Sonuncu və ən kamil din – İslamın təsis olunduğu və Həzrət Məhəmmədin (s) peyğəmbərliklə görəvləndiyi Məbəs bayramınız mübarək, əziz müsəlmanlar!
Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər. (Ali İmran, 164).
Rəcəb ayının 27-si İslam aləmində çox gözəl və mübarək günlərdən biri – Həzrət Muhəmmədə (s) ilk ayələrin nazil olduğu və Onun peyğəmbər libası geyindiyi gündür. Ömrünün 40-cı ili Uca Yaradan vəhy mələyi vasitəsiylə Həzrət Məhəmmədi Quran kimi möcüzəvi və ən kamil bir kitabla silahlandırdı, nümunəvi əxlaqa bürüyüb, bəşəri hidayət etməklə görəvləndirdi.
Besətdən əvvəlki dövr olduqca qaranlıq, insanlar küfr və azğınlıq içində idi. Həmin dövr, İslam tarixində “Cahiliyyə dövrü” adlanır. Həzrət Əli (ə) “cahiliyyə dövrü”nü belə bəyan edir: “Allah-Təala Peyğəmbərlərdən heç birinin qalmadığı, camaatın müxtəlif firqələrinin nadanlıq və azğınlıq zülmətində yuxuya getməsinin uzandığı bir vaxtda Həzrət Peyğəmbəri (s) Peyğəmbərliyə seçdi. Fitnələr bütün yer üzünü bürümüş, işlər bir-birinə dəymiş, müharibə alovu şölələndirilmiş, dünyanın nuru, işığı gizlənmişdi. Dünyanın nadürüstlükləri aşkar olmuş, yarpağı saralmışdı və (camaat) onun xeyrindən bəhrələnmirdi. Suyu sovrulmuş, qurumuşdu. Hidayət və qurtuluş nişanələri məhv olmuş, həlakət və bədbəxtlik bayraqları aşkara çıxmışdı...” (“Nəhcul-Bəlağə”)
Həzrət Məhəmməd (s) Hira mağarasında Allahla razu-niyaz (ibadət) etdiyi zaman “Oxu səni yaradan Rəbbin adıyla” kəlməsini eşitdi. Bu ilahi səda insan övladının eşidə biləcəyi ən gözəl səs və tapşırıq idi. Yer üzə bu kəlmədən daha gözəlini eşitməyib. Çünki məhz “Oxu” kəlməsi bəşərin xilasının və dünyada ən kamil sivilizasiyanın əsasını qoydu. Besət həm də yeni bir xilaskar mədəniyyətin təsis olunduğu gün idi. Elə dünyanın özü böyda ağır və məsuliyyətli vəzifəni çiyinlərinə götürən Həzrət Məhəmmədə (s) dünyanın ziddiyyətli və dolaşıq yollarını getməkdə sevimli həyat yoldaşı Həzrəti Xədicə ilk yardım etdi. Bəlkə də “Hər bir müvəffəq kişinin arxasında ağıllı qadın dayanır” ifadəsi həmin məntiqdən yaranıb. Hər həs, hətta yaxın qan qohumları Həzrət Məhəmmədi (s) tərk edəndə həyat yoldaşı bütün varlığı ilə Onun yanında oldu, Onunla eyni cığırları pəncələri üstə olsa da addımlamağa razılığını elan elədi. Bax o müqəddəs qədəmlər İslamı gözəlləşdirdi.
Uzun illər küfr sədaları dolaşdığ Məkkənin küçələrində “La ilahə illəllah” (Allahdan başqa ibadətə layiq məbud yoxdur) kəlamı yüksəldi. Bu kəlam insanları nicata səsləyirdi, hidayət yolunun əsası idi. Müxtəlif əqidədə, müxtəlif mədəniyyət və yaşam tərzinə sahib olan xalqları birləşdirə bilən simvol idi. İllərlə düşçənçilik edən tayfalar məhz bu kəlamın ətrafında bir-birinin əlini sıxa bildi. Bu kəlamın qoxusu mehribanlıq və səmimiyyət yaratdı, bu kəlamın hənirtisi insanların qəlbində iman toxumu səpdi və bu kəlamın züm-züməsi əbədi fəthləri gerçəkləşdirdi. Bu kəlamı ilk günlərdə barmaq sayı qədər insan qəbul etsə də, indi dünya insanının üçdə biri “la ilahə illəllah” nurunun ətrafına toplaşıb.
Besət hadisəsi təkcə tarixdə baş verən olay deyil. Onun möhtəşəm hayqırtısı hər gün doğan günəşlə daha təntənəli təzahür edir. Bu hadisənin əsas fəlsəfəsi dua və rəhmət olduğu üçün Həzrət Məhəmməd (s) özünə qarşı bütün təzyiq və təhdidləri məhz bağışlamaqla, Allahdan hidayət istəməklə cavablandırırdı.
Həzrət Məmmədin (s) insanlara olan sevgisi, mərhəmət dolu davranışı günümüzə qədər gəlib və qiyamətə qədər davam edəcək. Onu görmədən, səsini eşitmədən, müasiri olmadan sevmək, kəlamları ilə yaşamaq, davranışını həyat tərzinə çevirmək xilas yolumuzdur. Bax, budur Onun böyüklüyü. Allah bizə bu günü bəxş etməklə heç bir şeylə qarşılığını ödəyə bilməyəcəyimiz yaxşılıq edib, bizə minnət qoyub. Bu yaxşılığın qarşısında isə bizdən ədalətli olmağımızı, bir-birimizə yardım etməyimizi, kiminsə haqqını yeməməyimizi, başqasının olanına göz dikməməyimizi tapşırır.
Həzrət Məhəmmədin sevgisi daşlaşmış qəlbləri gülüstana çevirməyə qadirdir. Yetər ki, o sevgiyə sarılasan.
Biz Onu görmədən sevdik. Ona layiq ümmət olmasaq da qəlbimizdə Onun eşqini yaşatmağa çalışırıq. Biz Onun paklığını, səmimiliyini, yetimlərə göstərdiyi nəvazişini, dərdlinin yanında olmasını, kasıbın süfrəsində əyləşdiyi halda varlını məhz əməlinə görə dəyərləndirdiyini sevdik.
Səni zikr eləmək bahar olur, harda sülh, səmimiyyət, sevgi varsa Sənin ətrin duyulur YA MÜHƏMMƏD!
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR