Readit.az və Ulduzum proqramından möhtəşəm kampaniya: Kitabları 50% endirimlə oxuyun
Ən məşhur və vacib kitabları qısa məzmunda Azərbaycan oxucularına çatdıran www.readit.az saytı oxucularını sevindirməkdə davam edir. Sayt bu gündən etibarən Azəri Card ödəniş sisteminə qoşularaq sizin ödənişlərinizi daha rahat, təhlükəsiz, həm də manatla qəbul edəcək. Bundan başqa, oxucular Readit və “Bakcell”in Ulduzum proqramı ilə əməkdaşlıq çərçivəsində 50 % endirim ala bilərlər. 50 % endirimdən yararlanmaq üçün aşağıdakı təlimatdan istifadə etməyiniz lazımdır:
1. Sizə uyğun abunə paketini seçin. http://readit.az/az/subscribe/private
2. Ödəniş bölməsinə keçdikdən sonra, Ulduzum kodunu əldə etməlisiniz (yalnız Bakcell abunəçiləri üçün). Bunun üçün:
- “1” yazıb 5555 qısa nömrəsinə SMS göndərin və proqrama qoşulun. SMS pulsuzdur.
- *5555#YES yığın və ya “*” yazıb 5555 qısa nömrəsinə SMS göndərin və 4 rəqəmli şifrə alın. SMS-in qiyməti 0.03 AZN.
3. Aldığınız şifrəni Ulduzum promo şifrə xanasına qeyd edin və “endirim al” düyməsini tıklayın.
4. Təbriklər Siz 50% endirim əldə etdiniz
5. Endirimli qiymətlə ödənişə davam etmək üçün “Ödə” düyməsini tıklayaraq AzəriCard ödəniş sisteminin səhifəsinə keçid alacaqsınız. Ödəniş etdikdən sonra sizin Readit kitabxanasına girişiniz açılacaq.
Məsələn, siz www.readit.az saytına 1 aylıq abunə olmaq istəyirsiniz. Abunə paketinin qiyməti 8.90 AZN-dir. Ulduzum promo şifrəsi ilə siz bu paketi cəmi 4.45 AZN - ə əldə edə bilərsiniz. Bu sərfəli təkliflə siz kitabxanada olan bütün kitabların qısa məzmununa giriş hüququ alacaqsınız.
Readit.az saytı qeyri bədii ədəbiyyatın elektron formatda “tez və rahat” oxumağa imkan verən Azərbaycanın ilk və yeganə internet layihəsidir. Saytın unikallığı və aktuallığı ondan ibarətdir ki, oxucular nəinki lazımi biznes və ya digər qeyri bədii ədəbiyyatının axtarışına vaxt sərf etməyəcək, ən əsası onun oxunmasına sərf olunan vaxta qənaət edəcək. Təsəvvür edin ki, cüzi məbləğ ödəməklə siz oxunması vacib olan ən məşhur kitabların qısa məzmununu 4 dildə əldə edəcəksiniz. Qeyd edilməlidir ki, kitabxanada olan bir çox kitablar azərbaycan dilində heç vaxt çap olunmayıb.
www.Readit.az layihəsində təqdim olunan kateqoriyalara əsaslanaraq deyə bilərik ki, xidmət ilk növbədə, bütün menecer və rəhbərlər, bugünkü və gələcək sahibkarlar, əməkdaşlarının peşəkar və şəxsi inkişafına dəyər verən şirkətlər və müvafiq profilli ali məktəb tələbələri üçün nəzərdə tutulub. Layihə həmçinin dünyagörüşünü artırmaq istəyən savadlı şəxslər və ya sadəcə işgüzar dilini inkişaf etdirmək istəyənlər üçün də ideal vasitədir.
Qeyd edək ki, 2.1 milyon nəfərdən çox abunəçisi və 180-dən çox tərəfdaşı olan Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və Ulduzum proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir.
Ulduzum proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilən Bakcell Ulduzum Applikasiyasını (həm iOS, həm də Android platforması) www.ulduzum.az keçidindən istifadə edərək yükləmək olar. Bu applikasiyasını yükləməklə abunəçilər tərəfdaş siyahısına və endirim faizlərinə, xəritədə onlara yaxın olan tərəfdaşlara və öz istifadə tarixçəsinə asan keçid əldə edə bilərlər.
XƏBƏR LENTİ
Ən bahalı yataq dəsti
Qadın.Net-li qızların sevgi yolu (2)
"Miss Uruqvay-2006" müəmmalı şəkildə öldü-FOTO
Türkiyə parlamenti kəşfiyyat haqqında qanuna dəyişiklikləri qəbul etdi
Restoran, kafe və parklara tətbiq edilən qadağa ləğv edilir - RƏSMİ
Erkən menstruasiyanın səbəbləri
Məşhur model yorğunluğunu belə ifadə etdi-FOTO
Peyvənd edilməyən uşaqları nə gözləyir?
Bunlar kişilər üçün zərərlidir
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Cəfəri suyunun faydaları
Ruhumuzun qidası
HAVA necə olacaq?-13 Sentyabr
Ronaldo 11 milyon avroya maşın aldı-FOTO
Göz oxşayan gəlinliklər
Bank islahatı bizə nə vəd edir?
Dəbli qalstuklar
Gəlinlər qədər gözəl olan tortlar
Yenə boşluq, yenə problem
Məşhur aktyora 17 illik həbs cəzası
Nigeriyada məscid partladıldı: 64 ölü, 126 yaralı
Süd Yolu qalaktikası mərkəzində qaranlıq materiya
Qədim İspan şəhərində gəzinti
Uşağın cinsiyyəti kimdən asılıdır?
Harri Meqan Markılın ad gününə nə hədiyyə etdi?
Qəribə bayram: qadınlar kişiləri döyür-FOTO
Koronavirusla bağlı təhlükəli iddia təkzib edildi
İkinci nəsil Citroen
Obama Ərdoğana başsağlığı verdi
Azərbaycanda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi yaradılır
Noutbuk alanlar artır
Təmayül sinifləri üçün yeni dərsliklər hazırlanacaq
4 400 il yaşı olan qadın skeleti tapılıb
İtalyan keksi (foto resept)
Ən isti ili yola salırıq
Saç tökülməsinin qarşısını alan qidalar
Qiyməli qarabaşaq (foto resept)
İtkin qardaşlar 7 ildən sonra Həcdə görüşdü-VİDEO
İranın Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi cəzalandırıldı
Louise Ebel
Uşaqların zövqləri
"Yadplanetlilər" peyda oldu - NASA aydınlıq gətirdi
Vanna otaqları
Uşaqlarda vitamin çatışmazlığı əlamətləri
Ərik dolması (foto resept)
Orduya dəstək mitinqi yoluxma sayını artırıb? - RƏSMİ AÇIQLAMA
Bakı metrosu mayın 11-də işini bərpa edir? - RƏSMİ CAVAB
Bakıya yağış, rayonlara qar yağacaq
Səyyar ASAN bu rayonlarda xidmətə başlayır
Bu da yeni Subaru
- ŞƏRHLƏR