Fatma xanım(Ekspert)
Mənim özümdə bəyənmədiyim cəhət,hamıya tez inanmağımdı.Nə qədər ziyan çəksəm də yenə inanıram insanlara.Ən müsbət cəhətim isə təvözakarlıqdan uzaq olsa da ədalətpərəst olmağımdır.Sülhsevərəm,insanlara bacardıqca əl tutmağa çalışıram.
Endless Love-Gulare(Mirvari)
İnsanın özü haqqında nəsə fikir deməsi bir az çətindir, hər halda bunu ətrafımdakı insanlar yaxşı bilər. Deməli, başlayım mənfilərdən. Mən çox səbirsizəm.Bir işin sonunu gözləməyə heç səbrim yoxdur.Onu o qədər düşünüb özümə problem edəcəm ki...Rəfiqəm bu xasiyyətimə görə mənə "panikürşa" deyir)) Başqa bir mənfi cəhətim də tez əsəbiləşməyimdir.Nəyəsə əsəbiləşəndə də əhvalım pozulur, bütün günü kefsiz oluram, baxan kimi bilinir ki, nəsə olub.Üçüncü pis cəhətim tez küsməyimdir.Nəsə xoşuma gəlməyəndə o dəqiqə küsürəm, sakit oluram, danışmıram.Evdə də beləyəm.Bəzən küsürəm, atam gəlib könlümü alır.İşdə də nəsə olanda menecer deyir ki, subay olanda çox söz götürmürsən, amma evlənəndə, ər evində hər sözü insan elə qəşəng götürür ki. Bir az qısqancam, amma ifrat dərəcəyə çatmağa imkan vermirəm, çünki qısqanc insan qarçısındakı insanı lap çox qısqandıqda, özü də hiss etmədən onu bezdirir və özündən uzaqlaşdırır.Ona görə də mən əvvəl rəfiqələrim, bacım-qardaşıma da qısqanc olduğum halda (yəni onları başqalarına qısqanırdım), indi ancaq sevəcəyim insana qarşı qısqanc olaram, kaprizlərim də var.Hər yeməyi yemirəm, hər şeyi xoşlamıram, bu da yaş və təcrübə ilə əlaqədardır.İnsan çox görüb, çox eşitdikdə seçim etmək hissi yaranır.Bilmirəm bu yaxşıdır ya yox, amma sözü üzə deyirəm.Bəzən kimsə məndən inciyə də bilər buna görə.Lovely madam deyir ki, sən şərh yazanda çox sərt olursan)) Amma hər şey göründüyü kimi deyil, xaricdən hər şey fərqli görünür, gərək onu tam biləsən.Mənə də çox deyiblər ki, sən çox ciddi görünürsən, amma məni tanıyanlar bilir ki, mən deyib-gülən biriyəm.Müsbət cəhətim isə dostlarıma sadiq olmağımdır.Bacardığım qədər səmimi olmağa çalışıram.Sirr saxlamağı bacarıram.Edə biləcəyim qədər köməyimi əsirgəmirəm.Bir cəhətim də var, kiminsə məni öz məqsədləri üçün istifadə etməsinə imkan vermirəm heç vaxt.Yəni insanlar məni özüm olduğuma görə sevməlidir, onların işinə yarayacaq hansısa keyfiyyətimə görə yox.
SunRusu(İstifadəçi)
Mənfi cəhətim odur ki, tez özümdən çıxıram, əsəbləşirəm.Amma bu saman odu kimidi. 5 dəqiqəyə əsəbim keçir düzəlirəm.İnadcılam özü də çox.Müsbət tərəflərimi saymayacam çünki xoşlamıram tərifi. Ən önəmlisi odur ki, səbirliyəm .
SELENA (Aliyə Aslan)(Zümrüd)
Mən müsbət cəhətim haqqında heç nə yazmaq istəmirəm, əgər müsbət cəhətlərə sahibəmsə qoy məni tanıyanlar özləri desin.İstəsəm də bunu yaza bilmirəm. Amma mənfi cəhətlərimi sevə-sevə yazaram.Deməli belə bir az əsəbi adamam, hərdən özümü saxlaya bilməyəndə əsəbləşirəm, bu xüsusiyyətimdən heç xoşum gəlmir.Bir də çox tələsgənəm "Tələsən təndirə düşər" məsəli tam mənə aiddir.Bundan əlavə gülməli serialların düşgünüyəm, baxmasam dayana bilmirəm. Mənim fikrimcə bu da çox mənfi xüsusiyyətdir)
BEST OF ALL (Nəzarətçi)
Müsbətimi həqiqətən bilmirəm,çünki mənə müsbət gələn hansısa cəhət başqasına mənfi xüsusiyyət kimi görünə bilər,mənim ağillı saydığım hansısa hərəkət qarşımdakına axmaq görünə bilər.Yəni,bilmirəm.amma mənfilərim n qədərdi))Məsələn ,kobudam,qəlb qırıram,hövsələsizəm və ən əsası sonradan peşman olacağım hərəkətlər edirəm.Özü də bu peşmanlıq yeni-yeni formalaşıbeee məndə)) Camaat yaşa dolduqca ağıllanır,mən də geri gedirəm deyəsən))
DENIZ GOZLU(İstifadəçi)
Mənim müsbət cəhətlərim: dostcanlı olmağım, sakit təbiətli, səmimi olmağım, müstəqil fikirli biriyəm, öz qərarlarımı özüm verə bilirəm.Ailəmə və özümdən böyüklərə hörmət edirəm, ünsiyyətciləm, dərslərimdə çalışqanam əslində özümü tərifləməyi sevmirəm sadəcə "müsbət keyfiyyətlərini yaz"-dedi Yagmur damlası, mən də haqqımda deyilən fikirləri yazdım.
Mənfi cəhətlərim: hər kəsə inanmağım, tənbəl olmağım, dalaşqan və inad olmağım.Və bəzən insanlara layiq olmadığı sevgini verirəm çünki yumşaq qəlbliyəm bunun mənfi cəhət olduğunu düşünürəm.Ona görə ki, sonda təəssüf edən mən oluram.Səbrli deyiləm, özümdən tez çıxıram, dalaşqanam amma dəyməyənə dəymirəm.
R.G.AL-SU(Yaqut)
Müsbət cəhətim:insanları çox sevirəm.Mənə ən böyük zərbə vurana belə pis heç nə arzulamaram.Ən böyük bədbəxtliklərə də şükür edib "bu məsləhət imiş"- deyirəm.Amma mənfi cəhətim:utancaqlığımdır,virtual aləmdə də bu hiss mənimlədir.Saytımızda hörmət edib,sevdiyim xanımlar var,hansı ki, onların səhifəsinə girməməyimdən,sms yazmamağımdan narazıdırlar.İnanın,canlarım, mən sizləri narahat etmək istəmirəm,utanıram vaxtınızı almaga,hətta xanımlara ''dostluq'' göndərməyə belə çəkinirəm,açılışa bilmirəm.Amma Yağmur bacımın xəbərindən istifadə edib,deyirəm:mən hamınızı çox istəyirəm,sizlərlə bu saytda bir ailə kimi olmağım mənə xoşdur (utandığımdan bu sözləri yazarkən də qızardım).
YEGANA(İstifadəçi)
Məncə həyatda ideal bir insan yoxdur ki,onun bütün xasiyyətləri müsbət olsun.Özüm barədə onu deyə bilərəm ki, məndə də hər iki xasiyyətdən var.Müsbət xasiyyətim odur ki,bacardığım qədər hamıyla dil tapmağı xoşlayıram,tez dostlaşıram,mənimlə ilk dəfə münasibət yaradan insanların sevgisini tez bir zamanda qazanıram.(belə deyirlər)Tez inanıram,qeybəti heç xoşlamıram,ümumiyyətlə, elə insanlardan kənar olmağı xoşlayıram,Mənfi xüsusiyyətlərim: çox səbirsizəm çox.Bir işi səbirnən yola versəm təmiz başqa cür ola bilər,amma məndə əksinə olur.Tez inciyib, tez də barişanam,kinli deyiləm.Amma ürəyimdən heç silə də bilmərəm o kini.
Ra Gunel Mi Le Yu (İstifadəçi)
Mən Əsgərova Günel.Mənim mənfi cəhətim - çox qısqancam, bir də çox yatıram.Müsbət cəhətim əlimdən hər iş gəlir, mehribanam, yalan danışmaram heç vaxt.Sözü üzə deyirəm və balalarımı çox sevirəm bu qədər.
Ayka(İstifadəçi)
Əslində mənim ən mənfi cəhətim odur ki, çox səbirsiz biriyəm.Heç nəyi səhərə saxlamaram.Bu gündən edərəm etdirərəm də.Küsəyənəm, biriylə sözüm olsa cavabını verirəm sonra da peşmançılığını cəkirəm.Günah məndə olmasa da.Paxıllığım yoxdu. İstəyərəm ki, hər kəs yaxşı şəraitdə yaşasın .Müsbət cəhətim də qonağı çox sevərəm.Hətta uşaq vaxtı bizə gələnlərin ayaqqabılarını gizlədərdim ki ,getməsinlər.Mehribanam tez ünsiyyət quranam, tez də münasibətimi pozanam.Xassiyyətcə mülayim qızam, amma bu səbirsizliyim mülayimliyimi məhv edir.Ailəcanlıyam, uşaqlarla oynamağı sevirəm.Ailəmlə vaxt keçirdirəm.Belə də tanıyanlar bilir necəyəm.Özümü tərifləməyə utandım bir az.
NAR çiçəyi(İstifadəçi)
Mənim mənfi və müsbət cəhətlərimi dostlarım daha yaxşı bilər. Amma yenə çalısdığım qədər ətraflı yazacam.Birinci mənfi cəhətlərimi qeyd edirəm: çox tənbələm, dəyişməyi sevmirəm amma mübarizə aparıram özümlə.Tez əsəbləşirəm, heç kimə “Yox” deməyi bacarmıram.Çalışıram hər şey sevdiklərimin ürəyincə olsun və onların istəklərinə uyğun davranıram və özümü unuduram.Hələ ki, mənfi cəhətlərim bunlardı.
Müsbət cəhətlərimə gədikdə isə : Çox səbrliyəm, bir işə başladımsa mütləq gözəl şəkildə Allahın izni ilə bitirirəm.Qərarlıyam, verdiyim sözü həmişə yerinə yetirirəm.Sadiqəm, güvəniləcək biriyəm, insanlığa önəm veririrəm.Ailəmə və dostlarıma qarşı çox diqqətliyəm və s. Əslində müsbət cəhətlərim çoxdu.Qorxuram ki , özümü çox tərifləmiş olum, bunu da sevmirəm.
Dr Agayeva (İstifadəçi)
Mənim mənfi xüsusiyyətim insanlara tez güvənməyimdi.Ona görə bəzən aldanıram,yanılıram.Sonra çox pis oluram özümü qınayıram.Daha sonra, bəzən pis hadisə olanda uzun müddət təsirindən çıxa bilmirəm,iradə cəhətdən zəifəm.Yaxşı cəhətlərim haqqında yazmağım təkəbbürlük kimi çıxar.Sadəcə bunu demək istəyirəm ki,istər ailəmdə, istərsə də cəmiyətdə atdığim hər addımda,bütün əməllərimdə Allahı fikirləşirəm.Həmişə istəmişəm ki,haqqımda yaxşı fikirlər olsun.Bu gün varıq ,sabah yox.Arxamızca rəhmət oxusunlar.Allahıma şükürlər olsun ki,məni bu cür yaradıb.
L.M (İstifadəçi)
Hamıya inanıram, tez əsəbləşirəm,ürəyi yumşağam,verdiyim sözü mütləq yerinə yetirməliyəm.Əl tutmağı xoşlayıram, yalanı sevmirəm,heç kimə pislik istəmirəm.Xəyanət mənim üçün yoxdu.İnsanlara gec öyrəşirəm və öyrəşdiyim insandan ayrılmaq mənim üçün dəhşət olur, məndən böyüyə və kiçiklərə hörmət etməyi xoşlayıram.
FIRUZA (Yaqut)
Mənim müsbət cəhətim odur ki,həyatimda bir xoşagəlməz hadisə baş verəndə depressiyaya düşmürəm.Bir də əgər nə isə öyrənmək istəyirəmsə, onun axırına çıxıram, bacarmasam geri çəkilmərəm. Pis cəhətim insanlara tez inanmağım, hamını özüm kim biməyimdi, bu mənə çox zərbə vurur.Bir də nəsə eləmək istəsəm onun tez vəcehinə çatmaq istərəm yəni səbrsizəm, atalar deyib "yüz ölç, bir biç" mən isə bir dəfəlik biçirəm.Söz qəlbimə tez dəyir, küsəyənəm və barışmağım da çətin olur. Allah bağışlamağı bacaranı sevir çalışacam bundan sonra özümü düzəldəm!
Sevinc M (İstifadəçi)
Müsbət cəhətim odur ki, ünsiyyəti xoslayıram,insanlara tez yovuşuram.Mənfi cəhətim də məncə qısqanclığımdır.Düzdür bunu yoldaşıma bildirmirəm ,amma onu çox qısqanıram.Bəlkə də bu kisilərə inamsızlığımdan irəli gəlir, amma yenə də hər nədi bu mənim mənfi cəhətimdi.
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR