Qadın.Netdə xoş anlarım çoxdur. Bütün xanımlardan razıyam. Ən xoş anım redaktor olduğum andır. Gözləmədiyim halda redaktor oldum və işimi layiqincə görməyə çalışıram. Bunun üçün Ceylan xanıma təşəkkür edirəm. Daha sonra hər sözümü rahatlıqla deyə biləcəyim dostlar əldə etdiyim anlardır. Ümumiyyətlə, saytımızda vaxtım xoş keçir.
Xəyalə Murad
Qadın.Net hər zaman mənə evim kimi olub. Bəzən canlı bir varlıq olaraq baxmışam ona. Səhifələrində, xəbərlərində, şərhlərində, hər yerində doğmalıq hiss edirəm. İlk dəfə saytımıza Yeni il günü rast gəlmişəm. Yeni ilin ilk hədiyyəsi idi Qadın.Net. Bir anlıq möcüzə kimi gəlmişdi mənə. Çünki ilk dəfə milli dilimizdə qadınlarımıza aid edilmiş bir saytla qarşılamışdım. Köhnə dizaynda olsa da isinmişdim, alışmışdım. Sonra yenilənərək daha da gözəlləşdi, çiçək açdı. Bu saytla bağlı ilk xoş anım onunla tanışlığım olub. Növbəti ilk xoş günüm saytın yeni dizayna keçməsi olub (səhərdən axşama kimi gözləyirdik). Daha sonra ilk xoş anım ilk xəbərimin efirə getməsi olub. Şərhlərimi izləyən, fikirlərimlə maraqlanan istifadəçi ismarıcları da növbəti xoş anlarımdan olub. Bir gecə redaktorluq təklifi almağım isə heç arzu etmədiyim, lakin böyük məsuliyyət və sevinc içində qarşıladığım xəbər olub. Heç zaman unutmadığım isə Ceylan xanım tərəfindən ad günümə ilk elektron kitabımın hədiyyə edilməsi olub. Xoş anlarım çoxdur, əlbəttə ki, illərin, ayların, həftələrin ötməsi ilə onların da sayı artır. Əminəm ki, illər belə keçsə, Qadın.Net var olacaq və günü-gündən çiçəklənəcək. Bizim də xoş xatirlələrimizin sayı sonsuz olacaq.
R.G.AL-SU
Qadın.Netlə bağlı xoş xatirələrim çoxdur: ik xəbərimin çıxması və ilk status aldığım günlər, Qadın.Netlilərin görüşündə qızlarla canlı bağlantı demək olar ki ən xoş xatirələrimdir. Maraqlı bir hadisə danışım. Bir gün Pərvanə xanım ''Ayı balası'' adlı tort hazırlamışdı və mən xəbərin şərhində belə yazmışdım: ''Bu tortu çox bəyəndim, amma heyif ki, o qabdan yoxumdur, yoxsa indicə durub bişirərdim''. Sən demə, canım bibim şərhimi oxuyubmuş və 1 həftə keçmədi ki, Bakıdan Moskvaya mənim üçün həmin qabdan alıb göndərmişdi. Bax belə, Qadın.Netlə bağlı unutmadığım bir xatirə qaldı mənə.
Deniz84
Mənim bu sayta gəlməyimin özü xoş xatirədir. Yaxın bir rəfiqəm dedi ki, "Qadın.Net adlı sayt var. Çox gözəl saytdır. Gəl səni də tanış edim". Artıq 6 aydır burdayam. Ev işlərindən, məişət problemlərindən yorulanda bura gəlib dincəlirəm. Burdakı gözəl xanımları tanımaq elə xoş xatirədir. Ancaq bir gün öyrəndim ki, çox sevdiyim bir rəfiqəm də burda imiş. Mənsə bunu bilmirdim. Məndən gizlədib ki, sürpriz etsin. Bir gün onunla burda danışarkən mənə əslində kim olduğunu dedi. Həmin vaxt şoka düşdüm. Həm də çox sevindim. Bax, burda yaşadıgım xoş xatirələrimdən biri budur. Artıq yeni status almışam. Şoka düşmüşdüm, çünki status alacağımı gözləmirdim. Bu da xoş xatirədir mənim üçün.
SəRRaS
Qadın.Netli olmağımın hələ 1 ili tamam olmayıb. Səmimi sözümdür, mən 3 ildir xaricdə yaşadığım üçün çox darıxırdım, internetə girirdim, amma elə fırlanıb çıxırdım. Heç bir sosial şəbəkələrə də girmirəm. Burada mən özümdən yaşca böyük çox insanlar tapdım, hansı ki, onların mənə çox xeyirləri dəydi. Ən xoş xatirəm isə Louis Vuittonla, yəni Sevinc xanımla tanışlığım olub. Mən hər zaman onun şərhlərini oxuyurdum, səhifəsinə girirdim. Uzaqdan tanış idik, amma çox çəkinirdim, öz-özümə düşünürdüm ki, görəsən nə vaxtsa mən də onunla aramızda məsafə olmadan söhbət edə biləcəyəm? Çox şükür, tanış oldum və onunla skaypda danışıb səsini eşitdiyim gün dünya mənim oldu. Günlərlə səsi qulağımdan getmədi. Mən onu anam bilirəm, anama belə demədiyim sözlərimi ona dedim. O da bir böyük olaraq mənə çox yaxşı məsləhətlər verdi. Sonra ad günümü burada keçirdiyim üçün çox sevincliydim. Ümumiyyətlə, çox yaxşı dostlar tapdım, gözəl insanlarla tanış oldum, bunlardan biri də sənsən, bacı. Sonra Yağmur damlası adlı istifadəçimiz ən pis vaxtımda mənə kömək etdi, onu da çox istəyirəm. Eləcə də lovable_madam bacımın mənə çox köməyi dəyib. Elə bu yaxınlarda saytda çox sevindim ilk xəbərim çıxanda. Xəbər göndərmək çoxdankı arzum idi. Madam mənə o gücü verməsəydi, elə cəsarətli olmazdım. Elə həmin gün günün müəllifi oldum, çox sevincliydim. Redaktorlarımızdan Almaz xanımın mənə yaxınlığı olub. Onu da deyim ki, mən uşaqlqıdan yaşımın az olmasını istəmişəm, amma həmişə arzu etmişəm ki, özümdən yaşca böyük insanlarla əlaqə saxlayım. Ona görə də Qadın.Net mənim uçün inanılmaz fürsət oldu. Adlarını yazmadığım çox insan var burda. Sağ ol canım, xəbərində mənə də yer ayırdığın üçün. İnşAllah, saytımız uzun ömürlü olar və inşAllah növbəti Qadın.Netlilərlə görüşdə mən də olaram.
ARiEL_ViViAN(SaMiRə)
İlk öncə sənə çox təşəkkürlər xəbərində mənə də yer ayırdığın üçün. Demək olar ki, 2 ildir bu sayıtın istifadəçilərindən biriyəm. Bu sayıt həqiqətən mənə çox doğmadır. Bu saytla ilk tanışlığım tort resepti axtararkən oldu. Qeydiyyatdan keçdim, gördüm ki, maraqlı xəbərlər olur. Oxuyub şərh yazırdım və beləliklə, vaxt keçdi, mən də artıq bu saytın daimi istifadəçilərindən oldum. Sayta gələndə ilk mənə hədiyyə göndərib "Xoş gəldin aramıza" deyən Yekta oldu. Daha sonra xanımların səmimi, mehriban olmaları məni bura daha çox bağladı. İlk "Dərman əvəzinə meyvələr" adlı xəbərimi hazırlayanda çox çətinlik çəkdim, sağ olsun Şəbnəm mənə kömək etdi və xəbərim dərc olundu. Çox sevinmişdim və beləliklə, mənə Yaqut, daha sonra Zümrüd statusu verildi. Onu da deyim ki, artıq 2 ildir ad günümdə real həyatdakından çox burda təbriklər alıram. :) Bir sözlə mən bu saytda olduğum üçün, burda səmimi və mehriban dostlarım olduğu üçün çox şadam.
Günel Əsədova
Qadın.Net mənim üçün çox dəyərlidir. Ən yaxın dost və ya rəfiqədən daha əziz. Çünki Qadın.Netdə çox dəyərli və əziz insanlarla tanış olmuşam. Ən çətin günlərimdə dərdimi bu saytla yüngülləşdirmişəm. Yadda qalan xoş günüm ilk yazımın - "Yuxuma gəlmişdin" adlı şeirimin saytda dərc olunduğu gün olmuşdu. Uçmağa qanadım yox idi. Hər bir şərhi min dəfə oxumuşdum bəlkə. Sonra da başqa yazılarımın dərci məni çox sevindirmişdi. Bir də gözəl, əziz dostlarımı tapdığım, tanış olduğum günləri heç vaxt unutmaram.
kamile
Qadın.Net ilə bağlı xatirələrim çoxdur. Əslində bu saytla çoxdan tanış idim, amma qarlı bir qış axşamı qeydiyyatdan keçdim. Burda bir çox maraqlı insanla tanış olmuşam. Ən çox yadımda qalan ilk xəbərimin çıxması idi, o qədər həyəcanlı idim ki... Sonra qızlarla söhbət otağındakı maraqlı söhbətlərimiz... Ən yadda qalan xoş anlarım isə əlbəttə ki, yayda keçirilən Sumqayıt görüşündəndir. Qızlarla görüşməyimiz, parkdakı gəzintimiz, balaca Nərminin şıltaqlıqları indi də yadımdadır. Heç ayrılmaq istəmirdim. Bilmirəm, bəlkə nələrsə yadımdan çıxdı yazmadım, demək, ən çox yaddaşımda iz buraxan bunlar imiş.
Realist (A-N)
Qadın.Netlə bağlı ən xoş xatirəm nişanlandığım (28.10.2011) günlərdə olub. Qızlardan saysız təbriklər almışdım. Ceylan xanım təbrik köşəsində mənim nişanlanmağımı xüsusilə qeyd etmişdi. Hər kəsə dərin təşəkkürümü bildirirəm. Mən 2 ildən çoxdur ki, bu saytla tanışam. Bu saytdan öyrəndiklərim çox olub. Darıxanda hər zaman buranı ziyarət edirəm. Virtual da olsa burada gözəl münasibətlər qurduğum qızlar var.
Azadə Həbibzadə
Qadın.Netə gəlişim mənim üçün ən xoş anlardan biridir. Gəldiyim ilk gündən Azərbaycanın bütün bölgələrindən özümə çoxlu dostlar qazandım. İlk xəbərimi göndərəndə çox həyəcanlı idim. 2 gün günün müəllifi oldum. Beləliklə, xəbərlərimin sayını çoxaldırdım və Yaqut statusunu aldım. Çox sevinmişdim, inana bilmirdim. Ad günümü də Qadın.Netdə qeyd etdim. Sonra Zümrüd statusunu qazandım. Mənim üçün ən xoş anlar idi. İstəyərdim ki, Qadın.Netlilərlə yenidən görüş keçirilsin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu gün atəşfəşanlıq olacaq
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
Batanları xilas etmək üçün “canlı zəncir” yaratdılar
Haluk Levent üsyan etdi: - "Nankorsunuz"
Astronomiyadan təsirlənən manikür
Azərbaycan tarixindən yüz şəxsiyyət-81
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Ana südü çatışmırsa
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Günün ulduz falı
Cinsi həyatınızın qayğısına qalın
Polis Akademiyasında oxumaq istəyirsiniz?
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Karma qanunu
Qurban Qurbanov koronavirusa yoluxub
“Uzunömürlülüklə məşğul olan elmi-tədqiqat mərkəzi yaradılmalıdır”
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Saç tökülməsinə qarşı maska
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR - FOTO
Cavanlıq sirri qulaq arxasında gizlənib
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Rusiya şokdadır: rubl dibə vurdu
Ledi Qaqa Bakıya neçəyə gəldi?
Brüksel kələmli makaron (foto-resept)
Çin balqabağının nəyi yaxşıdır?
Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı
Nişanlılıq dövrü
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Xəstəliklərin psixoloji səbəbi var!
Kokoslu peçenye (foto resept)
Ərikli bükmə (foto resept)
Leonardo Di Kaprio tanınmaz halda-FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Virtual Mercedes real olacaq
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Solyari dəri xərçəngi əmələ gətirir?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan
Azərbaycandan sərt etiraz
Antibiotiklər: yanlış fikirlər və reallıq
Dəbli pencəklər
Naxçıvana qar yağır - FOTO
Braxioplastika – qolların gərilməsi
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
BÜRCLƏR bizə nə vəd edir? - 13 Aprel
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi
- ŞƏRHLƏR