Hacət-i Vuslat
"Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?"-sualının cavabı: "Mən arafə nəfsəhu, fəkad arafə Rabbə" yəni, "Kim nəfsini tanıyarsa, o Rəbbini tanıyar".
Bəs o "nəfs"-mizi, bizim olan varlığı nə qədər tanıyırıq?
Harutla Marut adlı iki mələk Allahu Təalaya müraciət edirlər. Deyirlər ki, “Ya Rəbb, Adəm Aleyhissəlamı yaratdın. Bizə səcdə etməyi əmr etdiyinə görə, biz də səcdə etdiyimizə görə, bizdən üstün bir varlıqdır. Niyə bizdən üstündür?”
Allahu Təala buyurur ki, “Ona nəfs verdim. Nəfsini təzkiyə (təmizlədiyi) etdiyi və tasfiyə (tərtəmiz)etdiyi təqdirdə sizdən üstündür. Yoxsa deyil.” Mələklər deyirlər ki, “Onda bizə də nəfs ver. Biz ondan daha üstün olduğumuzu isbat edərik”.
Allahu Təala deyir ki, “Siz nəfslə bacarmazsınız”. İki mələk də deyirlər ki, “Bacararıq”. Allahu Təala da “Enin aşağı” deyir. Aşağıda dünyada isə çoxtan Babil şəhəri qurulmuşdur, minlərlə il keçmişdir. Allahu Təala iki mələyi Babil şəhərinə endirir. İki mələk bir qadına çox pis bir hərəkət edirlər. Qadının əri gəlib, siz mənim arvadıma necə belə edərsiniz, deyə qarşı çıxanda, o qədər hirslənirlər ki, kişini öldürürlər və o an onları yuxarı götürürlər təbii ki. Allahu Təala deyir ki, “Mən sizə bacara bilməzsiniz demədimmi?” İki mələk susur...
Yusif 53-də Allahu Təala buyurur: "Hz.Yusif dedi: Mən öz nəfsimi təmizə çıxarmaq istəmirəm. Çünki Rəbbimin rəhm etməsi istisna olmaqla nəfs daim pisliyi əmr edəndir. Həqiqətən, mənim Rəbbim çox bağışlayan və mehribandır".
Bir neçə ayənin işığında söhbəti nəyə gətirdiyim aydın olacaq.
Şəms 9-da Allahu Təala buyurur: "Onu (nəfsini) təzkiyə edən fəlaha ərər (cənnətə girər)" Yaxşı bəs necə? Bəqərə 151: "Sizə içinizdə sizdən bir Rəsul göndərdik ki, ayələrimizi sizə tilavət etsin və sizi təzkiyə etsin, sizə kitab və hikmət öyrətsin və bilmədiyiniz şeyləri öyrətsin."-ayədən aydın görünür ki, nəfsi təzkiyə etmək üçün daim içimizdə bir elçi vardır.
Şəms 7-də Allahu Təala buyurur: "Nəfsə və onu səvva edənə". - "Səvva etmək" qat-qat yaratmaq deməkdir.
Nəticə: Allahın hər dövrdə bizim üçün göndərdiyi elçini, Rəsulu tapıb, qat-qat yaranmış, pisliyi əmr edən, yəni şeytana uyan nəfsimizi təmizləyərək onu tanımaq ki, Rəbbimizi də tanıyaq.
"Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?"-Bu yazdıqlarıma baxıb belə nəticəyə gəldim ki, Rəbbimi çox az tanıyıram. Amma yenə də Həmd olsun ki, yola addım atmağı nəsib edib, sağ ikən Allaha çatmağı, təslimiyyəti dilədikdən sonra Rəsulun yardımıyla Allah ömür versə, yalnız irəli!
Agat_♥
Məni Yaradan Allahı nə qədər tanıyıram deyə düşünmək üçün əslində uzun bir zamana ehtiyacımız var ki, Allahı haqqı ilə tərfi edə bilək. Mən Allahı Onun Quran və sünnədə necə təsviri vardırsa, bax eləcə də tanıyıram. Yəni, Allah bizim Onu nə dərəcədə tanımağımıza icazə veribsə elə o dərəcədə də tanıyıram. Buna aid bir neçə nümunələr göstərim. "Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq etdikdən sonra ərşə yüksəldi, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)!" (əl-Əraf: 54). Bu ayədən göründüyü kimi Allah Yaradandır, Əmr edəndir, təbii ki haqlı olaraq, Özü ərşdədir, Ucadır. Allah gizli və aşkarda olan hər şeyi biləndir, doğmayıb, doğulmayıb, möhtac deyil, mürgü vurmaz, yeməz, içməz, yatmaz. Bundan əlavə hər şey Onun əlindədir, məsələn, "(Ya Rəsulum!) De: "Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi də alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!" (Ali İmran: 26). Əslində bu barədə uzun-uzun danışmaq olar. Amma qısa şəkildə bir neçə cümlə bəs edər məncə. Çünki Allah barədə danışarkən, Onu heç cürə layiqincə təsvir və tərif edə bilmərik. Ən Doğrunu Allah bilir! Allah hər birimizi xeyirlə mükafatlandırsın!
