Bu kitab ilk dəfə 1976-cı ildə ilk dəfə dilimizə tərcümə olunmuş, kirilcə nəşr edilmişdir. 40 ildən sonra Kitabsevərlər qrupu bu kitabı latın qrafikalı əlifba ilə oxuculara təqdim etdi. Kitab elə o vaxt olduğu kimi bu gün də öz fərqini göstərdi və elə təqdimat günü 100 nüsxəsi satıldı. Bu kitabı bitirdikdən sonra bir daha əmin oldum ki, o kitabları əldə edənlərin hər biri kitabımızdan razı qalacaqlar.
Müəllif haqqında əminəm ki, bir çoxunuzun yetəri qədər məlumatı var. Ən çox da "Balaca və damda yaşayan Karlson" kitabından hər kəsin çox yaxşı tanıdığı Lindqren bu kitabı ilə balacaların dünyasına sehirli bir qapı açır. Kitabı oxumağa başladığınız andan etibarən o qapıdan içəri daxil olursunuz. Müxtəlif yaşdakı, müxtəlif xarakterdəki uşaqların gözündən həyata və dolayısıyla həyata baxmış olursunuz. Pelle ilə, Stina ilə, Çevrenlə Saltkrok adasına səyahətə çıxırsınız. Kitab olduqca sadə və oxunaqlı dillə qələmə alınmış, incə yumorla bəzədilmiş, xeyirxahxlıq, insaniyyət, həqiqət, ədalət, sevgi, qayğı, sədaqət, dostluq, yoldaşlıq və. s kimi müsbət keyfiyyətləri təlqin etməkdədir. Yazıçının insanlara, həyata, ən çox da uşaqlara olan sonsuz sevgisi kitabın hər səhifəsində hiss edilir. Müxtəlif hadisələr fonunda yazıçının çatdırmaq istədiyi mesaj dəyişilmir. Xüsusilə uşaqların dənizdə fırtınaya düşdükləri səhnələrdəki dialoqlar, Pellenin atasını təsəlli etdiyi hissələr məni çox təsirləndirdi.
"Pelle çox ağıllı uşaq idi. Atasının və bacısının təsəvvür etdiklərindən qat-qat artıq bilirdi. Atasının ah-nalərini eşidən kimi çəkdiyi şəkli kənara qoydu. Pelle bilirdi ki, bəzən böyüklərin də mehribançılığa, təsəlliyə ehtiyacı var. Bir kəlmə demədən Melkerə yaxınlaşıb boynundan qucaqladı".
Ümumiyyətlə kitabın hər bir obrazı haqqında ayrı-ayrılıqda geniş şəkildə danışmaq olar. Uşaqlarını hədsiz dərəcədə sevən, onlara bacardığı qədər sevgi və qayğı göstərən, bəzən işlərində uğursuzluğa düçar olan, lakin həmişə nikbin olan, ümidini itirməyən, övladlarına örnək ata olmağa çalışan Melker.
Balaca qardaşını dünyaya gətirərkən anasını itirən və o gündən üç uşağa yarım ana olan, onların hər qayğısını yorulmadan çəkən Malin.
Adanın sevimlisi, hamının əzizi cəsarətli və ürəyiaçıq Çevren onun sədaqətli və sevimli iti Bosman.
Heyvanları çox sevən, onlara bir çox insandan fərqli olaraq həqiqətən də "canlı varlıq" kimi baxan həssas təbiətli Pelle (bu obraz mənə heç də yad deyil.

Bu baxımdan kitab mənim üçün ikiqat dəyərli oldu. Çünki insanların heyvanlara olan mübasibəti təəsüflər olsun ki, ürəkaçan deyil. Belə münasibitə şahid olan uşaqlardan da başqa cür reaksiya gözləmək əlbəttə ki, mümkün deyil. Burda isə biz uşaqların heyvanları ürəkdən sevmələrinin, onları qorumaqlarının şahidi oluruq. Uşaqların bir-birinə mehriban münasibəti, kədərli anlarda bir-birinə dəstək olması, dərdinə şərik olmağı gözəl şəkildə anlatılmışdır. Pellenin Yokkeni itirdiyi səhnədə Çevrenin Muzası ona bağışlaması gözlərimi yaşartdı. Sonrasında Pellenin Muzası dənizə buraxması isə məni daha da təsirləndirdi. Öz-özümə dedim ki, kaş bütün uşaqların, bütün insanların qəlbində Pellenin qəlbindəki mərhəmətdən bir zərrə olaydı.
"Tramvayda qəmli bir adam görəndə, küçədə yurdsuz bir pişiyə rast gələndə ağlamağa başlayan bu adamın qismətinə həyatda nə düşəcək? Kənar bir adam, it, pişik, hətta balaca bir arı xoşbəxt olmayanda Pelle həmişə özünü narahat hiss edirdi".
Kitabda Saltkrok adasının təsviri də gözəl şəkildə verilmişdir. Oxuduqca insan özünü o adada, o uşaqların əhatəsində hiss edir və o adadan heç ayrılmaq istəmir.
"Buraya bu yaxınlarda gəlmişik, təəsüf ki, indi ayrılmalı olacağıq. Pelle dovşanından, çiyələkdən, Yuxan və Niklas komadan, tilovdan, qayalardan, gəmi qalıqlarından, atamız parlaq körfəzdən, qayıqdan və xarrat malikanəsindən ayrılacaqlar. Bəs mən? Mən nədən ayrılacağam? Çəmənliklərdən, alma ağaclarından, göbələklərdən, kimsəsiz meşə cığırlarından, axşam sakitçiliyindən… "
Kitabda eyni zamanda uşaqlara göstərilən örnək valideyn mübasibətinə də şahid oluruq. Onlara uşaq kimi yox, "fərd" kimi yanaşan, onların istəklərinə, zövqlərinə, fikirlərinə önəm verən, hörmət edən Melker və Malin(evin böyük qızı) hər birinə onların xarakterinə uyğun davranırlar. Onları mühakimə etməzdən əvvəl dinləməyə və anlamağa çalışırlar. Bu yöndən bu kitab "Bülbülü öldürmək" kimi uşaqlardan əvvəl valideynlərin mütləq oxumalı olduğu kitabdır. Bezdirici məsləhətçilikdən uzaq olan Lindqrenin bu xəzinəsi, anlayan hər bir oxucu üçün dəyərli tapıntı olacaq.
Hər nə qədər müəllif "Mən böyüklər üçün kitab yazmamışam və bu fikirdəyəm ki, heç vaxt yazmayacağam"desə də, oxuduqdan sonra yəqin etdim ki, "Biz Saltkrok adasındayıq" kitabındakı hər bir obrazdan, hər bir uşaqdan biz böyüklərin öyrənməli olduğu çox şey var. Onların cəsarəti, ümidi, inamı, həyat eşqi, insanlara, heyvanlara olan mənfəətsiz sevgisi, nikbin düşüncələri çox dəyərli məziyyətlərdəndir ki, bir çoxumuz bunlardan yoxsuluq.
Son səhnələrdə oxucunu həsrətdə saxlayan yazıçı finala ədalətin və xeyirxahlığın qələbəsi isə nöqtə qoyur, yaxşılığa, insaniyyətə və xoş gələcəyə inam aşılayır.
Bu kitabı oxuduğunuz zaman içinizdəki uşaqla yenidən görüşmək şansınız olacaq. Bəlkə də unutduğunuz məsumluğunuzu, saflığınızı, bir vaxtlar sıradan olan indi isə "uşaqlıq" adlandırdığınız bir çox şeyi yenidən xatırlayacaqsınız. Həyatı sevməyi, insanlara güvənməyi, onlara yardım etməyi, bədbəxt hadisələrdən sonra belə hər şeyin yoluna düşəcəyinə olan inamı qorumağı, ümidi heç vaxt itirməməyi öyrənəcəksiniz.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda koronavirusa yoluxmada yeni rekord, 19 nəfər vəfat edib
Ukrayna XİN-dən Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun atəşə tutulması ilə bağlı BƏYANAT
Martın 1-dən Bakıda yeni ünvan sisteminin tətbiqinə başlanılır
Sadə pide və ev üsulu toyuqlu "İsgəndər" dönəri (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?- 20 Dekabr
Günün ulduz falı
Sobada Vafli (foto-resept)
Obamanın tarixi Kuba qərarı
Yaşlı göstərən 6 yanlış saç forması
ABŞ-da yolu keçərkən SMS yazanlar cərimələnəcək
İkimərtəbəli uşaq çarpayıları
İspanaqlı makaron (foto-resept)
Əgər onda bu xüsusiyyətlər varsa, diqqətli olun!
Qızının uşaqlığını şəkillərə və karikaturaya köçürən ata
Rassel Krou Avstraliyadakı yanğına görə tədbirə gəlməyib
Xınayaxdı mərasimi
Hicri-qəməri və hicri-şəmsi təqvimlərin fərqi nədir?
Valideynlər, pul gəlir!
Girovlarımıza azadlıq
Diqqət! Təhlükə var
Dəri ləkələrini yox edən maska
Həcc kvotası 600-dən 2000-ə qaldırılıb
Praktik mətbəx əşyaları
Berti Foqtsun taleyinə dekabrın 18-də aydınlıq gələcək
İnsanların xoşbəxtliklərini əllərindən alan amillər (1)
Qurana and içən ABŞ konqresmeni
Bakı bulvarından sakinlərə xoş xəbər
Zəngin tərkibli piroq (foto resept)
Rəsmlərini kiçik qablarda çəkdi
Ledi Qaqa və Bredli Kuper artıq eyni evdə yaşayır
Erməni yalanları ifşa edilir
Süfrəmizdəki bomba effektli qatil: bir ədədi bəsdir...
Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Cənub bölgəsinin ən ucaboylu sakini
Lobya şorbası (foto-resept)
Ardadan xanımına 250 minlik hədiyyə -FOTO
Sumqayıtda başlayacaq, Lənkəranda bitəcək
Dəbli ayaqqabılar
Kəlbəcərin son görüntüləri yayıldı - VİDEO
Qadın.Netlilərin körpələri- 4
Azərbaycanda daha 97 nəfərdə koronavirus aşkarlandı, bir nəfər vəfat etdi
Yeni ipoteka təklifi
Bakıda Formula 1 pilotlarının avtoqraf sessiyası keçiriləcək
Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb
Cəbhədə qızğın döyüşlər və helikopterin vurulması: Nələr dəyişdi?
Vanqanın arxivində sirli vərəq tapıldı: BƏLALAR GƏTİRƏ BİLƏR
İlanların sayı artıb
Dubaya bir də quş uçuşundan baxın
Allah istərsə övlad verər
Bu gündən Bakıda satış yarmarkaları fəaliyyətə başlayır














