İnsanın Aya qədəm qoyduğu, Marsda canlı orqanizm axtardığı dövrdə belə, bu nəhəng insanudan divlə tanış olmayan, təsirindən əziyyət çəkməyən ölkə yoxdur bəlkə də . Dağıdıb viran qoyduğu şəhərlər, atasız-anasız qalan uşaqlar, ömrünün baharında həyata vida edən gənc əsgərlər, təcavüzlərə məruz qalan qadınlar, itgin düşən insanlar, övladlarını itirən ata-analar və müharibədən sonra sağ qalan ölülər. İtirilmiş nəslin nümayəndələri...
Əsər İkinci Dünya müharibəsində biri Fransada, biri Almaniyada yaşayan iki yeniyetmə uşağın həyatından bəhs edir. 6 yaşında görmə qabiliyyətini itirən Mari-Lor atası Daniel Ləblonla Parisdə yaşayır. Daniel muzeydə açar ustası işləyir. Ətrafı tanıyıb, öyrənsin deyə, Daniel qızı üçün yaşadıqları məhəllənin minatür maketini düzəldir. Mari-Lor barmaqları vasitəsilə toxunaraq yaşadığı evi, küçəni, binaları və gedəcəyi yolları əzbərləyir.
Təhkiyə o qədər güclüdür ki, müharibənin o məşum dəhşətini ürpənərək oxudum. 588 səhifənin bircəciyində sıxılmadım. İrəlilədikcə sətirlərə daha da bərk sarılırdım. Kitabın qurğusu böyük heyranlıq oyandırırdı. Obrazlar, şəhərlər, hadisələr bir-birini elə peşəkarlıqla tamamlayır, özünü labirintdə yol axtarırmış kimi hiss edirsən. Xüsusilə, Mari-Lorun dilindən müharibənin təsviri, qaranlıq dünyasındakı San-Malo şəhəri, o sirli evdə qısılıb qaldığı günlər sadə amma təsirli təsvirlə oxucunu heyrətləndirir. Ümumiyyətlə, obrazlar ustalıqla yaradılıb. Bəzən ümidsizliyə qapılsalar da, müharibə şəraitində olmaqlarına baxmayaraq həyatdan əllərini üzmürlər. Yazıçı ümidi və ümidsizliyi birləşdirib əsrarəngiz şəkildə oxucuya təqdim edir. Hər obraz ayrı dünya kimi təsirləndirir insanı.
Birinci Dünya müharibəsində qardaşını itirən, bəzən günlərlə otağına girib keçmişdəki xatirələrilə yaşayan, “Görünməyən işıqlar” vasitəsilə insana ümid paylayan, mübarizədən əl çəkməyən, Mari-Lora ata kimi qucaq açan Etyen Ləblon...
Və Yutta...
Yuttanı kitabın başlanğıcında və bir də sonlarında görə bilirik. Onu uşaqkən tək qoyub getdiyi üçün Vernerdən incik olsa da, son səhifələrdə qardaşına olan həsrəti duyulur.
Düşünün... Uşaq evindəsən. Qardaşından başqa heç kəsin yoxdur. Müharibə başlayıb. O da səni qoyub müharibəyə, başqa insanları öldürməyə gedir. Siz olsaydınız, nə hiss edərdiniz?
Əsər 2015-ci ildə çap olunub. Entoni Dor kitabı 10 ilə yazıb. Kitabın əldə etdiyi uğurlar o qədər çoxdur, hansından başlayım bilmirəm. Goodreads, Pulitser, Amazon, İndiqo...
Oxucular tərəfindən ilin ən yaxşı kitabı seçildikdən sonra ən prestijli mükafatlardan sayılan Pulitser mükafatını alıb. Aldığı bütün mükafatlara layiq olan bu möhtəşəm kitabı dilimizə ingilis dilindən Anar Mahmudov tərcümə edib.
Əsər müharibə mövzusunda yazılmış ən yaxşı kitablardandır. Bu mənada oxucular üçün uğurlu seçim olduğunu söyləmək olar.
“Görünməyən işıqlar” müharibənin qurbanı olan bir neçə insanın fonunda taleləri şikəst qalmış milyonlarca insanın həyatını anladır. O insanlar ki, həyatları və gələcəkləri öz əllərində deyildi.
Aygün Ələkbərova

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR