Ünvanlanan suallara cavab silsiləsindən
Dostlardan biri “Mücadilə” surəsinin 1-ci ayəsinin nazil olma səbəbi barədə sual ünvanlamışdı. Bizə düşən cavab verməkdir.
“Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir”. (Mucadilə, 1)
Övs ibn Samit öz arvadı Xəulə bint Sələbə ilə zihar etdi. Yəni dedi: “Sən mənə anam kimisən”. Və bu iş təlaq hökmündə və haramlıq gətirən idi. Qadın Allah Rəsulunun yanına gəldi və hökm soruşdu. Rəsul haramlığa hökm verdi. Qadın yenə mücadilə (çəkişmə, mübahisə) etdi və axırda dedi: “Mən Allaha tənhalıqdan və qəribliyimdən şikayət edirəm”. Sonrakı ayə zihar ilə əlaqədar nazil oldu. Bu haram işə kəffarə müəyyən edildi.
“Qad səmia” qəti şəkildə eşitdi deməkdir. Burada eşitmək qəbul etmək mənasındadır. O cür ki, “səmia” sözü namazın etidal (yəni düz durma) halında “səmiallahu limən həmidəh” cümləsində söylənilən mənadadır. Bu surənin birinci ayəsi Xəulə adlı qadın barəsindədir ki, əri Övs ibn Samit tərəfindən mehrsiz mövqedə qərar tutur və onu zihar edir ki, cahiliyyət dönəmində qayıtması mümkün olmayan bir növ təlaq idi. Xəulə Peyğəmbərin yanına gəldi və əhvalatı danışdı. Peşman olmuş ərinin yanına dönməyi xahiş etdi. Lakin Allah Rəsulu ona dedi: “Sən ona haram olmusan”. Burada zihar məsələsi Peyğəmbərə vəhy oldu və Xəulənin problemi həll olundu. “Təştəki” şikayət edir və problemin həlli üçün dilağız edir – deməkdir. “Təhavəra” danışıq deməkdir.
Şeyx Tusi deyir: “Bu ayə Sələbənin qızı Xəulə və əri Övs ibn Samit barədə nazil olmuşdur. Belə ki, Qutadə belə rəvayət etmişdir: “Xəulə əri ilə mübahisə etmişdi. Çünki əri onu zihar etmişdi. O qadın deyirdi, bir halda ki, mənim yaşım çoxalmış və sümüklərim süsləşmmişdir, məni boşlamaq və digəri ilə evlənmək istəyir. Bir halda ki, mən onun evinə gəlmişdim. Cavan idim. İndi isə qocalmışam. Mənə təlaq vermək istəyir. Necə ki, Əbulaliyə rəvayət etmişdir”.
İbn Abbas deyir: Bu ayə Övs ibn Samit barədə nazil olmuşdur ki, öz əmisi qızı ilə evlənmiş və ona demişdi ki, “ənti ələyyə kəzəhri ummi” – yəni sənin arxan anamın arxası kimidir. Bu birinci zihar idi ki, İslamda baş tutmuşdur.
Deyirlər ki, cahiliyyət dönəmində əgər kimsə öz arvadına bu cümləni desəydi, arvadı ona haram olardı. Allah zihar barəsində bir neçə ayə nazil etdi. Baxmayaraq ki, qeyd olunan ayə xüsusi səbəbə görə nazil olmuşdur, ancaq hökmü ümumiyyət daşıyır və zihar edən hər bir kəsin barəsində şamil olacaqdır.
Məhəmməd ibn Yəqub Kuleyni dörd vasitə ilə Hümrandan, o da İmam Baqirdən, o da babası Əmirəlmöminindən rəvayət etmişdir ki, buyurubdur: Müsəlmanlardan bir qadın Allah Rəsulunun yanına gəlib dedi: “Ey Allah Rəsulu bir nəfər mənimlə izdivac etdi və mən yaşayış boyu ona xeyli kömək etmişəm. O məndən heç cür pislik görməmişdir. Ancaq bu gün mənə “Ənti ələyyə kəzəhri ummi” deyərək zihar etmiş və məni evimdən çıxartmışdır. İndi onun şikayətini sənə edirəm və istəyirəm ki, mənə bir fikir söyləyəsən, bir iş görəsən”.
Peyğəmbər buyurdu: “Bu mövqedə xüsusilə Allah mənə bir şey nazil etməmişdir ki, səninlə ərin arasında qəzavət edim”. Qeyd olunan qadın ağlamağa başladı və naümud vəziyyətdə geri döndü. Həmin arada bu surə zihar ayəsilə nazil oldu. Necə ki, “əl-Burhan fi təfsiril-Quran”ın sahibi qeyd etmişdir. Həmçinin “Məcməul-bəyan”ın müəllifi və “Müstədrəkin” müəllifi Hakim Aişədən belə nəql etmişlər ki, zihar Xəulə və əri Övs ibn Samit barədə nazil olmuşdur. Ziharın hökmü fiqh kitablarında geniş yazılmışdır.
Qısaca onu qeyd edək ki, “zihar” fiqh terminologiyasında təlaqın bir növüdür. Kişi bu növ təlaqda öz arvadına deyir: “Zəhruki ələyyə kəzəhri ummi əlləyyə” – yəni sənin arxan mənə eynən anamın mənə nisbətdə arxası kimidir. O cür ki, onunla yaxınlıq etmək mənə haram olduğu kimi, bu əməli səninlə etmək də mənə haramdır. Bu sözü deməklə qadın əbədi olaraq öz ərinə haram olur. (Əli ibn İbrahim Qummi, “Təfsiri Qummi”, c.1, s.14; Feyz Kaşani, “Təfsiri Safi”, c.5, s.143) Zihar gərək bu siğə (forma) ilə deyilmiş olsun. Bu formadan başqa cür deyilsə, zihar sayılmır. Məsələn, həyat yoldaşının ərə və sair cür bənzətmək, zihar sayılmır. Bəlkə də gərək həmin formada və anaya bənzətməklə olsun”. (Ətraflı bax: Şəhidi əvvəl, “əl-Lumətul-Diməşqiyyə”, s.186)
Farid Abdullah
XƏBƏR LENTİ
Körpələrin gec yeriməsi
Karamelli keks (foto resept)
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Metropoliten gücləndirilmiş rejimə keçdi
Tərcümə olunmayan sözlər
"Zemheri"nin aktrisası 1-ci oldu
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Leyla Əliyeva sərgidə - FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Yeni il ağacını necə bəzəməli?
Masazırda bəzi evlər sökülə bilər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Tarixdən...(4)
Merve Özbeydən Demet Akalın açıqlaması
iPad Air-in istehsal dəyəri azalıb
Humus (foto resept)
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
5 kiloqram arıqladan kök pəhrizi.
Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı
Günün ulduz falı
WhatsApp-dan Google bombası
Xəyallarımızdakı evlər
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Skype-da daha bir yenilik işə düşdü
Qadınların əl və ayaqları nəyə görə üşüyür?
Dünyanın ən bahalı evləri
Rusiyada tədris ilində yeni qayda
Hollandiya - Argentina: 2-4
"Banan" pirojnası (foto resept)
Xamalı peçenye (foto resept)
Cinsi istəksizlik yaşayan qadınlar: problemlər, səbəblər
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Bahalı əməliyyatları bahalı edən nədir?
Bakıda 37 metrlik yolka qurulur - FOTO
63 ildir hər gün 1 kilo qum yeyən qadın
Bizi yuxusuz qoyan nədir?
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?
Yun paltarlara qulluq- Vacib qaydalar!
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
BÜRCLƏR bizə nə vəd edir? -13 İyun
Planetimizin iki yeni peyki kəşf edildi
Hər üç adamdan birinin banka borcu var
Yeni tərz: Batik saçlar
Avtomobildəki qaz-əyləc sistemi və ürək
Bu insan 25 ildir ancaq pizza yeyir
Aclıq hissini yox edin
Demet Akalın İremle barışdı_FOTO
HAVA necə olacaq?-13 FEVRAL
Ərikli pirojnalar (foto resept)