İnsanın yaradılış məqsədi nədir?
Öz varlığımızla birlikdə kainatdakı bütün varlıqlar üzərində düşünək. Bütün bunların yaranma səbəbi nədir? Hamımız şübhəsiz həyatımızın müxtəlif mərhələlərində bu sualları özümüzdən soruşduq. Niyə varam? Niyə yaradıldım? Həyat və ölümün mənası nədir? Hər birimizin zehnini məşğul edən bu suallara ən doğru cavabı şübhəsiz içindəkilərlə birlikdə kainatı, bizi, yəni insanı, həyatı və ölümü yaradan Rəbbimiz verəcək. Bir şeyi niyə etdiyini, onu edəndən belə yaxşı bilən yoxdur deyilmi? O zaman Ona yönəldin sorğularınızı baxaq nə cavab alacağıq:"Biz, göyləri, yeri və onların arasında olanları! oyun olsun deyə (məqsədsiz bir şəkildə) yaratmadıq. "(Duxan surəsi, 38. ayə) "Şübhəsiz ki Biz, yer üzündə olan şeyləri, onların hansı daha gözəl əməl edəcək deyə imtahan etməmiz üçün, ona (ərzə) zinət etdik. "(Kəhf surəsi, 7. ayə)
"O, əməl (davranış və hərəkət) baxımından hansınızın daha yaxşı (və gözəl) olacağını sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, üstün və güclü olandır, çox bağışlayandır. " (Mülk Surəsi, 2. ayə)
Rəbbimizin ayələrində də açıqca gördüyümüz kimi kainatda mövcud olan hər şeyin bir yaradılış məqsədi vardır. Hamısı bir məqsədə xidmət edir. Bütün varlıqların yaradılış məqsədi və məqsədi insana xidmətdir. Ətrafımıza baxdığımızda bunu rahatlıqla fərqinə vara bilərsiniz. Günəşin, gecənin, suyun, torpağın, heyvanların və bunlar kimi saysız nümunələrin insana xidmət üçün var olduğunu anlarıq. Yaxşı bütün kainatın xidmətinə verildiyi insanın da mütləq bir yaradılış məqsədi olmalıdır, deyilmi? Görəsən insanın nə kimi bir vəzifəsi vardır? Hansı məqsəd ilə yaradılmışdır? Rəbbimizin bu sorumuza verdiyi cavab çox açıq və dəqiqdir:
"Mən, cinləri və insanları, ancaq mənə ibadət etmələri üçün yaratdım." (Zariyat Surəsi, 56. ayə)
İnsanın var olma səbəbi özünü yaradana, var edənə ibadət etmək, qulluğunu yalnız və yalnız ona sərgiləməkdir. Rəbbimiz bu mövzuda da belə buyurmaqdadır:"Ey insanlar! Sizi də, sizdən əvvəlkiləri də yaradan Rəbbinizə ibadət edin ki, bəlkə,
beləcə qorunmuş olarsınız. "(Bəqərə surəsi, 21. ayə)İnsan yaradılış etibarı ilə qulluq üçün proqramlanmışdır.
İnsan ancaq yaradılış məqsədinə uyğun bir həyat sürdüyü təqdirdə dincliyi və xoşbəxtliyi əldə edər. Bunu belə örnəkləndirə bilərik: Bir balıq düşünək. Allah (Subhanəhu və Təala) onun quruluşunu yaşayacağı mühitə görə hazırlamış və programlamışdır. Balığın proqramlaşdırılmış halı susuz bir mühitdə yaşamağa uyğun deyil. O həyatına ancaq suyun içərisində sağlam bir şəkildə davam edə bilər. İnsanın ruhi yaranışı da belədir. Yaradıldığı məqsəd olan qulluğun xaricinə çıxmaq istədiyində və ya çıxdığında hər cür problemlərlə və bədbəxtliklərlə qarşılaşar. Çünki yaradılmasında ona atılan format, təbiətinə yerləşdirilən proqram yalnız yaradıcısına qulluq etmək üçündür. Yaxşı bu məqsəd və məqsədin xaricinə çıxdığında, yaradıcısına baş qaldırdığında nə olar?
İnsan yaradıldığı bu məqsədə uzaqlaşarsa nə olar?
Yuxarıdakı balıq nümunəsindən davam etsək, sudan çıxıb quruya vurduğunda balığa nə olursa eynilə insana da o olar. İnsan "sudan çıxmış balığa" dönər. Bu ifadə günümüzdəki bir insanın vəziyyətini nə gözəl ifadə edir, elə deyilmi? Axtarış içərisində qaçan, olmayan şeylərin arxasında dinclik və xoşbəxtlik axtaran insanlar hal-hazırda heç də az deyil təəssüf ki. Bu insanlar hər nə qədər həyatda olsa da, maddi yaşayırmış kimi görünsə də, hər keçən gün mənən çöküntüyə uğrayar və sonunda ruhən ölür. Rəbbimiz də Quranda bu cür insanlardan "ölülər" olaraq bəhs edir. Çünki heç bir varlıq yaradıldığı qayədən uzaq qalaraq həyatına sağlam, dinc bir şəkildə davam edə bilməz. Bu özünü inkar etmək mənasını verər ki, insan özü ilə ziddiyyət içində nə qədər yaşaya bilər? Sizin də bildiyiniz kimi günümüzüm ən əhəmiyyətli xəstəliklərindən biri depressiya və ruhi böhranlardır. Bunun altında yatan ən əhəmiyyətli faktorlardan insanın yaradıcısından, yaradıcısının onun üçün təyin etdiyi proqramdan uzaqlaşmasıdır. Özü ilə ziddiyyətli bir həyat yaşamasıdır. İnsanın dünyasını xoşbəxt, daxili dincliyi icində yaşamasının və əbədi həyatı qazanmasının tək bir yolu vardır. O da yalnız və yalnız özünü yaradana, var edənə ibadət etməkdir. Qulluğunu yalnız Ona xas etməkdir. "Bunu yaxşıca bilin ki, qəlblər, Allahın zikriylə mutmain olar (rahat və dincliyə qovuşar.) "(Rəd Surəsi, 28. ayə) Allah (Subhanəhu və Təala) nın yaratdığı istiqamət üzrə yaşamaq zikrlərin ən böyüyüdür. İki dünyada da dinclik və səadətimiz ancaq bu şəkildə baş verir. Rəbbim bizə qulluğumuzun fərqinə varmağı və ən gözəl şəkildə yerinə gətirməyi nəsib etsin.Amin!
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR