Hz.Həmzənin (r.a) şəhid olması
Peyğəmbərimizin (s.a.s) əmisi Hz. Həmzə Uhud savaşında şəhid olmuş, vicdansız kafirlər onun qulağını, burnunu kəsmiş, sinəsini yararaq ürəyini çıxarmış, zülm etmişdilər. Rəsulullah Hz. Həmzənin şəhid olduğu xəbərini almış, lakin onun mübarək cəsədini görməmişdi. Döyüşün sonunda şəhidlər arasında gəzərkən onun faciəvi halını görüncə dözə bilmədi. Sanki ürəyinin parçalandığını hiss etdi. O əsnada Hz. Həmzənin doğma bacısı Hz. Safiyyə (r.a) də qardaşını görmək üçün döyüş meydanına gəlmişdi. Rəsulullah Safiyyənin öz oğlu Zübeyrə: “Anana de, geri qayıtsın, qardaşının cəsədini bu halda görməsin!” ‒ buyurdu. Hz. Safiyyə belə cavab verdi: “Mən eşitdim ki, qardaşımın qulağı, burnu və digər əzaları kəsilib. Bu, Allah yolunda nə böyük dərəcədir. Biz buna razıyıq. Biz Allah yolunda bundan daha çətininə səbr edə bilərik. İn şə Allah səbr edəcəyəm”. Hz. Zübeyr anasının sözlərini Peyğəmbərə çatdırdı və O da Safiyyənin qardaşını görməsinə izn verdi. Safiyyə qardaşının cansız bədənin yanında oturdu, səssiz-səssiz ağlamağa başladı. İnsan qəlbi bu qədər ağrı-acıya asanlıqla dözə bilməzdi. Rəsulullah da göz yaşlarına hakim ola bilmədi. Safiyyə güclü imana sahib idi. Müsibətlərə qarşı Allaha sığınma ayəsini oxudu. “İnnə lilləh və innə ileyhi raciun” (Biz Allaha aidik və yenə Ona qayıdacağıq- əl-Bəqərə, 156) Qardaşı üçün Allaha dua etdi, məğfirət dilədi.
“Şəhidlərin ən xeyirlisi” deyə vəsf etdiyi Hz. Həmzə haqqında Rəsulullah: “Gördüm ki, mələklər onu yuyurlar”, ‒ buyurdu.
(Z. Qandəhləvi-"Fəzail-i Amal", VI Fəsil, səh.80)
Uhud döyüşündə Hz. Əlinin (r.a) qəhrəmanlığı
Uhud savaşında müsəlmanlar dörd bir tərəfdən əhatəyə alınmış, düşmənin ortasında qalmışdı. Bir çox insan şəhid olmuşdu, hətta kafirlər Peyğəmbərimizin (s.a.s) də şəhid olduğunu elan etmişdilər. Əshabi-kiram bu xəbərdən çox təsirlənmiş, ora-buraya dağılmışdı.
Hz. Əli (r.a) buyurur ki, “Kafirlər müsəlmanları tamamilə əhatələmişdi. Birdən Peyğəmbərimizi görə bilmədim, təlaşla axtarmağa başladım, tapmayınca dərin kədərlə şəhidlər arasında axtardım. Öz-özümə düşündüm ki, yəqin yanlış əməllərimizə görə Allahın bizə qəzəbi uğramış, uca Peyğəmbərini göyə qaldırmışdı. Qərara aldım ki, qılıncımı əlimə alım, kafirlərə hücum edim, ölüncəyə qədər savaşım. Qılıncıma sarıldım, düşmən üzərinə atıldım. Bu zaman birdən Hz. Peyğəmbəri (s.a.s) gördüm.
Sevincimdən ağladım. Anladım ki, Hz. Peyğəmbəri Allah-Təala mələkləri ilə qorumuşdu. Ən nəhayət, Rəsulullahın yanına çatdım.
Peyğəmbərin (s.a.s) uca varlığını görməyincə, ölmək niyyəti ilə kafirlərin ortasına atılan Hz. Əli (r.a) bu savaşda qəhrəmancasına döyüşmüşdü.
(Z. Qandəhləvi-"Fəzail-i Amal", VII Fəsil, səh.88)
Köləsi Əsləm rəvayət edir: “Mən bir gün Hz. Ömərlə Harra deyilən yerə gedirdik. Çöldə bir yerdə atəş yandığını gördük. Hz. Ömər: “Hər halda orada gecə qaranlığa görə şəhərə enə bilməyən bir tayfa var, gəl, gedək onların kim olduqlarını öyrənək, onların təhlükəsizliyini təmin edək.” Oraya çatanda gördük ki, bir qadın və bir neçə kiçik uşaq ağlayıb, inildəyirlər. Ortada da bir qazan qaynayırdı. Salam verib yaxınlaşa bilmək üçün izn istədik. Bu uşaqların niyə belə ağlayıb sızladıqlarını soruşduq. Qadın aclığa dayana bilmədiklərindən ağladığını dedi. “Bu qazanı da uşaqları ovutmaq üçün su ilə doldurub qoymuşam, boş-boşuna qaynayır.” Qadın daha sonra əlavə etdi: “Möminlərin əmiri Hz. Ömər mənim bu halımı bilib yardım etmədiyi üçün Allah qarşısında cavab verəcəkdir.” Hz.Ömər bu durum qarşısında ağlamağa başladı. Qadına dönərək: “Allah sənə mərhəmət etsin, ey qadın! Sənin bu durumunu Ömər haradan bilsin ki?” dedi. Qadın cavab olaraq dedi: “Ömər boş yerə əmir oldu? Halımızdan xəbəri yoxdur.” Bundan sonra Ömər (r.a) məni də yanına alaraq geri döndü və bir torbanın içinə beytulmaldan bir az un, xurma, yağ qoydu. Bir az da pul götürüb mənə “Bu torbanı qaldırmağa yardım et” dedi. Mən də: "Xeyr, olmaz, verin mən daşıyım" dedim. “Olmaz! Mənim kürəyimə qoy" - deyə israr etdi. Bir neçə dəfə "mən daşıyım" deyincə: “Qiyamət günü də mənim yükümü sən daşıyacaqsan? Burax, öz yükümü özüm daşıyım. Allah bunu məndən soruşacaq” dedi. Sonra isə biz qadının olduğu yerə getdik. Hz. Ömər torbanını endirib içindəkiləri qadına təhvil verdi. Qadın da ona çoxlu dua etdi.
