Siz varsınız, mövcudsunuz, eyni zamanda da yoxsunuz, mövcud deyilsiniz. Dostlarımdan biri mənə təklif edəndə ki, həftədə bir dəfə sizə məktub yazım, onda mən xəyalən sizin obrazınızın cizgilərini cızmağa başladım və təsəvvürümdə sizi gözəl yaratdım–həm qəşəng, həm də ağıllı, dərrakəli: Mən bilirdim: siz mənim xəyalımda uzun müddət donub-qalmayacaq, çox tezliklə canlanacaqsınız və mənim
göndərdiyim məktubları oxuyub onlara cavab verəcək, müəllifin həsrətlə gözlədiyi hər şeyi mənə danışacaqsınız.
İlk gündən mən sizə müəyyən bir sima vermişəm–bu sima mənim teatrda gördüyüm son dərəcə gözəl və gənc bir qadının simasıdır. Yox, o qadın teatrın səhnəsində deyildi, salonda idi. Mənim böyrümdə olan adamlardan heç biri onu tanımırdı. Həmin vaxtdan siz o qadının gözlərini və dodaqlarını, səsini və boy-buxununu almısınız, bununla belə, bu cür hallarda gözlənildiyi kimi hələ də Yad qadın olaraq qalırsınız.
Mənim iki-üç məktubum mətbuatda dərc edildi və mən qabaqcadan gözlədiyim kimi sizdən cavablar almağa başladım. Burada "siz"– toplayıcı şəxssiniz. Sizdə çoxlu sayda müxtəlif yad qadınlar cəmlənib: biri sadəlövhdür, o biri mənasızdır, üçüncüsü isə şıltaq və gülüncdür. Mən sizinlə məktublaşmağa, şəxsi yazışmaya səbirsizliklə can atırdım, amma özümü saxladım: siz bu qadınların hamısı olaraq qalmalıydınız, onlardan ayrıca biri olmağınız yaramazdı.
Siz məni təmkinli olmağıma, sentimental nəsihətçiliyimə görə qınayırsınız. Amma neyləmək olar? Adamların ən səbirlisi, ən dözümlüsü belə yad qadına yalnız o şərtlə sadiq qalacaq ki, həmin qadın ona bircə dəfə ürəyini açmış olsun. Merime öz yad qadınının adının Jenni Daken olduğunu kifayət qədər tez öyrənmişdi və qadının qiyamət ayaqlarını öpməyə ona çox tezliklə icazə vermişdilər. Bəli, bizim kumirimiz gözəl ayaqlara da malik olmalıdır, bütün başqa şeylərə də, çünki biz bədənsiz ilahələrin parıltısından yoruluruq.
Mən vəd etmişdim ki, bu oyunu ondan aldığım məmnunluq duyğusunun tükəndiyi vaxtacan davam etdirəcəyəm. Bir ildən artıq vaxt keçdi, mən bizim yazışmalarımıza nöqtə qoydum və buna etiraz olmadı. Xəyali ayrılıq qətiyyən çətin deyil. Sizin barənizdə mənim qəlbimdə gözəl, saf bir xatirə qalacaq. Əlvida.
A.M.
Bir görüş haqqında
Həmin axşam mən "Komedi-Fransez"-də tək deyildim. "Cəmi-cümlətanı Molyeri göstərirdilər", amma çox böyük uğurla. İranın hökmdar qadını ürəkdən gülürdü; Rober Kemp, deyəsən, həzz alırdı; Pol Leoto bütün diqqətləri özünə cəlb etmişdi.
Bizim böyrümüzdə əyləşmiş xanım öz ərinin qulağına pıçıldadı: "Zəng vurub Klemanse xalama deyəcəyəm ki, Leotonu görmüşəm, o, buna çox sevinəcək".
Siz şimal tülküsünün xəz dərisinə bürünərək qabaq sırada oturmuşdunuz və mənim gözlərimin önündə Müsse dövründəkinə bənzər "gözəl boyundakı qara hörük" yırğalanırdı. Fasilə vaxtı siz öz rəfiqənizə tərəf əyilib həvəslə soruşdunuz: "Necə etməli ki, sevimli olasan?" Bu vaxt, öz növbəmdə, mən də sizin tərəfə əyilmək və sizə Molyerin müasirlərindən birinin sözləri ilə cavab vermək istədim: "Başqalarının xoşuna gəlmək üçün onların ürəyinə yatan və onları məşğul edən məsələlərdən danışmaq lazımdır; gərək əhəmiyyətsiz şeylər barədəki mübahisələrdən vaz keçəsən, nadir hallarda nəsə soruşasan və heç bir halda onlardan ağıllı olduğun barədə şübhələnmələrinə əsas verməyəsən".
