Avtomobillərin cərimə meydançalarına aparılması son dövrlərin ən aktual məsələlərdən biridir.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdən sonra sürücülər daha çox bir sual ətrafında düşünürlər. Hansı hallarda avtomobil cərimə meydançasına aparılmalı, hansı halda isə elə yerində cərimə yazılmalıdır?
Nəqliyyat vasitəsinin müvəqqəti duracağa aparılması daha çox park edilmə qaydalarının pozulması nəticəsində baş verir.
“Dayanma və durma istisna olmaqla bütün hallarda, yəni yaranmış problemi 3 saat ərzində yerində aradan qaldırmaq mümkündürsə, nəqliyyat vasitəsi ümumiyyətlə mühafizə olunan duracağa qoyulmur. Məslən, avtomobilin şüşələrinə plyonka çəkilibsə, eləcə də avtomobili idarə edən sürücü sürücülük vəsiqəsinin evdə unutduğunu deyərək, onun evdə gətirilməsin təmin edirsə”, - deyə hüquqşünas Ərşad Hüseynov bildirib.
İnzibati Xətalar Məcəlləsinin 407-ci və “Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydaları pozulduğu halda, həmçinin bu məcəllənin 406.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitələri müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanıla bilər.
Maddənin tələblərinə nəzər saldıqda isə məlum olur ki, avtomobil yalnız onun sahibinin olmadığı halda evakuatorla cərimə meydançasına aparıla bilər.
“Qadağan edilmiş ərazidə nəqliyyat vasitəsi saxlanılırsa və bu proses saatlarla davam edirsə, təbii ki, həmin nəqliyyat vasitəsi xüsusi halda evakuatorla cərimə meydançasına daşınır. Məhz avtonəqliyyat vasitəsinin evakuasiya edilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən təyin edilmiş rüsum mütləq ödənilməlidir”, - deyə BŞBDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov qeyd edib.
Bundan başqa “Yol hərəkəti haqqında” qanunun müvafiq maddələrinə əsasən əgər sürücü içkilidirsə, avtomobilin sahibi bəlli deyilsə, yaxud onu idarə edən şəxsin sürücülük vəsiqəsi ümumiyyətlə yoxdursa və avtoxuliqanlıq halı aşkar edilərsə, o zaman avtomobil cərimə meydançasına aparıla bilər.
Buna baxmayaraq avtomobil aparıldıqda qanuni tələblərin yerinə yetirilməsinə diqqət edilməlidir.
Bu qanunu pozan şəxslərdən isə şikayət etməyə hər kəsin haqqı var.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Balıq qoxusunu aradan qaldıran üsullar
Avropa Birliyi Türkiyədəki istefalardan narahat olub
Estetiksiz FOTOsu yayıldı – hamı heyrət etdi
Cehizlik yataq üzləri
Madonna məşqlərə buraxılmayıb
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Maraqlı fincanlar
Günün qoroskopu: Hisslərinizi cilovlayın!
Kiçik çillə bitdi
Bakı Tikiş Evi əhaliyə və dövlət qurumlarına müraciət edib
Bu çay lüks maşınlarla doludur
Yaqut Qarayeva: “O şəxslər koronavirus xəstəsi kimi müalicə alırlar”
Suriyada döyüşən dövlətlərin gizli planları
Cəbhə bölgəsində yaşayanların nəzərinə!
Ayaqqabılar
Hipertoniya (təzyiq xəstəliyi)
Türkiyə gözəli Acunla MÜNASİBƏTİNDƏN danışdı
Bayraq, himn və gerblə bağlı layihələr yenidən müzakirəyə çıxarılır
Möcüzəvi minerallar - 1
Ali məktəblərə qəbulun KEÇİD BALLARI AÇIQLANDI
Uzunömürlü ailələrin sirri
Metronun bağlanmasının əsas səbəbi açıqlandı
Dünyada maraqlı və gülməli boşanma hadisələri
Ətli, badımcanlı qızartma (foto resept)
Yoluxdurduğu adamların qarşısında diz çökdü - VİDEO
Ombudsman "İnsan hüquqları aylığı" keçirəcək
Yer çatışmazlığı olarsa, xəstələr şadlıq saraylarında müayinə olunacaq? - VİDEO
Münasibətlərə zərər verən 5 davranış
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Adınızın baş hərfi sizinlə bağlı hansı sirləri gizlədir... - YOXLAYIN
İtaliya ictimaiyyəti Xocalı soyqırımı barədə məlumatlandırılıb
Çiyələkli keks (foto resept)
Neftçi" Avropa Liqasında!
"Çelsi" ondan imtina etdi
Bakı bulvarına rəqib gəlir
Bal ilə gələn gözəllik
Yürüş üçün Honda
Azərbaycanda tədris prosesi dekabrın 1-dək distant qaydada olacaq - QƏRAR
Elman Rüstəmov manatın taleyi haqda danışdı
Qiyməli kartof (foto resept)
Küncütlü paxlava (foto resept)
Qırışlar üçün qatıq maskası
Körpələr ayda neçə kilo almalıdır?
BNA sürücü və sərnişinlərə müraciət etdi
Ailələrimiz niyə dağılır?
Hamiləlik zamanı necə oturmalı və yatmalı?
Günün ulduz falı
Partlayışda yaralanların 13-ü evə buraxıldı
Ayı 40 min olan ev kirayələdi
Günün ulduz falı