Azan və İqamə
Müsəlmanları namaza çağırmaq üçün müəyyən zamanlarda müəyyən cümlələri uca səslə söyləməyə Azan deyilir. Azan, kişilər tərəfindən minarələrdə (yüksək bir yerdə) oxunur. Azan oxuyana müəzzin deyilir.
Gün ərzində beş vaxt fərz namaz vardır. Buna əsasən də gündə beş dəfə azan oxunur.
Qeyd: Sabah azanından başqa, oxunan digər azanlarda fərq yoxdur.
Sabah azanında:
“Həyyə alal-falah”-dan sonra iki dəfə: “Əs-salatu xayrun minən-naum” (“Namaz yuxudan daha xeyirlidir”) - deyilir. Namaz vaxtı girmədən azan oxunmaz. Əgər oxunubsa, namaz vaxtı girəndən sonra təkrar oxunmalıdır.
Qadınlar azan oxumaz. Azanın mübarək cümlələri belədir:
Allahu Əkbər (4 dəfə) (Allah böyükdür)
Əşhədu ən la ilahə illallah (2 dəfə) (Şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur)
Əşhədu ənna Muhəmmədər-Rəsulullah (2 dəfə) (Şahidlik edirəm ki, Məhəmməd (s) Allahın rəsuludur.
Hayya aləs-salah (2 dəfə) (Namaza gəlin)
Hayya alal-falah (2 dəfə) (Qurtuluşa gəlin)
Allahu əkbər (2 dəfə)
La ilahə illallah (1 dəfə) (Allahdan başqa ilah yoxdur)
Unutma:
Azan oxunarkən azanı dinləmək və müəzzinin dediklərini təkrarlamaq müstəhəbdir. Ancaq “Hayyə aləs-salah” və “Hayyə alal-falah” cümlələri təkrarlanmır. Onların yerinə “La havlə və la quvvatə illa billahil-aliyyil-azim” deyilir. Azan oxunduqdan sonra isə “Vəsilə duası” oxumaq sünnətdir. Peyğəmbərimiz (sav) bu duanı əshabına öyrətmiş və bunu oxuyana şəfaət edəcəyini buyurmuşdur.
Vəsilə duası:
Allahummə Rabbə həzihid davatit tammeti ves salatil qaiməti ati Muhammədən vasilətə val-fadilətə vabashu maqamən mahmudan əlləzi vaadtəh.
Mənası: Allahım! Ey bu azanın və qılınmaq üzrə olan namazın Rəbbi! Məhəmməd əleyhis-salama vəsilə dərəcəsini (yəni cənnətdə yüksək bir məqam olan Vəsiləni) və fəziləti ver. Onu özünə vəd etdiyin tərifəlayiq məqama (ən böyük şəfaət məqamına) çatdır.
İqamə
Fərz namazlarından əvvəl namaza dəvət üçün müəyyən mübarək sözlərin uca səslə deyilməsinə “İqamə” deyilir.
İqamənin cümlələri eynilə Azan cümlələri kimidir. Ancaq bir əlavə vardır: 2 dəfə “Hayya aləl –falah” dedikdən sonra, 2 dəfə də “Qad qamətis-salah” deyilir. Bunun mənası “namaz başladı” deməkdir.
Qeyd: Təkbaşına namaz qılanların da fərz namazlarından öncə “iqamə” demələri daha yaxşı olar.
Namaz kimlərə fərzdir
Müsəlman və ağlı başında olan hər bir şəxsə, yetkinlik yaşına çatdığı andan (qadınlar 9, kişilər isə 12, hər ikisi ən geci 15 yaşında) ölənədək namaz qılmaq fərzdir. Allah Rəsulu (sav) hədisdə belə buyurur: “7 yaşına çatan uşaqlarınızı namaza alışdırın, 10 yaşına çatanda namaz qılmazlarsa, cəzalandırın.” 7 yaşına çatmış uşağı namaza alışdırmaq hər ata-ananın borcudur.
Namazlar neçə qismə bölünür?
Namazlar - Fərz, vacib və nafilə olmaq üzrə üç qismə bölünür:
1. Fərz namazlarının özü də iki hissəyə bölünür:
a) Fərzi-ayn olan namazlar - yetkinlik yaşına çatmış hər bir müsəlmana fərz olan namazlardır. Gündə beş dəfə qılınan namaz və cümə namazı fərzi-ayndır.
b) Fərzi-kifayə olan namazlar - müsəlmanların bəzilərinin qılması ilə digərlərinin üzərindən düşən namazlardır. Məsələn: Cənazə namazı - fərzi-kifayədir.
2. Vacib olan namazlar: Vitr namazı - Ramazan və Qurban bayramı, nəzir, təvaf və pozulan nafilə namazlarının qəzası kimi qılınan namazlardır.
3. Nafilə namazları: Təravih, Günəş və Ay tutulması, Təsbih, İstixarə, Hacət, Təhəccüd, Duha namazları kimi 90-a yaxın namazdır.
Fərz namazları
Ağlı başında olan hər bir müsəlman yetkinlik yaşına çatdığı andan etibarən gün ərzində beş dəfə namaz qılmalıdır. Bu beş namazın hər birinin özünə xas vaxtları vardır.
Namaz vaxtları və namaz rükətlərinin sayı
1. Sübh namazı:
a) Vaxtı – Dan yeri ağarandan günəş çıxanadək qılınmalıdır. Dan yeri ağarmadan sübh namazı qılınmadığı kimi, Günəş çıxdığı andan etibarən 50 dəqiqə ərzində sübh namazı qılınmaz. Çünki bu günəşə sitayiş edənlərin ibadət vaxtı olduğu üçün bu saatda namaz qılınmaz.
b) Rükət sayı: Sübh namazı 4 rükətdən ibadətdir. Əvvəlcə 2 rükət sünnəti, daha sonra isə 2 rükət fərzi qılınır.
2. Zöhr namazı:
a) Vaxtı: Günəş zenit nöqtəsindən (tam ortadan) qüruba meyl etməyə başladığı andan etibarən hər şeyin kölgəsinin iki misli olduğu anadək qılınır.
Günəş tam ortada-zenit nöqtəsində ikən, namaz qılmaq məkruhdur. Zöhr namazının başladığı ana 45 dəqiqə qalmış kərahət vaxtı başlanmış sayılır.
b) Rükət sayı: Zöhr namazı 10 rükətdir. Öncə 4 rükət-ilk sünnəti, sonra 4 rükət-fərzi, daha sonra isə 2 rükət-son sünnəti qılınır.
3. Əsr namazı:
a) Vaxtı: Zöhr namazının çıxdığı andan etibarən əsr namazının vaxtı başlayır. Günəş batanadək qılına bilər. Lakin günəşin batdığı anadək əsr namazını gecikdirmək bəyənilmir.
b) Əsr namazı 8 rükətdir. Öncə 4 rükət sünnəti, daha sonra isə 4 rükət fərzi qılınır.
4. Məğrib (axşam) namazı:
a) Vaxtı: Günəş tam batdığı andan, qürubdakı qırmızı şəfəq yox olan zaman içərisində qılınır.
b) Məğrib namazı 5 rükətdir. Əvvəlcə 3 rükət axşam namazının fərzi, ardınca isə 2 rükət sünnəti qılınır.
5. İşa (gecə) namazı:
a) Vaxtı: axşam namazının vaxtı qurtaran kimi işa namazının vaxtı başlayır. İşa namazı Sübh namazının vaxtı başlanan anadək qılına bilər.
b) Rükət sayı: Vitr namazı ilə birlikdə 13 rükətdir. Öncə 4 rükət sünnət, sonra 4 rükət fərz, 2 rükət son sünnət və 3 rükət vitr namazı qılınır.
Qeyd: Hər namaz öz vaxtı içində qılınmalıdır. Üzrlü bir səbəbdən ötrü öz vaxtında qılınmayan namaz, başqa bir namazın vaxtında da qəza edilə bilər. Camaatla qılınan namaz təkbaşına qılınan namazdan 17 dəfə fəzilətlidir.
Rükət nə deməkdir?
Bir namazda təkbir (Allahu Əkbər), qiyam, qiraət, rüku və 2 səcdədən meydana gələn qism “1 rükət” adlanır. Bu, ikinci dəfə təkrarlanarsa ikinci rükət, 3-4-cü dəfə təkrarlandıqda isə üçüncü və dördüncü rükət adlanır.
Kərahət vaxtları hansılardır?
(Hansı vaxtlarda ibadət etmək olmaz)
Günəş doğarkən, tam ortada (zenitdə) ikən və batarkən fərz, vacib və nafilə namazlar qılınmaz. Ancaq Cənazə namazı, tilavət səcdəsi və başlanmış olan nafilə namazlar məkruh olsa da qılına bilər.
Qeyd: Gün ərzində qılınan namazların 17 rükəti fərzdir. Fərzlər tərk edilməməli, mütləq qılınmalıdır. Sübh namazının 2 rükəti, zöhr namazının 4 rükəti, əsr namazının 4 rükəti, axşam namazının 3 rükəti və işa namazının 4 rükəti fərzdir. İşa namazından sonra qılınan Vitr namazı vacibdir. Vacib namaz da mütləq qılınmalıdır.
Gündə 5 dəfə qılınan sünnət namazlar isə 20 rükətdir. Sübh, zöhr və axşam namazlarının sünnətləri ilə, işa namazının son sünnəti müəkkəd sünnətdir, yəni Peyğəmbərimiz (sav) hər zaman bunları istisnasız qılmışdır.
Əsr və İşa namazlarının fərzlərindən öncə qılınan sünnətlər isə qeyri- müəkkəd sünnətlərdir. Yəni Peyğəmbərimiz (sav) bunları qılmaqla yanaşı, qılmadığı zamanlar da olmuşdur.
Ümumiyyətlə, sünnət namazları qılmaqda böyük savab vardır. Digər tərəfdən Sünnət namazlarını qılmamaq da olar. Lakin Peyğəmbərimizin sünnətinə qarşı çıxmamaq və onun şəfaətindən məhrum olmamaq üçün hər bir sünnətinə əməl etməyə səy göstərməliyik. Allah Rəsulu (sav) bir hədisində: “Sünnətimi tərk edən məndən deyildir” - deyə buyurmaqdadır.
XƏBƏR LENTİ
Körpələrin gec yeriməsi
Karamelli keks (foto resept)
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Metropoliten gücləndirilmiş rejimə keçdi
Tərcümə olunmayan sözlər
"Zemheri"nin aktrisası 1-ci oldu
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Leyla Əliyeva sərgidə - FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Yeni il ağacını necə bəzəməli?
Masazırda bəzi evlər sökülə bilər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Tarixdən...(4)
Merve Özbeydən Demet Akalın açıqlaması
iPad Air-in istehsal dəyəri azalıb
Humus (foto resept)
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
5 kiloqram arıqladan kök pəhrizi.
Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı
Günün ulduz falı
WhatsApp-dan Google bombası
Xəyallarımızdakı evlər
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Skype-da daha bir yenilik işə düşdü
Qadınların əl və ayaqları nəyə görə üşüyür?
Dünyanın ən bahalı evləri
Rusiyada tədris ilində yeni qayda
Hollandiya - Argentina: 2-4
"Banan" pirojnası (foto resept)
Xamalı peçenye (foto resept)
Cinsi istəksizlik yaşayan qadınlar: problemlər, səbəblər
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Bahalı əməliyyatları bahalı edən nədir?
Bakıda 37 metrlik yolka qurulur - FOTO
63 ildir hər gün 1 kilo qum yeyən qadın
Bizi yuxusuz qoyan nədir?
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?
Yun paltarlara qulluq- Vacib qaydalar!
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
BÜRCLƏR bizə nə vəd edir? -13 İyun
Planetimizin iki yeni peyki kəşf edildi
Hər üç adamdan birinin banka borcu var
Yeni tərz: Batik saçlar
Avtomobildəki qaz-əyləc sistemi və ürək
Bu insan 25 ildir ancaq pizza yeyir
Aclıq hissini yox edin
Demet Akalın İremle barışdı_FOTO
HAVA necə olacaq?-13 FEVRAL
Ərikli pirojnalar (foto resept)
- ŞƏRHLƏR