Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Bakutel 2015” sərgisinə gələn və öz gələcəyini telekommunikasiya sektorunda görən gənclər üçün yaratdığı imkanları nümayiş etdirir.
“Bakcell”in stendində “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “AppLab” innovativ mobil developer layihəsinə həsr olunmuş xüsusi güşə yaradılıb. Burada “AppLab”ın indiyə qədərki məzunları - “Bethclip” və xərcim.az layihələrinin rəhbərləri mobil developer proqramları ilə maraqlanan gənclərə ətraflı məlumat verib, öz təcrübələrini onlarla bölüşürlər.
Bundan başqa onlar Bakcell stendində quraşdırılmış son model 3D printerinin işləmə mexanizmi ilə bağlı maraqlananlara məlumat verir, “Bakcell”in loqosu ilə 3D printerində çap olunmuş müxtəlif əşyaları sərgi ziyarətçilərinə hədiyyə edirlər.
Bakcell şirkəti Azərbaycanda mobil proqram tərtibatı sahəsinin zəruri şəraitlə təmin olunması istiqamətində əlindən gələni edir. Məqsəd mobil proqram tərtibatçılarının öz həmkarları ilə təcrübə mübadiləsi apara biləcəyi lazımi mühit yaratmaqdır. Bununla yanaşı Bakcell şirkəti mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin edir.
“Bakcell”in stendində “Smart Start” təcrübə proqramına həsr olunmuş guşə də gənclərin sərgidə ən çox baş çəkdikləri yerlərdən biridir. Bakcell şirkətinin insan resursları departamentinin əməkdaşları, eyni zamanda “Smart Start” proqramının ötən ilki məzunları öz gələcəklərini telekommunikasiya sektorunda görən və “Bakcell”də təcrübə keçmək arzusunda olan gənclərə proqram haqqında məlumat verirlər.
Akademik həyatdan karyeraya doğru addımlamaq imkanlarını asanlaşdıran “Smart Start” təcrübə proqramı sayəsində təcrübəçilər Azərbaycanın ən böyük şirkətlərindən birində təcrübə keçmək, biznes etikası, karyera inkişafı təlimlərində iştirak etmək və “Bakcell”də peşəkar mühitlə tanış olmaq imkanı əldə edirlər.
Bakcell şirkəti “Bakutel 2015” sərgisinə gələn bütün ziyarətçiləri öz stendinə dəvət edir və onlara xoş və əyləncəli mühitdə ən son texnologiyalardan istifadə etmək imkanı vəd edir.
XƏBƏR LENTİ
Xaçmaz rayon Mərkəzi Kitabxanasına 80 adda yeni kitab gətirilib
Qoltuqaltını ağardan 3 üsul
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda orqan köçürmənin qiymətlərinin
Azərbaycanda zəlzələ olub
Anasına 1 milyon xərcləyəcək-SƏBƏB
Facebook-dan pulsuz internet
Yetim qalan yurdum
Müəllimlərin peşə standartları hazırlanacaq
Səhiyyə Nazirliyindən dərmanların qiyməti ilə bağlı açıqlama
Hamiləlikdə özünə qulluq
Makiyaj möcüzələri
"Hüseyn Cavid. Əsərləri" (ilk Türkiyə nəşri, 2013)" kitabının növbəti təqdimatı keçirilib
Kraliçanın ləl-cəvahiratı satışda: 2 milyonluq boyunbağı
Bürclərin sevgidə qorxuları (2)
Leyla Əliyeva millinin üzvləri ilə görüşüb - FOTO
SİM kart telefona yox, qolbağa qoyulacaq
COVID-19-dan sağalanlar yenidən yoluxduqda daha təhlükəli simptomlarla üzləşir
Məktəbəqədər təhsilin dövlət standartları hazırlandı
Şokoladlı fransız ruleti (foto resept)
17 il əvvəl çökmə baş verən mədəndən sağ tapıldı
İdeal insanların həyata baxışı
Azərbaycanda ov mövsümü açıq elan edildi
Yeməklərinizə ləzzət, həyatınıza fayda qatın!
Azərbaycanlılar üçün daha bir Avropa ölkəsinə gediş-gəliş asanlaşdı
Moda tarixində mif və reallıq
Rəssam həbsxanada qalanda - FOTO
HAVA necə olacaq?- 27 APREL
Bəs, Beren Saat hanı?
Məşhur aktyor keçmiş xanımı məhkəməyə verdi-SƏBƏB
Avtomobil kreditləşməsi bərpa edildi
Diş məcunu yerinə… qırmızı şərab
Komandanın prezidenti bütün futbolçulara "Mercedes" hədiyyə etdi
Bakıda duman olacaq, külək əsəcək
“Marvel” filmlərinin ən güclü superqəhrəmanı gəlir - VİDEO
HAVA necə olacaq?
Azərbaycanda güclü qar yağdı
Xəmirsiz pizza (foto resept)
Azərbaycanda dərs ili uzadılır? - Nazir müavinindən AÇIQLAMA
Nə üçün təyyarədə ayaqqabıları çıxarmamalıyıq?
Bakı Metrosunda daha bir qadağa
İsti havalarda maye istifadəsi
Deniz Çakır hicablı qadınlara sataşdı
Sellülitə qarşı ən yaxşı 5 krem
Uşaqlarınızı bu qidalardan uzaq tutun
Sağalmaz dərdin dərmanı tapıldı
Gözəllik ifadəsini dəyişən model
Messi Ronaldoya çatdı
Xamalı peçenye (foto resept)
Azərbaycanda körpə adları: Payızəli, Yazilə...