Bax, budur, insanlara bələd olan, onları tanıyan adamın məsləhətləri! Bəli, əgər biz başqaları tərəfindən sevilmək, onların rəğbətini qazanmaq istəyiriksə, onda həmin adamlarla bizi məşğul edən şeylərdən deyil, onları məşğul edən şeylərdən danışmağımız lazımdır. Bəs onları məşğul edən nədir? Elə onlar özləri. Biz heç zaman qadını darıxdırmarıq–əgər qadınla onun xasiyyəti və gözəlliyi barədə danışsaq, əgər ondan uşaqlığı, zövqləri, yaxud onu kədərləndirən şeylər haqqında soruşsaq. Siz də heç zaman kişiləri darıxdırmazsınız, əgər özü barəsində danışmasını ondan xahiş etsəniz. Neçə-neçə qadın özünə mahir dinləyici olmaq şöhrəti qazandırıb! Belə baxanda heç məxsusi olaraq dinləməyə də elə bir ehtiyac yoxdur, yetər ki, yalnız özünü qulaq asırmış kimi göstərəsən, vəssalam.
"Əhəmiyyətsiz şeylər barədə mübahisələrdən vaz keçmək". Unutmayın ki, kəskin tonla ifadə edilən dəlillər müsahibi özündən çıxarır, ələlxüsus da haqq sizin tərəfinizdə olanda. "Hər cür haqlı irad adama toxunur",–Stendal belə deyirdi. Sizin müsahibiniz, ola bilsin ki, dəlillərinizin təkzibolunmazlığını lap etiraf da etməli olsun, ancaq o, bunu sizə heç zaman bağışlamayacaq. Sevgi məsələsində kişi hərbə yox, sülhə can atır. Zərif və mülayim qadınlar xoşbəxtdirlər, belələrini daha çox sevəcəklər. Kişini qadın təcavüzkarlığı qədər heç nə özündən çıxartmır. Amazon qadınları ilahiləşdirirlər, amma sevmirlər. Xoşa gəlməyin başqa, tamamilə ləyaqətli bir üsulu–adamlar haqqında yaltaqcasına tərif söyləməkdir.
Əgər bu təriflər onlara çatdırılsa, ürəklərindən xəbər vermiş olacaq və cavabında onlar sizə rəğbət bəsləyəcəklər.
– Xanım filankəs... mənim ürəyimcə deyil,–kimsə söylədi.
– Çox təəssüf! Amma o, sizi çox məlahətli və cazibədar hesab edir, özü də bunu hər kəsə deyib, hər yerdə tərifinizi göyə qaldırır.
– Nə danışırsınız?.. Belə çıxır ki, mən onun barəsində yanlış fikirdə olmuşam.
Bunun əksi də doğrudur. Bəd niyyətlə deyilmiş bircə kəlmə acı söz, tikanlı ifadə kinli düşmənlərin yaranmasına səbəb olur. "Əgər biz hamımız hamımızın haqqında deyilənlərin hamısını bilsəydik, onda heç kim heç kimlə danışmazdı". Amma bəla orasındadır ki, hamının hamı barədə nə danışdığını gec-tez hamı öyrənir.
Laroşfukoya qayıdaq: "Heç bir halda onlardan ağıllı olduğun barədə şübhələnmələrinə əsas verməmək". Bəyəm eyni vaxtda həm kimisə sevmək, həm də ona pərəstiş etmək mümkün deyilmi?
Əlbəttə ki, mümkündür, amma bir şərtlə–əgər həmin adam öz üstünlüyünü təkəbbürlə ifadə etmirsə və öz növbəsində bu üstünlük başqalarına onu himayə etməyə imkan verən xırda zəifliklərlə tarazlıq təşkil edirsə. Mənim tanıdıqlarımın arasında ən dərrakəlisi olan Pol Valeri öz ağlını son dərəcə sadə şəkildə üzə çıxarırdı. O, dərin fikirləri zarafat formasına salırdı; ona həm uşaqlıq xas idi, həm də onu qeyri-adi dərəcədə ürəyəyatımlı edən şıltaqlıq. Son dərəcə ağıllı olan başqa birisi isə həm də çox ciddi və əhəmiyyətli adamdır, di gəl ki, dostlarını öz qeyri-iradi lovğalığı, huşsuzluğu, yaxud hansısa gicbəsərliyi ilə əyləndirir. Talantlı olduğuna görə bunları ona keçirlər, çünki hədsiz məzəli olur; sizə də gözəl olduğunuza görə hər şeyi bağışlayacaqlar, çünki siz özünüzü çox sadə aparırsınız. Əgər qadın
kişinin insan olduğunu yaddan çıxartmasa, belə qadın hətta dahi insanın da zəhləsini tökməyəcək, onu heç vaxt boğaza yığmayacaq.
Necə etməli ki, sevimli olasan? Heyran etmək istədiyiniz adama özündənrazı olmağa tutarlı dəlillər verməklə. Sevgi başqa insanın xoşbəxtliyi ilə çulğaşan şəxsi gücün xoş duyğusunu hiss etməkdən başlanır. Xoşa gəlmək həm bəxşiş vermək, həm də onu qəbul etmək deməkdir. Ey mənim qəlbimin yad qadını (ispanlar demiş), bax mən sizə belə cavab vermək istərdim. Bura daha bir məsləhət-
sonuncu məsləhət–əlavə edirəm, həmin məsləhəti öz yad qadınına Merime verib: "Heç vaxt özünüz haqqında pis şey danışmayın. Bunu sizin dostlarınız edərlər". Əlvida.
Ardı var...
XƏBƏR LENTİ
Şeron Stoun bu dəfə siyasətə qarışdı-FOTO
Adriana və Metin AYRILMADIqlarını sübut etdilər-FOTO
Zəncəfilli krab (foto resept)
Fındıq istehsalı və ixracı ilə bağlı YENİ TƏKLİFLƏR verildi
Murat yeni albom yazdırır-FOTO
Azərbaycanda məktəbli oğlandan BÖYÜK QƏHRƏMANLIQ
Oktyabr ayının qalibləri!
Əli Əsədovdan TAPŞIRIQ: İki ay müddətində...
Həkimdən küçədə satılan peraşkilərlə bağlı AÇIQLAMA
Ankarada məzar dəhşəti: Yaxınlarını ziyarətə gələnlər heyrətə düşdülər - VİDEO
Teylor Svift "kişi" oldu - VİDEO
Ərazilərimiz minalardan təmizlənir
İŞİD Paris qətliamının səbəbini açıqladı
Bel ağrısı ilə həkimə getdi aldığı cavabdan ŞOK oldu-FOTO
Gözəl jaketlər
Fikirlərimizi necə gözəl ifadə edə bilərik?
Bengü 40 günlük qızı ilə - FOTO
Bu ilin qış qarderobu
Günün ulduz falı
Təbiətin gücü
Kivi maskası ilə gözəlləşin
Fahriye Evcen yenidən kökəldi-FOTO
Azərbaycanın 45 saniyəlik reklamı (VİDEO)
İsrail atəşkəsi pozdu
Koronavirusdan ilan vasitəsilə qorunan şəxs marağa səbəb oldu
Van Dammın Bodrum tətili-FOTO
Günəş sistemində yeni planet kəşf olundu
DİN-dən məlumat bazasına kiber-hüçum barədə AÇIQLAMA
Emosional zəka nədir?
Şəhid Xudayar “Azərbaycan Bayrağı” ordeninə layiq görüldü
Qənaətcil olmaq üçün 5 təklif
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Ütü alarkən bunlara diqqət edin
Şimşək çaxacaq, yağış yağacaq!
Maykl Ceksonun qızı XƏSTƏXANALIQ oldu-SƏBƏB
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
Bakıda yolların biri açılır, digəri isə bağlanır
MN: Düşmən qüvvələrindən əsir götürülənlər var
Tərəzi bürcünün 4 əsas xüsusiyyəti
İlham Əliyev ali hərbi rütbələr verdi - SİYAHI
Bakıda 2 ay pulsuz Wi-Fi olacaq
Həyat yoldaşınızla izləyə biləcəyiniz 5 film
İt internet ulduzuna çevrildi - FOTO
Körpələrdə göbək yırtığı
Məşhur cütlük AYRILDI
Trampla şam yeməyinə bilet satılır – Şok qiymət
Kim Çen Inın sevimli böyük oyuncağı
İnstagram fenomeni akula qurbanı oldu-ŞOK FOTO
Orta məktəblərdə mobil telefonların qadağan ediləcək?
Mavi gözlü şəxsiyyət testi
- ŞƏRHLƏR