Əziz Qadın.Net xanımları bu xəbəri hazırlamaqda məqsədim odur ki, virtual da olsa bir-birimizin xasiyyətini bilək, aylarla dostluq etdiyimiz insanları daha yaxından tanıyaq!
Louis Vuitton(Ekspert)
Bu həyatda heç ideal birinə rast gəldinmi? Təbii yox! Mən də milyardlardan biri kimi müsbət və mənfilərə malikəm. Amma bunun fərqli baxış sferası var. Yəni bir insan kimi kiməsə müsbət görünən xasiyyətimi, digər biri mənfi kimi qarşılaya bilər. Və ya əksinə. Hər kəs üçün ağıllı görünmək şüurdan uzaq bir düşüncə olduğu üçün bunu fikirləşmirəm belə. Xasiyyətim, mənfi, müsbətlərim haqqında özümün danışmağım bir qədər çətindir, yəni mənim görmədiyim tərəflər çox ola bilər. Nə özümü ideallaşdıra bilərəm, nə də tamamən mənfi biri kimi təqdim edə bilərəm. Bəlkə belə edək? Bu suala cavab vermək üçün məni virtual tanıyan dostlarıma, tanışlara müraciət edəsən?
Günel Əsədova(Yaqut)
Birinci mənfi cəhətim elə budur ki, verdiyim sözə vaxtında əməl edə bilmirəm. Düzdür bunlar bəzən məndən aslı olmayan səbəblərdən baş verir, amma yenə də insan gərək sözünə, əməlinə düz ola. Hə, mənfidən başladıqsa, elə mənfilər haqqında davam edək. Yaddaşım çox zəifləyib, qərarsızlığım var. Bir şeyə qərar verməyə çox çətinlik çəkirəm. Bir də bir ərincəkliyim, təmbəlliyim var ki, tutmasın, tutdu ha, heç bir iş görə bilmirəm. Beləcə axşama qədər işlər mənə baxır mən də işlərə. Ta ki, ev əhli evə gələnə bir saat qalmış, tez yeməyi hazırlayıb, evi bir az səliqəyə salıram. Yəni belə anlarımda sanki, ürəyimdə, beynimdə iki adam oturur .Biri deyir "dur işinlə məşgul ol!O biri deyir ,hələ vaxta var".Bir azdan dururam.Bu mənfi cəhətlərim.Bir də əvvəllər tez inciyər,özümdən çıxardım,dava salardım.Amma indi xeyli təmkinli olmuşam,daha tez alışıram. İncisəm də yola verirəm,ötüb gedir.Qaldı ki,müsbət cəhətlərə, ən çox dəyərləndirdiyim cəhətim xeyirxahlığı sevirəm, sadəliyi sevirəm, qayğıkeşliyi sevirəm və əməl edirəm. Bacardığım qədər hər kəsə hörmətlə yanaşıram. Xəbərçilikdən, paxıllıqdan, kimisə lağa qoyub gülməkdən zəhləm gedir. Yekəxanalığı da sevmirəm. Bir də yaltaqlığa nifrət edirəm. Evdarlıq cəhətdən də yazmağımı istəsən, yaxşı yeməklər bişirirəm. Yəni, bişirdiyim ən adi bir şorba da olsa dadlı alınır. Şirniyyatları, salatları da yaxşı hazırlayıram, amma sayta yerləşdirməyi bacarmıram deyə bunu sizə göstərə bilmirəm.
а®њUnique Womanа®њ(istifadəçi)
Mənim mənfi cəhətim: çox içimdə fikir edirəm, özü də pis-pis fikirlər gəlir ağlıma, həmişə elə bilirəm ki, nəsə bir pis şey olacaq. Mən sonra nə edəcəm- o haqda fikirləşirəm. Bu cəhətimi başımdan ata bilmirəm. Deyirlər umid ən axırda ölür. Bəzən heç umid də eləmirəm. Bir istəyimin baş tutub-tutmamasına. Bu da mənfi cəhətimdir. Bir az kinliyəm.
Müsbət cəhətim isə ən birinci düzgünluyu sevirəm, düzgun adamam. Dostlarımı heç vaxt satmaram. Özümdən razı deyiləm, yəni həddimi bilirəm.
Firuzə Çiçək(istifadəçi)
Müsbət cəhətim: Deyilənə görə ürəyiyumşaqlığım və insanlara çox inamla yanaşmağım. Hər halda bunun müsbət olduğunu düşünmürəm bu zəmanədə. Mənfi kimi ən çox həddindən artıq inadkar, əsəbi, tez coşan olduğumu deyirlər.
GÜLÇİN(istifadəçi)
İlk öncə onu demək istəyirəm ki, mənim xasiyyətim çox gözəldir. Bunu özümü tərif üçün demirəm, məni tanıyanlar deyir. Gülərüz sifətim var, hər kəslə gülümsəyərək söhbət edirəm. Mənfi və müsbət cəhətlərimə gəldikdə isə, ətrafımdakı insanlar üçün mənfi cəhətim yoxdur. Mənfi cəhətim özüm üçündür, yəni ürəyimdən keçənləri, düşündüklərimi deməyə belə utanıram. Demək istədikdə belə özüm-özümlə, daxilimlə danışaram ki, nəyi necə desəm daha yaxşı olar. Yaxınlarımla bağlı nəsə pis xəbər olduqda və ya eşitdikdə mənim əhval-ruhiyyəmə təsir edir. Heç nəyə sevinə bilmirəm, günlərlə onlar barədə düşünürəm. Elə ki, hər şey qaydasına düşdü mən də rahatlıq tapıram. Ən pisi də odur ki, heç kəslə dərdimi bölüşmürəm, problemimi heç kimə, hətta anama belə demərəm. Mənim dərdimi bölüşdüyüm, ən yaxın dostum mənim daxilimdə ki, "Mənəm". Müsbətlərim çoxdur. Hər kəsi, özümdən balacaları, böyükləri dinləməyi bacarıram. Kiminsə dərdi, sirri varsa mənə danışa bilər. Öz sirrimi, dərdimi heç kəsə danışmadığım kimi, digərlərinin sirrini də heç kimə danışmaram. Kiminsə dalınca pis danışmağı sevmirəm, müsbətlərini danışaram, mənfisini heç vaxt demərəm. Bir xasiyyətim var, bilmirəm mənfidir, ya müsbət. Demək yalan danışmağı sevmirəm, eləcə bacarmıram. Kiçik yalandan danışıram hələ, böyüklərlə heç işim yoxdur. Nəsə yalan demək istəyəndə bacarmıram, elə bilirəm qarşımdakı mənim yalan dediyimi bildi. Dinə bağlı olduğum üçün də
çalışıram dinimizə zidd olan hərəkətləri etməyim.
seadet19(istifadəçi)
Deyirlər cox danışıram, özu də yüksəkdən. Axı nə edim? Özümdən aslı olmur. Bəzən, söhbət zamanı hiss edirəm ki, mənim səsimdən başqa heç kimin səsi çıxmır. Tez səsimin tonunu aşağı salıram, utanıram... Ən çox da nənəm deyir: "bala yavaş danış, sabah evlərə düşəcəksən, deyinəcəklər bu xasiyyətin üstündə". Deyirəm daha danışanda diqqətli olacam. Bir də hirslənəndə hamının xətrinə dəyəcək sözlər deyirəm, amma sonra peşman oluram. Müsbət cəhətim: yəni hamı tərəfindən mənə qarşı çox eşitdiyim tərifli xususiyyətim-mehribançılığım, tez ünsiyyət qurmağım. Küsə bilmirəm. Evdə bacımla savaşardıq, o məni danışdırmırdı, mən bacarmırdım. Bəzən yadımdan çıxırdı küsdüyüm. Nə isə söz soruşurdum, bacım cavab verməyəndə yadıma düşürdu ki, a-a-a biz küsülü idik. Cidiliyi, sakitliyi sevmirəm danışım, gülüm, hər gün həyatımda maraqlı hadisələr olsun istəyirəm. Yəqin ki, bu müsbət cəhətimdi. Kiçik sevinclər də məni xoşbəxt edə bilir.
Seva(istifadəçi)
Mənim mənfi cəhətim deyilənə görə dirəşməyimdi. Bir işi axıra kimi getməsəm ürəyim partlayar. Amma mən belə deməzdim. Mən onu bildiyim üçün bilməyənə dirənirəm. Bir də sonacan getməyim. Axırda sübut edib o insana doğru olduğumu çatdırmağımdır. Müsbətim deyilənə görə çoxdur. O qədər çox ki, mənfilərimi üstələyir. Bunu da mən demirəm, Vallah. Məsələn son vaxtlarda qaynanam və qaynatamdan eşitdiyim bu kəlimə olub "Bala sən çox yola gedənsən ". Çox ürəyi yumşağam bilmirəm nədəndi, amma məni incidib 1 az sonra bağrına basan pis bir insan belə olsa, mən onu tez bağışlayıram. Kinim heç yoxdur heç. Bir adamın mənə etdiyi pisliyi yadımda saxlamıram bəlkə də bu mənfi cəhətimdi. Həmişə başıma nə gəlibsə ürəyiyumşaqlığımdan gəlib. Bir də ən pis xüsusiyyətim- kimsə yanımda bikef olanda, mən də pis oluram. Elə bilirəm mənə görə pis olub, səbəbin öyrənəndə hər vəchlə onun fikrini dağıtmağa çalışıram. Bəlkə də müsbət cəhətdi, amma özüm çox əzab çəkirəm.
Elnarə(Nəzarətçi)
Mənim xoşlamadığım bir neçə xasiyyətim var. Nəyəsə ehtiyacım olanda və özümün ona gücüm çatmayanda kimdənsə kömək istəmirəm. Ən yaxın adamımdan belə kömək istəmirəm. Uşaqlığımdan bəri istədiyim bir şeyi istəməyə çəkinmişəm, birdən valideynimin pulu olmaz, mən bunu istəyərəm, onun gücü çatmayanda özünü pis hiss edər, deyə həmişə susmuşam. Bu xasiyyətim hələ də başımdadır. Bu da məndə stress yaradır. Həmişə ətrafımda olan insanların eyibini örtməyə çalışıram. İlk qarşılaşdığım insanın üz cizgilərindən onun necə biri olduğunu bilirəm, amma pis cəhəti ondadır ki, dəyərsiz biri olduğunu bilə-bilə dəyərsiz insana belə dəyər verirəm. Bu xüsusiyyətimi dəfələrlə tərgitməyə çalışsam da, bacarmamışam. Müsbət cəhətlərim çoxdur, amma burda yazmaq mənə bir az gülünc gəlir. Məncə insanı özü yox, başqası tərifləməli, xüsusiyyətinin müsbət cəhətlərini yeri gələrsə qeyd etməlidir. Burda məni az-çox tanıyanlar qoy özləri bu haqda şərhlərdə yazsınlar.
Leyla(istifadəçi)
Əlbəttə ki, hər bir insanin mənfi və müsbət cəhətləri olduğu kimi mənim də mənfi və müsbət cəhətlərim var. Mənim ən çox özümdə mənfi hesab etdiyim cəhətim həddindən artiq kövrək olmağımdı və bir də həddindən artıq emosional olmağım. Çox inadcılam. Həmişə harasa gedəndə gecikirəm. Müsbət cəhətim isə ünsiyyətcil olmağımdı. Hər kəslə asanlıqla dil tapıram. Tez inanan deyiləm. Hər kəsə sirr vermirəm. Mənə verilən sirri saxlaya bilirəm. Sözü üzə deyənəm və ən əsası da yaxşı həyat yoldaşı, yaxşı ana və yaxşı dostam. Bir sözlə dəymə mənə, dəymərəm sənə.
Yovshan(istifadəçi)
Mənfi tərəfim öz -özümə anidən qapılmağımdır. Mənə edilən pisliklərdən vaz keçməyib özümə dərd etməyim və onu əsla unutmamağımdir. Müsbət tərəfim: insanlara, qohumlara, dost və tanışlarıma durmadan yardım etməyimdir. Bu da mənim psixologiyama hədsiz yükdür...
Lakin kiməsə ehtiyacım olduğu zaman ətrafımda heç kəsin olmadığını görürəm. Buna baxmayaraq istəyirəm ki, mənə müraciət edənləri, ehtiyacı olanları dar vəziyyətdən çıxarım, az da olsa yardımımın dəyməsi üçün əlimdən gələni edim. Mənə ehtiyac duyan hər hansı biri üçün öz istəklərimdən imtina edir, planlarımda dəyişiklik edirəm. İşlərimi yarım buraxmaq bahasına, yoldaşlarımın köməyinə qaçıram. Yaxşılıq etmək əslində hər kəsdə olması lazım olan, insanların xoşbəxt olmasını təmin edən xüsusiyyətlərdən biridir. Düzdür kimsəyə etdiyimiz yaxşılığı cəmiyyət içində danışmaq yanlışdır. "Bir əlin verdiyini o biri əlin eşitməməsi" anlayışını əsas almaq lazımdır. Əslində, bu instinktlərin çox qəbul edə biləcəyi bir şey deyil. İnsan bir yaxşılıq etdiyi zaman hər kəsin eşitməsini istər, amma ideal olan gizli edilmiş yaxşılıqdır. Yaxşılıq etməkdən həzz alıram , qürür duyuram. Bu zaman mən mənən rahatlıq tapıram.
SeRRas(istifadəçi)
Müsbət cəhətlərim:küsməyi bacarmıram,kinli deyiləm,hamıyla dil tapıram, mehribançılığı sevirəm. İstəyirəm hamıyla əlaqədə olum. Mənfi cəhətlərim; biriylə sözüm olanda haqlı da olsam, haqsız da olsam, elə ağlayıram sözümü deyə bilmirəm, fikrimi çatdıra bilmirəm.
mira-amar(Yaqut)
Həyatda ideal insan yoxdu məncə. Hamının mənfi və müsbət cəhətləri olduğu kimi mənim də həm mənfi, həm də müsbət cəhətlərim var. Xoşlamadığım pis xüsusiyyətlərimdən biri kimləsə çətin ünsiyyətdə ola bilirəm. Hər insanı özümə yaxın tuta bilmirəm. Bu isə mənim ətrafdakilara eqoist kimi görünməyimə səbəb olur. Digər pis xüsusiyyətim isə gec ibrət almağımdı. Biri mənə pislik edir, fikirləşirəm ki, yox o elə insan deyil. Yəqin anlaşılmazlıq olub. Sonra dəqiq bilirəm ki, yox həqiqətən də o insan elə imiş, biləndə də artıq gec olur. Kin saxlaya bilmirəm. Bu da pis tərəfimdi. Yaxşı tərəfim isə sirr saxlamağı bacarmağımdı. Xəbərçi insanları görəndə bu xasiyyətimə şükür edirəm. Başqa yaxşı tərəflərimi bilmirəm. Pis deyiləm yəqin ki...
Fidan Memmedova(istifadəçi)
Mənfi cəhətim-soyuqqanlı, qərarsız, çox riskli, özünə qapalı, qəmli olmağım. Müsbət cəhətim-insanlara mənəvi dayaq olmaq, çox səmimi, mehriban, sakit, ürəyiaçıq insanam.
kamile(istifadəçi)
Əvvəlcə mənfi xüsusiyyətlərimi yazım: hamıya inanıram. Bu mənə problem yaradır həmişə. Sonra qapalıyam, ancaq mənə çox yaxın insanlarla açıq danışa bilirəm. Ona görə də qıraqdan soyuq bir insan təsiri bağışlayııram. Bir də kimdənsə inciyəndə həmin insana bildirmirəm. Bir kəs gözümdən duşərsə daha onla əvvəlki münasibətdə ola bilmərəm. Müsbət xüsusiyyətlərim-həmişə çalışıram ətrafımdakılara köməklik edim. Mənə ehtiyacı olana və köməyə ehtiyaci olan əgər, mən kömək edə bilərəmsə mütləq edirəm. Özümdən böyüklərə və kiçiklərə həmişə hörmət edirəm. Heç vaxt böyüyə cavab qaytarmaram, hətta o mənə qarşı haqsız olsa belə. (deyəsən özümü çox təriflədim.)
DENIZ(istifadəçi)
Hər birimizin mənfi və müsbət cəhətlərimiz var. Əlbbəttə, aramızda bəziləri də var ki, onlar öz mənfi cəhətlərini görmürlər (bəlkə də görmək istəmirlər). Çox şükür ki, mən mənfi və müsbət cəhətlərimi bilənlərdənəm. Hər zaman düzgünlüyün təraftarı olsam da ətrafımdakılar nadir hallarda məni başa düşürlər. Mənim müsbət cəhətlərim bunlardır: ailəcanlı, dostcanlı, mehriban və mülayim xasiyyətliyəm. Demək olar ki, hər bir azəri qadınına məxsus bütün gözəlliklərə sahib bir qadınam. Mənfi cəhətlərimdən heç danışmaq istəmirəm, amma sizlərin xatirinə susqunluğumu pozacam. Mənfi cəhətlərim- küsəyən, hamıya inanan, tərs, canına laqeyd, dostunu -düşmənini tanımayan, alış-verişi həddindən artıq çox sevən bir xanımam.
XƏBƏR LENTİ
Azərbaycanda Ebola virusu ilə bağlı palatalar yaradıldı
İnfeksionistdən həyəcan təbili: “Digər xəstəliyi olmayan gənclər də koronavirusdan ölür”
Eynəkdən istifadə edən qadınların makiyajı
Qriplə mübarizənin 5 yolu
Məşhurların onlara bənzəməyən övladları
Antibiotiklər: yanlış fikirlər və reallıq
Azərbaycanda hava yenidən sabitləşəcək
Türk blogger hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bədəni təmizləyən 4 qida
Bu şəxslərə təqaüd verilməyəcək - QƏRAR
Azərbaycan tarixindən yüz şəxsiyyət-54
Ramazanın ilk günü üçün dua, imsak və iftar vaxtı
İlham Əliyev paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış oldu
Moda qurbanısınızmı?
Viktoriya dövrünün uzun saçlı qadınları
Çəki artırmayan isti şokolad
Aygün Bəylərin ərə getmək xəbəri YALAN ÇIXDI - VİDEO
Konfet buketləri
Ermənilər sutka ərzində 98 dəfə atəşkəsi pozdular
Məsamələri kiçildən 3 təbii maska
İnternet reklamı barədə proqnoz
2019-da nələr dəbdə olacaq?
Test nəticələri daha SMS vasitəsilə göndərilməyəcək - RƏSMİ
Məktəblərə XƏBƏRDARLIQ
İdmançılarımız vətənə qızıl və gümüş medallarla dönürlər
BMT soyqırımı demədi
Azərbaycan əsgəri ilə erməninin dialoqunu əks etdirən görüntülər yayıldı - ŞƏRHSİZ VİDEO
Azadlıq heykəli (Nyu-York)
Ürəkdən süzülən sözlər
Azərbaycanda fövqəladə vəziyyət elan olunacaq? - RƏSMİ AÇIQLAMA
Olmayan fəallıqdan usananlar: onlar iqtidara təslim oldular?
Qız uşaqları üçün saç düzümləri(2)
Üzünüzə uyğun eynək hansıdır?
Ötəri saydığımız xəstəliyin dəhşətli fəsadı
Həyətə girən ayı hovuz kənarında yatmış ev sahibini oyandırdı
Niyə arıqlaya və ya kökələ bilmirik?-2
Sıla məhkəməlik oldu-SƏBƏB
HAVA necə olacaq?
Bombardirlərin ən böyük dayaqları nədir?
Gəncədə möhtəşəm muzey tikilir
Çinlilər nəhəng şəbəkə qururlar
Gözdə itdirsəyi və çarələr
Çində tibbi maska çatışmazlığına görə yeni çarəyə tapdı
Yayda bədəni təmizləyən detoks tövsiyələri
Bakı Dövlət Universitetinin yaranmasından 94 il keçir
Azəri, yoxsa türk milləti?
DİQQƏT: Bu, siqaret qədər zərərlidir
Saç tökülməsinin gizli səbəbləri
Bu günün hava proqnozu
Soyuqdəymə ilə necə mübarizə aparmalı?
- ŞƏRHLƏR