Həyat gözəldir, ancaq həyat öz gözəlliklərini bunu anlaya bilənlərə göstərir. Gün ərzində çoxlarımız işlərinin öhdəsindən gələ bilmək üçün bütün gücünü səfərbər edir. Günün sonunda isə gözəl bir yorğunluq hissi ilə dincəlməyə doğru addımlayır. Bizim məqsədimiz istifadəçilərimizi maarifləndirmək, dincəlmələri üçün əlimizdən gəldiyi qədər şərait yaratmaq və onları əyləndirməkdir. Necə deyərlər əylənərək öyrətmək. Bu dəfə isə sizinlə bir müsabiqə keçirmək qərarına gəldik. Belə qərara gəldik ki, mart ayında saytımızda yayımlanan xəbərlərin içindən ən maraqlı olanını seçək. Bunun üçün də mart ayında reytinqi yüksək olmuş xəbərlər bu yarışmaya qatılacaq.
Siz də yarışa qatılmaq, qalib olmaq istəyirsinizmi? Onda nəyi gözləyirsiniz? Buyurun bu saytımız, bu da siz!
Etməli olduğunuz şey çox sadədir. Əvvəlcə gözəl, maarifləndirici və ya əyləndirici bir xəbər hazırlayın və onu saytımıza yerləşdirin. Əgər sizin xəbər də reytinq üzrə yüksək göstəricisi olan xəbərlər siyahısına daxil olsa, o zaman növbəti müsabiqələrdə siz də bu yarışda iştirak edə bilərsiniz.
Elədirsə, nəyi gözləyirik?! Hər kəs öz bacarığını göstərsin! Hər bir istifadəçi nəyə qadir olduğunu göstərərək bacarığını bir daha sübut etsin!
Beləliklə, TOP 10 xəbər
Xəbər в„– - 1 "9 hərəkətlə arıqla!" , müəllif - Ayten Ismayilova
Xəbər в„– - 2 "Zolaqlı badamdura (foto resept)" , müəllif - Ləman_
Xəbər в„– - 3 "Gecə üçün ziyafət geyimləri" , müəllif - OzDuNyAm
Xəbər в„– - 4 "2014-cü ilin ən yaxşı gün eynəkləri" , müəllif - Ulker.Agamali
Xəbər в„– - 5 "Yerkökü salatı (foto resept)" , müəllif - Aytac Mammedova
Xəbər в„– -6 "Cinsi əlaqənin bilinməyən tərəfləri" , müəllif - Narın
Xəbər в„– - 7 "Əllərə necə qulluq etməli" , müəllif - NiCaT_NiLuFeR
Xəbər в„– - 8 "Madam" tortu (foto resept)" , müəllif - MAYA EL
Xəbər в„– - 9 "Evliliyi nələr öldürür?" , müəllif - AYSUN MEMMEDOVA
Xəbər в„– - 10 "Dəri ağardıcı maskalar" , müəllif - Qizil Gul
Bu 10 xəbər mart ayında reytinq üzrə ilk onluqda yer alan xəbərlərdir. Xəbərləri baş redaktor müxtəlif kriteriyalara görə seçmişdir. Qeyd edim ki, yarışmamız iki mərhələdən ibarət olacaq. Bu ilk mərhələdir. Bu mərhələdə seçilən 3 xəbər ikinci mərhələyə keçəcək.
Qalibimizə nə hədiyyə ediləcək? Bunu ikinci mərhələdə öyrənərsiniz.
Yaxşı, bəs o 3 nəfəri necə seçəcəyik? - Hər kəs bəyəndiyi xəbərin adını şərhlərdə qeyd edəcək. Şəxsən özüm səslərin sayını hesablayacağam və heç bir qayda pozuntusunun olmamasına da şəxsən özüm nəzarət edəcəm! Sizə düşən isə xəbərin adını və sizin üçün onu maraqlı edən cəhətləri qeyd etməkdir.
Qeyd: Unutmayın, ikinci mərhələyə yalnız və yalnız üç xəbər və onun müəllifi daxil ola biləcək. Biz bununla da kifayətlənməmişik! Hörmətli istifadəçilərimiz, bu müsabiqənin ikinci hissəsində siz özünüz də digər bir müsabiqəyə qatılacaqsınız. Müsabiqənin ikinci mərhələsi elan edilən andan etibarən həmin xəbərə şərh yazan hər bir kəs avtomatik olaraq yeni bir müsabiqəyə daxil ediləcək. Onun qaydaları nə olacaq? O necə bir müsabiqə olacaq və qalibə hədiyyə nə olacaq? Bax buna artıq müsabiqəmizin ikinci mərhələsində cavab tapacaqsınız.
Səsvermə bu andan etibarən açıqdır və 22 aprel saat 00:00-dan etibarən verilən səslər artıq etibarsız olacaq. O zamana qədər çalışın səsinizi verin. Heç kəs özünə səs verə bilməz! Səs verərkən isə mən filankəsin filan xəbərinə səs verirəm - deyə yazmaq lazımdır.
Nəyi gözləyirsiniz? Buyurun, səsverin. Bu 10 şəxsən birini və özünüzü qalib edin! Hər birinizə ayrılıqda uğurlar arzu edirəm!!!
22.04.2014, 00:00 -Nəticələr
Səsvermə zamanı ümumilikdə 77 səs qeydə alındı! Göndərilmiş 77 səsdən 76 səsin etibarlı, 1 səsin isə etibarsız olduğu aşkarlandı.
Etibarsız olma səbəbi isə həmin istifadəçi adın yarışma elan ediləndən sonra qeydiyyatdan keçməyidir. Bununla yanaşı eyni istifadəçi adı iki dəfə ardıcıl günlərdə açılıb. Buna görə də həmin səs etibarsız hesab edildi. İndi isə buyurun ikinci mərhələyə keçən müsabiqə iştirakçılarımızın adına nəzər salın.
1-ci yer: Ləman_ - "Zolaqlı badambura" xəbəri - 19 səs + 150 QN
2-ci yer: NiCaT_NiLuFeR - "Əllərə necə qulluq etməli" xəbəri - 16 səs + 150 QN
3-cü yer: AYSUN MEMMEDOVA - "Evliliyi nələr öldürür" xəbəri - 16 səs + 150 QN
Bu üçlükdə yer alan hər bir iştirakçı müsabiqəmizin ikinci mərhələsinə keçmək şansı və hər biri ayrı-ayrılıqda 150 QN hədiyyə olaraq qazandılar. Sizlərin hər birinizə ikinci mərhələdə uğurlar arzu edirəm!
İndi isə ümumilikdə bütün göstəricilərə nəzər salaq.
Xəbər в„– - 1 - "9 hərəkətlə arıqla!", müəllif - Ayten Ismayilova - 5 etibarlı, 0 etibarsız səs
Xəbər в„– - 2 - "Zolaqlı badamdura, müəllif - Ləman_ - 19 etibarlı, 0 etibarsız səs
Xəbər в„– - 3 - "Gecə üçün ziyafət geyimləri", müəllif - OzDuNyAm - 2 etibarlı, 0 etibarsız səs
Xəbər в„– - 4 - "2014-cü ilin ən yaxşı gün eynəkləri", müəllif - Ulker.Agamali - 2 etibarlı, 0 etibarsız səs
Xəbər в„– - 5 - "Yerkökü salatı (foto resept)", müəllif - Aytac Mammedova - 3 etibarlı, 0 etibarsız səs
Xəbər в„– - 6 - "Cinsi əlaqənin bilinməyən tərəfləri", müəllif - Narın - 3 etibarlı, 0 etibarsız səs
Xəbər в„– - 7 - "Əllərə necə qulluq etməli", müəllif - NiCaT_NiLuFeR - 16 etibarlı, 1 etibarsız səs
Xəbər в„– - 8 - "Madam" tortu (foto resept)", müəllif - MAYA EL - 7 etibarlı, 0 etibarsız səs
Xəbər в„– - 9 - "Evliliyi nələr öldürür?", müəllif - AYSUN MEMMEDOVA - 16 etibarlı, 0 etibarsız səs
Xəbər в„– - 10 - "Dəri ağardıcı maskalar", müəllif - Qizil Gul - 3 etibarlı, 0 etibarsız səs
Müsabiqənin 2-ci mərhələsi
Hörmətli istifadəçilərimiz, bu andan etibarən müsabiqəmizin ikinci və final mərhələsi açıq elan edilir. Müsabiqənin ilkin mərhələsində qalib gələn 3 xəbər və onların sahibi bu mərhələdə birincilik üçün mübarizə aparacaq. Yarışma 26 aprel 18:00-a qədər aktiv olacaq. Həmin andan etibarən isə verilən səslər artıq hesablanmayacaq. Bu dəfə müsabiqəmizdə bir sıra qaydalarımız olacaq. Buyurun qydalarla tanış olun. Qaydaları pozan şəxs müsabiqədən uzaqlaşdırılacaqdır.
- Müsabiqədə iştirak edən bu üç xəbərin sahibi səsvermə hüququna malik deyil.
- Heç kim şərhlərdə digər hər hansısa bir istifadəçini səsverməyə təşviq etməməlidir.
- Müsabiqənin ikinci mərhələsi açıq elan edilən andan sonra saytımızda qeydiyyatdan keçənlərin səsləri qəbul edilməyəcəkdir.
- Müsabiqə barədə səlahiyyətli şəxslərə mesaj yazıb istənilən şeyi soruşmaq qəti qadağandır!
Qalib olan şəxs idarə heyyəti tərəfindən 300 QN-lə mükafatlandırılacaqdır. Nəzərinizə çatdırım ki, bu ilk geniş miqyaslı müsabiqəmizdir. Növbəti müsabiqəmizdə hədiyyə tamamilə ayrı, eyni zamanda da Azərbaycan portallarında ilk və möhtəşəm bir mükafat olacaq. Ona görə də, ey iştirak etmək istəyənlər, tələsin və gözəl, keyfiyyətli xəbərlərinizi göndərin ki, müsabiqədə iştirak etmək və qalib olmaq haqqını qazanın. Və unutmayın ki, əgər Qadın.Net-lisinizsə, demək siz artıq Qalibsiniz!!!
Lap əvvəldə qeyd etmişdim ki, səsverənlərin özü də müsabiqəyə qatılacaqdır. Demək, 25 aprel saat 13:00 - 16:00 aralıqlarında məhz elə bu xəbərin altında 3 sual yayımlanacaqdır. Bu 3 saat ərzində sualların hamısına düzgün cavab tapan şəxs qalib olacaq. Bu suallara isə hər kəs cavab yaza bilər. Əsas odur ki, doğru cavabı ilk yazan olasınız. Əgər 3 sualın 3-ünə də ilk və doğru cavab verən olsa, o qalib elan ediləcək və rəhbərlik tərəfindən 25 QN ilə mükafatlandırılacaqdır.
Bundan əlavə qalibə sırf mən özüm tərəfindən 3 tərcümə edilmiş xəbər verəcəyəm ki, saytımıza yerləşdirsin. Heç bir əziyyət çəkmədən 3 xəbər qazanmaq şansınız var. Bilmək olmaz, bəlkə də elə bu xəbərlərin hansınınsa sayəsində növbəti aylardakı müsabiqəyə də avtomatik qatılılmış ola bilərsiniz. Ona görə də diqqətli olun və ən əsası da cəld olun ki, doğru cavabı ilk göndərən olasınız.
Mən sualların hər birinə bir xəbər uduş qoymuşam. Yəni ilk olmaq şərtiylə 1 düzgün cavab tapana 1 xəbər, 2 düzgün cavab tapana 2 xəbər, 3 düzgün cavab tapana isə 3 xəbər verəcəyəm. Ancaq QN yalnız 3 sualın üçünə də düzgün cavab tapana veriləcəkdir.
Elə isə buyurun səs verin, bu üç iştirakçıdan birini və eləcə də özünüzü qaliblərin qalibi edin!
Unutmayın, səsvermə 26 aprel 18:00-da sona çatacaqdır. Sualları isə 25 apreldə 13:00-dan 16:00-a qədər cavablandıra bilərsiniz.
Buyurun ikinci mərhələdə səsverməyə daxil olan xəbərlərdən birini seçib səsinizi verin.
Ləman_ - "Zolaqlı badambura"
NiCaT_NiLuFeR - "Əllərə necə qulluq etməli"
AYSUN MEMMEDOVA - "Evliliyi nələr öldürür"
Hər birinizə uğurlar arzu edirəm!
Suallar:
1) O, fotokamera kimi işləməsi ilə məşhurdur. Onun işləmə mexanizmi belədir ki, işıq şüalarını sındıraraq əşyaları kiçiltmiş təsvir şəklində əks etdirir. O nədir?
2) Orada günün uzunluğu cəmi 18 saatdır və ora çox soyuq bir yerdir. Ora haradır?
3)O, güzgü kimi şəffafdır. Vaxtilə yerin altında közərmiş və ərimiş maye halında idi. O nədir?
Bəzi səbəblərə görə suallar bir qədər gecikib. Ona görə də suallara 17:15-ə qədər cavab verə bilərsiniz. Sonda gəlib sualların cavabına baxıb doğru cavabı və onu deyən şəxsi elan edəcəyəm. Hər birinizə uğurlar!
Nəticə:
Müsabiqəmiz artıq sona çatdı! Müsabiqədə iştirakınız üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm!
Səsvermə zamanı ümumilikdə 49 səs qeydə alındı! Qeydə alınan səslərin hər birinin etibarlı olduğu qərarlaşdırıldı vəəə qalibimiz Ləman xanımın "Zolaqlı badambura" oldu. Ləman xanımı öz adımdan və eləcə də saytımızın rəhbərliyi və üzvləri adından təbrik edirəm!
Gəlin ümumi verilən səslərə nəzər salaq.
1. Ləman_ - "Zolaqlı badambura" - 21 səs
2. AYSUN MEMMEDOVA - "Evliliyi nələr öldürür" - 20 səs
3. NiCaT_NiLuFeR - "Əllərə necə qulluq etməli" - 8 səs
Yeni və daha da maraqlı müsabiqələrdə görüşənə qədər. Hər birinizə uğurlar arzu edirəm və untmayın ki, əgər Qadın.net-lisinizsə, demək, siz artıq qalibsiniz və hər kəsdən bir addım öndəsiniz!
XƏBƏR LENTİ
Məşhur ulduz aşpaza ərə gedir-FOTO
Günün qoroskopu: bulanıq suda balıq tutmaq olar
Dərini təbii üsullarla nəmləndirməyin yolları
Yaşayış evindən öz-özünə çıxan yanğının səbəbi bəlli oldu - FOTO
22 yaşlı oğlanı Marsda əbədiləşdirəcəklər - FOTOLAR
Mobil telefonunuz enerji yığarkən diqqət!
Ordumuza əmr verildi
Bakıda pulsuz internet olacaq
Dəfn edilən adam bir ay sonra evinə qayıtdı
Ronaldonun oğlu instagram hesabı açdı-1 günə 1 milyon izləyici
Lavrovdan Dağlıq Qarabağ AÇIQLAMASI: "Başqa yol yoxdur"
Azərbaycan 53 medal qazandı
Yenidən evlənmək sədaqətsizlikdirmi?
Bakı qışa hazırdırmı?
Şahzadə Harri və Meqan Markl ikinci dəfə toy etməyə hazırlaşır
Oruc tutmaq barədə 7 yanlış stereotip
Qarğıdalı pəhrizi
Ordumuz ermənilərin silah anbarını belə vurdu - VİDEO
Məktəb bazarlığı etməli olan valideynlərin diqqətinə!
Fəttah Heydərovun dəfn ediləcəyi yer açıqlandı
Prezident İlham Əliyev kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bağlı sərəncam imzaladı
Məşhur aktrisa ilk dəfə polis sevgilisi ilə -FOTO
Azərbaycan ərazisində havanın temperaturu yüksələcək
Malikanəsini 6 milyon dollara satdı -FOTO
İdmançılarımızdan xoş xəbər
Qozadan "Kirpi" düzəldilməsi
Məşhur aktyor ölümdən döndü-FOTO
Başlayan doğuşun əlamətləri
Koronavirusdan sağalandan sonra xəstəliyin orqanizmdə qalıcı fəsadları açıqlandı
İngilis Dili - III Dərs
11 ildə 28 dəfə əməliyyat olundu-Şok nəticə
Şəhvət və eşq xəstəliyi (2-ci hissə)
Azərbaycanın ən nəhəng köpüsü gələn il istifadəyə veriləcək
Yerdən Marsı müşahidə etmək mümkün olacaq
Alimlərdən şok: Yadplanetlilər artıq aramızdadır
HAVA necə olacaq? 24 İyun
Vətənə 102 qızıl medal gətirdilər
Hindusların Divalisi başlandı
"TANAP regionda sülhə yardım edəcək"
Hava kəskin pisləşəcək
“Coca-Cola” 130 illik ənənəsini pozur
Prezident İlham Əliyevin nəvələri "Enşteyn"lə şəkil çəkib.
Maqnoliya pudinqi (foto resept)
Qızlarını morqda axtarırdı TV-də gördü-FOTO
"Miss Türkiyə 2016"nın qalibi bəlli oldu - FOTO
Bakıda səhər işə gedənlərin yolunu kəsdilər
Gənc blogger lüks villa aldı-FOTO
Kaan Tangözen yenidən ata oldu-FOTO
Hər döş xəstəliyi xərçəng deyil
Məşhur model sistemdən sonra öldü-SƏBƏB
- ŞƏRHLƏR