Dünyaya bir dəfə gəlirik.
İnsanların dini əsaslara uyğun bir həyat tərzi yaşamaması üçün irəli sürdükləri bəhanələrdən digəri də "Dünyaya bir dəfə gəlirik, gəzib əylənməyimizə baxaq" anlayışı, yanaşmasıdır. Öz varlığının da, dünyaya gəliş məqsədinin də zərrə qədər fərqində olmayan həyatı, heyvanlar kimi yemək və içməkdən ibarət görən kəslərin sayı çox təəssüf ki, az görülməyəcək qədər çoxdur. Xüsusilə İslam dini baxımından məsələyə baxıldıqda Quranın ortaya qoymuş olduğu din anlayışı dünya və axirət arasında inanılmaz bir tarazlıq qurmaqda və bir çox ayəsində dünya həyatının axirət həyatına keçişdə bir imtahan yeri olduğunu vurğulamaqdadır. Ayələr dünya həyatının puç və boş arzulara qapılmaması lazım olduğuna diqqət çəkər, ancaq qulların halal dairəsi içində nəsiblərini axtarmasını söyləyər.
Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir” (Qasas surəsi, 77-ci ayə).
Ayələrdəki əmr və qadağalar həm bəşəri həyata, həm də cəmiyyət həyatına nizam-intizam gətirir. İnananları ədalətin, sülh və qardaşlığın təmin edilməsi üçün işə sövq edər. Halal dairəsi içində dünya nemətlərindən istifadə edilməsini söylədiyi kimi Allah tərəfindən haram qılınmayan şeylərin haramlaşdırılmasını da qadağan edər. Bir kənara çəkilib daim ibadət edilməsini, dünyadan əl-ətək çəkilməsini deyil, dinamik şəkildə həyatın daxilində olmağı, Allahın əmr və qadağalarını insanlara bildirməsini, xeyirə və sülhə yönlənmiş işlərdə yarışmasını və bir mənada sosial həyatın bütün damarlarına nüfuz edilməsini əmr edər. Bununla birlikdə dünya işlərinin Allah rizası üçün ediləcək iş və ibadətlərin qarşısına keçirilməməsinin əhəmiyyətinə də diqqətləri çəkər. İnanan biri üçün dünya həyatı, məhsulu həm dünya, həm də axirətdə alınacaq bir tarla hökmündədir. Tarlanıza nə əkərsiniz, axirətdə də onu biçəcəksiniz. Ancaq bir çox insan dinin ortaya qoyduğu dünya və axirət tarazlığını qura bilmədikləri kimi ağırlığı da daima dünyaya verməyə çalışırlar. "Anı yaşa", "İçində olduğun zamanın dadını çıxar", "Gününü gün et" kimi bəzəkli və sehrli cümlələr ilə həyatdan alınacaq həzzlərin maksimuma çatdırılması, sıxıntı verilən düşüncələrdən uzaq durulması və bu şəkildə həyatın anlıq zövqlərlə sadələşdirilməsi qaçınılmaz olmaqdadır. Məsələnin xülasəsi belədir:
O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq (Əraf surəsi, 51-ci ayə).
Mətbuatda yayımlanan bir xəbərdə İngiltərədə idman paltarları istehsal edən bir firmanın insanların ömrü sona çatmadan etmək istədiklərini təyin etmək üçün hazırladığı bir anketdə iki min yetişkinə "Ölmədən əvvəl ən çox etmək istədiyiniz şeylər nələrdir?" sualına aşağıdakı cavablar gəlmişdir:
1. Varlı olmaq
2. Çin səddinə getmək
3. Dünyanın yeddi möcüzəsini görmək
4. Misir piramidalarına getmək
5. Antarktikaya getmək
6. Afrikada safari
7. Delfinlərlə üzmək
8. Dünya Kuboku finalını izləmək
9. Tac Mahalı görmək
10. Michelin ulduzlu restoranda nahar etmək
11. Bir ada sahibi olmaq
12. Roman yazmaq
13. Təyyarəçi olmaq
14. Xəyalında qurduğu işi işləmək
15. Las Veqasda qumar oynamaq
16. Bir Hollywood filminə qonaq oyunçu olmaq
17. F1 Yarış maşını sürmək
18. Kraliça ilə tanış olmaq
19. Everestə dırmanmaq
Göründüyü kimi, ümumiyyətlə, insanlar ölmədən əvvəl etmək istədikləri şeylərin içində Allahın razılığını və axirət səadətini
hədəfləyən tək bir şeyə belə yer verməməkdədirlər. Bu necə bir ziddiyyətdir ki, Allahın əmrlərinə tabe olmağa çalışan insanlar, günahlarına görə bağışlanmağı diləyənlər, həm də Allah yoxmuş kimi yaşamağı düşünürlər, xəyal edirlər. Bəs bu qədər insanı qəflətə salan nədir? Şübhəsiz ki, Allah xaricində hər şeyin həyatlarının mərkəzində olması və maddi şeylərə haqq edildiyindən daha çox dəyər biçilməsidir. Dünyaca məşhur komediya aktyoru Jim Carreyin təəccüblü bir cümləsini oxumuşdum. Eynilə belə söyləyirdi:
"Ümid edirəm ki, bir gün hər kəs varlı və məşhur olar. Xəyal etdikləri hər şeyə qovuşar və beləcə əsl cavabın bu olmadığını
anlayarlar".
