Dərsə başlamazdan əvvəl bu gün mömin bir tanışımdan aldığım bu xəbəri sizinlə bölüşmək istədim:
DİQQƏT! BU YAZINI GÖRƏN HƏR KƏSİN SONUNA KİMİ OXUMASI XAHİŞ OLUNUR! YAŞANMIŞ VƏ GERÇƏK BİR OLAYDIR!!!
“Bir gün Zərka şəhərində bir məsciddə cümə namazını qıldıq. Bizimlə bərabər elm tələbələri və Kuveytli alim vardı. İnsanlar məsciddən çıxmışdılar. Biz isə orada oturmuşduq. Birdən bir qrup insan vahimə içərisində məscidə daxil olaraq: İmam harada, İmam harada” deyə səsləməyə başladılar. Kuveytli alimin yanına gələrək: “Şeyx, bizdən bir gənc bu gün qəza nəticəsində dünyasını dəyişmişdir. Qəbirini qazdıqda içində bir ilan gördük. Biz bu ana qədər gənci dəfn edə bilməmişik. Nə edək?”. Şeyx və biz də qalxıb qəbiristanlığa getdik. Qəbirə baxdıqda içində qıvrılmış bir ilan gördük. Başını içinə soxmuş, quyruğunu isə çölə çıxarmışdır. Gözü görsənirdi və insanlara baxırdı. Şeyx: “Buranı buraxıb, digər bir yerdə qəbir qazın” dedi. Təqribən 200 metr aralıqda qəbir qazdıq. Sona yaxınlaşdıqda həmən ilanı gördük. Şeyx: “O, biri qəbirə baxın” dedi. Baxdıq ki, orada olan ilan yerin altı ilə sürünərək bu qəbirdən çıxmışdır. Şeyx: “Üçüncü, dördüncü dəfə də qazsaq ilan çıxacaq. İlanı öldürməkdən başqa çarəmiz yoxdur” dedi. Dəyənək və Sopalar gətirildi. İlan isə qəbirdən çıxaraq çüxürün başında oturdu. İnsanlar vahimə içində geri çəkildilər. Toz qaldıraraq ölünün üstünə hücüm etdi. İlan adamın ayaqlarından başlayaraq başına qədər dolandı. Sonra onu şiddətlə yerə çırpdı. Sümüklərinin qırılmasını eşidirdik. Toz yatdığı zaman qəbirə yaxınlaşdıq. İlan ölüyə dolanaraq dayanmışdı. Heç bir şey etmədik.
Şeyx: “Üzərini örtün” dedi. Biz də torpaqla örtdük. Sonra ölənin atasının yanına gedərək oğlunun halını soruşdular. Atası: “Ata-anasına itaətkar bir gənc idi. Lakin namaz qılmırdı” dedi. (Risalətul Acilə” s. 46-50. )
Sübh namazı
Sübh namazı dörd rükətdir. Əvvəlcə 2 rükət sübh namazının sünnəti, sonra isə 2 rükət fərzi qılınır. Sübh namazının sünnətinin qılınması:
Namazın fərzləri bölümündə qeyd etdiyimiz kimi, namaz qılmaq üçün edəcəyimiz ilk şey: 1. Qibləyə doğru dönmək, ardınca isə niyyət etmək. Qeyd: Niyyətin ürəkdə olması kifayətdir.
2. Allahu Əkbər demək. “Namazın Fərzləri” bölümündə qeyd edildiyi kimi, namaza başlarkən Allahu Əkbər deyilən zaman əllər yuxarıya qaldırılır. Bu zaman baş barmaqlar qulaq məməciklərinə toxundurulur və aşağı endirilərək göbək altında bağlanır.
Qadınlar isə kişilərdən fərqli olaraq Allahu Əkbər deyərkən əllərini yalnız çiyinlərinə qədər qaldırırlar və aşağı endirib sinələrinə qoyurlar.
3. Qiyam və Qiraət:
Əllər bağlandıqdan sonra aşağıdakıları oxumaq lazımdır:
“Sübhanəkəl-Ləhummə va bihəmdikə və təbərəkəsmukə və təala cəddikə və lə iləhə ğayruk.”
“Əuzu billəhi minəş-şeytanir-rəcim. Bismilləhir-Rəhmanir-Rəhim. Əlhəmdu Lillahi Rəbbil-Aləmin. Ər-Rəhmanir-Rəhim. Maliki yavmiddin. İyyəkə nəbudu va İyyəkə nəstəin. İhdinas-siratəl mustəqim. Siratəl ləzinə ənəmtə aleyhim. Ğayril-mağdubi aleyhim valəd-dalin. Amin”
Bismillahir rehmanir rehim. Qulhuvellahu ehed. Allahus samed. Lem yelid ve lem yuled ve lem yekun lehu kufuven ehed.
4. Ardınca:“Allahu Əkbər” deyərək rüku edilir.
Rükuda 3 dəfə “Sübhanə Rabbiyəl-Azim” dedikdən sonra ayağa qalxmaq. Qalxarkən: “Səmiallahu limən hamidəh”, tam olaraq dikəldikdən sonra isə “Rabbənə ləkəl həmd” deyilir. Bunun ardınca isə “Allahu Əkbər” deyərək səcdə edilir.
5. Səcdə edərkən öncə dizlər, sonra əllər, daha sonra isə alın və burun yerə qoyulur. Əllər qulaqların yanında olmalıdır. Səcdə anında ayaqlar yerdən qaldırılmamalıdır.
Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl-Ala” dedikdən sonra “Allahu Əkbər” deyib səcdədən qalxaraq oturmaq. Bu zaman kişilər sol ayaqlarını topuqları yerə dəyəcək şəkildə yayaraq üzərində oturmalı, sağ ayaqlarını isə barmaqları qibləyə yönəlmiş vəziyyətdə dik tutmalıdırlar. Qadınlar isə ayaqlarını yerə yayaraq sağ tərəfdən çıxararaq yerə oturmalıdırlar.
“Allahu Əkbər” deyib təkrar səcdə etmək və təkrarən 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra yenə də “Allahu Əkbər” deyərək, səcdədən ikinci rükəti qılmaq üçün ayağa qalxaraq əlləri bağlamaq lazımdır.
Qeyd: Səcdədən qalxarkən öncə baş, sonra əllər dizlərin üstünə qoyularaq yerdən qaldırmaq.
Bu şəkildə 1-ci rükət tamamlanmış olur.
6. İkinci rükəti qılmaq üçün ayağa qalxaraq əlləri bağladıqdan sonra aşağıdakılar oxumaq:
“Bismilləhir-Rəhmanir-Rəhim. Əlhəmdu Lillahi Rəbbil-Aləmin. Ər-Rəhmanir-Rəhim. Maliki yavmiddin. İyyəkə nəbudu va İyyəkə nəstəin ihdinas-siratəl mustəqim. Siratəl ləzinə ənəmtə aleyhim. Ğayril-mağdubi aleyhim valəd-dalin. Amin”
“Qul huvallahu əhəd. Allahus-Saməd Ləm yəlid və ləm yuləd. Va ləm yəkun ləhu kufvən əhəd”
7. “Allahu Əkbər” deyib rüku edilir. 1-ci rükətdə olduğu kimi rükuda yenə də 3 dəfə “Sübhanə Rabbiyəl Azim” deyilir. Rükudan qalxarkən “Səmiallahu Limən Hamidəh”, tam dikəldikdən sonra isə “Rabbənə Ləkəl Həmd” deyilir.
8. Allahu Əkbər deyib səcdə edilir. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala” deyilir. Sonra “Allahu Əkbər” deyıb səcdədən qalxıb, 1-ci rükətdə olduğu kimi oturmaq və yenidən Allahu Əkbər deyib səcdə etmək.
3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra “Allahu Əkbər” deyərək oturmaq. (Oturuş şəkli birincə rükətdə izah olunub)
9. Son oturuşda (“Qadə-axira”) bunlar oxunur:
“Əttəhiyyatu lillahi vas-salavatu vat-təyyibat. Əs-sələmu aleykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkətuh. Əs sələmu aleyna va ala ibadilləhis-salihin. Əşhədu ən la ilahə illallah və əşhədu ənna Muhəmmədən abduhu va Rasuluh. Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd. Kəmə saleytə alə İbrahimə va ala ali İbrahim, innəkə Hamidun Məcid.
Allahummə bərik alə Muhəmmədən va alə ali Muhəmməd. Kəmə bərəkətə alə İbrahimə va ala ali İbrahim innəkə Hamidun Məcid. Rabbənə ətinə fid-dünya hasənətən va fil-axirəti hasənətən və qina azəbən-nər. Birahmətikə ya erhamər-Rahimin.
Rabbənəğfirli va li-validəyyə va lil-mumininə yavmə yaqumul-hisəb” dedikdən sonra:
10. Salam verilir. Salam verərkən baş əvvəl sağ tərəfə çevrilir, gözlər isə sağ çiyinə dikilir və “Əssələmu aleykum və rəhmətullah” deyilir. Daha sonra isə baş sol tərəfə çevrilir, bu zaman isə gözlər sol çiyinə dikilir və yenə də: “Əssələmu aleykum va rəhmətullah” - deyilir.
Bununla da sübh namazının sünnəti bitmiş olur.
Sonra oturmuş vəziyyətdə qalaraq bu dua oxunur:
“Allahummə əntəs-sələm və minkəs-sələm təbərəktə ya zəl-cələli val-ikram”
Bunun ardınca ayağa qalxaraq sübh namazının fərzi qılınır.
Sübh namazının fərzi
Sübh namazının fərzi iki rükətdir. Eynilə sübh namazının sünnəti kimi qılınır.
1. Ürəkdə niiyyət edilir.
2. Allahu Əkbər deyilir və əllər bağlanır.
3. “Qiyam” və “Qiraət” sübh namazının sünnətində olduğu kimi, əvvəlcə “Sübhanəkə”, sonra “Əuzu–Bismillah”, “Fatihə” oxunur və amin deyilir. Amin dedikdən sonra kiçik surələrdən biri və ya bir neçə ayət oxunur.
4. Allahu Əkbər deyərək rüku edilir. Rükuda 3 dəfə: “Sübhanə Rəbbiyəl-Azim” deyilir. Rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” deyilir.
5. Ardınca Allahu Əkbər deyib səcdə edilir. 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyib səcdədən qalxmaq və Allahu Əkbər deyib yenidən səcdə etmək. Yenə 3 dəfə “Sübhanə Rabbiyəl Ala” və Allahu Əkbər deyib 2-ci rükətə qalxmaq.
6. Qiyam və qiraət:
“Bismillahi-Rahmanir-Rahim” deyib Fatihə surəsi oxunur. Ardınca bir surə və ya bir neçə ayə oxunur.
7. Allahu Əkbər deyərək rüku edilir. Rükuda 3 dəfə: “Sübhanə Rəbbiyəl-Azim” deyilir. Rükudan qalxarkən “Səmiallahu limən həmidəh”, tam dikəldikdən sonra isə “Rabbənə va ləkəl həmd” deyilir.
8. Ardınca Allahu Əkbər deyib səcdə edilir. Səcdədə 3 dəfə “Sübhanə Rabbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyib səcdədən qalxmaq. Təkrar Allahu Əkbər deyib yenidən səcdə edilir və Allahu Əkbər deyərək son oturuş (“Qadə”) yerinə yetirilir.
9. “Qadə”də: “Əttəhiyyat”, “Allahummə salli”, “Allahummə barik”, “Rabbənəğfirli” duaları oxunur.
10. Başı sağ və sol çiyinlərə şevirərək hər iki tərəfə belə salam verilir: “Əssalamu aleykum va rəhmətullah”.
Namaz bitmiş sayılır, namazdan sonra “Allahumə əntəs-Sələm va minkəs Sələm təbərəktə ya zəl-Cəlil val ikram” dedikdən sonra oturub aşağıdakı kimi təsbihat və dua etmək daha yaxşı olar:
“Allahummə salli alə Muhəmmədin va alə əli Muhəmməd”
Sübhanallahi val hamdulillahi va lə iləhə illallahu vallahu əkbər.Valə havlə valə quvvata illə billəhul–Aliyyil-Azim.
Sonra isə “Ayətül Kürsi” oxunur. Bu da oxunduqdan sonra:
33 dəfə - “Sübhanallah”
33 dəfə - “Əlhəmdulillah”
33 dəfə - “Allahu Əkbər” deyilir və ardınca:
“Lə iləhə illallahu vahdəhu lə şərikə ləh. Ləhul mulk və ləhul həmd va huva alə kulli şeyin Qadir”- deyilir.
Bundan sonra Amin deyib əllər sinə səviyyəsinə qaldırılaraq açılır və dua edilir.
XƏBƏR LENTİ
Hadise bacısı ilə barışdı-FOTO
Mənzillərin qiyməti sürətlə ucuzlaşır
Zəlzələyə qarşı alınacaq tədbirlər nələrdir?
Məşhurların uşaqlıq şəkilləri
Dinlə! Dinləyirəm!
Şimşək çağacaq, yağış yağacaq - İstirahət gününün HAVAsı
Bakı Kərbəlası unudulmayacaq!
Üzü qardan qorumağın yolları
Hülya Avşar Çiçək adasını ala bilmədi-SƏBƏB
Britaniyalı kardioloq dünyanı TƏƏCCÜBLƏNDİRDİ
Yalnızlıq hissindən necə xilas olmalı?
Kakaolu un halvası (foto-resept)
Mehriban Əliyeva qızı ilə konsertdə - FOTO
Ramazan ayı - 2-ci günün duası
Xına ilə vurulan bəzəklər
Yataq geyimləri
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Günün ulduz falı
Hülyanın fikirləri Can Yamana təsir etməyib
Canlı yayımda qəribə hadisə-FOTO
Təmizlik zamanı edilən səhvlər
Ermənistan silahlı qüvvələri Tərtərdə pambıq emalı zavoduna raket zərbələri endirdi - VİDEO
Saqqal və bığ çempionatı
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Dünyanın ən varlısı yenə o oldu
Kremldən Dağlıq Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA
PKK-nın xain Ermənistan planı
İnsan skeleti ilə bəzədilmiş vahiməli kilsə
Utancaqlıqdan necə xilas olmaq olar?
"ASAN xidmət"də yenilik
Ağıza toz getməsi orucu batil edirmi?
58 yaşlı Aliza Reger gənclik sirrini paylaşdı-FOTO
Körpə uşağı qurban kəsmək istəyirdi
Əmizdirdiyiniz süd burnunuzdan gəlməsin
Yengəci hərracda 2 milyona satıldı
Azərbaycanda bu "həzzi" qadağan edəcəklər?
Amerikada oxumaq istəyirsinizsə... - Qəbul başladı
Gəncə və Mingəçevirə hədəflənmiş düşmənin daha bir ballistik raket kompleksi məhv edildi - RƏSMİ
Podiumda yıxılanlar
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
Kralların xəstəliyi nədir?
Toxumaq dərsi-8
Hava haqqında - 15.10.2013
Günün qoroskopu: sözlərinizdə sərt, aqressiv olmayın
Dünyanın ən balaca iti odur
Bakıda yaşıllıqlar metro tunellərində formalaşan qrunt suları ilə suvarılacaq
Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş dövlət başçısını təbrik edib
Planetin ən böyük aysberqi Antarktikadan ayrılıb
Bu şəhərdə daha çox qadınlar yaşayır
Balıq ətli tərəvəz kotleti (foto resept)
- ŞƏRHLƏR