Yasemen
Əslində çox düşündürücü bir sualdır, həm Allahını tanıyıb sevənlər üçün, həm də Allahın varlığını və qüdrətini inkar edənlər üçün. İnkar edənlər Allahını tanıyır, amma az tanıyır. Onu kimin yaratdığını bilir, sadəcə bunu qəbul etmək istəmir. Dildə də qəbul etməsə, ürəkdə qəbul edir... Bizləri var edən Allah çox mərhəmətli və bağışlayandır. Bu gün Allahı inkar edən tövbə etsə, Allah ona rəhm edib bağışlayar, özünü Allahdan üstün görən inkarçılar bağışlamağı bacararmı, əsla. Allah onu inkar edənə belə ruzi bəxş edir, Allahın qüdrəti buna sübut deyilmi?! Sonsuz mərhəmət və kərəm sahibi olan Allah qarşısında hər birimiz acizik, ona görə də Allahın bizə bəxş etdiyi kədər və sevinc qarşısında şükür etməkdən başqa edəcəyimiz heç nə yoxdur. Allah hər şeyin yaxşısını bilər və bəndəsinə hər şeyin ən gözəlini bəxş edər. Allahın var etdiyini Allahdan çox sevə bilərikmi? Çətin ki!!!
Bu yazımı oxuyan hər kəsə tək deyəcəyim söz budur ki, Allaha dua etməkdən çəkinməyın, Allaha yalvarış iman, insana yalvarış isə acizlikdir. Qısacası, nəsə istədikdə insandan yox, Allahdan istəmək lazımdır. Asi, bu gözəl mövzuda mənim də yazıma yer verdiyinçün təşəkkürlər. Böyük ehtimalla bu xəbər çıxanda mən saytda olmayacayam, amma bunu bil ki, daim ağlımda və dualarımdasan, mənim gözəl bacım.
seadet
Mənim adım Səadətdir, 15 yaşım var. Bu yaşıma qədər mən Yaradanımı tanımışam, açdığım hər bir sabahda ona şükür edirəm. Çünki O, mənim qəlbimdə təmizlik, mehribanlıq, inam yaradır, məni həmişə pis şeylərdən uzaq tutur. Rəbbimi tanımayan insanları mən də tanımıram. Bəzən harasa gedəndə hər yeri seyr edə-edə Allahımın gözəllkilərini dərk edirəm. Məncə, Rəbbimə nə qədər şükr etsəm, təşəkkür etsəm, azdır. Bəzən oturub Allahıma dua edirəm, duamın sonunda da "Rəbbim, məni dinlədiyin üçün təşəkkür edirəm" deyirəm. Allahım hər zaman qəlbimdədir. Bu həyatda məni Allahdan çox sevən olmaz. Keçən il 9 avqust mənim həyatımda çox böyük hadisə oldu, ondan sonra Allahıma sanki daha da yaxın oldum, artıq ürəyimdə bir şey var. Bunun üçün Allahıma sığınmışam. Bilirəm, bəlkə də bu, Allahımın mənə qoyduğu bir sınaqdır, hələ də səbr edirəm, bilirəm, Allahım səbr edənləri çox sevir. Bəzən yıxıldığımda duadan tutub qalxıram və bir şeyi həmişə yadımda saxlayıram "ən böyük fəlakətlər içində belə ümidini itirmə, sığın Rəbbinə, O deyilmidir sənə söyləyən, qulum, səbr eylə?" Sonda Allahım hər kəsə yar olsun, Allahım heç kəsin arzusunu ürəyində qoymasın. Bilirəm, Allah heç kəsin Ona açdığı əlləri geri qaytarmaz, O bəndələri kimi deyil ki... Asi xanım bu xəbərdə mənə də yer verdiyin üçün çox sağol, Allah yardımcın olsun. Amin!
zehra zehra
Mən Allahı ən böyük varlıq kimi tanıyıram. onun tayı-bərabəri yoxdur. Onu nə mürgü tutar, nə də yuxu. Onun icazəsi olmadan kim onun dərgahında şəfaətçilik edə bilər? O yaradandır. Bizlərin önündə olanı da, arxasında olanı da bilər. Bizləri xeyirli yola çağırar. Mən Allahıma çox güvənib, inanıram. Allahım məni çox vaxt pis əmələrdən, günah etməkdən çəkindirib. Nə iş görürəmsə, birinci Allahı gətirirəm fikirimə ki, Allahım bunu fərz buyurub yoxsa, yox. Allah Təala çox böyük və mərhəmətlidir, Ona inanıb Onun yolunda ibadət etməliyik. Çünki bizə hər şeyi bağışlayan Allah qarşısında tək ibadətdən qaçmamalıyıq. Onun bizə verdikləri qarşısında hələ bizim bir ibadətimiz azdır.
Ellada Babayeva
Sizləri yaradan Allahı nə qədər tanıyırsız? Sözün düzü neçə gündür düşünürəm. Bizi yaradan Allahı nə qədər tanıyıram. Uşaq olanda hər yay kəndə gedərdik. Əmim hər namaz qılanda mən də oturardım bir qıraqda, baxardım ki, əmim necə namaz qılır. Məscidə gedəndə məni aparardı. Uşaqlıqda bibimin dediyi, mənə öyrətdiyi sözlərə qulaq asıb öyrənər, təkrar edərdim. Allaha hər zaman borcluyam, bunu dərk edirəm. Bir sıxıntım olanda dua edirəm. Allaha inanıram. Şükr etməyi də unutmuram. Düşündürücü sual vermisiniz, Asi xanım. Xəbərinizdə mənə yer ayırdığınız üçün çox sağ olun. Allah sizdən razı olsun.
HUSNA
Allah bütün varlıqların Yaradıcısı, dünya və axirətdə olan hər şeyi yoxdan var edən, yenilməz qüvvət sahibi, hikmət sahibidir. Allah bağışlayan, rəhm edəndir. Bütün təriflər Allaha məxsusdur. O,mənim tək dostumdur. Dara düşəndə, tənha vaxtımda əlimdən tutan tək varlıq. Nə qədər günah işləsək, işləyək günahlarımızı bağışlayan, tövbə qapılarını üzümüzə açan Odur. Böyük Yaradanın sevgisi həmişə qəlbimdədir. Mən Allaha sığınıram, yalnız Ondan diləyirəm. Allah duaları eşidəndir. Allah hamımızın köməyi olsun. Allahım, bizi dünyada və axirətdə rəzil-rüsvaylardan etmə, bizi cəhənnəm əzabından qoru, ədn cənnətlərini qismət eylə bizə. Amin! Asi bacım, xəbərdə mənə də yer verdiyinə görə sənə sonsuz təşəkkürümü bildirirəm.
Torpaq
Allahı çox güman ki, haqqıyla tanımıram. Onu hələ ki, yaşayışıma lazımınca daşıya bilmirəm. Çünki düşünürəm ki, daşımış olsam, həyat bu qədər çətin olmaz. Amma yenə də bilirəm ki, haqqımda xeyirli olanı verən, məni hər kəsdən yaxşı tanıyan, bir tək "Ol!" deməsiylə olmazları olduran, mənim istəklərimi qarşılaması Özünə çətin olmayacaq Rəbbim var. Əgər bütün dünya Ondan bir şeylər istərsə və O verərsə, bu zaman Onun xəzinəsindən heç nə əksilməz. İynəni dənizə salıb çıxarmaq misalı. Yəni, iynənin üzərində qalan su ilə dənizdən su azalmaz.
Asi (mən)
“Sizləri yaradan Allahı nə qədər tanıyırsınız?” Tanıyırammı? Yetərincə tanımıram deyərdim. Çünki Allahım o qədər qüdrətlidir ki, Onun haqqında nə qədər oxusaq da, yenə də bilmədiklərimiz qalır. Amma bildiklərimiz də yazmaqla bitmir. Amma qısa şəkildə sizlərlə bölüşəcəyəm.
Allahı tanımaq üçün ətrafımıza baxaq. Çünki hər bir şeydə Onun qüdrəti vardır. Mənə görə Allahın ən böyük möcüzəsi insan olduğu üçün ilk insandan başlayacağam. Bir anlıq aynaya baxın və Allahın necə böyük qüdrətə sahib olduğunu öz gözlərinizlə görəcəksiniz. Siz əvvəl beləydinizmi yaxud bütün bunlara sahib olmaq üçün nəsə etmisinizmi? Yox, heç nə etmədən Allah verib. Bizləri kiçik bir nüftədən, adi noxuddan da kiçik hissəsindən yaradıb və bizlərə bu bədən quruluşunu verib. Bax, mənim Allahım belə gözəl Allahdır. Heç zaman görmədiyimiz, tanımadığımız birini sevirik. Bəs bu sevgini bizim qəlbimizə qoyan kimdir? Qurban olduğum Allahım. Bəziləri sevsələr də, bir anda hər şeyi bitirməyə məcbur olurlar. Bu da Allahımın qüdrətidir deyərdim. Çünki Allah səni sevir və o şəxs sənə layiq deyildi deyə belə oldu. Çünki Allah bizi bizdən çox düşünür, bizim üçün hər şeyin ən yaxşısını O bilir.
Heç səhər pəncərədən baxmısınızmı? Bunun mövzuya nə aidiyyatı var deyəcəksiniz. Var. Sübh namazına duranlar bunu bilirlər bəlkə də. Bir gün səhər tezdən durun, sübh namazından sonra səmaya baxın. O gözəlliyə valeh olacaqsınız. Onu yaradan kimdir? Qurban olduğum Allahım. Biraz da təbiətə baxaq. Güllər, çiçəklər. Allahım ləçəkləri elə gözəl düzüb, hərəsinə müxtəlif rəng, qoxu verib. Allahım belə gözəl Allahdır, bizlərə belə gözəl dünya, təbiət, bədən ... verib. Bəs biz bunlar üçün yetərincə şükr edirikmi?
Allaha yaxın olmağın, Onu tanımağın ən gözəl və sadə yolu namazdır. Bəs bu namaz sevgisini qəlbimizə qoyan kimdir? Qurban olduğum Allahım. Biz yanlış etdiyimiz halda bizi əfv edəndir. Bağışlayandır. Allahım belə mərhəmətli, bağışlayan Allahdır.
Başınızı çox ağrıtmadan burada tamamlayım və son olaraq onu da deyim ki, Allahı yetərincə tanımıram və tanımağa nə ömrüm, nə də ki, ağlım yetməz.
Heç zaman Allahın nəzərindən düşməyin!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünya mətbəxi - Yunanıstan
Apple Yaponiyada uduzdu
Günün ulduz falı
Həkimlər xəbərdarlıq edir: nəm salfet alarkən ehtiyatlı olun!
Miqren
BÜRCLƏR bizə nə vəd edir?- 8 Dekabr
Ölkələrini bəyənməyənlərin sayı açıqlandı
Ayaqqabılara qulluq
Gözəl bijuteriyalar 2
Güclü qar Gürcüstanın avtomobil yollarını iflic etdi
Deyirlər ki, Allah Yezidi bir daha dirildəcək
Girovlarımızla yeni görüş
Mövlud Çavuşoğlu Ceyhun Bayramova zəng etdi
Lənkəranda 61 abuturiyent arzusundan vaz keçdi
Gimnastika və onun sağlamlaşdırıcı əhəmiyyəti
Əhaliyə XƏBƏRDARLIQ edildi
Qayınana da anadır, gəlin də...
Fonetika - Hərflər (1)
Tiflis Ermənistanı mühasirəyə salır
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? - SİYAHI
Qiymət müxtəlifliyi, yoxsa süni qiymət artımı?
Sabahın HAVAsı
Azərbaycanda yağış yağacaq
Bəzi məktəblər summativlərin sayını artıra biləcəklər
Koronavirusun yayılmasının qarşısını alan ƏN EFFEKTLİ ÜSUL açıqlandı
Sızanaq yaranmasının qarşısını necə almaq olar?
İnstaqramda YENİLİK!
HAVA necə olacaq? 29 MAY
5G zəif inkişaf edir
Uşaqlar üçün hamam xalatları
Milli Təhlükəsizlik Nazirliyində ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçirildi
Kayli Cennerin FOTOsu diqqət çəkdi
Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz!
Avtomobilləri ilə sərnişin daşımaq istəyən taksi sürücülərinin nəzərinə
Ev şəraitində yığa biləcəyiniz saç modelləri
Məşhur aktrisa koronavirusa yoluxdu-FOTO
Bürclərin üzükləri
Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə dini abidələrin bərpasına başlayıb
Uhanda yeni koronavirus epidemiyası başlaya bilər
Öd kisəsi müalicəsi
Saqqallı kişilər daha çox xəyanət edir
Münasibətdə 3 böyük xəta
Abort qadağan edildi
Günün qoroskopu:Bədxərclik etməyin!
İsrail koronavirus peyvəndi hazırlayır
Duanın insana faydası
Kolleclərin ixtisas seçimi başa çatır
Hicablı makiyaj ustası
Şuşaya yeni polis rəisi təyin edilib
Bakıda Dağıstan Mədəniyyəti Günləri başlandı
- ŞƏRHLƏR