Əziz xanımlar, insanların hobbiləri mənə çox maraqlı gəlir. Ona görə də bu xəbəri hazırladım. Buyurun, istifadəçilərimizin hobbiləri ilə tanış olun!
duygu taner
Mənim hobbim sevdiyim insana sms yazmaqdır. Başqa hobbilərim də var: boş vaxtlarımda Qadın.Net saytına girmək, ixtisasımla əlaqəli kitabları oxumaq, musiqiyə qulaq asmaq, İngilis dili ilə məşğul olmaq.
ulya_19
Mənim hobbim kitab oxumaq, musiqiyə qulaq asmaq, bir də tutuquşularımla danışmaqdır.
Semedova
Hobbim kitab oxumaq, mümkün qədər həyatda çox şey öyrənmək, hər şey bilmək, araşdırmalar aparmaqdır.
elish
Əvvəllər, yəni uşaqlıqda "Turbo" saqqızının şəkillərini yığırdım. 1000-ə yaxın yığmışdım, bəlkə də çox. Daha sonra isə hər ölkənin köhnə pullarını yığmağa başladım. Sonra yoruldum və hamısını payladım.
afa75
Boş vaxtlarımda kitab oxuyur, şeir yazıram.
Fatma
Mənim ən böyük hobbim krossvord həll etməkdir. Bizdə yalnız krossvord qəzetləri tapmaq olur. Hətta mağazaya gedərkən satıcının stolunun üstündə də görsəm, tez baxıram görüm həll edə bilirəm.
icome2009
Əl işləriylə məşğul olmağı çox sevirəm. Bizim saytlarda əl işi nümunələrinə az-az rast gəlindiyinə görə daha çox türk və rus saytlarından istifadə edirəm. İpək və organza lentlərdən istifadə etməklə güllər, ya da müxtəlif aplikasiyalar, sevdiyim insanlar üçün səccadələr, stolüstü kiçik tablolar hazırlayıram. Bütün işlərim ya lentlərdən, ya da parçalardandır. Üzərinə əynində palto, başında şlyapa və əlində çanta olan balaca qızcığaz aplikasiyası etdiyim bu torbanı (çanta da demək olar) gələcək qızım üçün hazırlamışam - onun paltarlarını yığmağa.
aishvarya rai
Mənim hobbim hind filmləri klipləri, musiqiyə qulaq asmaq və velosiped sürməkdir.
mexbube
Mənim hobbim cehiz, ətir, salfetka yığmaq və Qadın.Net-də olan bütün praktik məsləhətlərlə yemək reseptlərını Word-də yığmaqdır.
ferihan
Mənim hobbim qeyri-adi yeməklər və şirniyyatlar hazırlamaqdır. Qız vaxtı tikişlə məşğul olurdum. İndi isə yemək və şirniyyatlar bişirirəm. Dadlı alınır. İndi yeni reseptlər tapmışam, hazırlayıb sayta verəcəyəm.
so_LoNeLy
Hobbim boş vaxtlarımda rəsm çəkmək, musiqiyə qulaq asmaq və ya maraqlı kitablar oxumaqdır.
nurlana 0915
Mənim hobbim fotoşəkil çəkməkdir. Uşaqlarımın şəkillərini çəkməyi çox xoşlayıram. Demək olar ki, hər pozada şəkilləri var - yatanda, çiməndə, yemək yeyəndə və s. Başları bir işə qarışan kimi foto və video çəkirəm. Təsadüfi şəkilləri maraqlı alınır. İkinci hobbim şoppinqdir. Bütün qadınlar kimi alış-verişi cox sevirəm.
QWEN85
Hobbim şəkil çəkmək və jurnal oxumaqdır.
musi123
Mənim hobbim maraqlı salat reseptləri öyrənmək və hazırlamaqdır. Bu zaman əsəblərim sakitləşir. Bir də İnternet mənim hobbimdir. Burada məni maraqlandıran xəbərləri tapıb oxumağı sevirəm. Ən çox baxdığım sayt Qadın.Net-dir. Onsuz bir günüm olmasın. Uşaqlarımla oynamağı da çox xoşlayıram, onları çox sevirəm.
Z_U_Z_U
Mənim birinci hobbim bütün gün mağazaları gəzmək və mütləq nəsə almaqdır. Nə qədər paltar, çanta, ayaqqabı alsam, yenə gözüm doymur. Yoldaşım mənə deyir: "Axırda paltarlarını qonşunun şkafından aparıb asacam". İkinci hobbim İnternetdə olmaq və ən çox sevdiyim saytım olan Qadın.Net-ə baxmaqdır.
bxmbxm
Mənim hobbim öz oxuduğum məktəblə - yəni milli rəqslərlə bağlıdır.
Trinida
Mən də öz hobbilərim haqda yazmaq istəyirəm. İki oğlum var, onlarla ekskursiyaya getməyi xoşlayıram. Yəni yayda rayonlara gedəndə onları meşədə, dağda, dərədə gəzdirirəm. Onlarla ağaclar, yarpaqlar, güllər haqda ətraflı danışıram. Şəhərin hər yerini gəzdirmişəm - zoopark, muzeylər, İcərişəhər, Qız qalası, uşaq əyləncə yerləri. İstəyirəm ki, hər şeyi öyrənsinlər. Qışda bütün qohumlar üçün nəsə toxuyuram. Əl işləri ilə məşğul oluram. Yemək bişirməyi çox sevirəm. Xəmir yeməklərinə üstünlük verirəm. Boş vaxtlarım Qadın.Net- də kecir. Bu qədər.
Serxan Abbasov (DedeQorqud)
Hobbim kicik həşərat növlərini və əsasən də kəpənəklər yığmaqdır. Təbiəti çox sevirəm... Çünki özüm də təbiətin bir parçasıyam...
Sonda mən də öz hobbimi yazmaq istəyirəm. Mənim hobbim maraqlı şəkillər yığmaq, İnternetə baxmaq, müxtəlif şəkillər çəkdirmək, bir-birindən gözəl şamlar yığmaq və s-dir.
Cavab yazdıqları üçün bütün xanımlara minnətdarlığımı bildirirəm. Deyin, kimin hobbisi xoşunuza gəldi?
XƏBƏR LENTİ
Putin İlham Əliyevə məktub yazdı
Hava şəraiti dəyişir: öncə qızmar yay, sonra sərin yaz - YENİLƏNİB
Hamiləliyin yadda qalan nöqtələri
Öpüş xəstəliyi - mononükleoz
Viktoriya Bekhem uşaqlarını xaç suyuna saldı-FOTO
Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür
Stiven Siqal Bakıdadır
Asan rulet börek (foto resept)
Balerina (rəqqasə) pəhrizi
Ölü Dənizdə 1200 illik tapıntı
Receb İvediyin 100 minlik dekorasiyası dağıldı
“Bütün günahlar Rusiyadadır”
Gülşənin doğuşdan sonra necə arıqlamasının sirri
Dadlı halva (foto resept)
Sofiya Rotaru reanimasiyaya yerləşdirildi
Yeni instagram trendi: makiyaj yoxsa təbii gözəllik
Beyza Şekerci oğlunun FOTOsunu paylaşdı
Mübariz İbrahimovu bundan sonra belə görəcəksiniz
Azərbaycanda güclü zəlzələlərin ola biləcəyi zonalar
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
DİQQƏT: Bu, siqaret qədər zərərlidir
Sabahdan hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Rəsmi Bakıdan Yahoo-ya etiraz
BASDIRMA (foto resept)
HAVA necə olacaq?
2012-nin gəlinlik tac və aksessuarları
Günün qoroskopu:Hisslərinizə uymayın!
Uşaqlarınızı hovuzda qorumağın yolları
Xəyallarımızdakı evlər
"Mourinyo futbol üçün böyük təhlükədir"
Bir binanın üzərində Parisin 750 illik tarixi
Hər kəs bu qızdan danışır-SƏBƏB/FOTO
Xallı geyim nümunələri
HAVA necə olacaq?
Çempionlar Liqasında rekordlar mövsümü...
Pomidorun qiyməti kəskin ucuzlaşdı
Məşhur müğənni üçüncü dəfə ərə gedir
Maraqlı ixtiralar
FİFA Messini seçdi
Leydi Qaqanın tərzi
Orqanizmdə vitamin C çatışmazlığı nə "vəd" edir?
Hava haqqında - 21.09.2013
Hadise bacısı ilə barışdı-FOTO
Ağcaqanad yarası üçün məlhəm
Xarab lampaları necə istifadə etməli?
Bu günün hava proqnozu
Soyuq havalarda izləyə biləcəyiniz 5 film
Uşaq ayaqqabıları
3 nəfər bir uşaq dünyaya gətirəcək
Azərbaycan tarixindən yüz şəxsiyyət-5
- ŞƏRHLƏR