Fatma xanım
Həyatdan qorxuram, çünki çox zalım zəmanədir, qorxuram ki övladlarımın qarşısında aciz qalam, onların istədiyini verə bilməyəm, bir də ən çox qorxduğum odur ki, övladlarımı yerbəyer edə bilməyim. Həyatdan qorxmuram, çünki Allah verdiyi bir candır alacaq bir gün.
Dr Agayeva
Mən yalnız Allahdan qorxuram, qorxuram Rəbbim məni çətin sınağa çəkər. Qorxuram bu sınağa dözə bilmərəm, səbir edə bilmərəm... Bu qorxularım yalnız itkilər və carəsiz xəstəliklərdir. Sonra qəbir əzabından qorxuram, ölümdən qorxuram... Dərinliyə gedəndə yuxularım qaçar, ona görə fikirləşməməyə çalışıram. Qorxmadıqlarım insanlardır. Düzdü deyirlər elə insandan qorxmaq lazımdır... Ancaq məndə Allaha təvəkkül boyükdür... Pis xasiyyətli, paxıl insanlardan qorxmuram, Allaha sığınıram.
Realist (A-N)
Allah razı olsun sizdən. Amin. Keçək xəbərinizə... Başlığı görəndə bir an duruxdum və dərin düşüncələrə daldım. Mən nədən qorxuram və yaxud nələrdən qorxmuram... İlk əvvəl onu deyim ki, var olduğumuz bu həyat sınaq meydanıdır. Allah biz qullarına bu dünyada can bəxş edib sınaqlarla sınayır. Mükafatını isə hər iki dünyada verir. Mən Allahımdan qorxuram. Onun mərhəmətinə, sevgisinə nankorluq etməkdən qorxuram. Hər addımımda Allahımı yadıma salıram. İnsanın düşüncələri hər an dəyişikliyə məruz qalır. Bir il bundan öncəki düşüncələrimə nəzər saldıqda belə yadırğayıram. Çünki bu gün mən bir "ANA" olaraq düşünürəm. Bu adın məsuliyyətindən qorxuram. Qızıma hardasa yalnışı öyrətməkdən qorxuram. Çünki cəmiyyətimiz günü-gündən korlanır, ədəbsizlik və daha ağır məqamlar adi hala çevrilir. Uşaqlarımı bu "müasir" cəmiyyətə atmaqdan qorxuram... Hər şeyə rəğmən ana olmağın yaratdığı çətinliklərdən, şirin əziyyətlərdən zərrə qədər də qorxmuram.
Happiness lady
Həyatda hər kəsin qorxuları vardır. Mənim isə qorxum sevdiklərimlə bağlıdır, Allah heç kimi sevdiklərinin itkisi ilə imtahan etməsin, içində də məni. Anamı, atamı, qardaşımı və nişanlımı çox sevirəm, Allah onları mənim üstümdən əksik etməsin. Əvvəl nişanlımı itirməkdən çox qorxurdum, o anlar mənim həyatda ən qorxduğum anlar olub. Şükürlər olsun ki, Allah heç kimə izn vermədi bizi ayırmağa. Allahımın mənim üçün verdiyi məsləhətə şükürlər olsun. Qorxmuram ölümdən, Allahdan başqa heç kimdən qorxmuram.
PrOsTa NiKa
Həyat sürprizlərlə doludur. Gələcəkdə nə olacağını bilmək olmur. Mən həyatın üzlərindən qorxuram. Sabah məni nəyin gözləyəcəyini bilmirəm. Allahdan çox qorxuram. Onun qarşısında cavab verməkdən qorxuram. Ölməkdən qorxuram. Həmişə Allahdan mənim canımı nə vaxt alacaqsa yuxumda almağını istəyirəm. Ölümü hiss etməkdən qorxuram. Əlbəttə ki ölüm həyatın qanunudur, amma ailəmi itirməkdən qorxuram. Allah anama, atama uzun ömür versin. Onları çox sevirəm. Hər zamanımda yanımda mənim dayağım olurlar. Onlar olduqda heç nədən qorxmuram. Çox gülməli olsa da qocalmaqdan qorxuram. Həmişə 30-35 yaşında qalmaq istəyirəm. Allahın hər zaman sevimli bəndəsi olmaq istəyirəm. Allah hamımızı şeytanın pis əməllərindən qorusun....
Qafarova Aynur
Mövzu çox maraqlı mövzudur. Həyatda qorxduqlarım daha çoxdur. Hər bir insanın qorxduğu şeyler var. Kimisi diş həkimindən, kimisi təyyarədə uçmaqdan qorxur, mənim isə ən çox qorxduğum varlıq hamı kimi Allahımdır. Bir də ki əzizlərimi itirməkdən çox qorxuram, artıq atamı və doğmalarımın bir çoxunu itirmişəm, bundan belə heç bir itki itirməyə gücüm belə yoxdur, bunun üçün də çox qorxuram. Amma qorxmadığım şeylər o qədər də yoxdur. Çünki gələcəyə ümidlə baxıram.
Xəbərimdə iştirak edən bütün dostlarıma təşəkkür edirəm. Allah sizi qorxularınızla imtahan etməsin, Amin. Qorxularınıza qorxmadıqlarınızla qalib gələsiniz.
Mənimdə qorxularım bir çoxunuz kimi sevdiklərimi itirməkdir. Bilirəm hər kəs əbədi dünyadan köç edəcək. Amma bunun vaxtsız olmasını razılaşa bilmirik. Zamanla acılar keçir unudulmurlar, amma onlarsız yaşamağa öyrənirik. Kimlərdənsə təsəlli alaraq... Və bu vaxtsız heç birinizin başına gəlməsin. Amin.
Qorxuram Allahdan qorxmayanlardan. Çünki Tanrıdan qorxmayan utanmayan insandan hər şey, bütün pislikləri gözləmək olar. Vicdanı olmayanlardan qorxuram.
Qorxmuram, çünki Allahımı sonsuz sevgi ilə sevirəm. Onun mərhəmətinə sevgisinə layiq olmaq üçün də yaşayıram. İki üzlü olub bir dünyam üçün yox, bir üzlü olub iki dünyam üçün yaşamağa çalışıram.
Qorxmuram, çünki ümidim var....
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR