əl-İnfitar (Parçalanma) surəsi
(Məkkədə nazil olmuşdur, 19 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- Göy parçalanacağı zaman;
- Ulduzlar dağılıb səpələnəcəyi zaman;
- Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman;
- Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman;
- Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini (dünyada nəyi edib, nəyi etmədiyini, bütün yaxşı və pis əməllərini, günahını, savabını) biləcəkdir!
- Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir?
- O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı.
- Sənə Özü istədiyi surətdə biçim verdi.
- Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız!
- Sizin üstünüzdə gözətçi mələklər -
- (Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır.
- Onlar sizin nə etdiklərinizi bilirlər.
- Həqiqətən, yaxşı əməl və itaət sahibləri (möminlər) Cənnətdə qərar tutacaqlar.
- Pis əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar.
- Onlar (kafirlər) ora haqq-hesab günü daxil olacaqlar.
- Onlar əsla oradan çıxan deyillər!
- (Ya Peyğəmbər!) sən nə bilirsən (haradan bilirsən) ki, haqq-hesab günü nədir?!
- Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır Allaha səmimi-qəlbdən ibadət və itaət!)
- O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!
XƏBƏR LENTİ
FHN-dən novruz bayramı xəbərdarlığı
Bir ilə 60 kiloqram arıqlayıb ideal bədən quruluşuna yiyələndi - FOTO
Bir kərə yüksələn bayraq, bir daha enməz...
Brilliant Dadaşova: "Bu şəhərdən qaçaq"
Tarixi serialdakı bu xəta tamaşaçıların gözündən qaçmadı
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Məşhur aktrisanın ayağı çürüyür-FOTO
Serdar Ortaçın ailə məsələləri GÜNDƏM oldu
Xəbəriniz varmı: məhşər artıq başlanıb
Mətbəxdə qırmızı havası
Hava haqqında - 07.12.2013
Körpənin duyğuları nə vaxt inkişaf edər
Meymun dahisi internetdən istifadə edir, yemək bişirir
Uşaqların sosial-psixoloji inkişafı-30 (Son)
Özünə vurğun insanlar
Davudoğlunun Ermənistana səfərdədir
30 yaşa qədər bunları etmək gərəkdir
Uşaq ədəbiyyatına maraq niyə azdır?
Pendirli sousda hind toyuğu filesi (foto resept)
Messi ailəsi ilə istirahətdə - FOTO
Koronavirusdan qara bibər vasitəsilə qorunmaq olar
Beyons yenə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Xəyanəti aşkarlamaq üçün...
Qocalmaq istəməyənlər məşq etsin
Yeni müharibə xəbərdarlığı
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət etdi
Yeni ildə tətil qiymətləri neçəyədir?
Şirin duyğular
Zəfəran xərçəngin dərmanıdır
Dünyanı titrədən xəbər
İspaniyada bir ilk: ancaq qadınlara xidmət edən otel
Mehriban Əliyeva fransalı səfirlə görüşdü - FOTO
Bugünkü imtahanın test tapşırıqlarının düzgün cavabları açıqlandı
BÜRCLƏR bizə nə vəd edir?-19 Yanvar
Günün qoroskopu: əsas məsələ...
Toy şəklinə baxanda ərinin niyə öldüyünü anladı - FOTOLAR
Qışda kökəlməyə mane olan 3 təsirli vərdiş
Bu cihazla bütün evi elektriklə təmin etmək mümkündür - İXTİRA - VİDEO
Türkiyəyə şok ittiham
Bülent Ersoy xəstəxanaya yerləşdirilib
Moda tarixinin ən çox sevilən 10 gəlinliyi
Bu proqramları telefonunuzdan silin-SƏBƏB
Evliliyinizi "yaxşı"dan "mükəmmələ" çevirəcək 3 yol
Azərbaycanda yeni tədris ilinin tətil günləri təsdiqləndi
İrina Şeyk məşhur brendin siması oldu-FOTO
Tramp Ərəbistanda qılıncla rəqs etdi
DKNY-dən milyon dollarlıq ətir
Məktəblər nə vaxt açılacaq? - Nazir deputatlarla müzakirələr aparır
Günəş sistemindən kənarda 715 yeni planet kəşf edilib
Ana südünü təbii üsullarla artıraq
- ŞƏRHLƏR