(Z. Qandəhləvi-"Fəzail-i Amal", II Fəsil,səh.36)
Hz. Əbu Bəkrin (r.a) bir kahinin yeməyini yeməsi
Hz. Əbu Bəkrin bir köləsi vardı. Qazancını taxıl şəklində gətirir, Əbu Bəkrə (r.a) verirdi. Bir dəfəsində biraz yemək gətirdi. O da ondan bir tikə yedi. Kölə dedi ki: “Hər gün bunu hansı yolla qazandığımı soruşardınız, bugün soruşmadınız.” Hz. Əbu Bəkr: “Aclığımın şiddətindən soruşmağı unutdum, indi söylə”. dedi. Kölə də “Cahiliyyət zamanımda bəzi tayfalara gedər, üfürükçülük, falçılıq edər, bütpərəst duaları oxuyardım. Bu gün onlar toy edirlərmiş, mənə də təşəkkür üçün bunları verdilər.” Hz.Əbu Bəkr: “Sən məni məhv etdin” dedi, sonra barmağını boğazına salıb qusmağa çalışdı, lakin mümkün olmadı. Bundan sonra böyük bir qabda su gətirib, onu içdi. Nəhayət yediyi tikəni çıxara bildi. Ordakılardan biri:
-Allahın sənə yazığı gəlsin. Bu qədər əziyyət bu bir tikə üçün idi?
Hz.Əbu Bəkr(r.a) də:
-Əgər bu bir tikə canımla bərabər çıxsaydı, onu da çıxarardım. Mən Rəsulullahdan(s.a.s) eşitdim ki: “Haramla bəslənən vücuda, cəhənnəm atəşi daha layiqdir.” Mən də vücudumun bir parçası belə bu tikə bəslənər deyə qorxdum.
(Z. Qandəhləvi-"Fəzail-i Amal", IV Fəsil,səh.60)
Səhabələrdən biri oruc üstünə oruc tutardı. Amma iftar etməyə elə də bir şey tapmazdı. Ənsardan Hz. Sabit (r.a) bundan xəbərdar oldu. Xanımına bu gecə evə bir qonaq gətirəcəyəm dedi. Heç bir şeyi əskik etmə. Xanımı dedi ki, “Vallah. uşaqlar üçün ayırdığım, ancaq onları doyura biləcək qədər yeməyimiz var. Evdə başqa heç nə yoxdur”. Hz. Sabit “O zaman uşaqları sakitləşdirib yatızdır, onlar yatdıqdan sonra yeməyi gətir, qonaqla bərabər biz də süfrəyə oturaq. Sonra isə lampanı düzəldirmiş kimi edib, söndür. Qonaq bizdən utanmasın, doyunca yesin."
Müsəlman qardaşını doyuran Hz. Sabit (r.a), xanımı və uşaqları ilə birlikdə gecəni ac yatdı.
(Z. Qandəhləvi-"Fəzail-i Amal", VI Fəsil,səh78)
Səhabənin başqası üçün susuzluqdan ölməsi
Huzeyfə oğlu Əbu Cəhm (r.a) rəvayət edir: “Yərmuk savaşında döyüşən əmim oğlunu axtarırdım. Yanıma da bir az su aldım, bəlkə suya ehtiyacım olar, biraz içirərəm deyə. Onu tapdım. Artıq ölüm ayağında idi. "Boğazına biraz su tökümmü?" deyə soruşdum. İşarə ilə “Bəli” dedi. Fəqət, tam o vaxtı yan tərəfimizdə ölmək üzərə olan başqa biri ah etdi. Əmim oğlu suyu ona aparmağımı istədi. Suyu alıb onun yanına getdim. Yanına çatmışdım ki, aralıda başqa bir səhabə inildədi. O da suyu ona aparmağımı istədi. Suya alıb ona getdim, fəqətmən yanına çatdıqda artıq ölmüşdü. Əvvəlki səhabəyə geri döndüm, o da artıq ruhunu təslim etmişdi. Tez əmim oğlunun yanına qaçdım. Əmim oğlu da cansız olaraq yatırdı. ("İnnə lilləh və innə ileyhi raciun”)
Ölüm ayağında ikən hissləri və şüurları itmək üzrə ikən belə qardaşlarına yardım etməyə çalışırdılar.
(Z. Qandəhləvi-"Fəzail-i Amal", VI Fəsil,səh 79)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR