Happysim ))
Bismilləh. Əvvəla hər bir insan öz Yaradanını yaxşı tanımalıdır. Yaradanı tanımaq isə heç də çətin deyil. Məsələn: Allahı tanımaq üçün çox uzağa getmək lazım deyil, ətrafımıza düşünərək baxsaq, kifayət edər. İnsanın öz Rəbbini tanımaqla iş qurtarmır, toyuq da su içəndə başını yuxarı qaldırır. Əgər Allah bizə ağıl nemətini veribsə, demək, bunun müqabilində bizdən tələb etdikləri də var. Bu tələblərin başında da namaz durur. "Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız, onun (əvəzini) Allahın yanında tapacaqsanız. Şübhəsiz ki, Allah nə etdiklərinizi görür." (Bəqərə surəsi, 110)
Allahı sevməklə iş bitmir. Hamı dildə deyə bilər ki, “Mən Allahı sevirəm!” Lakin, Allahın əmr etdiklərini edirlərmi? Hər kəsə sual verirəm, Sən Allahı sevirsənmi? İndi hamı deyəcək “Əlbəttə Allahı sevməmək olarmı?” Onda bir sualı yenə verim: Bəs necə sübut edərsən? Bax, ey gözəl insan, Allahın bizə göndərdiyi Kitabı (Quranı) açdınmi? Nə yazılıb orada maraqlandın? Demə ki, vaxtım yoxdur! İnanmıram sənə.
"Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. O, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi. Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. Axı son dönüşün Rəbbinədir! Gördünmü o kəsi ki, mane olur bir bəndəyə namaz qıldığı zaman? Söylə görək, əgər o bəndə doğru yoldadırsa, yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun? Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun? Məgər o bilmir ki, Allah görür? Xeyr! Əgər son qoymasa, Biz onun kəkilindən tutacağıq–yalançı, günahkar kəkilindən. Qoy öz yığnağını çağırsın. Biz də əzab mələklərini çağıracağıq. Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!" (əl-Ələq surəsi, 1-19 ayələr)
İnsanlar namaza qarşı səhlənkarlıq edərək çoxlu xeyrdən geri qaldılar. Bu dünyada namaz qılmadan xoşbəxtlik axtaran insanın halı, doğurdan da, çox qəribədir. Təkcə namazla da bitmir, Allaha ibadət etmək lazımdır, Rəbbimiz Quranda nəyi əmr edirsə, onu etmək, nədən çəkindirirsə, ondan çəkinmək lazımdır. Bunun üçün də Quranı oxumalıyıq. Allahı tanımaq üçün Ona gözəl şəkildə ibadət etmək, günahlardan çəkinmək, insanları Allaha dəvət etmək, səhər-axşam Allahı zikr etmək lazımdır.
"Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma." (Əraf surəsi, 205)
"İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq." (Qaf surəsi, 16)
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha!
Mən Allahımı çox sevirəm. Bizi yaradan Allaha minnətdaram ki, bizi bu günə qədər saxlayıb. Yemək yeyəndə qabağımızda bir tikə quru çörək belə olanda Allahıma şükr eləyib dururam. Çünki Allahım nə veribsə, odur. Allahım haqqında bildiklərim budur. Bu xəbərə bizi dəvət elədiyinə görə canım Asi bacıma təşəkkürlər.
AYKA
Dua bütün dərdlərin dərmanıdır. Belə bir sual vermək istərdim: Sonuncu dəfə nə vaxt əllərinizi Tanrıya acaraq dua etdiniz? Hər kəs başqa cür cavab verəcək. Lakin həqiqət belədir ki, hər kəs çətinliyə düşəndə əllərini açaraq Allahdan kömək istər. Çünki insan elə bir məxluqdur ki, yalnız dara, çətinliyə düşəndə Allahı yada salar, ona sığınar.
Dua nədir? Əslində dua edərkən insan dərk etməlidir ki, Allah böyük qüdrətə sahibdir və ona edilən dualar səmimi qəlbdən edilməlidir. Dua sözü ərəb mənşəli olub dilimizdə "çağırmaq" mənasını verir. İnsanlar etdiyi duanı ürəkdən və yalvararaq etməlidir. Bəzən deyirlər ki, Allaha dua etdim, ancaq duamı qəbul etmədi və Allahdan ümidi kəsirlər və bu da çox təhlükəlidir. İnsan həmişə Allaha ümidli olmalıdır, çünki O bizə hər zaman məsləhət bildiyi şeyi edər. İnsan dua edərkən səbrli olmalıdır. Allah Təala buyurur ki, Məni səndən soruşsalar de ki, O mənə çox yaxındər. Dua edendə səsimi eşidir, çağıranda köməyimə gəlir.
Hər zaman Allah Təalaya iman gətirin. Heç vaxt ümidinizi itirməyin. Bir şeyi də unutmayaq ki, günahlarımız dualarıməzı əngəlləyən ən böyük şeydir. Dualarımızın qəbul edilməsini istəyiriksə, günahlardan əl çəkməliyik...
Ask Denizi(Doktor Deniz)
Əvvəlcə bu gözəl və dəyərli xəbəri hazırladığına görə əziz Asi xanıma təşəkkürümü bildirirəm. Yaradılmamış, yaradıcı olan Allah, mənim fikrimcə, bizləri və bu dünyanı yaradarkən insanlardan bu dünyanın sınaq olduğunu bilmələrini istədi. Böyük Allahımız bu dünyanı o biri dünyaya imtahan olaraq yaratdı. Biz də Allahın imtahanından layiqincə keçərək o dünyada layiq olduğumuz yerdə olaq. Layiqincə keçmək deyəndə demək istədiyim yalnızca oruc tutub namaz qılmaq deyil. Bir insanın qəlbində "insanlıq" yoxdursa, heç bir orucun, namazın faydası olmaz. Əgər bizlər Allaha tövbə edib günahlarımızın bağışlanmasını diləsək, Allah da bizim günahlarımızı bağışlayar. Çünki O, bağışlayan və Rəhmlidir. Günahsız insan yoxdur. Günahını anlamaq da böyük insanlıqdır. Böyük Allaha itaət edək və ona layiq olaq. Onun yaratdığı nemətlərə şükr etməyi öyrənək. Əgər sadəcə əliniz, qolunuz yerindədirsə, beyniniz çalışırsa, bəlkə də bu ən böyük xoşbəxtlikdir. Buna da şükr deməyi öyrənək. Unutmayaq ki, hər pisliyin və hər yaxşılığın əvəzini o dünyada görəcəyik. Allah çox səbrlidir, ona görə də etdiklərimizin cəzasını bu dünyada birzə o saat vermir. Bundan ibrət almalı və əməllərimizə fikir verməliyik.
Realist (A-N)
Gözəl sualdır. Mən, “Məni yaradan Allahımı nə qədər tanıyıram?”. Düşünürəm, ancaq Onu tam olaraq tanımadığım qənaətinə gəlirəm. Fikrimcə, tək mən belə deyiləm. Biz insanlar Allaha nə qədər ibadət, səcdə etsək də, Onu tam olaraq tanıya bilmərik. Bu, bizim hüdudlarımız xaricindədir. Sadəcə ibadət edərək, günahlardan qaçınaraq, Ona yaxın ola bilərik. Cənnətlə mükafatlandırılıb, Onu görmə şansına nail olarıq. O mərhəmətlidir, səbr sahibidir... İnsanlar isə zülmkar, kinli və mənfəətçi... Allah bağışlayandır, ancaq insanlar zalım. Allah bizləri bağışladığı bəndələrindən qılsın. Böyük günahlardan, şeytanın şərrindən hifz etsin! Amin.
Zayka
Allahı nə qədər tanıyırıq: Bu mövzu ilə bağlı fikirlərim çoxdur, amma sözlə ifadə edib yaza bilmirəm. Ona görə də başdan başlamaq istəyirəm. Mən uca Tanrı barəsində haradasa 6-7-ci sinifdə oxuyan vaxtları eşitmişəm, amma yenə də dəqiqliyi ilə bilmirdim. Kim nə dəsə, ona inanırdım. Mənim bibim "Allah göstərməsin, bilirəm ən böyük günahlardan biridir." xristian dinini qəbul edib. Rusiyada yaşayır. Bibim hər dəfə bizə gələndə xristian dini barəsində danışardı. Bu da mənim beynimə düşmüşdü. Elə bilirdim, həqiqətən də, elədir. Hər kəsə onun dediklərini deyirdim. Biz məktəb vaxtı tənəffüs zamanı oturub qızlarla dini söhbətlər edirdik. Sonra özüm də kitablar tapıb oxudum, internetdə baxdım və gördüm ki, bibimin dediyinin tam əksinədir. Yaxşı ki, tez başa düşdüm. Mən həmişə elə bilirdim ki, bir yerə deyib mənə ağrıdanda Allah mənə cəza verir. Həmişə deyirdim, görəsən, mən neyləmişəm? Bu sualın cavabını da mən böyüdükcə aldım. Bir dəfə gecə sinəmin alt tərəfindən məni pis ağrı tutmuşdu. Hamı da yatmışdı. Bilmirdim neyləyim. Birdən yadıma düşdü ki, evimizdə şəfa duaları olan kitab var. Həmin kitabdan duaları oxudum və ağrım kəsildi. Mən bunu hər kəsə danışdım. Allah heç vaxt məni darda qoymayıb. Mənim dualarımı həmişə eşidib. Hal-hazırda din haqqında, Allah haqqında məlumatım çoxdur. Allah qoysa, namaz qılmaq istəyirəm. İnşəallah arzum ürəyimdə qalmaz. Mən tam başa düşdüm ki, Allah bizi bu dünyada sınağa çəkir. Allah Nurdur, O, bizim üçün bütün bu gözəlikləri yaradıb, hər nemətdən verib. Biz bütün bunların qədrini bilmirik. Bir sözlə, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur!
Elnara
Bircə onu deyə bilərəm ki, Allah bizə şah damarımızdan da yaxındır. Allah təkdir, pakdır və müqəddəsdir. Allahdan başqa da ilahımız yoxdur. Barakallahu fiki.
SR
Məni Yaradan Allahı nə qədər tanıyıram deyə düşünmək üçün əslində uzun bir zamana ehtiyacımız var ki, Allahı haqqı ilə tərif edə bilək. Allah yenilməz qüdrət sahibi, hikmət sahibidir. Yerlə, göyü yoxdan yaradan Allahımıza həmd olsun. Bizlər hər dara düşdüyümüzdə deyil, hər zaman Allahı xatırlamalıyıq, şəninə təriflər yağdırmalıyıq. Şükrlər olsun, Allah heç bir istəyimi geri çevirməyib. Allahıma inamım sonsuzdur. Bizi yoxdan xəlq edən də Odur.
Bir əsgər Namaz qılan əsgərdən soruşdu: Neçənci əsrdə yaşayırıq? Niyə hər dəfə özünü zəhmətə salıb gündə 5 dəfə namaz qılırsan?Namaz qılan əsgər uzaqda görünən komandiri göstərib deyir: Bu insan niyə hər dəfə yanından keçəndə düz durursan, salam verib bütün əmrlərinə tabe olursan? Yat desə, yatırsan, qalx desə, qalxırsan? O da sənin kimi iki əli, iki ayağı, bir başı olan insan deyilmi? - - - Bəli, o da mənim kimi insandır, amma onun rütbəsi var, çiynində ulduzu var.
- Ey dost! Sən çiynində bir dənə ulduzu var deyə sənin kimi birinə itaət edirsənsə, mən niyə yerdəki qum dənəcikləri qədərində ulduzları olan və hamısını təsbeh dənələri kimi qüdrətli əliylə çevirən Allaha itaət etməyim? Namaz qılıb əmrini yerinə yetirməyim?
XƏBƏR LENTİ
Corc Floydun ailəsi göz yaşları içində ədalət istədi - VİDEO
Aslı Enver yenidən kamera önündə-FOTO
İmmuniteti gücləndirən tərəvəzlər
Azərbaycanda bütün təhsil müəssisələri bağlandı - RƏSMİ
Rusiyada dərs ilinin başlayacağı tarix açıqlandı
Hamının gözlədiyi qərar verildi
Dində məcburiyyət yoxdur
Göbələkli toyuq (foto resept)
Prezident onlara fəxri adlar verdi - SƏRƏNCAM
ABŞ-da anomal hava şəraiti: Temperatur bir gündə 30-33 dərəcə aşağı düşdü, qar yağdı
Bilmədiyiniz maraqlı faktlar
Şeyma Subaşıdan FOTOsessiya
Məşhur aktyor müxbirlərə silah tuşladı-FOTO
Sağlam olmaq üçün sadə üsullar
Quru dərilərə xeyirli olan qidalar
Yumalı olduğunuz ərzaqlar
Neft qiymətlərindən son məlumat
TQDK valideynlərə müraciət etdi
Bergüzar Korel və Halit Ergenç karantin günləri necə keçirir?
Aslı Ənvər kökəldi-FOTO
"Pensiyalar artacaq"
Keçibuynuzu
Kələmli makaron (foto resept)
Napoleon qəlyanaltısı (foto resept)
Obama "Facebook"da çağırış etdi
Azərbaycanda "Ebola virusu" ilə bağlı ilk müraciət daxil oldu
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
Şlyapalar
Məşhur ulduzların şənlikdə çəkilmiş şəkilləri
Günün ulduz falı
166-cı əməliyyata girmək istədi - aldığı cavabdan şoka düşdü
Ağdam barədə sərəncam verildi
Mətbəx pərdələri
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Gimnastikası üzrə qaliblər müəyyən edilib
Vətəndaşların nəzərinə !
1 dəqiqəyə 120 min söz oxuyan azərbaycanlı şagirdi siz də tanıyın!
Elektron siqaretlər yasaqlanacaq
Bakı Metropoliteni bir sıra stansiyalarda əlavə çıxışların tikilməsi imkanlarını öyrənir
Brent nefti ucuzlaşıb
Palma yağı haqqında həqiqət
Qanunun tətbiqində çətinlik çəkənlər üçün
Manatın məzənnəsi
Sosial məsafəyə görə təyyarənin göyərtəsində dava düşdü - VİDEO
Kəsmikli-moruqlu kekslər (foto resept)
Di Kaprio Filip Kirkorovla şəkil çəkdirmək istəmədi-SƏBƏB
Azərbaycanla Çin arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edildi
Fərqli krossovkalar dükanı
Həkimdən xəbərdarlıq: "Külək əsəndə..."
Əliyev və Sarkisyan Fransada görüşə bilər
- ŞƏRHLƏR