Tez-tez yazıçıların yazdıqları ilə yaşadıqları arasındakı uçurumdan danışırıq. Yazdıqları kimi yaşamayanlardan. Bu gün sizə yazdığı kimi yaşamadığı, ancaq ölümündən sonra məlum olan birindən bəhs etmək istəyirəm. Əslində bir faciədən, özünün oğluna məktubunda yazdığı kimi itirilmiş bir həyatdan...
Dünən Nihan Kyanın "uşaqlıq cəhənnəmdir" sözləri ilə başlayan kitabına başladım. Kitabın ithaf səhifəsində yazılıb: "Ümid edirəm ki, bu kitab hər oxucusunu Alice Millerə aparar". Mən də getməyə qərar verdim. Alice Miller 1923-cü ildə Polşada doğulmuş bir yəhudi idi. Yəhudi olaraq doğulmaq üçün ən yanlış zamanda, ən yanlış məkanda. Uşaqkən ailəsi ilə birlikdə Piotrkov düşərgəsinə gətirilir. Burda fiziki və cinsi istismara məruz qalır. Atası bu düşərgədə ölür. Anası və bacısı ilə birikdə düşərgədən qaçır. Adını dəyişərək İsveçrədə yaşamağa və Basel universitetində təhsil almağa başlayır. 1949-cu ildə Andreas Miller ilə ailə qurur. Onunla 24 il evli qalır. Psixoanaliz, pedaqogika, uşaq psixologiyası sahəsində mütəxəssisləşir. Və bir kitabla şöhrəti ölkəsini aşaraq bütün dünyaya yayılır - "İstedadlı Uşağın Dramı". Uşaq psixologiyası, onun üzərindəki valideyn təsirini, valideyin-uşaq münasibətlərini ən yaxşı izah edən kitabdı. İnsanların ideal olaraq düşündüyü Miller necə ana idi?

Bu sualın cavabını Miller 2010-cu ildə 87 yaşında vəfat etdikdən sonra özü kimi psixoanaliz olan oğlu Martin Miller verdi. Bir kitabla - " İstedadlı Uşağın GERÇƏK Dramı" kitabı ilə. Alice uşaqlığı ilə, Gestapodan gördüyü şiddətlə heç vaxt üzləşə bilməmişdi. Onu şantaj edən, sevmədiyi bir adamla evlənmişdi. Əri ondan qorxurdu, ərini sonsuz şəkildə aşağılayır və əzirdi. Əri ilə ona işgəncə verən əsgər arasında paralellik qurmuşdu. Əri qəzəbləndikcə o qəzəbi oğulları Martinə yönəldirdi. Martin təhqir olunurdu, döyülürdü və... cinsi istismara məruz qalırdı. Uşaq ağlı ilə əvvəlcə olanları qəbul edirdi. O, çox sevdiyi anasını xilas edirdi. Atası anasına pislik edəcəyinə ona edirdi. Lakin sonra bütün bunlar anasının gözü qabağında olmağa başladı. Bütün dünya necə valideyin olmağı öyrədən qadın öz oğlunu atasının cəngindən çıxarmaq üçün barmağını belə tərpətmirdi.
Yetkinlik yaşına çatan Martin yatağını batırdığı üçün bir rehabilitasiya mərkəzinə göndərildi. Martin sonradan anasının onunla terapevti arasındakı danışıqların kasetini aldığını da öyrəndi. O gözlədiyi yardımın heç vaxt anasından gəlməyəcəyini də qəbul etdi. Martin həyatını əlinə aldı. Anası onun kimi psixoanaliz olmasını istəyirdi. Ancaq Martin müəllim oldu. Ailə qurdu. Psixologiya təhsili almağa qərr verdi. Anası təhsil almasını yox, ondan öyrənməsini istəyirdi. Lakin Martin bunu kökündən rədd etdi. Ondan öyrənmək onun köləsi olmaq demək idi.
Alice Miller 87 yaşnda idi. Xərçəng idi. Heç kimin əlinə qalmaq istəmirdi. İntihara qərar verdi. Lap elə Freyd kimi... Oğluna zəng etdi. Çox qısa danışdılar: "Mə günorta öləcəm. Vədalaşmaq üçün zəng etdim. Sənə və arvadın Manuellaya gözəl bir ömür arzu edirəm. İndi başqalarına zəng etməliyəm".
Alice Miller oğlunu mirasından da məhrum etmişdi. Sonra Martin dünyaya Alice Miller əfsanəsinin gerçəyini danışmağa qərar verdi. Anasının ölümünü gözləmişdi, çünki anasının ordusu ilə ona müharibə elan etməsini istəmirdi. Özünün dediyi kimi içindəki uşaq az da olsa ədalət istəyirdi. Anası kimi etmək istəmirdi. Travmalarını övladlarına keçirmək istəmirdi. Öz gerçəyi ilə üzləşmək istəyirdi. Kitabı İngiltərə, Fransa və ABŞ-dakı naşirlər qəbul etmədi. Səbəb isə aydın idi - Alice Millerin kitablarının satışının düşməsindən qorxurdular. Axır li, alman naşir qəbul etdi və dunya Millerlərin gerçəyi ilə tanış oldu.
