Dindar yaşayanalar, ümumiyyətlə, gəlir səviyyəsi aşağı kəslərdir.
Bəzi islam ölkələrində Allahı və ayələrini lazımi şəkildə təqdir edə bilməmiş və özlərini "elit" insanlar olaraq dəyərləndirən kimsələr inanclı insanları oxumamış, savadsız, gəlir səviyyəsi aşağı, dünyagörüşsüz və cahil olaraq dəyərləndirdikləri görülür. Günümüzdə sayları azalmış olsa da, hələ də bu kimi önmühaimələrə sahib insanlarla qarşılaşmaq mümkündür. Onlar məhz bu kimi önmühakimələr səbəbindən Allaha və dinə lazımi diqqəti göstərməzlər. Oxumuş və mədəni olmağı dini ibadətlərlə bir araya sığmadığını hesab edən belə fərdlərin əsas hissəsindən soruşsanız, Allaha inandıqlarını ifadə edəcəklər. Ancaq söz və davranışlarına baxdıqda, heç də elə olmadığına şahid olacaqsınız. Bununla bərabər bəhs edilən fərdlərin bir qisminin "elit" və modern insan olmaq ölçüsünü ziyafətlərdə böyük bir şampan içmək, yaxud olduqca "cəsur" qiyafətlər geyməklə son dərəcə bəsit davranışlar sərgilədiklərini görmək olar. Hətta onlardan bəziləri daha da irəli gedərək dini həssaslıqları olan insanların özlərini ovutmaq, ya da bir ümid qapısı tapmaq üçün dinə sarıldıqlarına inandıqlarını da görməniz mümkündür. İnsanın Yaradıcısına olan qulluğu ifadə etmək üçün Ona ibadət edilməsindən daha təbii bir çeyin olmamasına baxmayaraq edilən bütün ibadətlər bu kəslər tərəfindən mənasız və gərəksiz məşğuliyyətlər olaraq görülər.
Yaxşı, bəs insan necə yaşamalıdır, deyə soruşsanız, alacağınız cavablar təxminən bənzər olacaqdır. Onlara görə keyfiyyətli və pak həyat seçkin insanlardan ibarət klub və təşkilatların üzvü olmaq, iş dünyasında qalıcı bir yerə nail olmaq, yaxud da qəzetlərin həftə sonu maqazin əlavələrində boy göstərməkdir. Həyatları boyunca Allahla, din və ibadət yerləri ilə bütün əlaqələri sadəcə itirdikləri yaxınlarına, yaxud dostlarına vəfa borcu olaraq qatıldıqları cənazə mərasimləri ilə sərhədlənən u insanların içinə düşdükləri qəfləti və şeytanın onlar üçün hazırladığı bəhanələrin insanların boş və mənasız həyat sürmələrinə səbəb olduğunu anlamırlar. Bəzi insanlar peşələrini də o qədər çox şişirdirlər ki, özlərini olduğundan, ya da olması lazım olandan daha çox əhəmiyyətli bir mövqedə görürlər. "Sənin qarşında kim var, bilirsənmi?" kimi başlayan cümlələrlə özlərinə daxilində olduqları vəziyyətlərdən daha çox dəyər verilməsini gözləyərlər. Amma özlərinə qarşı gözlədikləri dəyərin az bir qismini belə Allaha və dinə göstərməzlər.
Özünü xalq qələbəliklərindən ayrı görən və dolayısı ilə onların etdiyi ibadətləri özlərinə yaraşdırmayan insanların özlərini aldatmaq üçün saysız bəhanələr tapması mümkündür:
Onlara: ”Başqaları (mühacir və ənsar) iman gətirdikləri kimi siz də iman gətirin!” –deyildiyi zaman (öz aralarında): “Biz də səfehlər (ağılsızlar) kimi iman gətirək?” -deyə cavab verirlər. (Ey möminlər!) Agah olun ki, səfeh onların özləridir, lakin (bunu) bilmirlər. (Bəqərə surəsi, 13-cü ayə)
Ancaq fərqində olmadıqları bir şey var ki, bu da təkəbbürlənərək özlərini üstün gördükləri şey alt sinifdən gördükləri xalq deyil, Allahdır. İbadətləri özünə yaraşdırmayan biri Allah olan təslimiyyətini qəbullanmaqdan, ya da əməli olaraq ifadə etməkdən qaçınmağa çalışan biridir. Halbuki Quran ayələri bu məsələdə də insanlara buyurur:
Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir surəsi, 60-cı ayə)
İnsan Rəbbinə qarşı özünü bir şey sanır. Ancaq çox aydın şəkildə Quran sorar: Məgər o tökülən bir qətrə nütfə deyildimi?! (Qiyamə surəsi, 37-ci ayə). Keçmişi bir damla su olan, daha da keçmişi portağalda vitamin olan insan özünü bir şey sanaraq eyni məna ilə baş tutar Rəbbinə. Quran ayələri açıq bir şəkildə xəbərdar edir insanları: Allaha qarşı təkəbbür göstərməyin. (Duxan surəsi, 19-cu ayə).
Yenə bəzi insanlar vardır ki, Allaha qarşı böyüklənmələri ilə yanaşı, həm də Allaha könüldən təslim olmuş, yaxud təslim olma səyi içərisində olan insanları aşağı görmək azğınlığına düşərlər. Bu anlayış yeni deyildir, əksinə olduqca köhnələrə dayanan qəfləti təmsil edir. Keçmiş topluluqlarda, məsələn, Hz. Nuhun qövmündə də bənzər aşağılamalr və kiçiltmələri görmək mümkündür. Hz. Nuh qövmünə Allahın ayələrini təbliğ edər və elçilik vəzifəsinin şanı gərəyi onlardan heç bir dünyəvilik gözləməz. Qövmünün öndə gələn və azmış topluluğu isə Hz.Nuhun təbliği üzərinə Allaha iman edən insanları bəsit görünüşlü və aşağı təbəqədən olaraq qəbul edərək imanı kiçik görmüşlər: Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?” (Şüəra surəsi, 111-ci ayə)
İnanan insanların da bir qismi çox təəssüf ki, özlərini kiçik görərək imanın dəyərini tam qavraya bilmədikləri üçün zaman-zaman aşağılıq kompleksinə qapılırlar və əslində özlərinin də onlar kimi olduqlarını isbat etmək, ya da onlar tərəfindən bəyənilmək uğruna gülünc hallara düşə bilirlər. Halbuki inanan birinin Allaha imanın və qoyduğu qaydalara gərəkdiyi kimi riayət etmək üçün çalışmanın Yer üzündəki ən dəyərli şey olduğunun fərqində olmalıdır. İnsanlar üstünlüklərinin sahib olduqları dünyəvi imkanlarda deyil, Allaha olan yaxınlıqda olduğunu unutmamalıdırlar. Həqiqi mənada iman etmək, Allahın ən böyük lütfünə sahib olmaq deməkdir. Quran ayələri gerçək üstünlüyün təqvada, yəni çəkinilməsi lazım olan şeylərdən ən yaxşı şəkildə çəkinərək iman etməkdə olduğunu xatırladır bizlərə:
Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız. (Ali İmran surəsi, 139-cu ayə).
Bu dünyadakı keçmişi bir damla su, gələcəyi torpaq olan insan nəyinə güvənərək təkəbbürlənir? Həyatdaykən təkəbbülənmək ölmədən əvvəl qəbrə getmək kimidir. Təkəbbürlü insanların özlərini bir şey zənn edib görünüşlərinə aldanmamaq lazımdır. Dayanmadan özünü öyən, Yer üzündə qabararaq yürüyən və inananları kiçik görən təkəbbürlünü bir də Hesab günü görmək lazımdır. Hər kim özünü bənzərsiz biri kimi sanırsa, bilsin ki, insanın dəyəri Allaha yaxınlığı qədərdir.
Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! (Loğman surəsi, 18-ci ayə).
Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"
Tərcümə: Ceylan Mumoğlu
XƏBƏR LENTİ
İşıqlı xatirələrdə yaşayır
Şəhid əsgərimiz təltif edildi
Hollivudun ən istedadlı aktyorunu seçildi
Bu məktəblər bağlandı
Rihannanın bu FOTOsu 5 milyonluq "LİKE" topladı
Adıyla məşhur serial bitir
"Kala" bulkası (foto resept)
Günün qoroskopu:İşlərinizi qaydasına salın!
Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır
National Geographic foto müsabiqəsi-2
Bergüzardan Halitlə bağlı 11-ci ildönümü paylaşımı - FOTO
Bütün dünyanı metro birləşdirəcək?
Fransa Senatı Rusiya ilə bağlı qərar qəbul etdi
Üç ələk
Xəstəxana otağı (ibrətamiz)
24 yaşlı körpə - FOTO
Beşəm dünyaya gətirən qadının həyatı
Beynəlxalq Bankın borcları dövlətə ötürüləcək
Günün ulduz falı
Leyla Əliyevadan anasına unikal təbrik!-FOTO
ADNA faciəsindən 9 il ötür
Dünya mətbəxi - İsveçrə
Şuşada saxlanılan azərbaycanlı girovlardan xəbər var
Məhbuslarla görüş və sovqat verilməsi bərpa edildi
Ən yaxşısı yazmaqdı...
İlham Əliyevdən müharibə mesajı
1 həftəyə 3 kiloqram arıqladan detoks
Mavi gözlü xanımlar necə makiyaj etməlidir?
Günün ulduz falı
Qısa saçlar üçün saç yığma modelləri
Bunlar dövlət varidatı elan edildi - Siyahı
Təəccübləndirən müştərilər
Prezident Əmək Məcəlləsinə dəyişikliyi təsdiqlədi: Zəfər Günü qeyri-iş günü olacaq
HAVA necə olacaq?- 3 APREL
Sabiq prezidentlərdən başsağlığı
İŞİD Fransanı "vurdu"
Şəxsi məlumatları necə qoruyaq?
Yoluxmalar artır, qaydaların sərtləşdirilməsi günün tələbidir - RƏSMİ
Seda Sayanın saatlı ayaqqabısı qalmaqal oldu-FOTO
Prezident İlham Əliyev səsvermədə iştirak edib
Azərbaycanda internetin sürəti artırıldı
Gömrüklə bağlı mühüm dəyişiklik - Sərhədi maneəsiz keçəcəksiniz
Həyatın simvolu - qadın sinəsi
Ölüləri həyata qaytarmaq üçün cəhd - QƏRİBƏ YENİLİK
"CHANEL"dən şlyapalar
İştah kəsən banan çayı
Gözəl olduqlarını sonradan kəşf edən insanlar
Uşağa hansı adları qoymaq məsləhətdir?
Hamilə geyimləri
BÜRCLƏR bizə nə vəd edir?-21 İyul
- ŞƏRHLƏR