Həyat fəlsəfəsini "Anı yaşa" ya da "Həyatın dadını çıxar" şəklindəki bəzəkli sözlər üzərinə quran bu qədər insanın ayaq saxlayıb bir
düşünməsi lazımdır. Keçmişdə yaşadığı anlıq zövqlərdən onun üçün nələr qaldı? Yaxud da illər keçdikcə bənzər həzzləri yaşaması insana nə qazandıracaq? İnsanlar Allahın xəbərdarlıqlarını diqqətə almadıqları halda özlərini fəlakətə sürükləyəcək hər cür şeytani dəvəti böyük iştah içində qəbul etməkdədirlər, halbuki həyatları mənalı edən axirət üçün topladıqları olacaq.
"Ey iman gətirənlər! Sizə nə olub ki, “Allah yolunda döyüşə çıxın!”– deyildikdə yerinizdə qaxılıb qalırsınız? Olmaya, axirətdən daha çox dünya həyatından razısınız? Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir" (Tövbə surəsi, 9-cu ayə).
İnsanlar özlərini gün boyu izlədikləri serial və filmlərdəki məhəbbət macəralarına qapdırırlar. Serialın hekayəsi zehinlərdə elə bir yer alır ki, insan özünü həmin serialın bir parçası hiss edər, serialın qəhrəmanlarından biri kimi zənn edər özünü. Onun kimi danışmağa, onun kimi yeriməyə və onun kimi davranışlar sərgiləməyə başlayar. Qəlibdən qəlibə girər insanoğlu. Mənəvi dünyasındakı əskiklikləri xəyal qəhrəmanları ilə doldurmağa çalışır. Hekayə ilə ağlayar, hekayə ilə gülər və öz həyatında da serialdakı kimi sevgi və səadət istəyər. Məqsədsiz dünyasının məqsədsiz qəhrəmanına çevrilir insan. İnsanların xəyalı ancaq gələcək üçün planlar qurmaq, başqaları kimi ola bilmək, çəhrayı xəyallara aldanaraq həqiqəti görməkdə çətinlik çəkərlər.
"Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və (Allahın rəhmətindən) qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq. Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar" (İsra surəsi, 18-19-cu ayələr).
Bir çox insanın məqsədsiz, doyumsuz, eqoist bir həyat sürərək dünya arzuları arxasında qaçdığı bir gerçəkdir. Son illərdə müxtəlif kitablar vasitəsilə bütün dünyada bir deyimin inkişaf etdirildiyini görürük. Kobud və söyüşlü olan başlıqlarla insanlarn hər cür hadisələrə qarşı laqeyd bir şəkildə yanaşmalarını tövsiyə edən bu kitablar bir çox insan üçün həyatın nə qədər boş və mənasız olduğunu bir az daha təsdiq etməkdədir. "Həyatda heç bir şey səndən əhəmiyyətli deyil", "Həyatı təsbeh edib yelləyəcəksən" kimi mesajlar məsuliyyətdən qaçmağa meyilli olan insanlara dərman kimi gəlir. Stress və gərginlikdən qurtulmaq üçün resept olaraq təqdim olunan bu boş vermək və laqeydlik hissi içində insanlara başqalarının düşüncələri nə olursa olsun, "siz bildiyinizdə olun" fikrini təlqin etməkdədir.
Bu cür insanlar üçün sadəcə gündəlik zövqlər vardır; sadəcə gündəlik həzzlər üçün yaşadıqları və varlqılarını sorğulamadıqları üçün də belə insanlar heyvanlar kimi həyat sürürlər. Bu vəziyyət Qurani-Kərimdə belə ifadə edilir:
"Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır" (Əraf surəsi, 179-cu ayə).
Çox acdığınızda qarşınıza çox sevdiyiniz gözəl və ləziz bir yemək qoyulduqda onu iştahla yeyərək, ondan zövq alır və bəzən həyəcan içində tez yemək istəyirsiniz. Lazım olduğundan çox yediyinizdə ağzınızda gözəl ləzzət hiss etsəniz də, mədənizdə sancı qalır. Hər səfərində özünüzə hirslənərsiniz, nəfsinizə söz keçirə bilmədiyiniz üçün, eyni xətanı təkrarlayarsınız. Dünya həyatı da belədir; Əvvəlcə ləzzət verir, sonra qarın ağrısı çəkdirir. Dolayısı ilə hər işdə olduğu kimi dünya anlayışında da tarazlığı tutdurmaq əhəmiyyətlidir. Ailə quracaqsa, toyqabağı ehtiyacları və hazırlıqları, köçəcəyi yeni evin əşyaları, qardirobundakı köhnə paltarların yenilənməsi, maşının yeni modelə dəyişdirilməsi və s. kimi ehtiyacların siyahısı tutulması heç bitməz. İnsanlar ancaq bu dünyadakı əskikliklərinin ardınca qaçırlar. Axirətə bağlı işləri görməyi isə unudurlar. Yenə də insan unutmamalıdır: dünyanın əsarətindən qurtulmadıqca ruhun əsarəti bitməz. Kaş ki, geyim-keçimlərinə, mebel və aksessuarlarına, müvəqqəti zövq və ehtiraslarına meyl etdiyi qədər dini həyatlarında da meyl etsəydi insanlar. Ey nəfsim, xilas ol artıq bu bədən sevdasından, dünya qəfəsindən. Okeanda üzmək varkən, sıxışıb akvariumda qalma!
"Biz yer üzündə olan hər şeyi onun özünə məxsus bir bəzək timsalında etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək" (Kəhf surəsi, 7-ci ayə).
Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"
Tərcümə: Ceylan Mumoğlu
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR