Hörmətli Qadın.Net istifadəçiləri!
Bu gün sizlərlə səmimi söhbət edəcəm. Baş redaktorun portal istifadəçilərinə müraciəti, tövsiyyələri, məsləhətləri, nə ad istəsəniz qoya bilərsiniz.
Artıq bu istiqamətdə sayı çox olan xəbərləri işləyib ixtiyarınıza vermişik.Bəzilərində danlaq da olub, bəzilərində böyük xahiş, bəzilərində isə sırf öyrədici,maarifləndirici yazılar.
Bu gün isə sərbəst olacayıq.
Portalımızın fəaliyyəti özünün 5 - ci ilinə qədəm qoyub. Bu qədər zaman içində çox dəyişikliklər və çox nailiyyətlər əldə etmişik.Bunu görənlər görür,xoş niyyətlilər vurğulayırlar, arzularını bildirirlər, qısqanclar vurğulamasa da antireklamla hiss etdirirlər.
Sözüm bunlarla bağlı deyil amma. Portalımızda fəaliyyətə başladığım gündən onun inkişafı üçün həmkarlarım Ramil Hüseynov və Ənvər Əhmədlə birlikdə əlimizdən gələn yenilikləri tətbiq edib,yoxlamalar aparıb,bəzən uğursuz, bəzən da uğurlu nəticələr əldə etmişik. Hazırda qadın sektorunda ən öndə olan ölkə portallarından biri səviyyəsindəyik. Bunu dəfələrlə deməmizə gərək də yoxdur.Amma portalımızda bizi hələ də qanə etməyən,ən çox narahatçılıq duyduğum bir məsələ var. İstifadəçilərimizin xəbər hazırlama məsələsi.
3 ildir gözləyirəm,istifadəçilərin xəbər hazırlaması və göndərməsi yolunda cüzi irəliləyişdən savayı başqa bir şey yoxdur. Buna təəssüflənirəm.Baxmayaraq,saytımızda bu istiqamətdə bir neçə öyrədici , nümunə xəbərlər hazırlayıb efirə vermişik, əməl olunmasında az istifadəçi iştirak edib.
Sevimli portalmızın qaydalarını artıq bilirsiniz.Doğrudur,hər kəsin yazarlıq istedadı ola bilməz və hər kəs tələb olunan şəkildə yazılar hazırlayıb redaksiyaya göndərə bilməz. Bəzilərində nə edərsə etsin, “işləri düz getmir,nəticə alınmır ”.
Buna görə də , bu gün sizlərə əvvəlki xəbərlərimdən fərqli olaraq,söhbət edərmiş kimi xəbərlər üçün materilalların tapılması,mövzu seçilməsi,faktların toplanması və düzgün bir şəklə salınması haqqında məlumat verəcəm.
Əksəriyyət üçün ən çətin olanı mövzu seçimidir.Bildiyiniz kimi portalımızda digər milli saytlarda artıq efirə getmiş xəbərlərin kopyalanıb redaksiyaya göndərilməsi qadağan edilmişdir.Buna baxmayaraq hələ də,redaktorlarımız kopya xəbərləri silməkdə davam edirlər.
Bunun qarşısını almaq üçün bir istifadəçi olaraq gərəkdir ki, əvvəlcə portalın rubrika və bölmələrinə həvəslə nəzər salasınız.Özünüzü bir müxbir kimi hiss edərək, necə deyərlər “geniş açılmış gözlər və qulaqlarla” heç bir faktı qaçırmadan internetin sizə təqdim etdiyi informasiya imkanlarından , eviniz üçün alıb oxuduğunuz jurnallardan,qəzetlərdən portalımız üçün uyğun gördüyünüz materiallardan lazımınca ,yaradıcı yanaşaraq istifadə edəsiniz. Bundan başqa , skayner işini bacaran istifadəçilərimiz , müəyyən bir mövzunu seçərək, onun ətrafında şəkillər və materiallar toplayaraq silsilə xəbərlər və ya dərslər hazırlaya bilərsiz.
Qeyd edim ki,bizim portalın bir üstünlüyü də ondadır ki, burda mövzu bolluğu yetərli qədərdir.Misal olaraq,digər qadın saytlarında sırf bir istiqamətdə, moda,mətbəx,hüquq və s. əsas qabardılmış mövzulardırsa,bizdə qadınla bağlı hər cür mövzuya toxunmaq,hər cür istiqamətdə fikirləri ifadə etmək mümkündür. Sizə sadəcə xəbər hazırlamaq işinə yaradıcı yanaşmaq qalır.
Sual oluna bilər,hansı xəbərləri portalımız üçün daha məqsədəuyğun görürsünüz ?Aşağıdakı misalları göstərmək olar :
1. http://qadin.net/index.php?newsid=21083
2. http://qadin.net/index.php?newsid=13377
3. http://qadin.net/index.php?newsid=9623
4. http://qadin.net/index.php?newsid=8574
5. http://qadin.net/index.php?newsid=6053
6. http://qadin.net/index.php?newsid=10088
7. http://qadin.net/index.php?newsid=9906
Hansı xəbərlər faydasız görünür ?
Başlıqları bu cümlələrlə “Əziz xanımlar,sizlərə özümün bəyəndiyim filan geyimləri və ya əşyaları təqdim edirəm” başlayıb və ardından 15-20 şəkil düzülən xəbərlər.
Sual verə bilərsiniz ki,əgər belə xəbərlər lazımsız hesab olunursa,onda o bölmələr niyə açılırdı? Cavab - Bu tip xəbərlərin keyfiyyətini yüksəltmək üçün istifadəçilərimiz təqdim etdikləri moda,əşya və s. fotolarının hər biri haqqında ayrıca məlumat versələr,həmin fotoları niyə seçiblər,hansı fərqinə görə, xəbərə öz yaradıcı ruhlarını daxil etməklə seçdikləri fotoların təqdimatı daha gözəl olmazmı? Eyni zamanda ,məsələn,həmin fotolardakı geyim və ya əşya haqqında əlavə məlumatlar da almış olarıq.
Copy-paste əməliyyatlarına son qoymaq üçün nə etməlisiz?
Əvvəlcə sizi bu terminlərlə yaxından tanış etmək istəyirəm.
1.Copyright – Müəllfin özünə mıxsus,heç bir yerdən köçürülməyən və öz yaradıcı düşüncəsinin məhsulu.
2.Rewrite – Başqa bir müəllif tərəfindən yazılan yazının dəyişdirilməsi və ya yenidən işlənməsi.
3.Copy -paste – Başqasına məxsus yazının olduğu kimi kopyalanması.
Bizim portal üçün uyğun olanı yuxarıda göstərilən 2 termindən istifadə etməkdir. Seçim sizə bağlıdır.İstəsəniz müəyyən bir mövzu haqqında öz düşüncələrinizi və ya araşdırmalarınızı,istəsəniz də digər xarici saytlarda dərcə getmiş xəbər və materialları “Rewrite” etməklə bir-birindən maraqlı xəbərlər hazırlaya bilərsiniz. Məşhur bloqçular var ki, jurnalistika və yaxud da filologiya fakültələrini bitirməyiblər, onlar sadəcə gördükləri işi sevərək ediblər,həvəslə yanaşıblar və uğurlu nəticələr əldə edə biliblər.Bunları siz də edə bilərsiniz.Əsas öz gücünüzə inanmaq və hər şeyin uğurlu alınacağına inamla yanaşmaq lazımdır. Bir də təbii ki, xəbərlər üçün fotoların seçilməsi də xəbərin keyfiyyətini artıran faktorlardan biridir. Həvəslə yanaşsanız saytımızda “Proqramlar” bölməsində Photoshop proqramı dərsləri verilmişdir.Onları öyrənməklə fotolarla işləmək qaydalarına yaxından bələd ola bilərsiz.
Bu xəbər portalımıza həm yeni gələn istifadəçilərimiz,həm də köhnə istifadəçilər üçün kömək məqsədi ilə hazırlanmışdır.Elə bilirəm,xəbəri diqqətlə oxuduqdan sonra şərhlər bölməsində artıq "Mənim xəbərim haqsız yerə silinib", "Niyə xəbərimi silmisiz,o boyda əziyyət (bir -iki cümlədən ibarət 15 şəkilli xəbər) çəkmişdim" kimi gülməli cümlələri oxumayacayıq.
Əziz Qadin.Net-lilər ümid edirəm,bu xəbərdən sonra redaksiyamıza daxil olacaq istifadəçi xəbərləri bizləri sevindirəcək,eyni zamanda sizlər də öz işinizdən böyük zövq alacaqsınız. Hər birinizə uğurlar arzu edirik!
P.S. Bu xəbəri yenidən efirə verməli olduq.Səbəb, hələ də istifadəçilər tərəfindən göndərilən xəbərlərdəki qüsurlarla bağlıdır.Hazırladığınız xəbərlərdə mətnə diqqət etməklə yanaşı seçdiyiniz foto şəkillərin eyni ölçüdə olmasına da xüsusi diqqət yetirmək lazımdır,çünki hər bir şəkil haqqında fikrinizi qeyd olunur mətndə,buna görə redaktorlar həmin şəkli dəyişə bilməzlər.
Qeyd : Hörmətli istifadəçilərimiz, xəbərlərinizi hazırlayarkən xəbər mətni ilə,şrifti və ölçüsü ,mətn rəngi ilə çox oynamayın.Yazı panelindəki müxtəlif düymələrə basmayın.Belə olduqda bütün mətn korlanır və yenidən bərpa etmək uzun zaman alır,hətta bəzən texniki işçiləri köməyə çağırmalı oluruq. Ən əsas məsələ,xəbərdə mətnləri mərkəzə gətirməyin, mərkəz üçün lazım olanı redaktorlar özləri edəcəklər.İngilis əlifbası ilə yazılmış mətnləri göndərməyin...
XƏBƏR LENTİ
4 günə 4 kiloqram arıqladan pəhriz
20 düşmən əsgəri məhv edildi
Sobada toyuq( foto resept)
"Yeni il fişəngi" salatı (foto resept)
Lavrov və Kerri Dağlıq Qarabağda vəziyyəti müzakirə ediblər
Hər kəs kralın nişanlısına baxmaq istədi-Sayt çökdü
"Şahdəniz"in işlənməsi üzrə müqavilənin müddəti 2048-ci ilə kimi uzadılır
Çardağa atılmış köhnə çaynik yarım milyon dollara satıldı
Mehriban Əliyeva qızları ilə bayram şənliyində - FOTO
İsraildə Azərbaycandakı tolerantlığı əks etdirən fotosərgi keçirilir
3 yaşında itən qızın 24 il sonra valideynlərinə qovuşdu
Azərbaycanda təhlükəli virus
Beş rayonda qaz olmayacaq - Xəbərdarlıq
Koronavirus mutasiyaya uğrayıb: 260 dəfə daha təhlükəli hal alıb - VİDEO
Fransa Kuboku: PSJ öz evində biabır oldu
İpək kimi saçlar üçün mayonez maskası
Səhiyyə Nazirliyindən əhaliyə VACİB XƏBƏRDARLIQ
Soyuq havalarda uşaqları necə geyindirməli?
Alkoqolun əsir aldığı kişilərlə necə rəftar etməli?
Müəllimlər mənzillə təmin olunsun
Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi - RƏSMİ
İt internet ulduzuna çevrildi - FOTO
Ziyafət geyimləri
Müdafiə Nazirliyi: “Əməliyyat şəraiti tam olaraq ordumuzun nəzarətindədir”
Melaniya Tramp: “Donald rahatlıq tapmayacaq”
Gəncədə 5 zavod tikiləcək
İsmayıllı qar yağdı - FOTO
Zəngilan rayonunun görüntüləri - VİDEO
Bakıda avtobus sahiblərinə qarşı şərtlər irəli sürüldü.
Azərbaycanda bu iş yerlərində bayram tətili olmayacaq - SİYAHI
Vaksin üzərində çalışan türk həkimdən şad xəbər
Azərbaycandilli Vikipediya bizi qane edirmi?
Göz rənginə görə ənlik seçimi
Nazirlikdən xəbərdarlıq: güclü külək əsəcək
HAVA necə olacaq? 24 İyun
Macar pizzası
İkimərtəbəli elektrik qatarları Azərbaycana göndərilib
İlham Əliyev nazirə vaxt verdi
İnanılmaz hadisə: Satmaq üçün apardığı qoyunu...
Sobada südlaç (foto resept)
47.3 milyon manatlıq nadir brilliant üzüyü kim alıb?
Azərbaycanda koronavirusa yoluxma ilə bağlı HƏYƏCAN TƏBİLİ
Bu gün Nobel mükafatları təqdim olunacaq
Gecə lampaları
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Bu gecə Azərbaycanda saatların əqrəbi çəkiləcək?
İnternat evlərində göstərilən sosial xidmətlər genişləndiriləcək
"Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları" kitabı nəşr olunub
Ballı suyun sağlamlığa faydası
Məhsəti Gəncəvinin 900 illik yubileyi ilə əlaqədar Fransanın Reyms şəhərində tədbirlər keçiriləcək
- ŞƏRHLƏR