Salam, əziz Qadin.Netlilər, bu xəbəri hazırlamaqda əsas məqsədim sizin saytımız haqda fikir və rəylərinizi bilməkdir. Günümüzün az, ya çox hissəsini Qadın.Netdə keçirməklə nələri öyrəndiniz? Sayt haqqında hansı təəssüratlara maliksiniz? Nəyi bəyənir, nəyi qəbul etmirsiniz? Redaktorlarımızdan razısınızmı? Hansısa istifadəçidən şikayətiniz olubmu? Ümumilikdə,Qadın.Netdən məmnunsunuzmu? Xəbərdə iştirak edənlərin hər birinə təşəkkürümü bildirirəm.
Afət (Redaktor)
Əlbəttə ki, saytımızdan çox məmnunam.
Qadın.Net-in yeni dizaynı və burada olan yeniliklər ürəyimcədir. Bir iradım budur ki, userlərin bir çoxu foto-xəbərlərə üstünlük verir. Saytda fotoqalereya xəbərlərinin az, maarifləndirici xəbərlərin çox olmasını istəyərdim. Hər gün mətbəx rubrikasına baxıram. Xoşuma gələn reseptlərin bir çoxunu hazırlayıb bəyənmişəm. İstifadəçilərin hamısına böyük hörmətim var, bəzi xanımlarla daha sıx münasibətdəyik. İndiyədək bir dəfə şikayət etməli olmuşam: istifadəçilərdən biri etikadan kənar, nalayiq söz işlətdiyi üçün onu şikayət etmişəm. Saytın rəhbərliyindən - Ceylan xanım və Ramil bəydən çox razıyam. Nə zaman ehtiyacım olsa, mənə kömək əli uzadıblar. Redaktorlardan da razıyam. Hamımız saytın inkişafı və istifadəçilərə qüsursuz-səhvsiz xəbərlər təqdim etmək üçün çalışırıq. Saytımızın daha da inkişaf etməsini, səsinin daha uzaqlardan gəlməsini arzu edirəm. Sonda sizə də öz təşəkkürümü bildirirəm.
Ro-Xe-Sa (Redaktor)
Qadın.Net mənim üçün hər gun darıxdığım ən əziz rəfiqəmdir demək olar. Mən Vətəndən uzaqda yaşayıram , amma Qadın.Netlə özümü vətəndəki kimi hiss edirəm. Qadın.Neti yaradanlara təşəkkür edirəm, sağ olsunlar ki , dünyanın çox yerindəki azəri xanımlarını bir yerə yığa biliblər. Hələ radionu açarkən çox vaxt azəri musiqiləri səslənəndə ürəyim açılır , əgər mətbəxdə oluramsa özüm üçün zümzümə edirəm, burda otrub azəri radiosunu dinləmək məgər ürəkaçan deyilmı? Buna görə DJ-lərə təşəkkür edirəm. Redaktorlara gəldikdə isə, ən çox bizim redaktə etdiyimiz yazıları yenidən gözdən keçirən, xəbərləri vaxtlı-vaxtında sayta yerləşdirən Afət xanımdan razıyam, bir də Buketdən. Narazı oldugum istifadəçi yoxdur. Yeni hələ ki, şikayətçı olmamışam heç kimdən. Sadəcə saytda bəyənmədiyim, xəbərlərdə yersiz, mövzudan kənar şərhlərin olmasıdır, belə şərhlər həmişə mübahisə ilə tamamlanır . Xəbər qalır bir yanda, şərhlər tamam başqa mövzuda yazılır. Buna diqqət etmək lazımdır. Ümumilikdə Qadın.Netdən çox razıyam, burada mədəni, savadlı, mehriban istifadəçilərimiz çoxdur. Saytdakı reseptlərin çoxunu bəyənirəm. Ümumiyyətlə, burda istədiyim çox şeyi tapıram. Saytımızın ömrünün uzun olmasını arzulayıram. Qadın.Net hələ dünyaya səs salacaq inşALLAH. lovable-Madam sənədə təşəkkür edirəm, canım.
Buket (Redaktor)
Qadın.Netdən məmnun olmasam, burda olmazdım. Bu sayt mənim qəribçilikdə ən yaxın sirdaşım oldu. Maraqlı istifadəçilərlə tanış oldum, bəzləri ilə çox sıx münasibətim yarandı. Gördüyünüz kimi, saytın bəyəniləcək tərəfləri həddindən artıq çoxdur. Bəyənmədiyim isə bəzi istifadəçilərin etinasız, savadsız şərhləridir. Bu da düzələr, çünki bu problemin aradan qalxması üçün müəyyən təqdirəlayiq işlər görülməkdədir. Baş redaktorumuzun başçılığı altında fəaliyyət göstərən hər 4 redaktorumuzdan razıyam. Bu 2 ildə yalnız bir dəfə şikayət etmişəm. Açıqlamaq istəmirəm, əsas odur ki, şikayətimə baxılmışdı. Pərvanə, Ləman və Maya.Elin göndərdiyi şirniyyat və digər reseptlər ürəyimcədir. Ümumiyyətlə, mətbəx rubrikamızı zənginləndirən istifadəçilərdən çox şey öyrənmişəm. Sonda isə Qadın.Net ailəsinə hər zaman öndə olmağı arzu edirəm. Sənə isə xüsusi minnətdarlığımı bildirirəm.
Milana.M (XƏYALƏ MURAD) (Redaktor)
Qadın.Netlə artıq bir ildir ki, tanışam. Hər zaman Qadın.Netə canlı varlıq olaraq yanaşmışam. Saytımıza ilk andan alışdım. Görünüş cəhətdən istifadə imkanları da asan oldu. Yenilikdən sonra bəyənmədiyim heç bir funksiya yoxdur. Arada texniki təmir zamanı saytımızda ağırlaşma hiss olunur. Lakin bu o qədər də mane olmur. Əsas odur ki, yeniliklərə daim hazırıq və axtarışdayıq. Redaktor olduğum üçün bilirəm ki, bu iş və onun daşıdığı məsuliyyət çox önəmlidir. Hər birimiz bütün imkanlarımız daxilində xəbərləri diqqətlə izləyir, redaktə edirik. Eyni zamanda artıq dərcə çıxmış xəbərləri də diqqətdən kənarda saxlamırıq. Narazı olduğum redaktor yoxdur. İşindən tam razı olduğum redaktor isə Sevinc xanımdır. İndiyə kimi kimsədən narazılığım, şikayətim olmayıb. Lakin bu gündən etibarən Dr.Ağayevadan şikayətçiyəm. Mənə və saytımıza yetərincə vaxt ayırmır. Saytımızda axtardığım hər bir məlumat var. Lakin vətənpərvərlik mövzusunda və sağlamlıq mövzusunda (xüsusilə də idman) xəbərlərin daha çox olmasını istərdim. Şirniyyat sevən olmasam da yemək rubrikasını maraqla izləyirəm. Bir çox reseptləri dərcə çıxmazdan əvvəl hazırlayıb dadına baxıram, hər biri dadlı və olduqca səliqəlidir. İçlərində istər sadə, istər qəliz hazırlananlar da var. Mətbəx rubrikasına daxil olan hər bir resepti bəyənirəm. Artıq Elnarə xanımın təqdimatında öz dilimizin qramatikasını da təkrar edirəm. Bu, hər birimizə lazımlıdır. Dil bilmək çox yaxşıdır. Qadın.Netdən sonunadək məmnunam. İstər adminlərimizdən, istərsə də istifadəçilərimizdən (şərhlərdə Allah sözünü kiçik hərflə yazmağı unutmasalar). Bu dəyərli xəbərinizdə mənə də yer ayırdığınız üçün çox sağ olun.
Louis Vuitton (Ekspert)
Bəyəndiklərim çoxdur. Ən vacibi odur ki, səmimi dostlar qazanmışam.Qüsursuz heç bir məkan yoxdur. Buna sakinlər səbəb olursa, saytı bəyənmirəm demək düzgün deyil. Özüm də redaktoram, bəzən olur ki, yorğunluqdanmı, fikirli olmaqdanmı səhvlər edirəm. Amma gördüyüm andaca düzəltməyi üstün tuturam. Həm öz işimdə, həm də həmkarlarımda. Narazı olduğum redaktor yoxdur. Hamısı işlərinə sevə-sevə yanaşırlar. Yəni bu o deməkdir ki, hər kəsdən razıyam . Belə bir mahnı var:"Səndən, yar, sənə, yar, şikayətim var". Özümdən özümə şikayətim var: "Bir qədər sərt olmağı bacar”! Saytımızda daha çox maarifləndirici xəbərlərin olmasını istərdim. Əgər sual vermiş olsaydınız ki – “Kimləri görmək istərdin?” onda deyərdim ki, savadlı insanları. Dadlı olan hər şeyi sevirəm. MaşAllah, o qədər dadlı reseptlərimiz var saytda .Virtual dərsləri öyrədə bildiyim qədər də öyrənməyə çalışıram. Qadın. Netdən razı olmasam, çox güman ki, burda olmazdım...
Almaz.S (Redaktor)
Qadın.Net mənim həyatımda yeni açılmış bir səhifə oldu.Burada dəyərli insanlarla tanış oldum,fikir bölüşdürdük.Bir-birimizin sevincinə sevindik,kədərinə kədərləndik.Nə yaxşı ki,varsan, Qadın.Net. Rəhbərliyə xüsusi minnətdarlığımı bildirirəm buna görə.Redaktorlardan da razıyam,istifadəçilərdən də.Bir dəfə şıkayət etmişəm.Mənim yazdığım yazıya bir şərh yazılmışdı ona görə (istifadəçi tanış deyildi). Saytımızda çox istərdim ki,respublikamızda,dünyada baş verən son xəbərlər də yayımlansın.Boş vaxtımızda ancaq burda olduğum üçün necə deyərlər, dünyadan xəbərim olmur)) Ən çox bəyəndiyim isə kopya xəbərlərin dərc olunmamasıdır.Bu, çox ədalətlidir.Digər saytlar da bizdən nümunə götürsələr yaxşı olar.
Fatma xanım (Ekspert)
Saytımızda demək olar ki, hər şeyi bəyənirəm. Redaktorların işindən hərdən narazı oluram, çünki təkrar mövzu qoyurlar, irad bildirirəm, cavab belə vermirlər. Ümumilikdə isə hamısını bəyənirəm. Ən çox Afət xanımdan razıyam. Heç kimdən şikayət etməmişəm, elə bir səbəb olmayıb. İstərdim saytda daha çox yenilik olsun. Qadın.Netdən məmnun olmasam heç gəlmərəm ki bura.
Gülşən_q (Yazar)
Burada nəyi bəyənirəm - Sırf qadınlara aid olan rubrikaları. Bəyənmirəm-Fotoqalereyaya aid xəbərləri. Hazırda fəaliyyət göstərən redaktorlardan razıyam. İndiyədək şikayət etmək istədiyim şəxslər olub. Etmişəm də. Məsələ aydınlaşdırılıb və hazırda münasibətimiz normaldır. Bəzisi ilə münasibətim indi lap yaxşı, bəzisi ilə sadəcə salam-sağoldan ibarətdir. Artıq keçmişdə qalıb deyə yada salmaq istəmirəm. "Çəkişməsən bərkişməzsən". Saytın ulduzlarından müsahibə götürülürdü bir zamanlar.O müsahibənin ardını hər kəs gözləyir.Ya davam etsinlər, ya da bu işi başqasına, bu işə həvəsi olana tapşırsınlar mümkünsə.Gözümü yolda qoymasınlar..Konkret sevdiyim resept yoxdur.Hamısını bəyənirəm.Evdə mətbəxdən uzaq olduğum üçün reseptləri özüm öyrənmirəm, evdəkilərə göstərirəm, onlar bişirir deyə yadımda qalmayıb. Virtual dərslərdən əvvəllər ispancanı öyrənirdim.Dərs dayandırıldı.Mən də dərslikləri Türkiyədən gətirtdirdim (burada satışda yoxdur) ki, özüm öyrənim.Amma fərdi öyrənmək olmur.Hazırda vaxtım olanda rus dili dərslərinə baxıram.İşləyirəm desəm daha düz olar.Hər hissə çıxanda kompüterdə ayırdığım papkaya atıram.Gülarə müəllimə də sağ olsun, çox həvəslə davam etdirir bu dili öyrətməyi.. Ümumilikdə Qadın.Netdən çox məmnunam.Burada özümə dostlar tapdım.Realda da davam etdiririk münasibətimizi.Realda görmədiklərimi də nə zamansa görəcəyimə ümid edirəm.İlk növbədə Selcan xanımı.Burada ilk tanıdğım və ilk dostum o olub.
Lovable_madam (Özüm)
Saytımızın əziz istifadəçiləri! Artıq iki ildən çoxdur Qadın.Netdəyəm, inanın ki, öyrəndiklərim kifayət qədər çoxdur - müxtəlif reseptlər, düşündürücü-ibrətli mövzular, virtual dərslər, dekorasiya növləri və s. Daha çox resept olan xəbərləri gözüm axtarır. Hələ virtual olaraq qazandığım dostlarımı demirəm. Realda onlardan ikisi (Fatma xanım və creativka) ilə görüşmüşəm hətta. Creativka ilə bir neçə dəfə görüş keçirmişik. Amma bir istifadəçini bura gəlməmişdən illər öncə tanımışam. O, bizim sevimli yazarımız , mənimsə orta məktəbdə müəlliməm olan Gülşən xanımdır. Neçə dəfə sıxıntılı anlarımda Qadın.Net mənə hər dərdi unutdurub. Dəfələrlə qızlarla bəyəndiyimiz xəbəri rəngarəng və məzəli şərhlərimizlə bəzəmişik. Hər zaman beləcə mehriban və səmimi olaq. Yaşasın Qadın.Net və onun bütün istifadəçiləri. Amin.
Elnarə (Nəzarətçi)
Qadın.Neti ilk kəşf etdiyim zaman xəzinə tapmış kasıblar kimi sevinirdim. İmkan tapan kimi buraya qaçırdım. Nəyləsə məşğul olduğum vaxtlarda da Qadın.Neti düşünürdüm, "görəsən nə yenilik var" deyə. Qadın.Net mənə çox şey öyrətdi. Həyatda deyə bilmədiklərimin çoxunu burada deyə bilirəm. Saytımız hər kəsə öz bacarığını üzə çıxarmağa kömək edir. Buradakı hər mövzunu bəyənirəm. Bir tək yersiz savaşları bəyənmirəm. İstifadəçilərimizə gəlincə... Redaktorların hamısını tanımıram. Ona görə də hansının pis , hansının daha yaxşı olduğunu özüm də bilmirəm. Amma mən özüm xəbər göndərəndə elə edirəm ki, redaktə edənə çətinlik yaşatmayım, o da ürəyində mənə qarşı ikrah hiss etməsin. Bəzi istifadəçilərdən virtual olaraq narazıyam. Amma virtual dünyada tanımadığım heç kəsdən şikayətlənməyə haqqım yoxdur. Çünki realda tanımıram o kəsləri. Bəlkə günahını boynuma alıram?! Saytımızda həmişə valideyn-övlad münasibətlərinə dair məqalələrin olmasına üstünlük verirəm. Bundan əlavə yeni dəblər haqqında tez-tez məlumatlar verilsin, dükan-dükan gəzib seçim etməyə vaxtı olmayanlar üçün seçim şəraiti genişləndirilsin. Bütün şirniyyat reseptlərini böyük məmnuniyyətlə izləyirəm. Toxuculuğa dair virtual dərslərin olmasını istərdim. Yeni ideyaları olanlar buyursun! Sonda Qadın.Netə və Qadın.Netlilərə uzun ömür, sağlam həyat, əzabsız günlər arzu edirəm.Həmişə sevdiklərimizlə, sevənlərimizlə birlikdə uzun-uzadı illərə...
Ləman
Əvvəla onu deyim ki burda özümə çoxlu gözəl bacılar və xalalar tapdım, redaktorlara isə söz ola bilməz. Mənə burda xəbər yerləşdirməkdə əvvəla Louis Vuitton bacım, şəkillərin ölçüsünü kiçiltməkdə isə Milana.M (Xəyalə Murad) bacımız kömək etdi. Ümumiyyətlə redaktorlarımızın (baş redaktor Ceylan Mumoğlu, Loius Vuitton, Afət, Milana.M (Xəyalə Murad), Buket, Ro-Xe-Sa ,Almaz S.) hamısından razıyam, ALLAH canlarını sağ etsin.Buradakı qızların çoxu mənə əzizdir - adlarını yazmaqla qurtarmaz. Hamınızı çox istəyirəm. Bütün şirniyyatları sevirəm, əlbəttə ki, damaq dadıma uyğun olanları. Səni də dünyalar qədər çox istəyirəm, mənim Madam bacım.
Gulxare
Qadın.Net haqqında deyəcəyim sözlər çoxdur. Mən də hər bir istifadəçi kimi təsadüfən maraqlı yemək, şirniyyat axtarırdım ki, bu sayt qarşıma çıxdı. Və məndən tələb olunan da o idi ki, qeydiyyatdan keçim. Nədənsə istəmirdim qeydiyyatdan keçim, amma bir yandan da xoşladığım şirniyyatın tərkib hissəsini öyrənə bilmirdim. Nə isə, başqa adla girmək istədim, çünki şirniyyatın tərkib hissəsini götürüb çıxmaq istəyirdim. Adımı gah Gülbuta yazdım, gah Güləndam yazdım, axır ki, Gülxarə adıyla sayta daxil ola bildim. Nə deyim, o gündən bu günə qədər bu saytdan əl çəkə bilmirəm. Əvvəllər çox çətinlik çəkirdim xəbər yerləşdirəndə, çox sağ olsun, Afət xanım mənə bilmədiyim vaxtlarda kömək edib. Gülarə xanımın adını da vurğulamaq istəyirəm, istifadəçi də olsa mənə çox kömək edib. Ümumiyyətlə, çox gözəl redaktorlar var, hamısından razıyam. Milana.M (Xəyalə Murad), Louis Vuitton, Buket və s. Adlarını unutduğum redaktorlar ola bilər, buna görə məndən inciməzlər yəqin ki. Çox bilgilər almışam Qadın.Net-dən, faydalanmışam. Daha maraqlı reseptlər üçün başqa saytlara girmirəm. Bu saytda həm psixoloji, həm sağlamlıq baxımından dərc olunan xəbərlərlə maraqlanıram. Ən başlıcası əlifbamızı səhvsiz yazmağı bu saytda öyrənmişəm. Mən də əlimdən gəldiyi qədər maraqlı xəbərlər yerləşdirməyə çalışmışam və buna nə qədər nail olmuşam, bilmirəm.
Şikayət etməyə gəlincə isə, bəzən türk sözlərinə, türk sözlü xəbər başlıqlarına, bəzən oxunması mümkün olmayan şərhləri görəndə mənə pis gəlir. Nə deyim, hərdən ana dilimizə yazığım gəlir. Nəyi görmək istəməzdim: "Mənim səhifəm"-ə başqa istifadəçilərin girməsini istəməzdim və yəqin ki, buŞ başqa istifadəçilərin də arzusudur. Bütün reseptlərlə maraqlanıram, bişirib ailəmlə birgə daddığım, başqa tanış pəfiqələrimə də məsləhət bildiyim reseptlər də var. Ən çox Ləman xanımın reseptlərini bəyənirəm. Louis (adını bilmirəm) xanımın da maraqlı reseptləri var. Bu saytı qurub yaratdığı üçün Ceylan xanıma təşəkkür edirəm, çünki maariflənmək üçün, evdar xanımlar üçün bu saytın çox faydası var.
ToRmEnTo
Qadın.Netdən razı olmamaq olarmı?
Onu deyim ki, mən uzun müddətdir xəbər göndərmədiyim və saytla yaxından maraqlanmadığım üçün redaktorlardan xəbərim yoxdur. Bircə Afətin redaktor olduğunu bilirəm, vəssalam. O da mən redaktor olan vaxtlarda bir yerdə işlədiyimiz üçün xəbərim var. Onun haqqında deyə bilərəm ki, bir korrektor kimi işini çox gözəl və layiqincə yerinə yetirirdi. Əgər indi də xəbərlərin düzəlişinə o nəzarət edirsə, demək ki, hər şey yaxşıdır.
Narazılıq deməzdim, amma dizayn yenilənəndən sonra bura öyrəşə bilmirəm. Düzdür, yeniliklərə açıq biriyəm,amma bu yeniliyə hələ ki alışmamışam. İndi də deyəsən yeni QN sistemi yaradıb Ramil bəy,şərh yazmadığım üçün QN-lərim azdır,bəzi bölmələr üçün lazımlıymış. Ramil bəyə gərək ismarıc yazım, mənə hədiyyə QN-lər versin.
Saytımızda, Allaha şükür, hər şey artıqlaması ilə var. Ailə qurandan sonra burdan oxuyub öyrəndiyim çox mövzular oldu,hələ də oxuyuram. Əvvəllər isə elə mövzular mənə lazımsız gəlirdi. Demək ki,hər şeyin öz zamanı olurmuş.Necə deyərlər, "saxla samanı,gələr zamanı".
a.angel
Saytda hər şeyi bəyənirəm.Bəyənmədiyim şey yoxdu hələ ki.Redaktorlardan da razıyam.Bu günə kimi bütün xəbərlərim çox gözəl dərc olunub.Heç belə redaktorları bəyənməmək olar? Heç kimdən şikayətim olayıb. Saytda marağlı yükləmələrin,qeyri-adi müsabiqələrin olmasını istərdim. Qadın.Netdən çox məmnunam. Çox sağ olun...
Günel Əsədova
Mən bu saytı çox sevirəm. Bu saytı şirniyyat resepti axtararkən tapdım və belə bir saytın olması məni çox sevindirdi.Baxdım,vərəqlədim,hər bölməsinə nəzər saldım.İnanın,çox sevindim.Tam axtardığımı ,arzuladığımı tapmışdım.21 dekabr günü qeydiyyatdan kecdim.Yəni bir yaşıma az qalıb.Və bu sayt sıxıntılı günlərimə son qoydu.Burada bütün suallarıma cavab tapıram,sayt yoldaşlarımızla fikirlərimizi, sevincimizi, kədərimizi bölüşürəm.Hər kəsdən razıyam.Sag olsunlar.Heç kəsdən şikayətim yoxdur.Hamıdan qarşılıqlı hörmət görürəm.Artıq bura sanki mənim iş yerimdi və ya istirahət otağımdır,dəqiq bilmirəm.Onu bilirəm ki,gündə bir neçə dəfə baş çəkməsəm olmur. Şirniyyat həvəskarı,şirin Ləmanımızın əksər bişirdiyi şirniyyatları və eləcə də Maya bacının,Sevinc xanımın,Pərvanə xanımın,Ülviyyə xanımın şirniyyatlarını çox bəyənirəm.Redaktorlarımızdan da razıyam.Allah köməkləri olsun,yazılarımı vaxtlı-vaxtında dərc edirlər.Saytımız o qədər gözəl bölmələrlə zəngindir ki,nəyinsə çatışmadığını sanmıram.Ümumiyyətlə, yaxşı ki bu sayt var ,onun böyüklü-kiçikli bütün üzvləri və nə yaxşı ki, mən də burdayam.Saytımıza uzun ömür diləyirəm,üzvlərinə də həmçinin.Yaşasın!
R.G.AL-SU
Qadın.Net-də bəyəniləsi o qədər çox nüanslar var ki, saymaqla bitməz.Bəyənmədiyim yalnız bir şey vardır: nədənsə diqqətdə günün xəbəri ya mətbəx bölməsi,ya da ki moda olur.Halbuki, gün ərzində şeirlər,hekayələr,vətənə,ailəyə aid çox maraqlı mövzular olur.Nədənsə diqqətdə "Düşüncə dərsi" bölməsinə aid bir yazı görməmişəm .Redaktorlar məncə bir az ləng işləyir,buna baxmayaraq, narazı olduğum redaktor olmasa da, razı olduğum redaktor Buketdir. Şükür, indiyədək şikayətim olmayıb,olmayacaq da.Arzuladığım hər şey var.Qadın.Net-mənim kiçik dünyamdır. Məmnun olmaya bilərəmmi?
[/hide]
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakı-Qazax qatarı ləğv edilir
BÜRCLƏR bizə nə vəd edir?-20 Mart
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Əvvəlki illərin məzunları üçün imtahandır
Sabahın HAVAsı
Gənc qızların yataq otaqları
Prezident iki icra başçısını işdən çıxardı
Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb
Ermənilər Gəncə şəhərini növbəti dəfə atəşə tutur - RƏSMİ
“Taxt oyunları”nın 11 həftəyə çəkilən səhnəsi
Xiyarın faydalarını bilirsinizmi?
QALİB SEÇİLDİ - İlk Avropa Oyunları yeni televizorunuzda!
Katya Lel ölən sevgilisindən üzr istədi
Ebru Polat ərə gedir
Azərbaycanlı zəvvarlar Məkkədə bir ilki gerçəkləşdirəcəklər
İstirahət gününün hava proqnozu
Qurban bayramında qeyri- iş günləri açıqlandı.
Kişi gözünə sürmə çəkə bilərmi?
Rusiyanın ən varlı qadını bəlli oldu-FOTO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Mehmet Ali uzun müddət sonra İLK DƏFƏ - FOTO
Rəngarəng düyülü zapekanka (foto resept)
Saçlarını günlərlə yumur - FOTO
Dəbli ofis mebelləri
Məşhur rus biznesmen Azərbaycandan üzr istədi
Müsəlmanlara mobil telefonlardan istifadə qadağan olundu
Adriana Limadan ismarıc-FOTO
Bakının mərkəzində "ayı" peyda oldu
Qış makiyajında trend rənglər
"Sara" tortu (foto-resept)
Baharla, günəşlə doğulmaq...
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Ağrı hissi
Dünyanın ilk smart eynəyi satılır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Dolu bədənli xanımlar üçün
Türkiyədə partlayış baş verib
Əlillərə iş verməyənlər cəzalanacaq
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Rusiyada "Donuz qripi" tüğyan edir
Demet Şener sabah ərə gedir-FOTO
Qadin.Netlilərlə səyahət (4-cü hissə)
Azərbaycanın seysmoloji baxımdan ən təhlükəli zonası haradır?
Fəsil yorğunluğu pəhrizi
Azərbaycana əlilliyi olan sərnişinlər üçün xüsusi avtobusların gətirilməsinə başlanılıb
Baharın gəlişi şəkillərdə
Dodaq boyasını canlı saxlamaq sirləri
"Oskar" mükafatı: ən yaxşılar seçildi - FOTO
- ŞƏRHLƏR