Ləman_
Əvvəla xəbərində mənə də yer ayırdığın üçün çox sağ ol, gözəl bacım. Burda ən yadda qalan hadisələri yazacağam. Onu deyim ki, Qadin.Netli xanımlarımızın çoxusu mənə əzizdir, deyərdim elə hamsı
Burda yaxından ilk tanışlığ;mız Louis Vuitton (Sevinc) bacımızla olub, hamının çox sevdiyi insanla.Mən onun xəbərlərinə şərh yazırdım, mənə ismarıcda təşəkkür etdi, mən də dedim ki, əslində mən də şirniyyatlar bişirirəm, amma yerləşdirə bilmirəm, dedi sənə kömək edərəm. Çox sağ olsun mənə kömək etdi, mən də öz reseptlərimi sizlərlə paylaşdım. Allah ondan sonsuza qədər razı olsun, Amin
Sonra tanışlığım Günel Əsədova xalamla olub, mənim şəxsi səhifəmə qonaq gəlib orda mən öz doğum tarixində 2012-ci il yazmışdım,o da dedi deyəsən sən hələ iməkləyirsən ay bala, buna çoxlu güldüm. O gündən çox yaxınıq. Onu çox istəyirəm, doğma xalam kimi.
Lovable_Madamla tanışlığım axşam idi, o xəbərlərə baxırdı, şərh yazırdı, mən də o hansı xəbərə şərh yazır ona şərh yazırdım, onu addım-addım izləyirdim. Madam mənə yazdı ki, deyəsən qaçdı-tutdu oynamaq istəyirsən, gəl oynayaq. Sonra onunla yaxın olduq, bacım qədər xətrini çox istəyirəm
Kristenlə isə şahzadə şirniyyatım dərc olanda tanış olduq, çoxu şirniyyatı bəyənmişdi, kristen yazmışdı ki, bu nə şirniyyatdır ee, çox söz düşdü başqaları ilə onun arasında ki, belə niyə deyirsən? Mən dedim ki, ola bilər də, hamı bəyənməz ki, indi çox sevinirəm, yaxşı ki, bəyənməyib, dost olmuşuq.
Gülenayla tanışlığım - onlinede yazı yazırdı, həkim var idi ona, qızlara məsləhət verirdi, mən də bir yaxınım üçün soruşdum o həkimdən, beləcə onla yaxın olduq. Gülenay çox gözəl qəlbli qızdır, Allah onu xoşbəxt etsin, eləcə də bütün qızlarmızı. Amin.
Serrasla tanışlığma Lale (best off all) vəsilə olub, mənim burda "aminnnnnnnnnnnnnnnnnn" sözünü belə uzatmağım çoxunun xoşuna gəlirdi, ürəkdən deyirdim, elə bilirdim ki, bütün dualar qəbul olacaq. Onları çox istəyirəm.
Madonun_Dostu ilə də Lovable_Madam vasitəsi ilə tanış olmuşuq, bir neçə dəfə incikiliyimiz olub, amma indi hər şey yaxşıdır.
Burda çox qız ilə yaxın idim, amma Gülenayın serialından sonra daha da yaxın olduq.
Sada ilə də şirniyyatlara şərh yazanda tanış olduq, o çox gözəl bir insandır, onu tanıdığıma çox xoşbəxtəm. Allah onu da xoşbəxt etsin. Aminnnnnn.
Yadımda qalan bu qədərdir, hər kəslə tanışlığım yadımda qalmadığına görə sizdən üzr istəyirəm, burdakı xanımlarımızı çox istəyirəm. Allahdan arzum hər biri xoşbəxt olsunlar, nə arzu, muradları varsa çin olsun, Amin.
Aytən
Canım, sənə təşəkkür edirəm yazına məni də dəvət etdiyin üçün. Qadin.Netin sevimli simaları-buna cavab vermek bir o qədər asand olsa da, bir o qədər də çətindir. Qadin.net mənə çoxlu dost və bacı qazandırdı. Burda özümdən böyük olsalar da çox, amma çox sevdiyim iki bacım var: Lovable_MadaM və Zumrud NurullayevaZuma bacımla təsadüfi tanış olduq, o məni kökə adlı bir qızla səhv salmışdı. Sonra başladıq danışmağa, o gün-bu gün danışırıq. Madam bacımı burda hamı çox istəyir, amma hamıdan çox mən istəyirəm Bu iki xanım mənə əsil böyük bacı olub. Daha sonra bu saytda tanıdığım gözəl, balaca bacılarım var. Burda ilk tanıdığım kiristen (Aliyəm), MikaMilus (Sevincim), SerraS (Rəsmiyəm), dj Elenam, Prensesa Samir (Konül), Ləman_ bacım və balaca-zəlzələ (Sevincim). Balacamı-ikimizində tanıdığımız bir dostumuz tanış edib mənimlə, nə yaxşıda bunu edibBalacamla qısa bir vaxtda o qədər səmimi olduq ki. O, mənim Balacamdır. Bu siyahını çox uzada bilərəm. Adını yazmadıqım bacılar məndən küsməsin, xahiş edirəm. Nə başınızı ağrıdım, mədən bu qədər.
Mənim sevimli simalarım, həyatımda çoxluq təşkil edir. Yəqin bəxti gətirmişlərdənəm bu barədə (maşAllah). Onların hərəsi haqqında ayrıca yazsam, yazım çox uzun olacaq. İstər real həyatda, istər virtual həyatda fərqi yoxdur, elə insanlar var ki, onlarla ünsiyyət qurmaqdan zövq alıram. Onlar mənə çox əzizdirlər. Hamıya hər zaman qarşısına yaxşı insanların çıxmasını arzu edirəm.
Asi
Canım, xəbərə məni də dəvət etdiyin üçün, çox sağ olAranıza yeni qatılsam da sevdiklərim çoxdur. Ən çox sevdiyim: Yasəmən, Yeşim, Ləman, Fidan, Madam, Sevinc xanım, Lalə, Mika. Ləman bacımla tanışlığımız-bura gələndə ilk qonağım və dostum olanda olub. Madam bacim ilk silsilə xəbərinə dəvət edib, amma tanışlığımız xəbər hazırlamağa kömək edəndə oldu. Böyük səbrlə hər şeyi başa salmağı, məsuliyyəti onu sevdirdi. Sevinc xanımla tanışlığımız, bir işdə mənə dəstək çıxanda oldu. Onun necə gözəl qəlbli biri olduğunu o zaman anladım. Yasəmən, Yeşım, Mika, Fidan və Lalə ilə isə, necə tanış olduğumuz yadımda deyil. Çox ünsiyyətim olmasa da hamınızı çox sevirəm
kristal kelebek(Nezrin)
Gəlib çatdıq mənə. Qadın.Netin hər bir xanımı sevimlidir...Dostluğumda 52 nəfər var. Hamısı çox yaxşı, mehriban, səmimi xanımlardır. Və əlbətdəki, ♥♥♥Dj Elena♥♥♥ bacım da belədir. Ayrı seçkilikdən xosum gəlmir, burada hamımızın xoş vaxtları keçir birgə. Amma ən çox resept paylaşan bacılarım, nə yeyərəm sizin bişirdikləriniziBu qədər, başqa deyiləsi sözüm yoxdur. Qadın.netin xanımlarına esil qadın xöşbəxtliyi arzu edirəm.
SELENA
Elena, əvvəla xəbərində mənə də yer ayırdığın üçün təşəkkür edirəmMən sayta birinci dəfə gələndə kristen (Aliyə) məni qarşılamışdıİlk tanışlığım və ilk söhbətim onunla olub. Daha sonra Aytənlə danışdım, çox şirin qızdır. Ləmanla isə öz xəbərində tanış oldum, əl qabiliyyətini çox bəyənmişdim, demək olar ki, vurulmuşdumMüəyyən vaxtdan sonra isə Sevinc xanımı (Louis Vuitton) tanıdım. Mənə hər cəhətdən kömək etdi. Hal-hazırda burda yoxdur, amma tezliklə aramıza qayıdacağına inanıram. Allah şəfa versin və kömək olsun Sevinc xanıma. AminLalə (Best of All) ilə də sonradan tanış oldum və çox sevdim. Ən çətin günümdə bir dost kimi dinlədi və dəyərli məsləhətlər verdi. Canım LaləmXəyalə Muradı isə yazdığı qiymətli və maraqlı hekayələrinin, əsərlərinin sayəsində tanıdım. Hamısı elə maraqlı idi ki, istər-istəməz müəllifə qarşı içimdə sevgi və rəğbət hissləri yaranırdı. Zaman-zaman onu daha da yaxında tanıdım və necə gözəl ürəyə sahib olduğunu anladım. Lovable_MadaMı isə sayta gəldiyi ilk günlərdən tanıyıram. Zarafatcıl və çooox şən xanımdırGülməli və maraqlı şərhlərin müəllifidir. Gözəl Madamım, həmişə belə qal. De, gül, şənlən, zarafatlar et. Üzündən gülüş əskik olmasın. Amin!
Bu saytda hamı çox mehribandır, həmçinin də Almaz S. bacım da. Diqqətli və qayğıkeşdir mənim bacım
ARiEL_ViViAN(SaMiRə) bacımı da çox istəyirəm, çoxdandır onunla danışıram. Rusiyaya getmişdi, hal-hazırda qayıdıb.
Fidaşkayla (Fidan) və H4cət-i Vusl4t, YEGİŞ ilə isə, bu yaxınlarda, bir neçə ay əvvəl tanış olmuşam
Gülşən q. xanımı isə yazılarının sayəsində tanıdım. Hər biri mənim üçün çox dəyərlidir və maraqla oxuyuram. Həyati yazıları çoxdur, oxuduqca çox şey öyrənirəm. Ceylan xanımın yazıları da elədir, insanı düşünməyə vadar edir. Bu isə çox yaxşıdır, belə xəbərlər, yazılar çox olsa yaxşı olar.
Nə isə, çox uzun yazdım deyəsən. Burda hamını çox istəyirəm. Hamı əzizdir mənim üçün. Çünki biz bir ailəyik. Qadın.Net ailəsi.
Narin Yilmaz
Salam, əziz Qadin.Netlilər. Əvvəla canim Elenam, mənə xəbərində yer verdiyin üçün sənə sonsuz təşəkkürlər. Bu sayta ilk gəldiyim gün heç kimi tanımırdım, bir tək Asi bacımla tanış olduq, sonra ilk xəbərimin dərc olunmasında çox böyük rolu oldu. Men saytda təzə idim və heç nə bilmirdim. Çox sağ ol, canım bacımAsi, səni çox istəyirəm. Allah səni xoşbəxt eləsin, ilk dostum. Sonra dostlarım çoxaldı, canlarım oldu hamsı, hər birini çox sevirəm. Bacılarım mənimFarida-Asadova,Happiness lady,♥♥♥DJ Elena♥♥♥, Totuwun mamasi, Ruhəngiz, Selvi Ibrahimbekova, hazal kaya, Prenses Yagmur, Aydan Əsgərli, Aydan, DJ Bibixanım, Ramile Memmedova, Merve Caniyeva, Fidan, Narqiz, Zeyneb_Kerem, Hayat yolu və adlarını yaza bilmədiyim bütün dostlarım-hər birinizi ayrı-ayrılıqda çox sevirəm, nə yaxşı ki, sizin kimi dostlarım var Allah her birinizi xosbəxt eləsin, inşAllah
Ibrahimova Gulya
Bacı, ilk öncə xəbərində mənə söz verdiyin üçün sənə təşəkkür edirəmMən Qadın.Net saytından 2013-cü il iyunun 5-də qeydiyyatdan keçmişdim. Düzünü desəm, iyun ayında çox da daxil ola bilmirdim sayta, mənə lazım olan məlumatlara yiyələnib çıxırdım və bu saytda heç dostum yox idi. Daha sonra marağım çox artdı və ilk özüm yazıb qızlarla dostluq qurmaq qərarına gəldim. Bu saytda ən çoooooox sevdiyim qadın siması mənim bacım olan Ayka İsgəndərova, Gülşən 29, Aytən və təbii ki, Ceylan Mumoğludur. Gülşən 29 və Ceylan Mumoğlu ilə, xəbər hazırlayarkən tanış olmuşam. Düzünü desəm, xəbər hazırlamaqda çox çətinlik çəkirdim((( Amma çox sağolsun Gülşən bacım mənə Aytənin kömək edəcəyini dedi və beləliklə Aytənlə dost olduq, demək olar ki, mənim köməyimə çatan mələk... Onu çooox istəyirəm və Aytən dostuma burdan öpücüklər yollayıramYəni mənim dostluqlarımın yaxşı qurulmasına səbəb xəbər hazırlamagım olmuşdur.
в™Ў вњ°PrINcESsAв™Ў вњ°Samirвќ¤
İlk öncə təşəkkürlər ♥♥♥DJ Elena♥♥♥, mənə də yer ayırdığın üçün. İlk öncə sayta gələndə Louis Vitton(Sevinc xalayla) tanış olmuşam, onu çox istəyirdimBurda başqa tanışım yox idi. Daha sonra isə çoxlu dostlar tapdım özümə. Aytənlə söhbət otağının aktiv olduğu vaxtlarda, orda tanış olmuşdum. Ordan söhbət etdikdən sonra şəxsi ismarıcda da əlaqə saxladıq, dostluğumuz getdikcə irəlilədi. Esmiralda bacımla da həmin qaydada tanış olmuşam. ♥Sweet dreams♥. LOVE PINK M...A, Zeynallı bunlar da ən yaxınlarımdır. Amma ən çox istədiyim sirlərimi bölüşdüyüm Aynuşum, (бѓ¦РњРѕСЏ любовьღ (Nişanlı), birdə Şahanəmdir (Superisi). Onları çox istəyirəm, yaxşı ki, tanımışam onları.
♥Dream girl♥
Mən bura 2013-cu ilin martında gəlmişəm. Gəldim, qeydiyyatdan keçdim, sonra gördüm ki, mənə heç kim yazmırHeç elə bil yoxam, getdim buralardanSonra hardasa may ayına yaxın yenə gəldim, 1 gün gəldim, 2 gün gəldim, 3... yadimda deyil dəqiq nəçə idi, amma mən bura gələndə, birinci tanışlığım Asi ləqəbli bacımla olmuşdu. Onunla tanış oldum və təkcə onunla yazışırdım. İyun və iyul aylarında onunla yazışdım. Asidən sonra başladım yavaş-yavaş hamıyla tanış olmağa, inanın ki, o qədər bağlanmışam bura 1 gün bura gəlməyəndə darıxıram bacılarım üçün, sonra dostlarımdan Günel Hüseynova ilə tanış oldum, onunla və bacısıyla da yazışırdım. Amma bilmirdim onun bacısıdır, Ləman deyəndən sonra bildimSonra gəlir Aydan Əsgərli, MikaMilus, Ramilə Məmmdova, Dj Elena və s. və ilaxır!
Ardı var
XƏBƏR LENTİ
Cütlüklər Hellouində
Günün qoroskopu: başladığınız işlərə məsuliyyətlə yanaşın
40 minə başqa biri oldu-FOTO
Çində polis suyun üzərində qaçmağı bacardı – VİDEO
Həkimdən xəbərdarlıq: "Külək əsəndə..."
Hipersəsli silahların yeni erası: Rusiyada daha bir “Avanqard” hazır vəziyyətə gətirildi - VİDEO
Dünyanın ən yaşlı kişisi öldü
Monoton həyat sizi də bezdirib?
Pudinqli Çizkek (video-resept)
Ləziz yay yeməyi (foto resept)
B dərmanların idxalı qadağan edildi
Ceyhun Bayramov ABŞ səfiri ilə Ermənistanın sonuncu hərbi təxribatından danışdı - FOTO
Maraqlı faktlar
Kişilər doğuşda iştirak etməlidirmi?
Milli Məclis Avropanı sərt tənqid etdi
Milli Məclisə qanunsuz daxil olan şəxslərlə bağlı QƏRAR
İnternetin qara kralı tutuldu
Noutbuklar yaxşı satılmır
“YAŞAT” şəhid ailələrinin və qazilərin hansı ehtiyaclarını qarşılayacaq - SİYAHI
Dollar və avro ucuzlaşdı
Demet Akalın Amerikaya getdi-FOTO
Günün qoroskopu: Aktiv olun!
Yemək bişirərkən edilən səhvlər
Tibbi spirt və maska çatışmazlığına aydınlıq gətirdi
Olmayan fəallıqdan usananlar: onlar iqtidara təslim oldular?
Azərbaycanda daşqın təhlükəsi - XƏBƏRDARLIQ
Sevməkdən qorxduğunuzu göstərən hallar
Quru saçlar üçün maska
Eyni yaşda fərqli görünən məşhurlar
Seda Sayan oğlunu evləndirməyə hazırlaşır
Qab süngəri (özünü düzəlt)
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Krım səmasında naməlum kosmik obyekt partladı
Fitball - kiçikdən böyüyə
Bu günün hava proqnozu
Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan azərbaycanlılara müraciət etdi
Ölkədə 12 obyekt bağlandı
Əyri, balaca ayaqlı son qadın odur
Fəlsəfədə etik normalar-2
Ailəvi baxdığımız Yeni il filmləri
Fahriye Evcen oğlu ilə FOTO paylaşdı
Dünyanın ən böyük heykəli tikilir-FOTO
Dünyada koronavirusa yoluxanların sayı 29, sağalanların sayı 21 milyonu keçdi - STATİSTİKA
Ayrılıq “salam”dan başlar…
Nigah müqaviləsi
Xurmanın bilinməyən faydaları
Ərdoğan qalibdir, amma...
Divar saatları
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
Burakın aktyorluq karyerası ilə bağlı hər şey məlum oldu
- ŞƏRHLƏR