Hər bir insan həyatı aldığı tərbiyəyə uyğun dərk edir. Həyat insanı daim sərt sınaqları ilə yoxlayır, bərkə-boşa salır... Bu həyatda günah və savab deyilən iki amil, fakt var. İstər dini, istər əqli cəhətdən - əməllərimizin iki qütbü var! Ya xeyirli əməl (savab), ya da ziyanlı əməl (günah).
1. Xeyirxah əməl (savab) - bəzən tez-tez eşidirik: "Kiçikdir, anlamır, günahına yazılmır..." və ya "Dəliyə baş qoşma"... Demək, kiçik yaşda olması və ya əqli çatışmazlıqdan edilən əməllər, düşünülmədən edilən, pis niyyətlə edilməyən əməllər günah, pis əməl sayılmır. Amma kiçik uşaq və hətta ruhi xəstə belə kiçik də olsa xeyirxah əməl edə bilər! Atalar misalıdır: "Dəlidən doğru xəbər"... Bir kiçik uşağın böyüyə yer verməsi, zibili təmizləməsi, gücü çatmasa da yardım etmə istəyi əlbəttə, hamıya xoş gələr!
Bir də görürsən ruhi xəstə qəfildən elə bir xeyirxah əməl edir ki, məəttəl qalırsan. "Ağıllı" birinin bədxah əməlinə heç belə çaşmırsan...
Amma bu mövzum "kiçik günah" haqdadır.
2. Pis əməl (günah) - hər bir pislik ilk olaraq bu əməli edənin özünə qarşı etdiyi pis əməldir! Bu həyatda pislik etməkdən asan nə var? Bir daş atsan, bir pəncərə qırsan dünya dağılmaz, bəlkə heç görən, bilən də olmaz (Allahdan savayı). Amma "kiçik günah" dedikdə, adətən bilmədən, istəmədən etdiyimiz xətalar nəzərdə tutulur. İnsan kiçik xətasını anlamırsa, anlayıb bu səhvdən peşman olmursa, peşman olub tövbə etmək, səhvini düzəltmək üçün cəhd etmirsə, bu, artıq böyük günahdır! Böyük qəbahət, səhv və pis əməldir!
Bir misal: həyətdə topla oynayarkən qonşunun pəncərəsinı qıran, ya da lap sadə, həyətdən işə tələsən birinin üstünü kirləyirsən... Uşaqlığına güzəştə getsə də qarşıdakı insan qəzəblənə də bilər. Tələsib səhvini düzəltməlisən. Pəncərəni təmir edə bilməsən də, üzr istəmək vacibdir. Üstünü batırdığın kəsə ən azı üzrxahlıq etməsən, o an kiçik günahın böyük bir pis əmələ, günaha çevrilər...
Bir insanla zarafat etmək istəyəndə xətrinə dəydiyini anlayırsan... Bunun üçün tez üzr istəməlisən! Kiçik səhvlə günahlar etməyə vərdiş olsan, bunu özünə yaraşdırsan, demək sən cəhalət yolundasan! Artıq pis bir başlanğıcın ilk addımlarını atırsan!
3. "Kiçik günahlar" insanların "Heç vaxt eləməmişəm" deyə bilmədiyi əməllərdir! Bunu deyən ilk özünü aldatmış olar! Amma kiçik günahlara görə çox üzülmək də gərək deyil. Vicdan əzabı çəkirsənsə, günahını anlayırsansa, ürəyin böyükdür! Hələ səhvini düzəltmək üçün gecikməmisən! Bir kiçik günah üçün kimisə çox günahlandırmaq, günahkarı daha da pis vəziyyətdə qoymaq da qəbahətdir. Əgər kiminsə sizə qarşı kiçik nöqsanı varsa və bu nöqsanı ardan qaldırmaq istəyirsə, bu insana şans verin!
"Peşmanlıq (və ya Tövbə) kiçik günahların tövbəsi - əməllə də məqbuldur. Yəni hər kiçik əməl üçün tövbə etmək lazım deyil! Tövbə-adətən böyük günahdan çəkinmək, haqq yoluna üzü ağ davam etmək üçün lazım gəlir! İçki düşkünü, pozğun əməl (niyyətdə belə) edənlər, daha böyük günah sahibləri ibadət yolunu seçəndə, doğru yola qayıtmağa qəralı olduqda tövbə edər, niyyət və əməllərini nizamlayarlar!
4. Kiçik bildiyimiz böyük qəbahətlər... Bu mövzunun hər zaman aktual bir mövzu olduğuna yəqin razılaşarsınız. İnsanların daim həyatda yanıldıqları, özlərini aldatdıqları bir hal - səhvini, günahını kiçik bilmələridir! Bəzən sənin aləmində kiçik səhv bildiyin bir əməl (yersiz söz) əslində qarşı tərəfə ağır bir psixoloji zərbə ola bilər.
Məsələn, yolla gedəndə avtomobilindən sıçrayan kir kiminsə üstünü bulaşdırır... Artıq nəyisə dəyişə bilmirsən, üzrxahlıq edirsən, ən yaxşı halda onu getdiyi yerə çatdırırsan, ya da əynini təmizləməyə (dəyişməyə) kömək etməklə kifayətlənirsən. Sənə bir söz deməsə də (təvazökarlıqdan) bu insan çox vacib bir işinə, görüşə gecikir (həmin gün işə qəbul ola bilərdi, gecikir və yenə işsiz qalır, imtahana getməliydi, çatmır və kəsilir və s.). Gecikmədən yaranan uğursuzluqda isə taleyini və səni günahkar bilir. Bəzən psixoloji sarsıntı keçirir, səninlə qarşılaşdığı anı lənətləyəcək qədər əsəbləşir...
Sən isə bu hadisəni bəlkə də unutmusan, öhdənə düşəni, əlindən gələni etdiyini düşünərək heç bu insanı yada da salmırsan...
Qəfil bir təsadüfdən bilirsən ki, sənin yoldan etdiyin biri həmin gün daha pis vəziyyətə qalıb. Onun uğursuzluğunda az da olsa sənin də "payın" var... Amma bu halda belə onun qarşısına çıxacaq cəsarətin olmur...
Kiçik bir nöqsanın, istəmədən etdiyin bir günahın bir insana mənəvi zərbə vurubsa, bu sənin günahının hələ də bağışlanmadığı deməkdir... Tələsib səhvini düzəldəcək, bağışlanmana səbəb olacaq bir xeyirli əməl etməlisən! Bizim günahlarımızın cavabını bu dünyada da, haqq dünyasında da özümüzdən savayı kimsə verməyəcək!
P.S: Hamınıza böyük qəbahət və günahlardan uzaq olmağı, tövbə etməyi arzulayıram.
XƏBƏR LENTİ
WhatsApp-dan istifadəçilərinə yeniliik
Alla Puqaçova və Maksim Qalkin boşanır?
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Günün qoroskopu: Sağlamlığınız təhlükədədir!
Tarix yazan idmançımız karyerasına son qoydu
Məşhur aktyor "Kadın"da
Hava haqqında
Rus Dili dərs-8
2019-un ən zərif gəlinlik modelləri
Kokteyl və gecə geyimləri
2100-cü ildə Çin əhalisi azalacaq
Bülent Ersoy indi də üç milyon qazanacaq
Saç baxımı
Ronaldo İnstaqramdan 44 milyon qazandı
Özünü xəstəliyə vuran dilənçi kameraya düşdü - VİDEO
Dünyada ən böyük sualtı park inşa olunacaq
Alimlərdən qorxulu XƏBƏRDARLIQ: Yeni və ölümcül...
Sibel Can Beyons pəhrizinə başladı
Bu skamyalar Günəş enerjisi ilə işləyir - FOTO
Güləşçimiz 23 saniyəyə ermənini məğlub etdi
İdeal sevgili
Ayın ilk interaktiv geoloji xəritəsini hazırladılar - FOTO
Mehmet Ali Erbilin gənc sevgilisi danışdı-FOTO
Texnologiyasız uşaqlıq
Rusiya planşet bazarında üçüncü oldu
İdmanın uşaqlar üçün bu faydası heç ağıla gəlməzdi
Yüzlərlə tələbə köpükləndi
Bir ayda İSN-nə 450 müraciət edilib
Bu oğlanın müqaviləsi ürəkləri partladacaq
Kökəlib arıqlamaqdan yaranan çatlardan xilas olmaq üçün...
Yağlı dərinin parıldamasını necə aradan qaldıraq?
Afinada ilk məscid tikildi
Azərbaycanda münaqişəli ailələrin sayı artıb
Bekhem ailəsi müflis oldu-SƏBƏB
Viktoriya Bekhem xəstəxanalıq oldu
Cəbhədə erməni əsgər öldürülüb
Lavaş içi salat (foto resept)
Bakı metrosundan istifadə edənlərə müjdə
20 Yanvar faciəsini dünyaya tanıda bildikmi?
Sabahın HAVAsı
Apple Yaponiyada hökmranlıq edir
Məşhur xəbər aparıcısı ana oldu-FOTO
Leonardo Di Kaprio Oskar aldı
Türkiyəli millət vəkili əsgərlərimizə baş çəkdi
İzləyiciləri Fahriye Evceni lağa qoydular-FOTO
Azərbaycanda işləyənlərin sayı açıqlandı
İyun ayında qeyri-iş günlərinin sayı açıqlandı
Mehriban Əliyeva Münhen Təhlükəsizlik Konfransından yazdı - FOTO
Pensiyaların artırılması ilə bağlı işlər yekunlaşdı - Nazir
Ev üsulu şaftalı şirəsi (foto-resept)
- ŞƏRHLƏR