İşəgötürən tərəfindən (müəssisə, təşkilat, fiziki və ya hüquqi şəxslə) hər hansı xidməti fəaliyyəti həyata keçirmək üçün işçi arasında bağlanan müqavilə formasina əmək müqaviləsi deyilir. Bu müqavilədə işçinin əsas hüquq və vəzifələri, işəgötürənin məsuliyyət və vəzifələri göstərilir. Bəs əmək müqaviləsi baglanması üçün hansı sənədləri təqdim etmək lazımdır?
1.işçinin əmək kitabçasını:
2.şəxsiyyətini təsdiq edən sənədi:
3.dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim etməlidir.
ƏMƏK MÜQAVİLƏSİNİN TƏRƏFLƏRİNİN ƏSAS HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ ƏMƏK MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİ SAHƏSİNDƏ ÜMUMİ HÜQUQİ TƏMİNATLARI
Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları
Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:
a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq;
b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;
c) iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsiüzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq;
ç) həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək;
d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq;
e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək;
ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, beləişləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək;
f) mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq;
g) qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq;
ğ) müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq;
h) qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək;
x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək;
ı) peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq;
i) əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək;
j) işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək;
k) qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və yaəmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək;
q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;
l) sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək;
m) işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq;
n) iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq.
Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri
Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır:
a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
c) əməyin təhlükəsizliyi normalarına əməl etmək;
ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
M a d d ə 10-1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi
10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.
Maddə 11. İşəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:
a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək;
b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;
c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək;
ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək;
d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək;
e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək;
ə)bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayınıixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək;
f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinəyetirilməsinə nəzarət etmək;
g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək.
2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır.
Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:
a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək;
b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək;
c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;
ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək;
d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq;
ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə(nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək;
f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq;
g) cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək;
ğ) uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməmək.
2. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir.
Maddə 13. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun tənzimlənməsi
1. Qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər vəvətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar.
2. Qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş əmək hüquqlarının məhdudlaşdırılması qadağandır.
3. Əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının vətəndaşlarına nisbətən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dahaüstün hüquqların müəyyən edilməsi yolverilməzdir.
4. İşəgötürənlər əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri, onlara qanunveri
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR