Mələklərin vəzifələri
Mələklər Uca Allahın əsgərləridirlər. Allah onlara mühüm işlər, böyük vəzifələr tapşırmış və bunları kamil şəkildə yerinə yetirə bilmələri üçün onlara qüdrət də əta etmişdir. Bu vəzifələr də müxtəlif qisimlərə bölünür: Mələklərdən eləsi vardır ki, vəhyi Allahdan peyğəmbərlərə çatdırmağa müvəkkəl olunmuşdur. Bu, Cəbraildir. Uca Allah buyurur: “Onu sadiq ruh Cəbrail endirdi-sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan. Bu Quran açıq-aydın ərəb dilində nazil edildi” (əş- Şüəra, 193-195). Cəbrail mələklərin fəzilətlisi və Allah qatında ən hörmətlisidir. Uca Allah onun qüvvətli və tapşırılan işi yerinə yetirməkdə etimad ediləsi olduğunu vəsf etmişdir. Peyğəmbər (s.a.s) onu xəlq edildiyi surətində yalnız iki dəfə görmüşdür. Digər vaxtlarda isə onu insan şəklində görürdü. O bir dəfə Cəbraili gün doğan tərəfdə üfüqdə görmüşdü. Uca Allah bu barədə buyurur: “O, Cəbraili aydın üfüqdə gördü” (ət-Təkvir, 23). İkinci dəfə isə onu İsra gecəsi səmada görmüşdü. Uca Allah buyurur: “Onu bir daha öz sürətində enərkən gördü–son həddəki Sidr ağacının yanında. Məva bağı da onun yanındadır” (ən-Nəcm, 13-15). Muslimin "Səhih" əsərində də Aişədən (r.a) rəvayət olunur ki, mən qeyd olunan iki ayənin açıqlaması barədə Peyğəmbərdən (s.a.s) soruşduqda o belə dedi: “Bu Cəbraildir. Mən bu iki kərədən başqa heç vaxt onu xəlq edildiyi surətində görməmişəm. Onu səmadan enərkən gördüm. Xilqətinin böyüklüyü göylə yerin arasını tutmuşdu.”( "Səhih Muslim", 177)
Mələklərdən eləsi də vardır ki, onun vəzifəsi yağış yağdırıb bitkiləri yetişdirməkdir. Bu iş isə Mikailə tapşırılıb. Uca Allah buyurur: “Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir” (əl-Bə- qərə, 98).
Mikail də Rəbbi yanında yüksək məqama malikdir. Ona görə də Uca Allah əvvəlki ayədə Mikaili və Cəbraili xüsusi olaraq zikr edərək mələklərdən olmalarına baxmayaraq onların adlarını şərəfli olduqlarına görə bir daha qeyd etmişdir. Əvvəldə qeyd etdiyimiz kimi, onun adı Peyğəmbərin (s.a.s) gecə namazında etdiyi duasında da çəkilir. Peyğəmbər (s.a.s) bu cür dua edərdi: “Ey Cəbrailin, Mikailin və İsrafilin Rəbbi Allahım!...” ("Müsnəd Əhməd", 6/156; "Sünən ən-Nəsai", 3/173.)
Mələklərdən eləsi də vardır ki, sur çalmaq ona tapşırılıb. Bu da üçüncü ən əfzəl mələk olan İsrafildir. Həmçinin, İsrafil Ərşi daşıyan mələklərdən biridir. Sur deyildikdə içərisinə üfürüləcək böyük bir buynuz nəzərdə tutulur. İmam Əhməd Müsnəd əsərində Abdullah ibn Amr ibn Asdan (r.a) rəvayət etmişdir ki, “Bir dəfə bir bədəvi gəlib Peyğəmbərdən (s.a.s) soruşdu ki, Sur nədir? O dedi: “İçərisinə üfürülən buynuz.” ("Müsnəd Əhməd", 2/162, 192.) Bu hədisi həmçinin Hakim də səhih olaraq rəvayət etmiş, Zəhəbi də onun bu mövqeyini dəstəkləmişdir. ("Müstədrək əl-Hakim", 2/506, 4/589.)
Həmçinin, İmam Əhməd və Tirmizi Əbu Səid əl-Xudridən (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişlər: "Sur sahibi surunu əlinə alıb, başını qaldırıb qulaq verərək üfürməyə əmr olunacağını gözlədiyi halda mən necə rahat ola bilərəm?" Müsəlmanlar dedilər: “Ey Allahın rəsulu, bəs biz nə deyək?” O dedi: “Deyin ki: Allah bizə yetər, O, nə gözəl qoruyandır. Allaha təvəkkül edirik.” ("Müsnəd Əhməd", 3/7; "Sünən ət-Tirmizi", 2431, 3243.) Tirmizi demişdir: “Bu hədis “həsən”-dir.” Bəzi alimlər isə onu səhih saymışlar.
İsrafil sura üç dəfə üfürəcək–dəhşət gətirəcək üfürmə, qulaqbatırıcı (öldürücü) üfürmə və yenidən dirilmə üfürməyi. Uca Allah buyurur: "Sur üfürüləcəyi gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətə düşəcək və hamısı Onun hüzuruna baş əyərək gələcəkdir" (ən-Nəml, 87). Burada söhbət dəhşət gətirəcək üfürməyindən gedir. Digər iki üfürməyə aşağıdakı ayə dəlildir: "Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar" (əz- Zumər, 68).
Mələklərdən eləsi də vardır ki, ona can almaq tapşırılıb. Bu da Ölüm mələyidir. Uca Allah buyurur: “De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (əs-Səcdə, 11).
Ölüm mələyinin köməkçiləri olan mələklər də vardır. Onlar insana etdikləri əmələ müvafiq olaraq görünürlər. Əgər yaxşı əməl sahibi olmuşsa, onlar ona gözəl simada, pis əməl sahibi olmuşsa, qorxunc bir simada görünürlər. Uca Allah buyurur: “Nəhayət, sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz mələklər onun canını alırlar və heç bir səhvə yol vermirlər” (əl-Ənam, 61).
Həmçinin mələklərdən eləsi də vardır ki, ona dağlar tapşırılıb. Dağlar mələyi barədə peyğəmbərliyin əvvəlində Peyğəmbərimizin (s.a.s) Taifə çıxaraq taifliləri dəvət etdiyi, onların da onu qəbul etmədikləri barədə hədisdə çəkilir. Həmin hədisdə Peyğəmbər (s.a.s) belə demişdir: “Mən başımı yuxarı qaldırıb üstümə kölgə salan bir bulud gördüm. Mən buluda diqqət yetirdikdə içində Cəbraili gördüm. O məni səsləyib dedi: “Allah sənin qövmünün nə dediklərini və sənə necə rədd cavabı verdiklərini eşitdi. Rəbbin dağlar mələyini sənin yanına göndərib ki, onları bəlaya düçar etmək xüsusunda istədiyini bu mələyə əmr edəsən.” Dağlar mələyi mənə salam verdikdən sonra dedi: “Ey Muhəmməd, nə istəyirsənsə, buyur! İstəyirsənsə, bu iki dağı onların başına uçurdum!” Peyğəmbər (s.a.s) dedi: “Xeyr, mən ancaq onu diləyirəm ki, Allah onların belindən Tək Allaha ibadət edən və Ona heç bir şeyi şərik qoşmayan kimsələr gətirsin!” (Səhih əl-Buxari", 3231; "Səhih Muslim", 1795.) İki dağ deyildikdə, Məkkədə yer- ləşən Əbu Qubeys dağı və onun qarşısındakı dağ nəzərdə tutulur.
Bətnlərdə olanlara müvəkkil edilmiş mələk. Ənəs ibn Malikdən t Peyğəmbərin r belə dediyi rəvayət olunur: “Allah mələklərdən birinə buyurub ki desin: “Ey Rəbbim, nütfədir, ey Rəbbim laxtalanmış qan- dır, ey Rəbbim ət parçasıdır.” Uca Allah bəndəsinə can verdikdə isə mələk soruşar: “Kişimi, ya qadınmı? Xoşbəxtmi, ya bədbəxtmi? Ruzisi və əcəli necə olacaq?” Beləliklə bütün bunlar uşağa anasının bətnində ikən yazılar.” ("Səhih əl-Buxari", 318; "Səhih Muslim", 2646.)
Həmçinin onlardan bəziləri Ərşi daşıyanlardır. Uca Allah buyurur: “Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün bağışlanma diləyirlər” (Ğafir, 7); “Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaqdır” (əl-Həqqa, 17). Bəzi alimlər demişlər: “Ərşin ətrafında olan mələklər də Ərşi daşıyanlar kimi ən şərəfli mələklərdəndir.” ("Təfsir İbn Kəsir", 7/120.)
Bəzi mələklər Cənnətin gözətçiləridir. Uca Allah buyurur: “Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!” (Zumər, 73). Həmçinin buyurur: “Əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olacaqlar” (ər-Rəd, 23).
Bəzi mələklər isə Cəhənnəmin gözətçiləridir. Onlar da Zəbani adlanırlar. Onların başçıları on doqquzdur. Uca Allah buyurur: “Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!” (Ğafir, 49). Uca Allah buyurur: “Qoy o öz yığnağını çağırsın. Biz də əzab mələklərini (Zəbaniləri) çağıracağıq.” Uca Allah buyurur: “Onun üzərində on doqquz gözətçi mələk vardır. Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik” (əl-Müddəssir, 30-31). O, həmçinin buyurur: “Onlar Cəhənnəm gözətçisini çağırıb deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz burada əbədi qalacaqsınız!”– deyəcək” (əz-Zuxruf, 77).
Sünnədə də Malikin Cəhənnəmin gözətçisi olması, habelə Pey ğəmbərin (s.a.s) onu görməsi barədə hədislər vardır. Buxarinin "Səhih" əsərində Səmura ibn Cundəbdən (r.a) Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunmuşdur: “Bu gecə gördüm ki, iki kişi mənim yanıma gəlib dedilər: “Cəhənnəm odunu alovlandıran, Cəhənnəmin gözətçisi Malikdir. Mən Cəbrailəm, bu isə Mikaildir.” ("Səhih əl-Buxari", 3236.)
Mələklərdən bəziləri də Beytul Məmuru ziyarət edənlərdir. Bu mələklərdən hər gün yetmiş mini Beytul Məmura daxil olur və bir daha ora qayıtmırlar. Malik ibn Sasaə (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Sonra mənə Beytul Məmuru göstərdilər. Soruşdum: “Bu nədir, ey Cəbrail?” Dedi: “Bu Beytul Məmurdur. Hər gün onun içinə yetmiş min mələk girir. Oradan çıxdıqdan sonra bir daha ora qayıtmırlar.” ("Səhih əl-Buxari", 3207; "Səhih Muslim", 164.)
Bəzi mələklər isə gəzib dolaşanlardır. Onlar gəzərək zikr məclislərini axtarırlar. Buxari və Muslimin rəvayət etdiyi hədisdə Əbu Hureyra (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini nəql etmişdir: “Allahın yollarda gəzib dolanaraq Allahı zikr edən insanları arayan mələkləri vardır. Onlar Allahı zikr edən bir camaata rast gəldikdə bir-birini çağırar və: “Axtardığınızın yanına gəlin!”– deyərlər. Sonra da onlar bu camaatı öz qanadları ilə dünya səmasınadək əhatəyə alarlar...” ("Səhih əl-Buxari", 6408; "Səhih Muslim", 2689.)
Alimlər demişlər ki, bu mələklər insanları qoruyan mələklərdən əlavədirlər. Həmçinin rəvayət olunmuşdur ki, bu mələklər ümmətindən Peyğəmbərə (s.a.s) salam göndərənin salamını ona çatdırır. İmam Əhməd və Nəsai səhih isnadla Abdullah ibn Məsuddan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişlər: “Həqiqətən Allahın yer üzərində gəzib dolanan mələkləri vardır. Onlar ümmətimin salamlarını mənə çatdırırlar.” ("Müsnəd Əhməd", 1/452; "Sünən ən-Nəsai", 1282.)
Mələklərdən bəziləri də əməlləri yazan, möhtərəm mələklərdir. Onların işləri məxluqatın əməllərini yazıb onları siyahıya almaqdır. Uca Allah buyurur: “Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır–çox möhtərəm, əməllərinizi yazanlar. Onlar sizin nə etdiklərinizi bilirlər” (əl-İnfitar, 10-12). Həmçinin buyurur: “Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın” (Qaf, 17-18). Mücahid bu ayənin təfsirində demişdir: “İnsanın sağında bir mələk, solunda da bir mələk vardır. Sağdakı mələk yaxşı əməlləri, soldakı isə pis əməlləri qeyd edir.”
Bəzi mələklərə isə qəbir fitnəsində insanları sorğuya tutmaq tapşırılıb. Onların adları Munkər və Nəkirdir. Buna bir çox səhih hədislər sübutdur. Buxari və Muslim Ənəs ibn Malikdən (s.a.s) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişlər: “Bəndə qəbrə qoyulduqdan sonra yoldaşları dönüb getdiyi zaman onların ayaqqabılarının səsini eşidir. Bu zaman onun yanına iki mələk gəlib onu oturdur və ondan soruşurlar ki: “Bu Muhəmməd (s.a.s) deyilən adam haqqında nə deyə bilərsən?” Mömin olan kəs: “Mən şəhadət verirəm ki o, Allahın qulu və elçisidir”– deyə cavab verir. Onda mələklər deyirlər: “Cəhənnəm odundakı yerinə bax! Allah onun əvəzinə sənə Cənnətdə bir yer verdi.” Bu zaman həmin şəxs hər iki yerini görəcəkdir.” ("Səhih əl-Buxari", 1374; "Səhih Muslim", 2870.)
Tirmizi və İbn Hibban Əbu Hureyradan (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişlər: “Meyit, (yaxud sizlərdən biri) dəfn olunduqdan sonra onun yanına biri qara, digəri göy olmaqla iki mələk gələr. Onlardan birinin adı Munkər, digərininki isə Nəkirdir. Onlar gəlib soruşarlar: “O kişi haqqında nə deyirdin?...” ("Sünən ət-Tirmizi", 1073; "Səhih İbn Hibban", 3117.)
Bunlar Quran və Sünnədə vəzifələri və adları qeyd olunan ən məşhur mələklər idi. Hər bir bəndə bunlara iman gətirərək dəlillərdə göstərilənləri təsdiqləməlidir. Daha doğrusunu Allah bilir.
Mələklərə iman gətirməyin səmərəsi
Mələklərə iman gətirməyin mömin üçün böyük faydaları var:
1. İnsan mələkləri yaradan Allahın həm əzəmətini, həm də Onun qüdrətinin və hökmranlığının kamil olduğunu anlamış olur.
2. İnsan Allahın lütfünü və Mələklərdən bəzilərini bəndələri qorumağa, bəzilərini onların əməllərini yazmağa, bəzilərini də dünya və axirətləri üçün faydalı olan digər əməllərə müvəkkəl etməklə Allahın bəndələrinə olan qayğısını bildikdə Uca Allaha şükür etmiş olur.
3. Mələklər Allaha lazımi qaydada itaət etdikləri üçün habelə, möminlərə kömək edərək onlar üçün bağışlanma dilədikləri üçün möminlər onları sevmiş olur.
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaqların öz məhkəməsi olsun
Separatçı rejimin “müdafiə naziri” yaralandığına görə vəzifədən uzaqlaşdırılıb
Hamilə olduğunu düşünürdü əslində isə 18 kq-lıq...-FOTO
Adriana Lima qızlarından danışdı-FOTO
Ətir hazırlayaq
2018-ci ildə boşanan məşhurlar - FOTO
Paytaxtımızın 7 möcüzəsi - FOTO
Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb
Miqrantlara sərfəli alternativ bazar ola bilər
Sultan Basmati düyüləri - Süfrələrin şah dadı!
Hadise bacısı ilə barışdı-FOTO
Azərbaycanda yeni qurum yaradılır
Kələmli piroq (foto-resept)
Dost dedikdə - 1
Hər kəsin sevdiyi serial cütlüyü onlar oldu-FOTO
Xərçəng bürcü qadını
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Xətasız düşünmə sənəti (1)
Saç üçün maskalar
"Quba alması"na müştəri tapılmır
“Bülbüllər” kubok matçında qalib gəldi
Məşhur müğənni PULSUZLUQDAN ŞİKAYƏT ETDİ
Prezident İlham Əliyev: “Azərbaycanda təkcə türk yox, Rusiya, İsrail, Belarus, Ukrayna silahları var”
Aktrisa FOTOsu ilə diqqət çəkdi
Qiyməli kələm (foto-resept)
Uşaqlara bu dərmanları verməyin!
Qırışları aradan qaldıran maska
"Bizim Tarla" - Soyulmuş pomidor
Alişandan sürpriz evlilik təklifi
Tarkandan qızına milyonluq hədiyyə
Tayson Eminemi nokauta saldı - VİDEO
95 yaşlı milyarder evləndi-FOTO
Erməni katalikos Şeyxdən kömək istədi
Əhmədlidə unikal piyada keçidi belə olacaq - FOTO
Təhsil Nazirliyindən məktəblərdəki vakansiyaların gizlədilməsi ilə bağlı AÇIQLAMA
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
Bu gün ilin ilk Ay tutulması baş verəcək
Həftənin ən zövqsüz ulduzu oldu-FOTO
Soçi olimpiadasında iştirak edəcək Azərbaycan idmançılarının geyimləri təqdim edilib
"Şəfa" stadionunun adı dəyişdirilir?
Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM + VİDEO
Dəniz canlılarının qəbiristanlığından sualtı görüntülər
Fotosu Şekspir muzeyində saxlanılan azərbaycanlı - FOTO
Gözəllik maskaları
Dünyanı titrədən xəbər
Toxuma işlərim
Məşhur aktrisa aylar sonra ilk dəfə-FOTO
Dukan pəhriz ilə 25 kq arıqladım! (2-ci mərhələ)
İlham Əliyev bir qrup hərbçini “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib
Milli Ordunun yaranmasından 102 il ötür...
- ŞƏRHLƏR