Rus ədəbiyyati klassik və çağdaş durumu ilə dünya ədəbi prosesinin ayrılmaz qoludur. Mən Qorkidən Tolstoya qədər uzanan müvaffəqiyyətli nəsr tarixini, ya da Turgenev və Nekrasovdan əldə edilən böyük ədəbi təkamülü yada salmağınızı rica edirəm.
Həyatım boyunca Dostoyevski yaradıcılığı qədər məni sarsıdan və mənə önəmli dərslər çıxarmaqda yardımçı olan ikinci bir yazar tanımıram desəm, yanılmaram. Orta məktəb illərində Dostoyevskinin Raskolnikovu ilə uzun müddət ədəbi götür-qoylar etmiş, universitet illərində isə sırayla onun “Qumarbaz”ını, “İdiot”unu, “Alçaldılan insanlar”ını tanımışam. Dostoyevski qələmi insanı düşüncələr burulğanında tənha qoymur. Dostoyeski insanı düşündürən, onu ədəbi var-gəllər etməyə sürükləyən yazardır. Lakin onun natamamlığı oxuyucuya nəticəyə gəlməkdə yardımçı olmamasındadır. Dostoyevskinin bütün əsərlərinin sonu despotik təlqin etmə şəklində görünür. Bir növ o bütün ədəbi personajlarını oxuyucuya özünün istədiyi kimi qəbul etdirməyə çalışır. Dostoyevski öz yaratdığı personajlara vurğundur. Hətta o dərəcədəki özünün tənqidi ilə personajlarının önündə sipər olur.
Dostoyevski bütün əsərlərində qətiyyən sıxıcı xəttə qapanmır. Əsərin tamamı maraqlı ədəbi illüstrasiyalarla insanı həyəcanda saxlayır. Dünya ədəbiyyatında çərçivəli Dan Broun, ədəbi nadinc Çak Palanik, soyuq Custin Garder və oyunbaz Dostoyevskini birləşdirən nüans da məhz oxucunun hər anını “oğurlamaqda”, onu kitabdakı qəhrəmanlar üçün nigarançılıqda saxlamaqdadır.
Çak Palanikin “Döyüşçü klubu” kitabına, Tomas Mannın əsərlərinə, Hermann Hessenin “Demianına” baxdıqda həmin şəxsiyyətlərə duyulan ilgini daha aydın sezə bilərsiniz. Dostoyevskinin rus ədəbiyyatı üçün önəmi onun dünyaca ünlü romanlar yazan bir slavyan olmasıdırsa, dünya üçün əhəmiyyəti sarsılmaz bir xətt qoymasında və dünya insanına sonsuz maraqlı şəxsiyyətlər, talelər və həyatlarla tanış olma şansı yaratmasındadır.
Ədəbiyyatçının hər sətirində, hər abzasında beyinlərdə mənzərələr yaranırsa, oxucu kitabı vərəqlədikcə özünü bir həyat formasından, digərində görürsə, o yazıçı tarixdə qala bilir. Dostoyevski nə qədər insana sonluq hasil etməkdə mane olsa da, onun bütün ədəbi həyatı və yaradıcılığında insan uydurma miflər yerinə, real həyat təsvirlərilə üzləşməli olur.
Hər birimiz bəzən “Raskolnikovluq etmək” eşqinə düşüb, daşınırıq fikrimizdən.
Ya da “mən idiotam” deyə bilməyən yaradıcı insanların sayı şübhəlidir.
Dostoyevski əsərlərindən sonra sözsüz ki, Nabokovun “Lolitası” ədəbi tərəqqinin kuliminasıyasıdır məncə. Lolita bütün rus cəmiyyətini zamanında silkələmiş, onu toxtatmış romandır. Şəxsiyyətin ikiləşməsi, mənəvi dekonstruksiya, vicdani sual, əxlaqi deqradasiya, psixoloji manyaklıq və bundan törəyən insafsızlıqlar. Lolita romanı insanı Humbert timsalında bir seksual pedofil manyakın etdiyi hər əxlaqsız cəhddə peşmançılıq duyması, lakin peşmançılıqları fonunda atdığı addımlardan geri çəkilməyə cəhd etməməsi, aldığı sanatoriya müalicələrinə rəğmən heç düzəlmədən ögey qızını, 13 yaşlı pozğun yeniyetmə ilə sonsuzlar səyahətlər sonunda özündən qaçırtmasından doğan Nitsşevari fikirlərə qərq edir. İllər sonra gərgin axtarışlardan sonra isə hələ ondan öncə qızı pozan digər əclafı məhv etməsi ilə insanı ağır dramatik auraya salır. Əclaf əclafa qarşı qoyulur.
Lolita kitabı ailə dəyərlərinin natamam formalaşdığı insan seçimlərinin məhdudlaşdırıldığı toplumlar üçün etik yol kodeksi də sayıla bilər. Əsərdə Lonun məsuliyyətsiz anasının evində kirayənişin saxladığı gizli pedofillə tələsik evlənməsi sonra faciəli ölümü Humbertin göz yaşları və duyğuların emosional inikası insanda sarsılmaz izlər buraxır.
Nabokovun romanda birinci şəxsin dilində danışması həmin psixoloji durumu daha yaxşı anlamağa yardımçı olur. Haruki Murakaminin “Kafka sahildə” romanını xatırlamaqla birinci şəxsin dilindən şəxsin faciələrini təsvir etməsini daha yaxşı anlamaq olur.
Bu arada məni çox maraqlandıran digər bir nüans isə ondan ibarətdir ki, niyə hələ də Amerikanın dünyaca məşhur psixoloji-qorxu janrında yazan yazarı Stephen King tərcümə olunmur? Oxucu marağı məsələsinə görə bunu ciddi arqument hesab etmək olmaz. Çünki məhz nəşrlərin çoxalması və səviyyəli tərcümələr istər-istəməz hər bir janrın öz oxucu kütləsini formalaşdırır. Kingin tərcümə olunan tək-tük romanlarının dili və tərcümə zəifliyi isə qətiyyən əsərlərə adekvat olmur.
Digər aktual məsələ də bizim qorxu janrında milli ədəbiyyatımızın formalaşmasındadır. Buna cəhd etmək lazımdır . İnsanları reallığı əks etdirən janrlardan ziyadə başqa janrlarla da tanış etnək vacibdir.
Uşaqlıq illərimizin sevimli yazıçısı Lazar Laginin bir sitatı yekun üçün çox uyuşur: “Real həyat və insan faciələri ilə silahlanan ədəbiyyat insanlıq üçün yerini daha fantastik və qorxulu irreal məzmunlu yaradıcılığa təhvil verəcək və ədəbiyyat artıq oxucunu tam ayrı bir xəttlə maarifləndirəcək”.
Tural İsmayılov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Körpələrin gec yeriməsi
Karamelli keks (foto resept)
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Metropoliten gücləndirilmiş rejimə keçdi
Tərcümə olunmayan sözlər
"Zemheri"nin aktrisası 1-ci oldu
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Leyla Əliyeva sərgidə - FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Yeni il ağacını necə bəzəməli?
Masazırda bəzi evlər sökülə bilər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Tarixdən...(4)
Merve Özbeydən Demet Akalın açıqlaması
iPad Air-in istehsal dəyəri azalıb
Humus (foto resept)
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
5 kiloqram arıqladan kök pəhrizi.
Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı
Günün ulduz falı
WhatsApp-dan Google bombası
Xəyallarımızdakı evlər
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Skype-da daha bir yenilik işə düşdü
Qadınların əl və ayaqları nəyə görə üşüyür?
Dünyanın ən bahalı evləri
Rusiyada tədris ilində yeni qayda
Hollandiya - Argentina: 2-4
"Banan" pirojnası (foto resept)
Xamalı peçenye (foto resept)
Cinsi istəksizlik yaşayan qadınlar: problemlər, səbəblər
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Bahalı əməliyyatları bahalı edən nədir?
Bakıda 37 metrlik yolka qurulur - FOTO
63 ildir hər gün 1 kilo qum yeyən qadın
Bizi yuxusuz qoyan nədir?
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?
Yun paltarlara qulluq- Vacib qaydalar!
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
BÜRCLƏR bizə nə vəd edir? -13 İyun
Planetimizin iki yeni peyki kəşf edildi
Hər üç adamdan birinin banka borcu var
Yeni tərz: Batik saçlar
Avtomobildəki qaz-əyləc sistemi və ürək
Bu insan 25 ildir ancaq pizza yeyir
Aclıq hissini yox edin
Demet Akalın İremle barışdı_FOTO
HAVA necə olacaq?-13 FEVRAL
Ərikli pirojnalar (foto resept)
- ŞƏRHLƏR