Martin Miller hər dəfə qeyd edir: "Yazdıqlarım anam Alice Miller haqqındadı. Onun yazdıqları haqqında deyil. Onun nəzəriyyələrinin heç birinə qarşı deyiləm. Anama görə çox əzab çəkmişəm. Ancaq onun yazdıqları, nəzəriyyələri məni ölümdən xilas edib. Bu mənim həyatımın ironiyasıdı".

Necə faciəli dilemmadı...
Bəs Alice Milleri qınaya bilərikmi ? Uşaq dünyasını bu qədər mükəmməl acan bir qadının öz oğlunun əzablarına gözünü yummasını necə açıqlamaq olar? Miller özü ilə oğlunun əzabları arasında itmiş bir həyat idi. Dünyanın ən dəhşətli rejimi Gestaponun əlindən heç bir həyat salamat çıxmamışdı. Ölənlər ölmüşdü. Qalanlar isə...
Martin də illərlə özünə yaşadıqlarının anasının yaşadıqlarından daha pis olmadığına inandırmışdı özünü. Qurbanların övladları illərlə bu psixologiya ilə hər şeyə dözmüşdü. Əslində sadəcə qurbanlar yox, onların övladları, ikinci nəsil də qurban idi.
XƏBƏR LENTİ
Məşhur futbolçunun qızıldan telefonu
Məşhur cütlük qızları ilə ilk FOTO paylaşdı
İnstaqramda YENİLİK!
Gözəllik sirləri
İlin ən bahalı aktrisası oldu-FOTO
Ramazanda Qədr gecələri nə vaxt olacaq?
Nəşhur həkimdən ilginc AÇIQLAMAlar
Polikistoz zamanı overial drillinq əməliyyatı
Kerri özünə erməni müşavir seçdi
Kendal Cenner görünüşünə görə lağa qoyuldu-FOTO
Koronavirus vaksinlərinin alınması ilə bağlı danışıqlar aparılır - RƏSMİ
Hərbi qulluqçular üçün müjdəli qərar
Smartfonlarda PROBLEM: bu "smile"ları göndərməyin - FOTO
İdeal, yoxsa sağlam çəki?
Windows-da boşluqlar sürətlə artır
“Son zəng” açıqlaması
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Mərci böreyi (foto resept)
Qızılgül mürəbbəsi (foto resept)
Sadə badımcan salatı (foto resept)
Düşmənin zabit heyətini aparan maşın məhv edildi - VİDEO
Dünyanın iki bəlası - İŞİD və Ermənistan
Uşaq geyim dəstləri
Türkiyə dənizçiləri 466 liviyalı qaçqını xilas etdilər
Karantindən çıxışla bağlı yeni qaydaların təqdim olunacağı vaxt açıqlandı - RƏSMİ
Xəstələnmək qorxusu xəstəliyi
Azərbaycandan zəvvarların Həccə getmə və qayıtma tarixləri məlum oldu
Professor koronavirus müalicəsində baş verə biləcək fəsadlar barədə XƏBƏRDARLIQ ETDİ
"Dərmanları içməyi unutdum" deməyəcəksiz
Azərbaycanda yenidən "kolxoz" yaradılır
Madagiz ətrafındakı hakim yüksəkliklər azad edildi, Ordumuz Cəbrayıl-Füzuli istiqamətində irəliləyir - RƏSMİ
"Dağlıq Qarabağ münaqişəsi region üçün böyük təhlükə mənbəyidir"
Qorxulu xəstəliyin müalicəsi tapılıb?
Fəlakət ölkə ərazisini artırdı
Afrikanın soyq ölkəsi. Kralın toyu - FOTOSESSİYA
Cütlüklərin bir-birinə oxşamasının elmi səbəbləri
Bit nədir, növləri hansılardır?
Bu da yeni Nissan Qashqai
Allah sevdiyi orucun xüsusiyyətləri
"Sihirli annem"in uşaq ulduzu illər sonra efirə qayıdır - FOTO
Gözəllik dərmanı: Kakao
Ordu bölmələrimizin təminatının yaxşılaşdırılması ilə bağlı görüntülər - VİDEO
Alimlər dərini beyinə çevirdilər
Ayrılığa kədərlənməmək üçün 7 səbəb
Azərbaycan üçün böyük qorxu
Facebook cinayətdə suçlanır
Uşaqların dilində "Sevgi" nədir?
"Gözəllik ondur, doqquzu dondur"
Gülşənə bacısının ölüm xəbərini verdilər
Təbiətin gözəlliyini əks etdirən şəkillər














