superisi
Sayta girəndə belə gözəl dostlar qazanacağımı bilmirdim, sadəcə xəbərləri oxumaq üçün girmişdim. Burada ilk tanıdığım insan dost Ulduz olub, çox səmimi biridir. Allah onun 2 gözəl balasını saxlasın. Sonra Könülümlə (в™Ў вњ°PrINcESsAв™Ў вњ°Samirвќ¤) tanış oldum. Çox da yaxın deyildik, salam-sağ ol məsələsi... Nə isə, sonra problem oldu sayta girmədim. Amma yenə geri gəldim və Könülümlə çox yaxın dost oldum. Könül sayəsində də Aynuşu (бѓ¦РњРѕСЏ любовьღ (♥Nişanlı♥)) tanıdım, onunla da çox yaxın dostam. Aynuşun sayəsində də Firamla (arzum_muradim.) tanış oldum. Çox saf qızdı mənim kimi. Qaldiki Səfiyyəyə (вќ¤вњ°Musviq в™Ў Sefiyyeвњ°вќ¤) Könüllə çox smsləşdiyini gördüm və Könülu çox qısqandım. Səfiyyə isə Könülün xalası qızı olduğunu dedikdə çox güldüm özümə. Nə isə tanıdıqlarımın hamısını çox istəyirəm, əsas da bütün sirlərimi bölüşdüyüm Könülüm və Aynuşum - sizləri çox istəyirəm yaxşı ki varsız. Burdan da dostluğunu qəbul etmədiyim istifadəçilərdən üzr istəyirəm. Qəbul etsəm problem olar, xahiş edirəm başa düşün.
Sirli_dunyam
Bu sayta gəldiyim gündən qızların mehriban olduğunun şahidi oldum. Arada qəlbimə dəyən şeylər olduğu üçün inciyib getmişdim, amma bacarmadım, təzədən gəldim. Sevgi bacımı çox istəyirəm, həmyaşıd olduğumuz üçün söhbətimiz də yaxşı tutur. Gülər bacımın da qəlbimdə yeri tamam başqadır, Allahımdan ona bir körpə arzulayıram ki, qoy arzusuna çatsın, Amin. Haceti-Vüslat bacım, Sonay Quluzadə, Pervane Eliyeva..... - bu xanımlar dostluğumda olmasalar da çox böyük hörmətim var onlara. Sonda isə saytımızdakı bütün xanımlarmıza ailə xoşbəxtliyi, sevinc dolu günlər arzulayıram, həmişə sevib-seviləsiniz, əziz Qadin.Net istifadəçiləri.
Zumrud Nurullayeva
Mən bu sayta ilk dəfə 2011-ci ildə dekabrda girmişəm Zümi25 nikiylə. Bir az gəzdim nəsə maraq hiss etmədim, hissiyatım yox imiş yəqin, daha 6 ay girmədim. 18 iyun 2012-ci il yemək axtaranda gözüm ilişdi Qadin.Net loqosuna. Döndüm, gördüm parolumu unutmuşam. Yeni qeydiyyatdan keçdim, səhv etmirəmsə ilk dostluq koke_788-dən gəldi, şəxsi ismarıcla söhbətləşirdik, amma belə dostluqlar gəlib, mən də təklif göndərmişəm, ən çox Gulya, Sara Huseynzade, E.Xeyale, koke_788, Mələyim, Maya.El, Ləman bacılarımla danışmışam, hətta dostluğumda olmayan qadınlarla söhbət etmişəm, 1 ayın ərzində özümü ulduz kimi hiss edirdim, tez-tez sual-cavaba tutulurdum, bəlkə də yeni idim, hamıda maraq doğurmuşdum.Ən maraqlı və utandığım gün Aytən bacımla tanış olmağımız oldu, onu koke_788 adlı qızla səhv salmışdım, əslində elə Aytənə yazmalı idim mövzunu. Bir də Mirə ah ilə tanışlığımız unudulmazdır, şərhlərdə onun paştet resepti axtardığını gördüm, düşünmədən ismarıcla yazdım etmək qaydasını, 4 gün dost olmadan danışdıq, 5-ci gün təklifini görəndə nədənsə çox sevindim. Həmişə deyirəm Allah paşteti icad edəndən razı olsun. O gün-bu gün Aytən və Mahirə mənim üçün virtualda deyil, həyatda bacı oldular, çox qapalı olan Zümrüd telefon nömrəsini belə verdi. Hətta anama demədiyim sirrlərimi bu 2 bacıma rahatlıqla deyə bilirəm. Mahirə ilə bu yay Azərbaycana gələndə Bakıda görüşdük, çox sevinirdim ki, məni belə çox istəyən dostum var. Kaş ki Aytən ilə də canlı görüşüm baş tutaydı. Bu saytın baş redaktoru Ceylan xanıma və hər bir iştirakçısına sonsuz minnətdaram, çünki Qadin.Net sayəsində maraqlı məlumatlar dadlı yeməklər, gözəl dostlar və bacilar qazanmışam. Deyəsən çox danışdım, amma bu saytla unudulmazlarım çoxdur nə qədər yazsam bitmez. Son zamanlar gec-gec girsəm də fikrim buradakı bacılarımda olur.
GODDESS_OF_BEAUTY
Dostluğa dəyər verirəm. Hələ sadiq dost üçün candan belə keçməyə dəyər. Qadin.Netdə sevimli simalar çoxdu. Bəziləri ilə ünsiyyət qurmaq istəsəm də alınmayıb, çünki özlərini qoyublar dağın başına. Başlayaq sevimli simaları sadalamağa. Ruhəngiz bacı - çox sevirəm bu xanımı, böyük bacımdı. Pervanə Əliyeva ilə yeni ünsiyyət qursam da çox dəyərli xanımdı. Hacet-İ Vuslat - sevirəm də bu xanımı, çox mehribandı, özü qəbul etməsə də. Yağmur Ağayeva - canımdı bu qız mənim. Princessa Samir - xətrini çox istəyirəm. Yegiş küsəyən bacımdı. Kefinə düşəndə mənə yazır. (бѓ¦РњРѕСЏ любовьღ (♥Nişanlı♥) çox səmimi xanımdı. Gültən Mirlə ünsiyyətim çox olub, əla xanımdı. Dj Elena, şəxsi münasibətimiz olmasa da sevimli simalardan birisiz. Garibe Mamedova çox səmimi və mehriban xanımdı. Light in the dark adaşımdı və şipşirindi. Hələ ki bunları qeyd etdim. Elena xanım, çox sag olun məni unutmadığınıza görə. Sonda əzizlərim, gəlin can deyib, can eşidək ki, bir-birimizin sevimli simalarına çevrilək.
♥A.Ravana♥
İlk öncə xəbərinizdə mənə də yer ayırdığınız üçün sizə təşəkkür edirəm. Qadin.Netlə tanışlığım 15 oktyabr 2011-ci ildə olub. Artıq burada 2 yaşımın tamam olmasına az qalıb. Bu müddət ərzində burada çox gözəl, mehriban, səmimi, cana yaxın insanlarla tanış olmuşam. İstər dostluğumda olan olsun, istər olmayan, hamısını çox istəyirəm. Tək-tək adlarını çəkmək istəmirəm, çünki xəbərinizdə başqa istifadəçilərə yer qalmaz. Qadin.Netin bütün istifadəçiləri mənim üçün əzizdir. Hamısına xoşbəxtlik arzulayıram .
♥♥♥DJ Elena♥♥♥, sizə də uğurlar.
İlk öncə onu deyim ki, Qadin.Net saytı mənim üçün doğma və özümü rahat hiss edə biləcəyim saytdı. Mənim həyatda doğma bacım olmasa da burda bacı kimi çox istədiyim dostlarım çoxdu. İlk öncə dostluğum gəlinimiz Gümüşlə olub, onu da deyim ki, elə bu saytı o, mənə məsləhət görüb.:smile Sonra DJ Elenayla tanışlığımız oldu, bir neçə gün yazışdıq, amma neçə vaxtdır ki, yazışmırıq. Düzünü desəm darıxmışam. Dostluğumdakı bütün qızların hamısı mənə əzizdi. Ən çox istədiyim bacılarım siyahısında ilk yeri Azadə Həbibzadə tutur, onunla demək olar ki,hər dəfə danışıb həyatımızdakı hər olanı bir-birimizlə paylaşırıq. Sonra Takataku, Nərmin, Aytən (totu), Adila Hebibi, MaviGülüm, Hacli, Rəna və s.... İnanın ki, bu siyahını kifayət qədər uzatmaq olar, həqiqətən deyirəm, mən sizin hamınızı çox sevirəm və sizin aranızda olmaqdan çox şadam. Nə yaxşı ki, Qadin.Net saytı var...
Artıq 2 ildir ki Qadin.Net saytındayam. Bu illər ərzində bir çox xanımla ünsiyyət qurmuşam. Amma hər ünsiyyət qurduğuna dost demək olmaz. Dost qazanmaq üçün sən özün də yaxşı dost olmalısan. İnsan bütün həyatı boyu dost köməyinə, yoldaş yardımına ehtiyac duyur. Dostluq ilk öncə mehriban və səmimi rəftar deməkdir. Dostlarımı çox istəyirəm. Xətrini əziz tutduqlarımdan Alisa (Pərvanə bacım), Yegiş, Narin Əliyeva, Tutu ,Mələyim, Madam, Pərvanə, Nərmin, Gülnaz, Ləman və adlarını yaza bilmədiklərim inciməsinlər. Yazsam bura dolar.Amma mənim ürək dostlarım bir neçədir. Adaşım Ruhəngiz, balaca-zəlzələ, hər fəsil gözlədim (Samirə) və qızım qədər istədiyim Yağmur. ALLAH hamınızı var eləsin, xoşbəxt olun. Amin.
Ayka S
Mənə əzizdir bu sayt. İlk önce ilk əziz dostum YEGANE olub, onunla çoxlu xatirələrim, şirinli-acılı günlərim çox olub. Sonra Meleyim, Madam, bacım Guluşum, Dr Agayeva, Hacet-i Vuslat, Sirin, Ləman, Fatma xanımdır - xasiyyətini çox sevirəm, bir də canım, sənsən, DJ Elena. Qızların hamısının xasiyyəti yaxşıdır, ən çox burda qızlarla yazışıram, hər şəy maraqlıdır burda, təşəkkür edirəm.
♥♥♥DJ Elena♥♥♥
Mən ilk dəfə may ayının 14-ü bu saytda qeydiyyatdan keçdim. Artıq 1 il 5 aydır ki, bu ailənin üzvüyəm. Burda sizinlə olduğum üçün çox şadam. Bizə belə şərait yaradan, əziyyəti olan hamıya öz təşəkkürümü bildirirəm. Mənim sevimli simalarım çoxdu, ad çəkməyəcəm, hamınızı çox sevirəm.
Son
XƏBƏR LENTİ
Bu gün atəşfəşanlıq olacaq
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
Batanları xilas etmək üçün “canlı zəncir” yaratdılar
Haluk Levent üsyan etdi: - "Nankorsunuz"
Astronomiyadan təsirlənən manikür
Azərbaycan tarixindən yüz şəxsiyyət-81
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Ana südü çatışmırsa
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Günün ulduz falı
Cinsi həyatınızın qayğısına qalın
Polis Akademiyasında oxumaq istəyirsiniz?
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Karma qanunu
Qurban Qurbanov koronavirusa yoluxub
“Uzunömürlülüklə məşğul olan elmi-tədqiqat mərkəzi yaradılmalıdır”
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Saç tökülməsinə qarşı maska
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR - FOTO
Cavanlıq sirri qulaq arxasında gizlənib
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Rusiya şokdadır: rubl dibə vurdu
Ledi Qaqa Bakıya neçəyə gəldi?
Brüksel kələmli makaron (foto-resept)
Çin balqabağının nəyi yaxşıdır?
Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı
Nişanlılıq dövrü
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Xəstəliklərin psixoloji səbəbi var!
Kokoslu peçenye (foto resept)
Ərikli bükmə (foto resept)
Leonardo Di Kaprio tanınmaz halda-FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Virtual Mercedes real olacaq
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Solyari dəri xərçəngi əmələ gətirir?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan
Azərbaycandan sərt etiraz
Antibiotiklər: yanlış fikirlər və reallıq
Dəbli pencəklər
Naxçıvana qar yağır - FOTO
Braxioplastika – qolların gərilməsi
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
BÜRCLƏR bizə nə vəd edir? - 13 Aprel
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi
- ŞƏRHLƏR