Gənc otağa girdiyi zaman nəfəs-nəfəsəydi. Yaşlı adama salam verib: "Məni çağırmısan hacı əmi!" dedi. "Gözlətməmək üçün qaçaraq gəldim". Yaşlı adam, onu şəfqətlə qucaqladıqdan sonra, küncdəki oturacağa oturaraq dedi: "Məhəmmədim, bilirsən sən mənim sirdaşımsan. Ən əsas da yuxular mövzusunda". Gənc: "Bilirəm, hacı əmi" - deyə atıldı. "Yenə yuxu gördün elə deyilmi?" Qoca adam, baxışlarını ondan qaçırarkən: "Yuxularım artq məni cox qorxudur!" dedi. "Dünən gecə gördüklərim sizlərlə əlaqədar idi". Yaşlı adam qonağının maraqlandığını hiss etməsinə baxmayaraq diqqət etmirdi. Bir stəkan suyu ağır-ağır qurtumlarkən: "Evinizdən birinin vəfat etdiyini gördüm" deyə davam etdi. "Buna bənzər yuxularım, bir həftədə çıxmışdı". Gənc: "Dayımın xərçəng olduğunu bilirsiniz. Allah ömür versin, amma gündən-günə əriyir" dedi.
Qoca adam rəfdəki şirniyyat qutusuna uzanarkən, nə edilməsi lazım olduğunu izah etməyə başladı. Ölüm əlbəttə əhəmiyyətli bir şey idi. Amma ondan da əhəmiyyətlisi, imanı qurtarmaq idi. Yaşlı adam dünyanın bir ‘‘imtahan yeri'‘ olması səbəbiylə, şeytanın vəfat etmək üzrə olan hər insanı aldatmaq istədiyini, bunun üçün də Allahın, axirətin, cənnət və cəhənnəmin olmadığına dair vəsvəsələr verdiyini uzun-uzun izah etdi. Qısacası, şeytana aldanmamaq üçün qüvvətli bir imanı əldə etməkdən başqa çarə yox idi. Yarım saatlıq bir söhbətdən sonra izləniləcək yol ortaya çıxdı. Qoca adamın gördüyü yuxu əlbəttə ki, bir sirr kimi saxlanacaq və onun izah edəcəyi və ya kitabdan oxuyacağı iman həqiqətləri bir "yolçuluq hədiyyəsi" olaraq xəstə adama çatdırılacaqdı.
Təklifdən sonrakı günlər gecənin muəyyən saatlarına qədər davam edən "sürətləndirilmiş bir təhsil"ə döndü. Məhəmməd Allahın varlığına, Peyğəmbərimizin Allah rəsulu olduğuna və təkrar yaradılışın asanlığına dair dəlilləri vaxt itirmədən dayısına nəql edir və bir çoxunu yeni öyrəndiyi bu həqiqətlərlə, onun mütləq xilas olacağına inanırdı.
Yuxu bir həftə sonra reallaşdı.
Yaşlı adam bir qəzada vəfat edən gənci öz əlləriylə qəbrə yerləşdirərkən: "Məhəmmədim!" deyə hıçqırırdı. "Mənim gözəl övladım. Gördüyüm yuxudakı o adamın sən olduğunu necə söyləyə bilərdim?"

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR