2015-ci il əvvəllərində “Xatirələr üçün təşəkkürlər” kitabını oxumağa başlasam da, bitirə bilmədim. Kitabı bir də səkkiz aydan sonra oxumağa başladım. Həmişə fikir verirəm ki, mən kitabları planladığım sırayla oxuya bilmirəm. Sanki hər kitabın özünün oxunulma zamanı olur. Oxunulacaq kitab özü “məni oxu” deyir. Bu baxımdan hər kitabın oxunma zamanını sən yox, oxunulması lazım olan kitab özü təyin edir. Bu kitabı da oxunulması qeyri-münasib vaxtda başladığıma görə bitirə bilmirdim. Yanvar ayında başladığım kitabı mən avqust ayında bitirdim,
Romanda baş verən hadisələr fantastik üslubu xatırlatsa da, məncə bu hadisə həyatda da baş verə bilər. Hər halda möcüzələrə inanan insan kimi buna da inanıram. Əsərdə İrlandiyalı Coys Konvey və amerikalı Castin Hiçkokun qan köçürmə əməliyyatından sonra baş verən hadisələrdən bəhs olunur. Doğulmamış körpəsini itirən Coysa qan lazım olur və könüllü qanvermə aksiyasında iştirak edən Castinin qanı Coysa köçürülür. Qanköçürmə əməliyyatından sonra Coysun həyatında dönüş nöqtəsi başlayır.
Romanın mövzusunu bir çox oxucular absurd, cəfəngiyyat adlandırsalar da, mən bu kitaba mənfi rəy verə bilmədim. Roman sevginin ruhda olduğunu, məsaflərin sevgiyə əngəl ola bilmədiyini bir daha oxucuya çatdırır.
Bu romanda mənə təsir edən başqa mövzudan – Ata qız münasibətlərindən danışmaq istərdim. Ata övlad münasibətlərinin ən gözəl təsvirini “Bülbülü öldürmək” əsərində olduğu qənaətində olsam da ATA QIZ münasibətlərinin bu romanda olduğunun şahidi oldum.
Həmişə qeyd etmişəm mən filoloq deyiləm, kitabı üslub və ya janr baxımından qiymətləndirmirəm. Hansı kitab məni hisslər burulğanına salsa, mən ona “yaxşı kitab” deyirəm. Bilmirəm indi mən bu kitaba hansı titulu verim. Oxuduqca “atam da mənə bu cür deyərdi” fikirləriylə beynim o qədər qarışdı ki, o qədər xatirələr məni apardı ki, bilmirəm bu kitaba hansı adı verim. Arada olurdu ki, onu çırmaq, yandırmaq istəyirdim, lakin sonra yenidən sevməyə, əzizləməyə başlayırdım. Kitabın hər dialoqunda bir yaşantım, bir xatirəm gizlənmişdi. Coysla atasının dialoqlarının birində atası Coysa deyir: – qızım sənin öz yolun var idi, hər kəsin getdiyi yolu sən getmədin, özünə balaca cığır açdın...
İndi bəzən fikirləşirəm ki, kaş mən də tipik azərbaycanlı qızları kimi böyüdülərdim. Bu gün kütlədən ayrı öz balaca cığırımda addımlayarkən bu qədər əziyyət çəkməzdim. Sonra yenə öz ailə ideyamız qalib gəlir. Lakin Coysun dediyi kimi bəxt düzxətli deyil, yürüdüyümüz yolda manelər çoxdu...
Coysla Castin harda qarşılaşır? Coys uşaqlıqda açdığı cığırla yoluna yenidən davam edirmi? Düzxətli olmayan bəxt yolunda Coys bu dəfə necə addımlayır? Cavabı tapılmalı çox sual var. Siz də oxuyun, həm xatirələrinizi yenidən yaşayın, həm də “görəsən mənə xatirələr bəxş eləyən neçə nəfərə təşəkkür etməliyəm?” – deyə özünüzdə sual edin.
Bildiyim tək şey var, dəyərlilərini xatirələrdə anmaq çox çətindi.
Xatirəmdə xoş anılarla qalan bütün dəyərlilərimə sonsuz TƏŞƏKKÜRLƏR!!!
İlahə ELDARQIZI
XƏBƏR LENTİ
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
Əhval-ruhiyyəni yüksəldən təmizlik işləri
Saatlar 1 saat irəli çəkilir
Sabahın HAVAsı
Biskvitli "Tiramisu"tortu(foto resept)
Ukrayna hökuməti bütün ölkə ərazisində yüksək hazırlıq rejiminə keçir
Azərbaycanda fövqəladə vəziyyət elan olunacaq? - RƏSMİ AÇIQLAMA
Qara vanna otağı
İkiayaqlı inək doğuldu
Görmək istədiyinizi gözünüzün önünə gətirən linza
"Cücələrin bayramı'' salatı (foto resept)
Uşaqların diş sağlamlığı üçün tövsiyələr
2014-cü ilin papaq və şərf dəstləri
Toyuqlu pomidor dolması (foto-resept)
Burcu Esmersoy valideynlərinin ona qarşı etdiklərindən danışıb ağladı-FOTO
Vanqanın 2020-ci il proqnozu
Kəmərlərlə yaratdığımız stil
Çinin Ayla bağlı qeyri-adi planı
Ronaldo 11 milyon avroya maşın aldı-FOTO
Uşaqlarımız niyə ağlayırlar?
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Asan salat (foto resept)
Doğuşdan sonra depressiya ilə necə mübarizə aparmalı?
Albalılı tart (foto resept)
Bakıda koronavirus xəstəsi mağazada tutuldu - VİDEO
Saç tökülməsinin müalicəsi
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Ceyhun Bayramov BQXK-nin baş direktoru ilə görüşdü
Şərab ömrü uzadır?
Dəri xərçənginə yeni "köhnə" dərman tapıldı
Yaylıq və şərflər
Hər gün qarşılaşdığımız 20 toksiki maddələr
Attraksionlarda qışqırmaq qadağan edildi -SƏBƏB/ VİDEO
2017-ci ilin xüsusi donları
İnternetdə necə qorunaq?
Bizi bu torpaq yaşadır
Kartof şorbası (foto resept)
Hadise paylaşdığı rəqsi haqqında danışdı
ABŞ-dan Rusiya vaksininə şübhə
Şimali Koreyada bu gün qurultay keçiriləcək
Evlilik həyatında cinsi münasibətlər
Qüsursuz şəkillərin pərdə arxası
Ərdoğan Quran oxudu - VİDEO
Saç rənginin təbii və ucuz yollarla açılması
Məşhurlar dünən və bu gün
Fahriyə Buraka qadağa qoydu
HAVA necə olacaq?
2019 MTV Musiqi Mükafatları: Qırmızı Xalça
Bir-birinə bənzəyən analar və qızlar
Günün ulduz falı