus olan bir məqamdır. Ümid edirəm ki, o qul mənəm. Hər kim mənim üçün Allahdan vasitəçilik haqqı diləyərsə, şəfaətimə nail olar”.
Peyğəmbər (s.a.s) bu kimi bir çox xüsusiyyətlərə və üstünlüklərə malikdir ki, bu da, onun həm bu dünyada, həm də axirətdə Rəbbi yanında uca məqamda və yüksək dərəcədə olduğunu göstərir.
Peyğəmbəri (s.a.s) yuxuda görməyin həqiqət olmasının bəyanı
Sünnədə göstərilir ki, insan yuxuda Peyğəmbəri (s.a.s) görə bilər və onu yuxuda görən həqiqətdə görmüş olur. Əbu Hureyra (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Məni yuxuda görən, həqiqətən, görmüşdür. Çünki şeytan mənim qiyafəmə girə bilməz.” Hədisi Muslim rəvayət etmişdir. ("Səhih Muslim", 2266)
Başqa bir rəvayətdə isə Buxari və Muslim Əbu Hureyradan Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişlər: “Məni yuxuda görən oyaq olarkən də görəcək. Şeytana gəlincə isə o mənim qiyafəmə girə bilmir” ("Səhih əl-Buxari", 6993; "Səhih Muslim", 2266). Buxari, İbn Sirinin belə dediyini rəvayət etmişdir: “Əgər onu öz surətində görmüş olsa...” Cabir ibn Abdullah Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Məni yuxuda görən məni görmüşdür, belə ki, şeytanın mənə oxşaya bilməz”. Hədisi Muslim rəvayət etmişdir. ("Səhih Muslim", 2268)
Peyğəmbəri (s.a.s) yuxuda görməyin mümkünlüyü barədə bir çox səhih hədislər varid olmuşdur. Onu yuxuda görən həqiqətən onu görmüş sayılır və şeytan Allah rəsulunun (s.a.s) qiyafəsinə girə bilmir. Onu da xüsusi olaraq qeyd edək ki, Peyğəmbəri (s.a.s) onun sünnədə vəsf olunmuş həqiqi surətində görmək mümkündür. Əks təqdirdə isə bu, onu görmək hesab olunmur. Buxarinin "Səhih" əsərində İbn Sirindən nəql olunduğu kimi “Peyğəmbəri (s.a.s) həqiqi qiyafəsində görmüş olarsa...” Buna görə də Buxari hədisi qeyd etdikdən sonra buna şərh olaraq İbn Sirinin sözünü də qeyd etmişdir. Daha bir hədisi buna dəlil göstərmək olar, Hakimin, Asim ibn Kuleybdən rəvayət etdiyi hədisdə deyilir: “Atam mənə belə rəvayət etmişdir: “Mən İbn Abbasa Peyğəmbəri (s.a.s) yuxumda gördüyümü xəbər verdim. O mənə: “Peyğəmbəri (s.a.s) mənə vəsf et”–dedi. Dedim: “O, Əlinin oğlu Həsənə bənzəyirdi”. İbn Abbas dedi: “Doğrudur, ona bənzəyirdi”. İbn Həcər demişdir: “Bu, hədisin isnadı yaxşıdır”.
Əyyub demişdir: “Kimsə Muhəmməd ibn Sirinə Peyğəmbəri (s.a.s) yuxuda gördüyünü xəbər versəydi, İbn Sirin həmin adama: “Gördüyün adamı mənə vəsf et.” deyərdi və əgər adam Peyğəmbərə (s.a.s) xas olmayan bir xüsusiyyəti qeyd edərdisə, ona belə deyərdi: “Sən onu görməmisən.” Bu rəvayəti İbn Həcər “Fəthul-Bari” əsərində nəql etmiş və isnadının səhih olduğunu bildirmişdir.
Peyğəmbərin (s.a.s): “Məni yuxuda görən kəs oyaq halda da görəcəkdir” sözünə gəlincə alimlər bu məsələyə dair müxtəlif rəylər söyləmişlər. Bu rəylərin ən məşhuru üçdür:
Birinci: Burada oxşatma və bənzətmə nəzərdə tutulur. Muslimin, Əbu Hureyradan rəvayət etdiyi hədis buna dəlildir: “Məni yuxuda görmüş kimsə, məni ayıq ikən görmüş kimidir”.
İkinci: Bu, Peyğəmbərin (s.a.s) zamanında yaşayanlara, onu görməzdən öncə iman gətirənlərə aiddir.
Üçüncü: Bu, Qiyamət günü olacaqdır. Yəni Peyğəmbəri (s.a.s) yuxuda görənlərin durumu onu görməyənlərdən fərqli olacaqdır. Daha doğrusunu isə Allah bilir.
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Asan boxaça (foto resept)
Ölməyən eşq hekayəsi
Makiyajsız məşhurlar
Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlandı
Prezidentdən nazirliklə bağlı fərman
Unikal enerjili avtomobil
Azərbaycanda özbaşına tikinti işləri aparanlar həbs ediləcək.
Daun sindromlu gənc namizəd oldu - Dünyada ilk
Murad Dalkılıçdan Hande Erçellə bağlı ETİRAF
X Mavericks pulsuz olacaq
Özünü reallaşdırmaq
İstədiyinizdə deyil, acdığınızda yeyin!
Qurban bayramı namazının VAXTI AÇIQLANDI
16 yaşlı gəncin boyu şoka saldı - 2.31 sm
BÜRCLƏR bizə nə vəd edir? - 8 APREL
Hansı bədən temperaturu normal hesab edilməlidir?
Saçı və dərini gözəlləşdirən düyü suyu
JLo bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ
Azərbaycan əsgərləri Əfqanıstanda
Hazırcavablar...
Sonsuzluğun çarəsi tapıldı
Hələ bu cür saç düzümü görməmisiniz!
Adelin FOTOsu hər kəsi QORXUTDU
Körpələrin zehnini inkişaf etdirən faktorlar
Gənc xanımlara ziyafət geyimləri
Bu paylaşımlarına görə işdən qovuldu - FOTO
Bakıda Böyükşor Bulvarı olacaq
BMT: 90 günahsız uşaq öldürülüb
Ev şəraitində hörgülü toppuz yığmaq üsulu
Bəzi kişilərin son ümidləri də puç oldu
Məşhur aktrisa gəlinlik geyindi-FOTO
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Sevməkdən qorxduğunuzu göstərən hallar
Suriyada kimyəvi silahın məhv edilməsi planı təsdiqləndi
Kənan Doğuludan BOŞANMA AÇIQLAMASI
Xanımlara sual!
Türkiyədə Koroğlunun nəhəng heykəli qoyuldu -VİDEO
40 yaşından sonra dəblə necə ayaqlaşmalı?
Almanlar ispanları darmadağın etdi, yığmamız xorvatlara uduzdu
Azərbaycan gölləri
Kəs və yapışdır-34
Dünyanı onlar idarə edir?
Yarmarkaya gətirilən 22 ton BAL SAXTA ÇIXDI
Bu gün Azərbaycan kinosu günüdür
Mütəxəssislərə görə evlənmə yaşı
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Bakı Şəhər Halqasının loqosu təqdim olundu
160-dan çox ölkə bu qidaları QADAĞAN EDİB: alma, çörək, ət...
Hindlilərin xoşbəxtlik məsləhətləri
Səni daha yaxşı edəcək 30 vərdiş
- ŞƏRHLƏR